Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2860/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 12864.21 manat əsas borc, 3614,64 manat faiz borcu, 212.07 manat cərimə borcu, 04.11.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 855.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 17546.02 manat məbləğində kredit borcu və ödənilmiş 10 (on) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulmalı, tutma Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 43, mənzil 119 saylı mənzilinə yönəldilməsi, həmin mənzil 45000 manat ilkin satış qiyməti ilə müəyyən edilməklə açıq hərracda satılması və borc Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 43, mənzil 119 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, 2014-cü il 04 noyabr tarixli kredit müqaviləsi əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin 12 saylı filialından illik 25%-lə 60 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 01 otaqlı, 28.1 kv.m ümumi, 16.7 kv.m yaşayış sahədən ibarət 119 nömrəli mənzili 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021 martın 01-dək Cavabdeh1 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12864.21 manat əsas, 3614.64 manat faiz, 212.07 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16690.92 manat borcu vardır. Məhkəmə baxışı Cavabdeh1 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 2014-cü il 04 noyabr tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-nin 12 saylı filialından illik 25%-lə 60 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 04 noyabr tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 01 otaqlı, 28.1 kv.m ümumi, 16.7 kv.m yaşayış sahədən ibarət 119 nömrəli mənzili 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 2021 martın 01-dək Cavabdeh1 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12864.21 manat əsas, 3614.64 manat faiz, 212.07 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16690.92 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilərkən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 212.07 manat cərimə cavabdehin hazırda ödənilməmiş borcuna mütənasibdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 21 manat məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 10.664,21 manat əsas borc, 3614,64 manat faiz borcu, 21 manat cərimə borcu, 04.11.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 600 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14.899,85 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 43, mənzil 119 saylı mənzilinə yönəldilsin, həmin mənzil 45000 manat ilkin satış qiyməti ilə müəyyən edilməklə açıq hərracda satılsın və borc Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 43, mənzil 119 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitindən 100 manat İddiaçı ASC-dən, 200 manat cavabdehlər Cavabdeh1 tutulsun və "xxxx" MMC-yə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2860/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2860/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver