Məhkəmə qərarları › İş №2(006)-2997/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2997/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2997/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ASC-yə vurulmuş 252,96 manat zəymiş zərərin, 3310,54 manat borcun, cəmi 3563,50 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-1138/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 252,96 manat qazdan qeyri-qanuni istifadəyə görə borc və 3310,54 manat debitor borc olmaqla cəmi 3563,50 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı-nin hesabına ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-1138/2020 nömrəli qətnaməsindinə narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 30 aprel 2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və hesablanmış 3310,54 manat borcun onun adından silinməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2(105)-452/2021 nömrəli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-1138/2020 nömrəli qətnaməsi ləğv edilmi, mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İB tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı Xaçmaz Regional Qaz İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan keçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə olunması nəticəsində İddiaçı-yə 252,96 manat ziyan dəymişdir. Həmçinin cavabdehin əvvəlki illərdən 3310,54 manat borcu olmuşdur. Beləliklə, cavabdehin cəmi borcu 3563,50 manat olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən İddiaçı ASC Quba Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə baxışı zamanı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia iddiaçının nümayəndəsi və vəkili X5 qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə qazdan istifadəyə dair müqavilə bağlamamış, imza Cavabdeh məxsus deyildir. Aktın və qaz sayğacının yerləşən fərdi yaşayış evinin Cavabdeh heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə Cavabdeh mülkiyyətində deyildir. Cavabdeh üzünü görmədiyi məzmunundan xəbəri olmayan 30 aprel 2020-ci il tarixli ******* saylı akt qanunsuz tərtib edildiyindən ləğv edilməlidir. Aktın tərtib edilməsində iştirak təmin edilməyib. Akt tərtib edilən ünvan Cavabdeh məxsus deyildir. Ümumiyyətlə İddiaçı ilə müqavilə bağlamamışdır. Axırıncı dəfə Quba rayonunda nə vaxt olmağı belə yadından çıxıb, illərdir ki işi ilə əlaqədar fasilələrlə Azərbaycana gəlib gedir. Göstərilənlərə əsasən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia iddiaçının nümayəndəsi və vəkili X5 qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia iddiaçının nümayəndəsi və vəkili X5 dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik Enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.34-cü bəndində qeyd edilmişdir ki, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 9.4-cü bəndinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası MM-in 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı-nin əməkdaşları Cavabdeh yaşadığı mənzilə yox (iş materiallarına əlavə edilmiş L.Ələkbəroba məxsus AZE 17145248 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır), X3 məxsus ünvan 4nvanına (iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Quba şəhəri, Bəşir Səfəroğlu küçəsi 12 tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır) yoxlama keçirmişlər və sayğaca baxış keçirilərək 30.04.2020-ci il tarixdə Cavabdeh iştirakı olmadan ******* saylı akt tərtib etmişlər. Cavabdeh isə həmin aktdan xəbəri olmadığına, akta imza atmadığını, ümumiyyətlə Quba şəhəri, Bəşir Səfəroğlu küçəsi 12 saylı evinin ona məxsus olmadığını, əsassız olaraq cərimə hesablandığını Cavabdeh məxsus sayğacın laboratoriyaya göndərilməsi sübut kimi qəbul edilməsinə dair dəlilini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X6”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə əsasən, “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”, “Sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”, “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”, “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həm Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsi, həm də yuxarıda qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə hazırkı mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin İddiaçı ASC tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia rədd edilməli; iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia təmin edələrək 30 aprel 2020-ci il tarixli ******* saylı akt ləğv edilərək hesablanmış 3310,54 manat borc Cavabdeh adından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddi ərizəsi təmin edilsin. 30 aprel 2020-ci il tarixli ******* saylı akt ləğv edilsin və hesablanmış 3310,54 (üç min üç yüz on manat əlli dörd qəpik) manat borc Cavabdeh adından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar