Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3033/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı X3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 24 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli 1 saylı Əlavə razılığa əsasən kreditin müddəti xx xxxxx 2019-cu il tarixədək artırılmışdır. Kreditin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2019-cu il tarixə Cavabdeh1 banka xx xxxxxxx 2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsi üzrə 3372,76 manat əsas, 1367,58 manat faiz, 485,92 manat artırılmış faiz (cərimə), cəmi 5226,26 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsi üzrə 3372,76 manat əsas borcun, 1367,58 manat faiz, 485,92 manat artırılmış faiz (cərimə), cəmi 5226,26 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı X3 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə göndərilmiş bildirişlər cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 24 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. İş üzrə İddiaçı ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 112.LN.1604.101014.00002 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş üzrə İddiaçı ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 1 saylı Əlavə Razılığa əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit Bank tərəfindən Cavabdeh1 315,54 manat məbləğində krediti restrukturizasiya etmiş və 70,31 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla ümumi kredit məbləği 3909,91 manat təşkil etmiş, Cavabdeh1 istifadə etdiyi kreditə görə Banka illik 24 faiz ödəyir, kredit müqaviləsi üzrə ödənişlər 2 saylı Əlavəyə uyğun olaraq aparılır, bu şərtlə ki, birinci ödəniş xx.xx.2017ci il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 112.LN.1604.101014.00002 saylı müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə 54 ay müddətinə illik 24% olmaqla «xxxxxxx» ASC tərəfindən 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 315.12 manat məbləğində kredit restrukturizasiya olunmuş və 70,73 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğində əlavə edilmiş, bununla da kreditin ümumi məbləği 3909,91 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək banka əsas məbləğ üzrə borc 10070,73 manat müəyyən olunmuşdur. Cavabdeh1 banka xx.xx.2019-cu il tarixə 3372,76 manat əsas borcu, 1367,58 manat faiz borcu, 485,92 manat hesablanmış artırılmış faiz borcu, cəmi 5226,26 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 24 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit vermiş, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəlik götürmüş, kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə razılığa əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək artırılmış, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmişlər və nəticədə cavabdehlərin banka xx.xx.2019-cu il tarixinə 3372,76 manat əsas borcu, 1367,58 manat faiz borcu, 485,92 manat cərimə borcu olmaqla, cəmi 5226,26 manat məbləğində borcları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə borcu hissəsində qismən təmin edilərək dəbbə borcu 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 112.LN.1604.101014.00002 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3372,76 (üç min üç yüz yetmiş iki manat, yetmiş altı qəpik) manat, faiz borcu üzrə 1367,58 (bir min üç yüz altmış yeddi manat, əlli səkkiz qəpik) manat, cərimə borcu üzrə 60 (altmış) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4830,34 (dörd min səkkiz yüz otuz manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3372,76 (üç min üç yüz yetmiş iki manat, yetmiş altı qəpik) manat, faiz borcu üzrə 1367,58 (bir min üç yüz altmış yeddi manat, əlli səkkiz qəpik) manat, cərimə borcu üzrə 60 (altmış) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4830,34 (dörd min səkkiz yüz otuz manat, otuz dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı X5 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3033/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3033/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver