Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3038/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliklərinə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahın pozulması tələbinə dair Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2(006)-1496/2016 saylı qətnaməsinə əsasən iki övladının yetkinlki yaşına çatanadək saxlanılması cavabdeh X2 qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh "xxxx"da hüquq şöbəsinin müdiridir. Həmin qətnamə icra olunması üçün bir neçə il əvvəl Nəsimi rayon icra şöbəsi tərəfindən borclunun iş yerinə göndərilmişdir. Lakin, böyük qızı 15.12.2002-ci il təvəllüdlü X6 ötən ilin dekabr ayında yetkinlik yaşına çatdığı üçün 2020-ci ilin dekabr ayının 15-dən etibarən cavabdehin əmək haqqından tutulma dayandırılmışdır. Sözügedən qətnaməsinin icrasına dair izah verilməsi üçün 04.02.2021-ci il tarixdə Nəsimi rayon icra şöbəsinin icra məmuru X14 rayon Məhkəməsinə müraciət etmişdir. X15 tərəfindən 25.02.2021-ci il tarixdə 8(006)-82/2021 nömrəli qərardad qəbul edilmiş, icra məmurunun izah istəməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərardadında qeyd olunmuşdur ki, icra məmuru tərəfindən ərizədə göstərilən hallar ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edir. Bu qərardadı 17.03.2021-ci il tarixdə iddiaçı məhkəmədən əldə etmişdir. Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2(006)- 1496/2016 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilməsi üçün bir neçə gün öncə həmin rayonun məhkəməsinə təqdim etdiyi ərizə də 8(006)-133/2021 saylı qərardadla təmin edilməmiş, səbəbi isə yuxarıda qeyd edilmiş onun tələbi üzrə iddia icraatı qaydasında iddia verməyi bildirilmişdir. Yetkinlik yaşına çatmayan Günay Abdullayevanın saxlanılması üçün 15.12.2020-ci il tarixdən bu günədək aliment ala bilmir. Nəsimi rayon Məhkəməsinə isə etdiyi müraciətlərə göründüyü kimi formal münasibət göstərilir. Hesab edir ki, 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh qazancının və ya gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Öz növbəsində, iddiaçı Cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliklərinə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı Günaya görə aliment adı ilə ondan pul istəməsi yersiz tələbdir. Günayın valideynlərinin ikisi də, həm o, həm də Mülkiyə Günayı saxlamağa borcludurlar və Günaya münasibətdə bərabər vəzifə daşıyırlar. 14 yaşlı yeniyetmə Günayın saxlanmasına ondan pul tələb etmək əvəzinə Mülkiyə də özü pul qazanıb Günayın saxlanılmasına xərc çəkməlidir ki, bərabər valideyn olaraq qazandıqları ilə iki övladları Günayı və Nurayı birgə böyüyüb boya-başa çatdıra bilsələr. Mülkiyyə Bayramovanın aliment hüququ yoxdur. Hazırki iddianın məqsədi qeyrimüəyyənliyi aradan qaldırmaq və İddiaçı ilə nikahdan birgə uşaqları Günay Abdullayevanın hüquq və qanuni maraqlarını qorumaqdadır. Belə ki, 2016-cı ildə qəbul edilmiş qətnamə ilə nizamlanmış münasibətlər və qətnamənin icrası 15.12.2020-ci il tarixdə, yəni 4 il yarımdan sonra ili uşaqdan biri – Nuray Abdullayeva yetkinlik yaşına çatmaqla tamamlanmış sayılır. İndi İddiaçı öz vaxtını karyerasına sərf etməsi, o, isə vaxtını övladlarına sərf etməsi ədalətli olardı. Nəsimi rayon məhkəməsinin 2(006)-1496/2016 saylı mülki iş üzrə 24.06.2016-cı il tarixli qətnaməsi ilə onunla İddiaçı nikah pozulmuş, nikahdan birgə uşaqları X4 və X3 anası yanında qalmaları müəyyən edilmişdir. Qeyd edilən qətnamə qəbul edildiyi 24.06.2016-cı il tarixə Nuray Abdullayevanın 13 yaşı, Günay Abdullayevanın isə 9 yaşı vardı. 2016-cı ildə iki uşağın ana yanında qalması müəyyən edilmişdir. Hazırda 1 uşaq var və ötən 5 ildə uşaq böyüyübdür, yeniyetmədir. Övladları və İddiaçı ilə ünvan 1 ünvanında birlikdə qeydiyyatdadırlar, ona məxsus mənzildə yaşayırlar. Bir qayda olaraq 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır, lakin bu günə vəziyyət dəyişibdir: 15.12.2020-ci il təvəllüdlü Nuray Abdullayeva həmin tarixdən yetkinlik yaşına çatmışdır, 14 yaşlı, yəni 008.09.2006-cı il təvəllüdlü Günay Abdullayevanın isə 6 aydan sonra 15 yaşı tamam olacaqdır. Günay Abdullayeva məktəblidir, Bakıda ümumi orta təhsilini (9-cu sinif) cari 2021-ci ildə başa vuracaq və indi təhsil aldığı məktəbdə də tam orta təhsilini davam edəcəkdir. Günayın böyük bacısı Nuray Abdullayeva ali təhsil almaq istəyir, keçən il X9 tələbə qəbul imtahanında, əfsus ki, uğur qazanmadı və bu hal göstərir ki, İddiaçı daha çox özünə işgüzar karyera qurur, fərdi sahibkardır (VÖEN **********). Qarşılıqlı iddiaçı yaxşı valideyndir və övladlarına münasibətdə valideynlik borclarını tam həcmdə özü yerinə yetirir. Övladlarının tələbat və ehtiyaclarını ödəyir. O, hüquqşünasdır, dövlət müəssisəsində 10 ildən artıqdır ki, ixtisas üzrə işləyir. Günay Abdullayevanın uşaq hüquqlarını davamlı olaraq təmin edir. 2020-ci il sentyabrın 9-u 14 yaşı tamam olmuş Günay Abdullayevanın, Mülki Məcəllənin 30-cu maddəsinə görə, müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verməsi indi ixtiyarı var. Günay Abdullayevanın bank kart hesabı vardır və lazım olan xərclərini ödəmək üçün qarşılıqlı iddiaçı həmin karta pul köçürür. X7rşılıqlı iddiaçının yanında və himayəsində saxlanır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir. Günay Abdullayevanın valideynlərdən hansının qalması məsələsi məhkəmə tərəfindən Günayın mənafelərindən çıxış edərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsi üzrə uşaqlarının «saxlanılmaları üçün» qazancının 1/3 hissəsində alimenti hər ay rahat, lazımca ödəmişdir. Qızı Nuray yetkinlik yaşına çatdığına görə, hazırda rəsmən bir uşağı var və aliment öhdəliyinə xitam verilmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait, yəni aliment valideynlərdən məhkəmə qaydasında tutulur və bu əsas isə hazırda mövcud deyildir, çünki qızı Günay Abdullayeva qarşılıqlı iddiaçının himayəsindədir. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər, qarşılıqlı iddiaçı isə valideynlik vəzifələrini özü könüllü icra edir. İddiaçı Günaya görə qarşılıqlı iddiaçıdan aliment tələb edir, o, isə Günayın yanında və himayəsində saxlandığının müəyyən olunmasını, Günaya görə İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsini, habelə onun iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Göstərilənlərə əsasən 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında və himayəsində saxlandığının müəyyən edilməsi və X5 görə Cavabdeh İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş eedilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz izahatında həmçinin göstərmişdir ki, iş yerində 2021-ci il mart ayı əmək haqqının ¼ miqdarında aliment və aprel ayı əmək haqqının, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(103)-167/2021 nömrəli qərardadına uyğun olaraq, 1/6 miqdarında alimenti tutub İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürmüşdür. Beləliklə, İddiaçı iddia etdiyi dövrə aid, yəni 15.12.2020-ci ildən 30.04.2021-ci ilədək toplam 8425,63 manat (5481 manat+mart ayı üçün 1739,63 manat+aprel ayı üçün 1205 manat) ödəmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında fikri öyrənilmiş yetkinlik yaşına çatmayan 08.09.2006-cı il təvəllüdlü X8 göstərmişdir ki, o, anası ilə bir yerdə yaşamaq istəyir. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 24.11.2006-cı il tarixdə verilmiş AZ-İ № 864694 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 08 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-1496/2016 saylı, 24.06.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.03.2002-ci il tarixdə bağlanmış və Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 23.03.2002-ci il tarixdə 129 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 15.12.2002-ci il təvəllüdlü X4 və 08.09.2006-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, 15.12.2002-ci il təvəllüdlü X4 və 08.09.2006-cı il təvəllüdlü Abdullayeva Günay İlqar qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24.06.2016-cı il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 06.04.2017-ci il tarixdə verilmiş AZ-İ № 261881 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06.04.2017-ci il tarixdə 93 № ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(006)- 82/2021 saylı qərardadına əsasən Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 8(006)- 133/2021 saylı qərardadına əsasən ərizəçi İddiaçı «qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi» tələbinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 11.03.2021-ci il tarixli iş yerinə dair arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-nin hüquq departamentinin müdiri vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" ASC-nin «Badamdar» filialı tərəfindən verilmiş 07.04.2021-ci il tarixli arayışından görünür ki, 01.01.2021-31.03.2021 dövr ərzində "xxxx" ASC-nin müştərisi Cavabdeh məxsus BirKart Black kartından birbank mobil tətbiqi ilə kard to kard xidməti vasitəsi ilə İddiaçı məxsus kartına 3176,19 manat, həmçinin 01.01.2021- 31.03.2021 dövr ərzində İddiaçı məxsus kartına 2304,81 manat vəsait köçürülmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-167/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadından görünür ki, borclu Cavabdeh şikayəti qismən təmin olunması, hazırki iş üzrə Nəsimi rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadın ləğv olunması və icra məmurunun «qətnaməyə izah verilməsi barədə» ərizəsinin təmin olunması, izah verilməlidir ki, 15.12.2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığı tarixdən, yəni 15.12.2020-ci il tarixdən başlayaraq Nəsimi rayon Məhkəməsinin 2(006)- 1496/2016 nömrəli iş üzrə qəbul etdiyi 24.06.2016-cı il tarixli qətnaməyə əsasən digər uşağın – 08.09.2006-cı il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 03.05.2021-ci il tarixli arayışına əsasən "xxxx" ASC-nin işçisi Cavabdeh 2021-ci ilin mart ayı üzrə əmək haqqının ¼ hissəsi (1739,63 manat aliment), aprel ayı üzrə isə 1/6 hissəsi (1205 manat aliment) "xxxx" ASC tərəfindən İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüşdür. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 2/390 №-li, 04.05.2021-ci il tarixli rəyindən görünür ki, Nəsimi rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlının fikirini nəzərə alaraq 08.09.2006-cı il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını azyaşlının mənafeyinə uyğun hesab edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1496/2016 saylı, 24.06.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 23.03.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 15.12.2002-ci il təvəllüdlü X4 və 08.09.2006-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, 15.12.2002-ci il təvəllüdlü X4 və 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24.06.2016-cı il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment Cavabdeh İddiaçı Bayram qızının xeyrinə tutulmuşdur. 15.12.2020-ci il tarixdə X4 yetkinlik yaşına çatmışdır. Bununla bağlı Nəsimi rayon icra şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 08.09.2006-cı il təvəllüdlü X5 görə tutulmalı olan alimentin miqdarına münasibətdə qətnaməyə izah verilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə icra məmurunun ərizəsi təmin edilməmişdir. Bundan sonra İddiaçı Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qətnaməsinin icra üsumulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və Nəsimi rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ləğv edilmiş və icra məmurunun qətnaməyə izah verilməsi barədə ərizəsi təmin olunmuş, 15.12.2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığı tarixdən, yəni 15.12.2020-ci il tarixdən başlayaraq Nəsimi rayon Məhkəməsinin 2(006)-1496/2016 nömrəli iş üzrə qəbul etdiyi 24.06.2016-cı il tarixli qətnaməyə əsasən 08.09.2006-cı il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulması olunması izah verilmişdir. Hazırda İddiaçı ilkin iddia ərizəsi ilə müraciət edərək 08.09.2006-cı il təvəllüdlü X1 15.12.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən qazancının və ya gəlirlərinin ¼ hissəsi miqdarında alimenin tutulmasını, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək uşağın onun yanında və himayəsində saxlandığını müəyyən edilməsini və aliment ödəmək öhdəliklərinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. AR Ailə Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 08.09.2006-cı il təvəllüdlü Günay adlı uşaq hazırda ilkin iddia üzrə iddiaçının yanındadır. Tərəflər arasında uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olduğu üçün, məhkəmə tərəfindən uşağın hansı valideynin yanında qalmasına dair rəyin alınması üçün materiallar Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiyanın 04.05.2021-ci il tarixli rəyi ilə komissiyada dinlədilən uşaq anası ilə qalmaq istədiyini bildirmişdir. Bu səbəbdən də Komissiya azyaşlının fikirini nəzərə alaraq 08.09.2006-cı il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını azyaşlının mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşaqların kimin yanında qalması ilə bağlı tərəflər arasında razılığın olmadığını nəzərə alaraq qeyd edir ki, Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ail Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Bundan əlavə, Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Məhkəmə, hazırki işə də bu aspektdən yanaşaraq, mübahisəyə dair uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxslərin (valideynlərin) həyat şəraitinin müayinə edilməsi, müayinə aktı və ona əsaslanmış rəy verilməsini Qəyyumluq və Himayəçilik Komissiyasından tələb etmiş və komissiya yuxarıda qeyd edilən rəyi məhkəməyə təqdim etmişdir. AR Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Beləliklə məhkəmə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalmasına dair öz fikrini və istəyini, eyni zamanda qanunun yuxarıda göstərilən tələblərini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan 08.09.2006-cı il təvəllüdlü Günayın ananın yanında qalması müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə uşağın ananın yanında qalması ilə bağlı nəticəyə gələrkən ilk növbədə onun mənafeyini üstün tutmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Babayeva Azərbaycana qarşı” 30.01.2020-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “Səlahiyyətli milli orqanlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişəcəkdir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, bu orqanlar tərəfindən valideynlərin görüş hüququna qoyulan qadağalar və valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə ciddi araşdırma tələb olunur. Bu cür əlavə məhdudiyyətlər kiçik bir uşağın bir və ya hər iki valideyni ilə münasibətlərinin azaldılması təhlükəsinə səbəb olur (bax Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63). 34. Ayrılmış valideynlərin uşağına münasibətdə uşağın hansı valideyninə verilməsi barədə qərar verməkdə yerli məhkəmələri əvəz etmək Məhkəmənin vəzifəsi deyildir. Lakin, bu sahədə Məhkəmənin rəyi cavabdeh dövlətin öz mülahizəsini ağlabatan, diqqətli və vicdanla yerinə yetirdiyini müəyyən etməklə məhdudlaşmır; Məhkəmə, həmçinin, yerli məhkəmələr tərəfindən uşağın yaşayış yeri ilə bağlı icraatda irəli sürülən səbəblərin kifayət edib-etmədiyini və məqsədəuyğun olub-olmadığını müəyyən etməlidir (bax yuxarıda qeyd edilən Gruzdeva, paraqraf 71). “Uşaq hüquqlarına dair” BMT-nın 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutur Beləliklə məhkəmə işin göstərilən hallarını, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi uşağın atanın yanında saxlanılması hissəsində əsassız hesab edilməli və tərəflərin birgə nikahdan olan 08.09.2006-cı il təvəllüdlü X8 ananın yanında saxlanılmalıdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının alimentin tutulması tələbi üzrə qeyd edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün iddiaçının xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflərin övladlarında biri X6 15.12.2020-ci il tarixdə yetkinlik yaşına çatmış və əvvəlki məhkəmə qətnaməsinin icrasında aliment 3/1 hissədə tutulduğundan problem yaranmışdır. O səbəbdən məhkəmə uşağın üstün mənafeyini nəzərə alaraq hesab edir ki, qeyd olunan aliment 15.12.2020-ci il tarixdən hesablanmaqla dərhal icra edilməlidir. Bu tələbə alimentin nə artırırlması, nədə ki azaldılması kimi qiymət verilə bilməz. Eyni zamanda, ilkin iddia üzrə cavabdehin sabit aylıq gəlirinin (maaşı) mövcud olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla hər ay ilkin iddia üzrə cavabdehin qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin alimentin ödəmək öhdəliklərinə xitam verilməsi hissəsi üzrə qeyd edir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağın ananın yanında qalması müəyyən olunduğu üçün, həmçinin uşağın saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutulması üçün, qarşılıqlı iddia tələbi alimentin ödəmək öhdəliklərinə xitam verilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 15.12.2020-ci il tarixdən başlayaraq 08 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2006-cı il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliklərinə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 15.12.2020-ci il tarixdən başlayaraq 08 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2006-cı il təvəllüdlü X8 anası İddiaçı yanında qalsın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliklərinə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3038/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3038/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver