Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-296/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin müqavilə üzrə cavabdehin banka olan 103.642 manat 94 qəpik əsas borc, 902 manat 27 qəpik faiz, 8.247 manat 48 qəpik cərimə olmaqla, cəmi 112.792 manat 69 qəpik borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka predmeti olan, Cavabdeh məxsus olan DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi **********58-05301-093015; qeydiyyat nömrəsi ********** olan, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən) ünvan 1 ünvanda yerləşən 67,2 m2 ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin müqavilə üzrə cavabdehin banka olan 102.839 manat 95 qəpik əsas borc, 679 manat 33 qəpik faiz, 8.247 manat 48 qəpik cərimə olmaqla, cəmi 111.766 manat 76 qəpik borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka predmeti olan, Cavabdeh məxsus olan DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi **********58-05301- 093015; qeydiyyat nömrəsi ********** olan, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən) ünvan 1 ünvanda yerləşən 67,2 m2 ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7 % olmaqla 300 ay müddətinə 108.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 28 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi: **********58-05301-093015, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən) ünvan 1 ünvanda yerləşən 67,2 m2 ümumi sahədən ibarət yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 27 aprel 2020-ci il tarixli qərarları ilə "xxxx" ASC ödəmə qabiliyyətini itirdiyindən «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 57.1 və 57.3-cü maddələrinə əsasən "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, bu bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə İddiaçı ASC arasında imzalanmış 11 iyul 2018-ci il tarixli 17 saylı Xidmət müqaviləsinə əsasən müvəkkil bank tələb hüquqları fonda məxsus olan ipoteka kreditlərinə xidmət olunmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən fond tərəfindən ipoteka kreditləri müvəkkil banka - İddiaçı ASC-yə bu müqavilənin ayrılmaz hissəsi olan 19 may 2020-ci il tarixli cədvələ əsasən siyahı üzrə xidmət olunmağa verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinə əsasən 15 iyul 2021-ci il tarixədək 103.642 manat 94 qəpik əsas borc, 902 manat 27 qəpik faiz, 8.247 manat 48 qəpik cərimə olmaqla, cəmi 112.792 manat 69 qəpik borcu vardır. Bununla əlaqədar dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borc alan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 4.2-ci bəndə əsasən borc alan ödəniş cədvəli üzrə ödənişləri vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 7 % olmaqla 300 ay müddətinə 108.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 27 aprel 2020-ci il tarixli qərarları ilə "xxxx" ASC ödəmə qabiliyyətini itirdiyindən «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 57.1 və 57.3-cü maddələrinə əsasən "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, bu bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə İddiaçı ASC arasında imzalanmış 11 iyul 2018-ci il tarixli 17 saylı Xidmət müqaviləsinə əsasən müvəkkil bank tələb hüquqları fonda məxsus olan ipoteka kreditlərinə xidmət olunmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən fond tərəfindən ipoteka kreditləri müvəkkil banka - İddiaçı ASC-yə bu müqavilənin ayrılmaz hissəsi olan 19 may 2020-ci il tarixli cədvələ əsasən siyahı üzrə xidmət olunmağa verilmişdir. Göründüyü kimi, İddiaçı ASC-nin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. Sonuncu dəfə məhkəməyə təqdim olunmuş 12 oktyabr 2021-ci il tarixli 2009 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 103002.42 əsas borc, 261.04 manat faiz, 8.247 manat 48 qəpik cərimə olmaqla, cəmi 111.510 manat 94 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh "xxxx" ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 28 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 35a saylı evin 40 saylı mənzilini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli H/01-PLS nömrəli rəyindən (əmlakın qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 35a saylı evin 40 saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 79, M8, m1) hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiymətləri aşağıdakı kimidir: - bazar qiyməti 95.000 manat; - likvid qiyməti 82.000 manat. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli; 103.002 manat 42 qəpik əsas borc, 261 manat 04 qəpik faiz, 1.000 manat cərimə olmaqla, cəmi 104.263 manat 46 qəpik pul vəsaiti, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində rüsum, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 35a saylı evin 40 saylı mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 82.000 (səksən iki min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; qiymətləndirmə xərci olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1.000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 11/702/AİF saylı kredit müqaviləsi ləğv edilsin. 103.002 manat 42 qəpik əsas borc, 261 manat 04 qəpik faiz borcu, 1.000 manat cərimə olmaqla, cəmi 104.263 manat 46 qəpik pul vəsaiti, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində rüsum, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 35a saylı evin 40 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 82.000 (səksən iki min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. (İcraçı: "xxxx" MMC, icraçının VÖEN-i: **********, İcraçının hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəglü filalı, Valyuta: AZN, Filialın kodu: 502058, VÖEN: **********, SWİFT kod: UBAZAZ22, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, Müştərinin hesab №-si: AZ65UBAZ**********0060AZN001) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-296/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-296/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver