Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2827/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçır oğlunun Cavabdeh AS-yə qarşı “təqaüdündən 3 ay 50 %-dən artıq tutulan hissəsinin geri qaytarılması və gələcəkdə kredit borcunun təqaüdünün 50% miqdarında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədov X3 rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən mənim təqaüdümün 3 ay 50% -dən artıq tutulan ssəsinin geri qaytarılmasına və gələcəkdə kredit borcumun təqaüdümün 50% miqdarında tulmasma dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçır oğlu məhkəmə iclasında iştirak etməməsi ilə baxlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçır oğlu məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayırdır. 25 il DİN-də işləmişdır. Hal-hazırda təqaüdçüdür. 1-ci Qarabağ döyüşünün iştirakçısıdır. Kiçik oğlu 2020-ci il aprel ayında hərbi xidmətə çağrılmışdır. Hal-hazırda Qubadlı, Zəngilan, Fizuli döyüşlərində iştirak edərək ərazi bütövlüyümünün bərpa ummasında yaxından iştirak edibdir. Hal-hazırda vətənə xidmətini davam etdirir. Mən 1-ci Qarabağ müharibəsi, birinci oğlu isə 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Ailəsi 7 nələrdən ibarətdir. Ailəsində heç kim işləmir, yalnız onun təqaülə dolanır. Özündə ürək çatışmamazlığı və şəkər diabetli xəstəsidir. Ancaq Cavabdeh onu üç aydır ki, bu təqaüddən mərhum edib. Bu bank oktyabr, dekabr, yanvar ayı 448 manat təqaüdümü tam tutublar. Bu bank cənab Prezidentin pandemiya və müharibə ilə bağlı banklar vətəndaşlara faiz borclarının hesablanmasında köməklik edilməsinə dair göstəriş verməyinə baxmayaraq, 'Cavabdeh” ASC kreditə hesablanmış faiz borcu qalsın bir kənara vətəndaşın tam 3 ayını tutaraq yaşamaq hüququndan mərhum etmişdir. Cavabdeh ASC nə prezidendən nə də qanunlardan qorxmur. Yazaraq onlara bildirir ki, Cavabdeh ASC-dən oğlunun toyu ilə bağlı 04.12.2017ci il tarixdə 185 CİM ********** saylı kredit müqaviləsi əsasında 27.84 faizlə 8.200 manat pul götürmüşdür. Onun təqaüdü 370 manat olmasına baxmayaraq, onlar aylıq 285 manat ödəniş qrafıkinə əsasən təqaüdünün 80 faizini tuturlar. Bununla 7 nəfər yaşlı və azyşlı uşaqları həyatını təhlükə altına almışdır. Necə olurki onun təqaüdünün 50 faiz, əvəzinə 80 faiz tuturlar. 7 ay keçdikdən sonra ona zəng edib deyirlər ki, sizdə gecikmə yaranır müqaviləni yeniləyək. Necə olur ki, hər ay onun kartından gecikən günlərdə ayda 23 manat artıq pul tuturlar. Onlar müqaviləni yeniləyib əlavə 1 ildə atırdılar. O, 3 ildir ki pul dəyir. O, artıq 11.000 manat pul ödəmiş, ancaq hələ də 6000 manat borcu var. Necə ki, 8000-ə 16.000-də kredit ödənişi olar. Bununla bağlı o cənab Prezidentə, Mehriban xanıma, Milli Bank-ın rəhbəri Elmar Rüstəmova da müraciət etmişdir, ancaq bu məsələ ilə bağlı ona heç bir köməklik olmadı. Heç olmasa təqaüdünün 50 faizi tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmiş və iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında imzalanmış 04 dekabr 2017- ci il tarixli, 185CLM********** nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 8200 (səkkiz min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi 16.06.2018-ci il tarixində restrukturizasiya edilmişdir. Borcalanla Bank arasında imzalanmış 16.06.2018-ci il tarixli, 127RGTK4702599AA nömrəli müqaviləyə əsasən İddiaçı 60 ay müddətinə illik 27,84 faiz olmaqla 8445,84 (səkkiz min dörd yüz qırx beş manat səksən dörd qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən İddiaçı müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcu tam ödəməmişdir. Bank kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borclu öz öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının iddia ərizəsi əsassızdır. Belə ki, Bank qanuna uyğun hərəkət edərək İddiaçının heç bir hüququnu pozmamışdır. Bunu aşağıdakılar sübut edir: Azərbaycan Respublikası MM-nin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bankla İddiaçı arasında bağlanmış 16.06.2018-ci il tarixli, 127RGTK4702599AA nömrəli kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borc məbləği ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutulması (silinməsi) nəzərdə tutulmuşdur (Əlavə olunur). Bundan əlavə, İddiaçı 16.07.2018-ci il tarixli ərizə ilə bankın filial rəhbərliyinə müraciət edərək ona kredit ayrılmasını xahiş edərkən, müqavilə şərtlərinin onun tərəfindən pozulacağı təqdirdə kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir (Əlavə olunur). Müqavilə azadlığına hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 15.07.2015-ci il tarixli qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Müqavilə azadlığının təminatı olaraq müştərilərlə kredit müqavilələri rəsmiləşdirildikdə həmin müqavilələrdə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. İddiaçı iddia ərizəsi verərkən MM-nin 423.2-ci maddəsində qeyd edilən qaydalara riayət etməmişdir. Belə ki, İddiaçı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb etsə də qanunda müəyyən edilmiş, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya əməl etməmişdir, yəni məhkəməyə müraciət edənə qədər kredit müqaviləsinin dəyişdirilməsi Banka təklif etməmişdir. Mülki Məcəllənin 423.2- ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı ilə Bank arasında bağlanmış zaminlik müqaviləsi üzrə Bank tərəfindən hər hansı pozuntu olmadığına görə İddiaçının Banka qarşı iddiasının hər hansı hüquqi əsası yoxdur. Müştərinin Bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi Müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, İddiaçır oğlunun Cavabdeh AS-yə qarşı “təqaüdündən 3 ay 50 %-dən artıq tutulan hissəsinin geri qaytarılması və gələcəkdə kredit borcunun təqaüdünün 50% miqdarında tutulması” tələbinə dair iddia ərizəsi əsassısdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçır oğlunun Cavabdeh AS-yə qarşı “təqaüdündən 3 ay 50 %-dən artıq tutulan hissəsinin geri qaytarılması və gələcəkdə kredit borcunun təqaüdünün 50% miqdarında tutulması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçır oğlunun Cavabdeh AS-yə qarşı “təqaüdündən 3 ay 50 %-dən artıq tutulan hissəsinin geri qaytarılması və gələcəkdə kredit borcunun təqaüdünün 50% miqdarında tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2827/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2827/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver