Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2880/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 24.11.2015-ci il təvəllüdlü – X1 üçün o, yetkinlik yaşına çatana qədər alimentin məbləği artırılaraq hər ay maaşın ¼ hissəsi olmaqla Cavabdeh tutularaq İddiaçı Fizuli qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında izahat verərək ərizədə göstərilənləri bir daha təsdiq etdi və bildirdi ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan 24.11.2015-ci ildə dünyaya gəlmiş X3 üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, 2017-ci ildə alimentin məbləğinin artırılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilən 2(006)-8729/2017 nömrəli qətnamə ilə alimentin məbləği artırılaraq 136 manat olması qət edilmişdir. Uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alır və buna görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, ikinci dəfə ailə həyatı qurub və hal-hazırda həyat yoldaşı 30-31 həftəlik hamilədir. Bundan başqa anası da onun himayəsindədir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(006)-8729/2017 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 24.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 136.60 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Fizuli qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2017-ci il tarixli AZ-İ 261913 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 15 aprel 2017-ci ildə ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh oğlu ilə bağlı məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) “Neftqaztikinti” Trestində iş icraçısı, tikintidə vəzifəsində işləyir və orta aylıq əmək haqqı 1589 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh hər ay iddiaçıya uşağın saxlanılması üçün 136.60 manat sabit pul məbləğində aliment ödəyir. İddiaçı həmin məbləğin uşağın saxlanılması üçün yetərli olmadığını əsas gətirərək cavabdehdən hər ay aylıq əmək haqqının 1/4 hissəsi miqdarında uşağa görə aliment tələb edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alaraq, məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(006)-8729/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan 24.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(006)-8729/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan 24.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2880/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2880/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver