Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2969/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, Cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikaı Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, "maneəçiliklərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikaı Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, "maneəçiliklərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan snra – Mülki Prosessual Məcəllənin) 259.0.7-ci maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 saylı 4 (dörd) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 46,60 kv.m olan qeyri-yaşayış sahəsinə giriş qapısının bağlanması, pilləkən qəfəsinin sökülməsi cavabdeh Nəsimi rayon MKTB-nə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarına və digər şəxslərə qadağan edilməsi qərara alınmış, qərardadın icrası Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində göstərilmişdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsində göstərilmişdir ki, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarının 15-ci hissəsinə əsasən iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından və işə mahiyyəti üzrə baxılmadığından, iddianın təmin tədbiri görülməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazrki iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 10 (on) manat rüsum ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 162, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikaı Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, "maneəçiliklərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın təmin tədbiri görülməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2969/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2969/2021
04.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver