Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5916/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, vəkili Nümayəndə2, Cavabdeh, vəkili Kərimli Nurlan Əzizağa oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3529/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçı "xxx x" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdehla 06.11.2013-cü ildə bağlanmış “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilənin ləğvini, Cavabdeh 360 manat icarə haqqının bankın xeyrinə tutulmasını və 30 saylı depozit seyfi açılaraq, əmlak olduğu təqdirdə bankın saxlancına verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında” müqavilən in ləğv edilməsi və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə icarə haqqı üzrə 360 manat məbləğində pulun tutulması və 30 saylı depozit seyfinin açılaraq əmlak olduğu təqdirdə banka saxlanca verilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3529/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2815/2020 saylı iş üzrə 19 oktyabr 2020-cu il tarixli qətnaməsinin ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri rədd edil mişdir.
5. Qətnamədən iddiaçı "xxxx" ASC kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3529/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3529/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, "xxxx" ASC kassasiya şikayətini qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürdükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlil ləri
8. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin 10-1-ci və 135-ci maddələrinə istinad etmişdir. Qərardadda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi 26.04.2021-ci il tarixdə bankın mülki işdə etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 elektron kabinetlərində yerləşdirilmiş, buna baxmayaraq bank tərəfindən kassasiya şikayəti 07.07.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş və şikayət məhkəməyə 08.07.2021-ci il tarixdə daxil olmuş dur. Lakin qətnamə bankın mülki işdə etibarnamə üzrə nümayəndələri Nümayəndə3 və Nümayəndə2 elektron kabinetlərində 26.04.2021-ci il tarixdə yerləşdirilməmişdir. Belə ki, Nümayəndə2 ümumiyyətlə elektron kabinetdə qeydiyyatdan keçməmiş, Nümayəndə3 isə qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı hər hansı məlumat (SMS və ya email vasitəsilə) göndərilməmişdir. Nümayəndə3 qətnamənin 26.04.2021-ci il tarixdə elektron kabinetə yerləşdirilməsi ilə bağlı məlumat göndərilməmiş, yalnız kassasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardadın Nümayəndə3 elektron kabinetinə yerləşdirilməsi haqqında onun elektron poçtuna məlumat göndərilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatlar
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və vəkili Nüm ayəndə2 Həsənağa oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Kərimli Nurlan Əzizağa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
12. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r.
13. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərə findən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə
134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1. Bu Məcəllən in 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsi lə) çatdırılır. Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəm ə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
20. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, Ba kı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçının etibarnamə üzrə (səh. 45) nümayəndələri Nümayəndə3 və Nümayəndə2 elektron kabinetlərində 26.04.2021-ci il tarixdə yerləşdirilmişdir.
22. Nümayəndə2 ümumiyyətlə elektron kabinetdə qeydiyyatdan keçmədiyi, Nümayəndə3 isə qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı hər hansı məlumat (SMS və ya email vasitəsilə) göndərilməməsi barədə kassasiya şikayətində göstərilən dəlillər iş materialları ilə təkzib olunur. Çünki mülki işin 170 və 171-ci səhifələrində olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetində yerləşdirilməsinə dair “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarış”lardan görünür ki, məhkəmənin sözügedən qətnaməsi Nümayəndə3 və Nümayəndə2 elektron kabinetlərində 26.04. 2021-ci il tarixdə yerləşdirilmişdir.
23. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçının kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin iddiaçının kassasiya şikayəti müddət keçdikdən sonra, yəni 07.07.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş və şikayət məhkəməyə 08.07.2021-ci il tarixdə daxil olmuşdur.
24. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkə məsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
25. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3529/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.