Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2875/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 03 fevral 2021-ci il tarixə 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 04.10.2019-cu il tarixli 1**-AF-*** №-li saylı Kredit müqaviləsinə əsasən ona illik 20 (iyirmi) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kredit müqaviləsinin şərtlərini pozmuş, nəticədə iddia qaldırılan günə 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 03 fevral 2021-ci il tarixə 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 oktyabr 2019-cu il tarixli, 1**-AF-*** saylı Kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 20 % olmaqla 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 04 oktyabr 2019-cu il tarixli, 1**-AF-*** saylı Kredit müqaviləsi üzrə 03.02.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində borcu vardır. 11.09.2020-ci il tarixli, PKD/2120 saylı xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir 23.09.2020-ci il tarixli, PKD/2994 saylı xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 23.11.2020-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 10.03.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 1**-AF-*** saylı Kredit müqaviləsi Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 20 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 04 oktyabr 2019-cu il tarixli 1**-AF-*** saylı kredit razılaşması müqaviləsi üzrə ümumilikdə 4907.73 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, 04 oktyabr 2019-cu il tarixli 1**-AF-*** saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 03 fevral 2021-ci il tarixə 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin 04 oktyabr 2019-cu il tarixli 1**-AF-*** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 04 oktyabr 2019-cu il tarixli, 1**-AF-*** saylı Kredit müqaviləsinin: 3.1.5-ci bəndinə əsasən Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsinin və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş ödəniş qrafiki üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə, Bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Göstərilənlərə və 04 oktyabr 2019-cu il tarixli, 1**-AF-*** saylı Kredit müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli 1**-AF-*** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4428.78 (dörd min dörd yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 478.95 (dörd yüz yetmiş səkkiz manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4907.73 (dörd min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2875/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2875/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver