Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «kredit borcunun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcunun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 05L000000924 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ardıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 924 saylı sazişə əsasən xx.xx.2008-ci il tarixli 05L000000924 saylı kredit xətti müqaviləsinin müddəti artırılaraq 151 ay, kredit xəttinin məbləği 300.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 05R000008273 saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 37.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 xx.xx.2013-cü il tarixli 05R000008273 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2014-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 16360,15 ABŞ dollarını ödəmiş, onun 20639,85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verdiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kreit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 357 gün üçün hesablanmış faiz borcu 4707,59 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixə 357 gün üçün hesablanmış cərimə 27.812,72 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2011-ci il tarixli 05M000000558 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1400 №-li reyestr kitabının 127141 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzili Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlakın tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli forma 2 arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 82 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kreit xətti müqaviləsindən irəlli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000008273 saylı kredit razılaşması üzrə 20639,85 ABŞ dolları məbləğində kredit borcu, 4707,59 ABŞ dolları məbləğində faiz borcu və 27812,72 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 53160,16 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və cəmi 53.160,16 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmalarına, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 cavabdeh qismində göstərərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000008273 saylı kredit razılaşması üzrə 20639,85 ABŞ dolları məbləğində kredit borcu, 4707,59 ABŞ dolları məbləğində faiz borcu və 27812,72 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 53160,16 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus olan Baakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və cəmi 53.160,16 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmalarına, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində və iddia tələbinə əlavədə göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 öz izahatında göstərmişdir ki, o, 300.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair sazişi imzalanmamışdır. Yalnız 20.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını nəzərdə tutan sazişi imzalanmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh5 iddia tələbinin qəbul etməməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 05L000000924 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 60 ay müddətinə xx.xx.2013-cü il tarixədək 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 05L000000924 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavə edilməsi haqqında xx.xx.2011-ci il tarixli 924 nömrəli Sazişindən görünür ki, kredit xətti müqaviləsinin müddəti artırılaraq 151 ay, kredit xəttinin məbləği 300.000 (üç yüz min) ABŞ dolları olaraq müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 05R000008273 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, 37.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2008ci il tarixli, 05S000001020 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 borclu Cavabdeh2 bank qarşısında xx.xx.2008-ci il tarixli, 05L000000924 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. Kredit xəttinin məbləği 20.000 ABŞ dolları, kredit xəttinin müddəti 60 aydır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 1020 saylı sazişindən görünür ki, bank ilə zamin arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 05S000001020 saylı zaminlik müqaviləsinin preambulasında dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin müddəti 151 ay, kredit xəttinin məbləği artırılaraq 300.000 (üç yüz min) ABŞ dolları olaraq müəyyən edilmişdir. Bu saziş tərəflərin onun imzaladığı andan qüvvəyə minir və borclunun banka xx.xx.2008-ci il tarixdə bağlanmış 05L000000924 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010cu il tarixli, 05S000002128 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh2 bank qarşısında xx.xx.2008-ci il tarixli, 05L000000924 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. Kredit xəttinin məbləği 20.000 ABŞ dolları, kredit xəttinin müddəti 60 aydır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 2128 saylı sazişindən görünür ki, bank ilə zamin arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 05S000002128 saylı zaminlik müqaviləsinin preambulasında dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin müddəti 151 ay, kredit xəttinin məbləği artırılaraq 300.000 (üç yüz min) ABŞ dolları olaraq müəyyən edilmişdir. Bu saziş tərəflərin onun imzaladığı andan qüvvəyə minir və borclunun banka xx.xx.2008-ci il tarixdə bağlanmış 05L000000924 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ci il tarixli, 05S000004078 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında xx.xx.2008-ci il tarixli, 05L000000924 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. Kredit xəttinin məbləği 300.000 ABŞ dolları, kredit xəttinin müddəti 151 aydır. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı QSC-nin «20 Yanvar» filialı ilə “İpoteka qoyan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 05M000000558 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 05L000000924 saylı kredit xətti müqaviləsinin və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 nömrəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m., yardımçı sahəsi 13,3 kv.m. olan 2 otaqlı 82 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35.253,12 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 1400 №-li reyestr kitabının 127141 №-li vərəqində qeydiyyata alınmış və MA seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında Cavabdeh1 mülkiyyətində olan 82 saylı mənzilinin xx.xx.2008-ci il tarixli 05L000000924 kredit xətti müqaviləsi üzrə 151 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2 tərəfindən Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontorunda xx.xx.2011-ci il tarixdə verilmiş ərizələrdən götrünür ki, onlar Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 4, mənzil 82 ünvanında yerləşən mənzilin İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına ipoteka qoyulmasına razıdırlar, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərinə öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü tarixdə ünvanlanmış bildirişin kserosurətindən görünür ki, Cavabdeh2 xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə və ona əlavələr və dəyişiklik edilməsi haqqında xx.xx.2011-ci il tarixli sazişinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ipoteka qoyulmuş predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvandanmış xx.xx.2015-ci il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 82 mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka xx.xx.2013-cü il tarixli, 05R000008273 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə 20639,85 ABŞ dolları əsas kredit borcu, 4707,59 ABŞ dolları faiz borcu, 27812,72 ABŞ dolları cərimə borcu, cəmi 53160,16 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka xx.xx.2013-cü il tarixli, 05R000008273 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə 20639,85 ABŞ dolları əsas kredit borcu, 4364,73 ABŞ dolları faiz borcu, 25310,31 ABŞ dolları cərimə borcu, cəmi 50314,89 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü ildə ölmüşdür. İş materiallarında «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 4, mənzil 82 ünvanında qeydiyyatı olan Cavabdeh1 «Azəriqaz» İB üzrə qaz istehlakçısı kimi qeydiyyatda deyil və təbii qazdan istifadə üçün borcu yoxdur. İş materiallarında «xxxx» ASC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, X10 küçəsi, ev 4, mənzil 82 elektrik enerjisi ilə təchiz edilir və «xxxx» ASC-nin məlumat informasiya bazasında **********40082 saylı abonent kodu ilə Cavabdeh1 adına qeydiyyatdadır. İş materiallarında «xxxx» ASC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubuna əsasən «xxxx» ASC-nin elektron bazasında Bakı şəhəri, Nəsimi rayonu, 3-c mkr, H.B.Əliyev küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzilinin xidmətlərdən istifadəyə görə hesabatı Cavabdeh1 adına sənədləşdirilən **********820 saylı abonent koduna əsasən aparılır. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.B.Əliyev küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzili vəfat etmiş Cavabdeh1 mülkiyyətindədir, həmin mənzildə Cavabdeh1 qızı Cavabdeh7 7 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdadır: Cavabdeh7 (özü), X2 (qardaşı), Cavabdeh8 (oğlu), Cavabdeh2 (oğlu), Cavabdeh5 (qızı), yetkinlik yaşına çatmamış X4 (nəvə), yetkinlik yaşına çatmamış X6 (nəvə). İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Ofisi, Bakı şəhəri 13 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən İddiaçı QSC-yə ünvanlanmış məktublardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., H.B.Əliyev küçəsi, ev 4, mənzil 82 ünvanda qeydiyyatda olmuş Cavabdeh1 adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/873 saylı, xx xxxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən mülki işin 12-ci vərəqində olan xx.xx.2011-ci il tarixli 2128 saylı (zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) sazişin aşağı hissəsində «5.2. Zamin» qrafasında olan imza - Cavabdeh3 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli 05L000000924 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 60 ay müddətinə 20.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 924 saylı sazişə əsasən xx.xx.2008-ci il tarixli 05L000000924 saylı kredit xətti müqaviləsinin müddəti artırılaraq 151 ay, kredit xəttinin məbləği 300.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 05R000008273 saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 37000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixli 05S000001020 saylı, xx xxxxxx 2010-cu il tarixli 05S000002128 saylı və xx xxxx 2011-ci il tarixli 05S000004078 saylı Zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iddiaçı qarşısında tam məsuliyyəti öz üzərilərinə götürmüşlər və Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımaq öhdəliyini götürmüşlər. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 05M000000558 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 3-cü mərtəbəsində ümumi sahəsi 41.37 m2 yaşayış sahəsi 28.07 m2 yardımçı sahəsi 13.3 m2 olan 2 otaqlı 82 nömrəli mənzil Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit razılaşmaları üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka xx.xx.2013-cü il tarixli 05R000008273 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə olan 20.639,85 ABŞ dolları əsas borcu, 4707,59 ABŞ dolları faiz borcu, 27.812,72 ABŞ dolları cərimə, cəmi 53.160,16 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh1 xx.xx.2014-cü ildə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. İddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış cəmi 53.160,16 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, zaminlərdən biri olan Cavabdeh1 vəfat etdiyindən ona zaminliklə bağlı tələb irəli sürülə bilməz. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2013-cü il tarixli, 05R000008273 saylı kredit razılaşması üzrə cərimə borcu 1.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan mülki iş üzrə tərəflərdən heç biri məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə müraciət etmədiyindən, əmlakın qiymətləndirilməsi barədə isə ipoteka müqaviləsində ilkin bazar qiyməti müəyyən edildiyində və bu hissədə də tərəflər mübahisə etmədiyindən müvafiq ekspertizaların keçirilməsinə prosessual qənaət prinsipini nəzərə alaraq lüzum görməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi bankla Cavabdeh2 arasında bağlanmışdır, Cavabdeh1 isə ipoteka qoyan şəxs olmuşdur. Cavabdeh1 xx.xx.2014-cü ildə vəfat etmişdir və cavabdehlərdən heç biri Cavabdeh1 hüquqi varisliyini rəsmi şəkildə qəbul etməmişlər. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzilində Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh2, yetkinlik yaşına çatmayan X4 və X7 qeydiyyatda olmaqla yaşayırlar və əmlakdan istifadə edirlər. Əmlaka dair kommunal xərclər həmini ailə üzvləri tərəfindən ödənilir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Məhkəmə qeyd edir ki, ipoteka qoyanın vəfat etməsi onun xitamına əsas olmadığından, bank tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 tutulmalı olan borc məbləği Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq mirası faktiki qəbul etmiş vərəsələrinə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ - 35.253,12 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir.. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzildən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə iddia tələbinin mənzilin İddiaçı QSC-yə təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra onun yeni mülkiyyətçisi olacaq və bu səbəbdən hərracdan sonra mənzil yalnız yeni mülkiyyətçiyə təhvil verilməlidir. Qabaqcadan isə mənzilin bank tərəfindən borc əvəzi alınmasını müəyyən etmək mümkün olmadığından, iddia tələbi mənzilin banka təhvil verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehlərdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı da tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000008273 saylı kredit razılaşması üzrə 20.639,85 (iyirmi min altı yüz otuz doqquz ABŞ dolları, səksən beş sent) ABŞ Dolları kredit borcu, 4707,59 (dörd min yeddi yüz yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ Dolları faiz borcu, 1000 (bir min) ABŞ Dolları cərimə, cəmi 26.347,44 (iyirmi altı min üç yüz qırx yeddi ABŞ dolları, qırx dörd sen) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 21 (iyirmi bir) manat xidmət haqqı tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 35.253,12 (otuz beş min iki yüz əlli üç manat, on iki qəpik) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 82 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 26.347,44 (iyirmi altı min üç yüz qırx yeddi ABŞ dolları, qırx dörd sen) ABŞ Dolları məbləğində borc ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 21 (iyirmi bir) manat xidmət haqqı iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ümumi qaydada tutulmalı, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 82 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzildən istifadə hüququ itirilməklə mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 124 (bir yüz iyirmi dörd) manat cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh5 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000008273 saylı kredit razılaşması üzrə 20.639,85 (iyirmi min altı yüz otuz doqquz ABŞ dolları, səksən beş sent) ABŞ Dolları kredit borcu, 4707,59 ( dörd min yeddi yüz yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ Dolları faiz borcu, 1000 (bir min) ABŞ Dolları cərimə, cəmi 26.347,44 (iyirmi altı min üç yüz qırx yeddi ABŞ dolları, qırx dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 21 (iyirmi bir) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 35.253,12 (otuz beş min iki yüz əlli üç manat, on iki qəpik) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 82 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 26.347,44 (iyirmi altı min üç yüz qırx yeddi ABŞ dolları, qırx dörd sent) ABŞ Dolları məbləğində borc ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 21 (iyirmi bir) manat xidmət haqqı iddiaçının xeyrinə ödənilsin. Hərracdan əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ümumi qaydada tutulsun. Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 4 saylı evin 82 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh5 həmin mənzildən istifadə hüququ itirilməklə mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri - ümumilikdə 124 (bir yüz iyirmi dörd) manat cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh5 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver