Məhkəmə qərarları › İş №2(006)-2967/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2967/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2967/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, "İddiaçı" QSC-nin cavabdehlər Lətı̇fov Xəyal Vəlı̇ oğlu və Hüseynov Farı̇z Taryel oğluna qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə açıq məkhəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lətı̇fov Xəyal Vəlı̇ oğludan və Hüseynov Farı̇z Taryel oğlundan müştərək qaydada 1357,89 manat əsəs borc, 317,75 manat məbləğində faiz borcu və 394,16 manat məbləğində cərimə borcu,ümumilikdə cəmi 2069,8 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğinində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kedit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılımış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 142,11 manat ödəniş etmiş və onun banka 1357,89 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qayrılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 323 gün üçün kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 317,75 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 323 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 394,16 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə Lətı̇fov Xəyal Vəlı̇ oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli 061A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 12 ay müddətinə, illik 2,1667% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Hüseynov Farı̇z Taryel oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Hüseynov Farı̇z Taryel oğlu borclunun xx.xx.2019-ci il tarixli 061G**********01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı QSC tərəfindən Lətı̇fov Xəyal Vəlı̇ oğluna 1500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borcu 1357,89 manat, faiz borcu 317,75 manat, cərimə borcu 394,16 manat olmaqla cəmi borcu 2069,8manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan İddiaçı QSC tərəfindən zamin Hüseynov Fari̇z Taryel oğlu ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC (borc verən) tərəfindən Cavabdeh1 (borc alana) 12 ay müddətinə, illik 2,1667% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmiş, həmçinin kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC ilə Hüseynov Farı̇z Taryel oğlu (zamin) arasında xx.xx.2019-ci il tarixli 061G**********01 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminliklə təmin edilmiş öhdəlik üçün sonuncu borclu ilə birgə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. Lakin cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə banka 1357,89 manat əsas, 317,75 manat faiz borcu və 394,16 manat cərimə borcu olmaqla, ümumilikdə 2069,8 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 394,16 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 94 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 25 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Hüseynov Farı̇z Taryel oğlunda müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1357,89 manat məbləğində əsas borc, 317,75 manat faiz borcu və 94 manat cərimə borcu olmaqla, ümumilikdə 1769,64 manat məbləğində pul və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Hüseynov Farı̇z Taryel oğlundanmüştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1357,89 (min üç yüz əlli yeddi manat, səksən doqquz qəpik) manat məbləğində əsas borc, 317,75 (üç yüz on yeddi manat, yetmiş beş qəpik) manat faiz borcu və 94 (doxsan dörd) manat cərimə borcu olmaqla, cəmi 1769,64 (min yeddi yüz altmış doqquz manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Hüseynov Farı̇z Taryel oğlundan müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 25 (iyirmi beş) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Hüseynov Farı̇z Taryel oğlundan müştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar