Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-282/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 11000 (on bir min) AZN məbləğində puldan ödənilməmiş qalmış 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) AZN kredit borcunun ödənilməsindən ötrü Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun adına yeni restrukturizasiya tətbiq olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dadaşov X1 rayonunun Xolmili kəndində qeydiyyatda olmaqla orada ailəsi ilə birgə yaşayır. O, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 11000 (on bir min) AZN məbləğində pulu kredit olaraq 4 (dörd) il müddətinə illik 20% dərəcəsinə uyğun olaraq götürmüşdür. Həmin kreditdən 2 (iki) ilə yaxın bir müddətdə hər ay cədvələ uyğun olaraq 335 manat pul ödəmişdir. Sonradan isə ailədə maddi vəziyyəti pisləşdiyinə görə kredit üzrə ödənişi ödəyə bilməmiş və təxminən 2018-ci ilin sonundan etibarən bank onu narahat etməmiş və ödənişi tələb etməmişdirlər. 2022-ci ilin may-iyun aylarında isə "xxxx" ASC-dən ona zəng edib kredit borcunun ödənilməsini tələb etdiklərinə görə sonuncu həmin borcdan – 7183.05 manatdan 1250 manat pulu Əmanətlərin Sığortalanması Fonduna ödəmişdir. Çünki sözügedən bank ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna getmiş və orada ləğvetmə prosesində olan "xxxx" ASC-nin nümayəndəsi ona “Problemli Kreditlərin Kompensasiyası” adlı sənədi təqdim edərək bildirmişdir ki, “həmin sənəd əsasında məhkəmədən müvafiq qərar gətirməlisən ki, sənin qalan borcuna restrukturizasiya tətbiq edək və yeni ödəniş cədvəli tərtib etməklə sənə borcunun qalığını ödəməyə şərait yaradaq”. Odur ki, iddiaçı bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14766.70 (on dörd min yeddi yüz altmış altı manat yetmiş qəpik) manat – bundan 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas, 4923.44 (dörd min doqquz yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz, 3802.79 (üç min səkkiz yüz iki manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 134.30 (bir yüz otuz dörd manat otuz qəpik) manat dövlət rüsumunun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İçəri şəhər filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı kredit verilərkən Cavabdeh2 ilə bank arasında 330004574/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni məsuliyyət daşıyır. 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9356.08 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti bu xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, onlar borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə İddiaçı kredit üzrə cəmi borcu 14766.70 (on dörd min yeddi yüz altmış altı manat yetmiş qəpik) manat – bundan 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas, 4923.44 (dörd min doqquz yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz, 3802.79 (üç min səkkiz yüz iki manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 330004574/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış “xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişin aşağıdakı şərtlərindən görünür ki: 1.1. kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: - Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra – “restrukturizasiya edilmiş kredit”) 9356.08 (doqquz min üç yüz əlli altı manat səkkiz qəpik) AZN təşkil edir. - Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7858.84 (yeddi min səkkiz yüz əlli səkkiz manat səksən dörd qəpik) AZN əsas borc, 1271.04 (bir min iki yüz yetmiş bir manat dörd qəpik) AZN faiz borcu və 226.02 (iki yüz iyirmi altı manat iki qəpik) AZN cərimə borcu təşkil edir. - Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15 (on beş) % təşkil edir. 1.5. Bu Saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 1.6. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərin icrası zamanı ilk 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X3 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X3 kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri tətbiq olunur. Mülki işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış “xx.xx.2014cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh2 bu Əlavə Sazişi imzalamaqla xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixinə xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASCyə 5933.05 (beş min doqquz yüz otuz üç manat, beş qəpik) manat əsas, 4923,44 (dörd min doqquz yüz iyirmi üç manat, qırx dörd qəpik) manat faiz, 3802.79 (üç min səkkiz yüz iki manat, yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 107.42 (yüz yeddi manat, qırx iki qəpik) manat faiz borcu, cəmi 14766.70 (on dörd min yeddi yüz altmış altı manat, yetmiş qəpik) manat borcu mövcuddur. Mülki işin materiallarında olan İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, restrukturizasiya olunması təklif olunan kreditlər bölməsində “Ləğv p.o. "xxxx" ASC – 7183.05 manat əsas kredit borcu” göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ləğv prosesində olan "xxxx" ASC tərəfindən 134.30 (bir yüz otuz dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8839 saylı 14 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 11.403,72 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 6933,05 manat, faiz borcu 4470,67 manat. Müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə borcalan tərəfindən 1000,0 manat məbləğində ödəniş aparılmış, həmin ödəniş əsas borc üzrə silinmişdir. Aparılmış ödənişlər nəzərə alındığı təqdirdə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 10.403,72 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 5933,05 manat, faiz borcu 4470,67 manat. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank İddiaçı 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit vermiş, İddiaçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 330004574/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Sonradan bank ilə İddiaçı arasında “xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Saziş imzalanmış və Sazişə görə, İddiaçı bank qarşısındakı kredit öhdəliyinin qalığı olan 9356.08 manat restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Bank ilə zamin Cavabdeh2 arasında bağlanmış “xx.xx.2014-cü il tarixli 330004574/ZM nömrəli zaminlik müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişə əsasən, zamin xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 11000 (on bir min) AZN məbləğində puldan ödənilməmiş qalmış 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) AZN kredit borcunun ödənilməsindən ötrü Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun adına yeni restrukturizasiya tətbiq olunmasının təmin edilməsini xahiş edir. LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə öz növbəsində İddiaçı və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmələri ilə əlaqədar olaraq cəmi 14766.70 (on dörd min yeddi yüz altmış altı manat yetmiş qəpik) manat – bundan 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas, 4923.44 (dörd min doqquz yüz iyirmi üç manat qırx dörd qəpik) manat faiz, 3802.79 (üç min səkkiz yüz iki manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat faiz borcun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması”na dair ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə (bundan sonra - Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Qaydanın 7.1-7.3-cü bəndlərinə müvafiq olaraq, Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır. Qaydanın 2.1.12-ci bəndində qeyd edilmişdir ki, elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alıb məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilə hazırda ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməyən 7183.05 manat məbləğində əsas kredit borcunun yuxarıda qeyd edilən Fərmanın təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin İddiaçı müvafiq müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə yuxarıda istinad olunan Qaydada müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-yə və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, ilkin iddia ərizəsində göstərilən dəlilə görə, iddiaçı 2018-ci ilin sonundan etibarən banka ödənişlər etməyi dayandırmış, 2022-ci ilin mayiyun aylarında borcun ödənilməsi ilə bağlı xəbərdarlıq ediləndən sonra müəyyən məbləğdə ödəniş etmiş, xx.xx.2022-ci il tarixində isə kreditin qalıq borcunun restrukturizasiya oluna biləcəyinə dair sənədi Əmanətlərin Sığortalanması Fondundan əldə etmişdir. Bu isə özlüyündə iddiaçının əvvəlki məhkəmə iclaslarında “2019-cu ildə banka və Fonda şifahi qaydada müraciət etməsinə, lakin heç bir nəticə ala bilməməsinə dair” verdiyi izahatı təkzib edir. Əlavə olaraq qeyd edilməlidir ki, onun 2019-cu ildə banka və ya Fonda rəsmi müraciət etməsinə dair sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçının 2019-cu il ərzində qeyd edilən məsələdən xəbərsiz olması da ağlasığan deyil. Belə ki, Fərmanın və Qaydanın bütün şəxslər üçün əlçatan olması və bütün rabitə vasitələri ilə elan edilməsi (televiziya xəbərlərində elan, hüquqi aktların dövlət reyestrinə daxil edilmə, rəsmi internet səhifələri və digər kütləvi informasiya vasitələrində elan və s.), kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal yaradılması, həmin portaldan istifadənin sadə olması, yəni sadəcə şəxsiyyəti təsdiq edən sənədə dair məlumatlar əsasında həmin məlumatların əldə edilməsinin mümkünlüyü açıqaşkardır. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 3 il keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadənin xüsusi növüdür. İlkin iddia tələbi ilə əlaqədar, həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad olunan Fərman banklar üçün tövsiyə xarakterlidir. İddiaçı Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət etmədiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçıya münasibətdə həmin Bank üçün məcburi olmamışdır. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2019-cu ilədək banka və ya Fonda restrukturizasiya tələbi ilə rəsmi qaydada müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia üzrə cavabdehlərin LPO "xxxx" ASC-yə borcunun olması faktı işdə olan xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və 330004574/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 №-li və zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə Sazişlərlə, maliyyə arayışı, ekspert rəyi ilə və digər sənədlərlə təsdiqlənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri vaxtında icra etməmiş, ləğv prosesində olan "xxxx" ASC-yə olan borclarını müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də onlar özlərinin risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və müştərək qaydada müqavilələr üzrə yaranmış borcu ləğv prosesində olan "xxxx" ASC-yə ödəməlidirlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “əsas və faiz borcu” hissəsinə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8839 saylı 14 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə razılaşıb hesab edir ki, qarşılıqlı iddia əsas və faiz borcuna münasibətdə təmin edilməli, belə ki, kredit müqaviləsinə əsasən 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas borc, 4470.67 (dörd min dörd yüz yetmiş manat altmış yeddi qəpik) manat faiz borcu qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu” hissəsinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “cərimə” hissəsinə münasibətdə hesab edir ki, 3802.79 (üç min səkkiz yüz iki manat yetmiş doqquz qəpik) manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 300 (üç yüz) manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllənin və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas borc, 4470.67 (dörd min dörd yüz yetmiş manat altmış yeddi qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu, 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 10.811,14 (on min səkkiz yüz on bir manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilmədiyindən ilkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.30 (bir yüz otuz dörd manat otuz qəpik) manat dövlət rüsumunun 98 (doxsan səkkiz) manat hissəsi İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, qalan 36.30 (otuz altı manat otuz qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat pulun 110 (bir yüz on) manat hissəsi müştərək qaydada İddiaçı və Cavabdeh2, qalan 40 (qırx) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh2 müştərək qaydada 5933.05 (beş min doqquz yüz otuz üç manat beş qəpik) manat əsas borc, 4407.67 (dörd min dörd yüz yeddi manat altmış yeddi qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu, 107.42 (bir yüz yeddi manat qırx iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 10.748,14 (on min yeddi yüz qırx səkkiz manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.30 (bir yüz otuz dörd manat otuz qəpik) manat dövlət rüsumunun 98 (doxsan səkkiz) manat hissəsi İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin, qalan 36.30 (otuz altı manat otuz qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat pulun 110 (bir yüz on) manat hissəsi müştərək qaydada İddiaçı və Cavabdeh2, qalan 40 (qırx) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-282/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-282/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver