Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2915/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Özyürek Elmı̇ ra İlqar qızının, Cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nanın iştirakı ilə, İddiaçı Özyürek Elmı̇ ra İlqar qızının cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nana qarşı "alimentin həcminin artırılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə 02 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Özyürek Elmı̇ ra İlqar qızı cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nana qarşı "alimentin həcminin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Özyürek Elmı̇ ra İlqar qızı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nan ilə xx.xx.2010cu ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və onların birgə nikahından 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızı və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızı adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)-499/2022 saylı qətnaməsi ilə onların arasındakı nikahın pozulması, birgə nikahdan olan uşaqlarının onun yanında saxlanılması və Özyürek Hanı̇ fi Sı̇ nandan onların birgə nikahından anadan olmuş 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh bugünədək qətnaməni icra etməmiş, azyaşlı uşaqların saxlanılması üçün təyin olunmuş aliment məbləğini ödəməmişdir. Nəticədə onun kifayət qədər aliment borcu yaranmışdır. Nikah pozulduqdan sonra o, uşaqları təkbaşına böyüdür. Uşaqlar hazırda orta məktəbdə təhsil alırlar. Bundan əlavə onlar hazırlıqlara da gedirlər. Uşaqlar böyüdükcə onların maddi təlabatları da xeyli artmışdır. Cavabdeh isə uşaqlarına heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təlimtərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Uşaqların maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Məlumdur ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)-499/2022 saylı qətnaməsi ilə cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nan iddia tələbinə etiraz etməyərək, izahatında göstərdi ki, onun iddiaçı Özyürek Elmı̇ ra İlqar qızı ilə birgə nikahından 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızı və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızı adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)-499/2022 saylı qətnaməsi ilə ondan tutulan aliment məbləğinin artırılmasına, uşaqlar üçün yaşayış minimumu məbləğində aliment ödəməyə razıdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Özyürek Elmı̇ ra İlqar qızı ilə cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nanın birgə nikahından 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızı adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Özyürek Elmı̇ ra İlqar qızı ilə cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nanın birgə nikahından 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızı adlı yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)-499/2022 saylı qətnaməsinin surətindən görünür ki, Özyürek Hanı̇ fi Sı̇ nan ilə Özyürek Elmı̇ ra İlqar qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşlıq X1 şöbəsi üzrə Baş İdarənin Şehidkamil Bələdiyyəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1495 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının anaları Özyürek Elmı̇ ra İlqar qızının yanında saxlanması və Özyürek Hanı̇ fi Sı̇ nandan tərəflərin birgə nikahından anadan olmuş 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Özyürek Elmı̇ ra İlqar qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Özyürek Hanı̇ fi Sı̇ nan ilə Özyürek Elmı̇ ra İlqar qızı arasında nikah pozulmuş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 18 may 2022-ci il tarixdə, 149 saylı nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı 08 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00188 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı Özyürek Elmı̇ ra İlqar qızı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Özyürek Hanı̇ fi Sı̇ nan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, mövcud qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və iddiaçının alimenti sabit pul məbləğində tələb etməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)- 499/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Özyürek Elmı̇ ra İlqar qızına ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 120 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1440 manat (120x12=1440) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 34.40 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(006)-499/2022 saylı qətnaməsi ilə 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının saxlanması üçün cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan iddiaçı Özyürek Elmı̇ ra İlqar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan 15 iyul 2011-ci il təvəllüdlü X2 Hanı̇ fi Sı̇ nan qızının və 28 iyun 2013-cü il təvəllüdlü X3 Hanı̇ fi Sı̇ nan qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Özyürek Elmı̇ ra İlqar qızına ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulması hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 34.40 manat dövlət rüsumu cavabdeh Özyürek Hanı̇ fi Sı̇ nandan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2915/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2915/2024
02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver