Məhkəmə qərarları › İş №2(006)-2995/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2995/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2995/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "kredit borcunun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "kredit borcunun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 yanvar 2015-ri il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xətai filialından “Şəxsi İstehlak” məqsədi ilə, 7700 (yeddi min yeddi yüz) USD məbləğində kreditə pul götürmüşdür. Ödəniş barədə qrafik üzrə 3 və ya 4 ay ödəniş etmişdir. ABŞ dollarının bahalaşması ailə büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. Dəfələrlə bank rəhbərliyinin qəbulunda olub, uzunmüddətli ödəniş qrafiki açaraq ödəniş etmək istədiyini bildirsə də heç bir güzəşt əldə edə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra o dəfələrlə "xxxx" ASC-yə müraciət edərək Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsini xahiş etmişdir. Bankdan bildirilmişdir ki, tələsmə özümüz səni çağıracayıq. Lakin bank tərəfindən ona heç bir çağırış, bildiriş göndərilməmişdir. “Ləğv prosesi”də olan "xxxx" ASC-nin sənədləri Əmanətlərin Sığortalanması Fondunda olduğu üçün Fondun icraçı direktoruna xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə 18 fevral 2022-ci il tarixdə **********530 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının 27 mail 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, pcnya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Həmçinin sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı bildirilmişdir. İddiaçı sonda yuxarı instansiya kimi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankına müraciət etmişdir. Mərkəzi Bankda 15 may 2022-ci il tarixdə öz növbəsində tələbimdən imtina edərək ona köməklik göstərməmişlər. Məlum cavabdan sonra o Azərbaycan Respublikası Mərkəzi bankına ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi Departamentinə qarşı Sumqayıt İnzibati məhkəməsində iddia qaldırmışdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2370/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, "xxxx" ASC inzibati orqan olmadığına və iddiaçı ilə bank arasında olan münasibətlər mülki münasibətlər olduğuna görə bu münasibətlərlə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Eyni zamanda cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəməyə vəsatət vermiş, vəsatətində mübahisənin mülki mübahisə olduğunu qeyd edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2- ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq kredit borclarının restruktruzasiya edilməsi LPO Cavabdeh ASC-nin səlahiyyətindədir. Buna görə də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu sözügedən iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda, ləğv prosesində olan Cavabdeh ASC kommersiya hüquqi şəxsidir və inzibati orqan hesab olunmur. Belə olduğu halda hazırki işə rayon-şəhər məhkəmələri tərəfindən baxılmalıdır. Hazırkı məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu, təlimatın 31 dekabr tarixinə kimi verildiyini, bu səbəbdən resturukturizasiya müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlkin olaraq qeyd etmək lazımdır ki, qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh LPO “DəmirBank" ASC ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, 19 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xətai filialından “Şəxsi İstehlak” məqsədi ilə, 7700 (yeddi min yeddi yüz) ÜSD məbləğində kreditə pul götürmüşdür. Ödəniş barədə qrafik üzrə 3 və ya 4 ay ödəniş etmişdir. ABŞ dollarının bahalaşması ailə büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. İddiaçı dəfələrlə bank rəhbərliyinin qəbulunda olmuş, uzunmüddətli ödəniş qrafiki açaraq ödəniş etməyini bildirsə də heç bir güzəşt əldə edə bilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra iddiaçı dəfələrlə "xxxx" ASCyə müraciət edərək Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsini xahiş etmişdir. Bankdan bildirilmişdir ki, özləri çağıracaqdır. Lakin bank tərəfindən iddiaçıya heç bir çağırış, bildiriş göndərilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Ləğv prosesində olan "xxxx" ASCnin sənədləri Əmanətlərin Sığortalanması Fondunda olduğu üçün Fondun icraçı direktoruna ərizə ilə müraciət etmişdir. Müraciətinə 18 fevral 2022-ci il tarixdə **********530 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Həmçinin bildirir ki, sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığını bildirilmişdir. İddiaçı sonda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankına müraciət etmişdir. Mərkəzi Bankda 15 may 2022-ci il tarixdə öz növbəsində tələbindən imtina edərək iddiaçıya köməklik göstərməmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu İİ tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilələr üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir . Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli problemli kreditlərin kompensasiya edilməsinə dair çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 5595,74 manat kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Araşdırılmış iş materiallarından göründüyü kimi, iddiaçının cavabdeh ilə bağladığı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Lakin, məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində cavabdeh LPO "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvana müvafiq məlumatları özündə əks etdirən bildirişin göndərilməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının buraxdığı müddəti üzrlü sayaraq (iddiaçının dənizdə işləməsi və pandemiya şəraiti) buraxılmamış hesab etmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, cavabdeh-təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrukturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etməmiş, yəni güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına dair borcu Fərmanın təsiri dairəsinə düşən iddiaçını bu barədə məlumatlandırmamışdır. Lakin cavabdeh tərəf kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişin iddiaçıya göndərilməsini bildirsə də, bunu sübut edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Məhkəmə LPO "xxxx" ASC -nin bu hərəkətlərini Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməməsi kimi qiymətləndirərək hesab edir ki, cavabdehin bu hərəkətləri iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO "xxxx" ASC -yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "kredit borcunun restrukturizasiya olunması" tələbinə dair iddiası təmin edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar