Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2875/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-2935/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarına dəyişiklik edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Bu nikahdan xx.xx.2017-ci ildə X4 adlı bir uşaqları anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)2935/2023 saylı qətnaməsinə əsasən nikah pozulmuş və xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün hər ay Cavabdeh 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçının uşağın saxlanması üçün 500 manata qədər xərci çıxır ki, bu məbləği də təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdehin ödədiyi aliment məbləği uşağın saxlanması üçün kifayət etmir, bu səbəbdən o valideynlərinin vəsaiti hesabına uşağı saxlayır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində köməklik göstərir, nə də ki, uşağının maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına İddiaçı olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında iddiaçıya hər hansı bir köməklik göstərmir. Bu barədə cavabdehə dedikdə isə o, pulunun olmamasını bildirib, valideynlik məsuliyyətindən yayınır. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşağın saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı qaldırdığı iddianı tam qanunsuz və əsassız, eyni zamanda iddia ərizəsində yazılanları heç bir həqiqətə uyğun olmayan, ona qarşı şər və böhtan hesab edir. İlkin olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində hər ay uşağımız X2 üçün 500 manata qədər xərcinin çıxması, cavabdeh kimi onun kifayət qədər gəlirə malik olmağı, ona görə də daha yüksək məbləğdə aliment ödəyə bilmək, ondan daha yüksək məbləğdə aliment tələb etməsi ilə əlaqədar valideynlik məsuliyyətindən yayınmağı barədə yazdıqları heç bir həqiqətə uyğun deyildir. Belə ki, o, neçə illərdir ki, özünə güc-bəla ilə iş tapmış və “X6” MMC-də sosial işçi kimi işləyir və 2023-cü ildən hazırkı vaxta kimi hər ay 345 manat məbləğində əmək haqqı alır. Onun bundan başqa aylıq heç bir gəliri və qazancı yoxdur. İddiaçı özü də onun aylıq 345 manatdan əlavə hər hansı bir gəlir və qazanca malik olmadığını çox yaxşı bilir. Eyni zamanda İddiaçı onun aylıq 345 manatdan əlavə gəlir və qazanca malik olmağı barədə Nəsimi Rayon Məhkəməsinə hər hansı bir fakt və sübut təqdim etməmişdir. İddiaçı 2023-cü ildə ona qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində “nikahın pozulması və alimentin tutulması barədə” iddia qaldırmış, övladı Nizam Rəsulova görə hər ay sabit pul məbləğində 250 manat pulun aliment kimi ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsində işə baxılan zaman aparılmış məhkəmə araşdırması ilə tam müəyyən olunmuşdur ki, o, “X6” MMC-də sosial işçi kimi işləyir və hər ay 345 manat əmək haqqı alır. Onun 345 manatdan başqa heç bir gəlir və qazancı yoxdur. İddiaçı özü də “Bakı Metropolitenində” işləyir və hər ay 591 manat məbləğində əmək haqqı alır. Ona görə 150 manat pulun aliment kimi ondan tutulub İddiaçı ödənilməsini qət etmişdir. O da məhkəmənin bu qətnaməsi ilə üzərinə düşən öhdəliyi həmişə vaxtlı-vaxtında icra edərək alimenti ödəyir. Hazırda da o, iş yerindən hər ay 345 manat əmək haqqı alır. Əlavə heç bir gəlir və qazanca da malik deyildir. İkinci bir tərəfdən iddiaçı iddia ərizəsində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 112-ci maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün 2024-cü ildə yaşayış minimunun ölkə üzrə 235 manat nəzərdə tutulmasına istinad edərək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2935/2023 saylı qətnaməsi ilə təyin olunmuş 150 manat məbləğində alimentin artırılaraq uşağı Nizami Rəsulov yetkinlik yaşına çatana kimi hər ay sabit məbləğdə 235 manat məbləğində pulun aliment kimi ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu hal tək bir valideynin yox, hər iki valideynin borcudur. Buradan belə nəticəyə gəlmək olur ki, övladı Nizami Rəsulovu saxlamaq və ona qayğı göstərmək, onu tərbiyə etmək tək onun deyil, eyni zamanda İddiaçı da borcudur. İddiaçı özü də Nəsimi Rayon Məhkəməsinə alimentin artırılması tələbi ilə bağlı müraciət edərkən cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddiaçının iddia tələbini həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən tam qanunsuz və əsassız hesab etmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbinin təmin edilməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)- 2935/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 483 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan 1 övladının olması, uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-2935/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-2935/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2875/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2875/2024
02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver