Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-304/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X6 Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkilləri Nümayəndə2, Nümayəndə1 Hikmət oğlu, Cavabdeh BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı girov əmlakların qaytarılması tələbinə dair iddiası, Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı girov əmlakların qaytarılması dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı xx.xx.2016-cı il tarixdən hazırkı iş üzrə cavabdeh "xxxx" Bank olmayan kredit təşkilatının müştərisi olmuş, həmin tarixdən cavabdeh təşkilatdan aralarında bağlanmış 23 müqavilə üzrə kredit pul məbləğləri götürmüşdür. Cavabdehin bildirdiyinə görə həmin kreditlərdən 12 kredit bağlanılmışdır. Həmçinin cavabdehin tələbinə görə qalan 11 kredit müqaviləsi bağlanılmamışdır. (Cavabdeh tərəfindən sorğuya cavab olaraq 10 kredit müqavilələrinin surətləri təqdim olunmuşdur). Əslində isə cavabdehin bu tələbi tam əsassızdır. Belə ki, aşağıda göstərilən faktlardan görünür ki, cavabdehə olan borclar tərəfindən ödənilmişdir. Göstərilən 10 kredit müqavilələri – -əsas borc 14.500 AZN, 9 predmet olmaqla dəyəri 20.715 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2017-ci il tarixli 0752/17/G saylı müqavilədən; -əsas borc 1815 AZN, 5predmet olmaqla dəyəri 2593 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2018-ci il tarixli 1712/18/G saylı müqavilədən; -əsas borc 1815 AZN,7 predmet olmaqla dəyəri 3143 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2018-ci il tarixli 1750/18/G saylı müqavilədən; -əsas borc 2080 AZN, 1 predmet olmaqla dəyəri 2972 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2018-ci il tarixli 1784/18/G saylı müqavilədən; -əsas borc 2100 AZN, 3predınet olmaqla dəyəri 3714 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2018-ci il tarixli 1828/18 saylı müqavilədən; -əsas borc 2250 AZN, 5predmet olmaqla dəyəri 3215 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2018-ci il tarixli 1910/18/G saylı müqavilədən; -əsas borc 2100 AZN, dəyəri 3000 AZN məbləğində qiymətləndirilmiş qızıl- zinət əşyalarından ibarət girovu olan xx.xx.2019-cu il tarixli 1965/19 saylı müqavilədən, -əsas borc 7.410 AZN, dəyəri 10.588 AZN məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarından ibarət girovu olan xx.xx.2019-cu il tarixli 2055/19 saylı müqavilədən; -əsas borc 3630 AZN, dəyəri 5.186 AZN məbləğində qiymətləndirilmiş qızıl- zinət əşyalarından ibarət girovu olan xx.xx.2019-cu il tarixli 2126/19 saylı müqavilədən; -əsas borc 4250 AZN, dəyəri 6.071 AZN məbləğində qiymətləndirilmiş qızıl- zinət əşyalarından ibarət girovu olan xx.xx.2019-cu il tarixli 2240/19/G saylı müqavilədən ibarət olmuşlar. Göründüyü kimi, qeyd olunan müqavilələr üzrə iddiaçının cavabdehə 42.835 AZN məbləğində əsas borcu olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq həmin əsas borca görə ümumilikdə qızıl-zinət əşyalarından ibarət 61.198 AZN məbləğində girovu cavabdehə vermişdir və bu gün də həmin girov cavabdehdə qalmaqdadır. (Əslində girov əmlakın qiymətləndirilməsində cavabdehin məsul şəxsləri tərəfindən müxtəlif üsullarla ən azı girov əmlakların qiymətində 2-3 misildə aldadılmışdır). Müqavilələrlə bağlı göstərir ki, özündə olan və cavabdeh təşkilat tərəfindən də qismən təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, həmin müqavilələr üzrə tərəfindən cavabdeh təşkilata 60.490 AZN məbləğində ödənişlər edilmişdir. Əslində isə hesab edir ki, cavabdehə olan borcu tam ödənilmişdir. Bunların müqabilində isə cavabdeh təşkilat, artıq neçə müddətdir ki, etdiyi tələblərə baxmayaraq girov əşyalarını qaytarmaqdan imtina edir, kredit borcunun tam ödənilmədiyini iddia edir və ona həmin əşyaların satılmış olması barədə şifahi məlumatlar verməklə kifayətlənir. Cavabdehlə aralarında bağlanılmış girov müqavilələrində - girova verilmiş əmlak hesabına “girov saxlayan”ın tələblərinin ödənilməsi hüququnun məhkəmə vasitəsilə və ya məhkəmədən kənar qaydada həyata keçirilməsi, - “girov saxlayan” girova yönəltdiyi halda bu haqda “girov qoyanda yazılı bildiriş təqdim etməsi, bildiriş poçt vasitəsilə göndərildiyi halda poçta təhvil verildiyi gündən 5 gün müddətinə “girov qoyan”a çatmış sayılması, - “girov qayan”ın bu müqaviləyə (girov müqaviləsinə) əsasən yaradılmış girova Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmədən tutmanın yönəldilməsinə xüsusi olaraq razılıq verməsi və girov predmetinə tutma yönəldilərsə, “girov saxlayananın ilk tələbi ilə “girov saxlayanla notarial qaydada razılaşma bağlayacaq kimi şərtlər nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu və digər şərtlərin heç birinə əməl olunmamışdır. Onun müraciətlərinə və vəkil sorğularına cavablarda cavabdeh təşkilat girovlarla bağlı əməliyyatlar üzrə məlumat verilməsindən yayınır və girov əşyaları qaytarmaqdan imtina edir. Odur ki, məhkəmədən cavabdeh “Finex Kredit BOKT" Bank olmayan kredit təşkilatından 61.198 AZN məbləğində qiymətləndirilmiş girov əşyalarının geri qaytarılması, ödənilmiş 282 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı: - xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 6493 (altı min dörd yüz doxsan üç manat), faiz borcu 3563.91 (üç min beş yüz altımış üç manat doxsan bir qəpik), cərimə 58.44 (əlli səkkiz manat qırx dörd qəpik), cəmi 10115.35 (on min yüz on beş manat otuz beş qəpik), - xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə; əsas borc 3297 (üç min iki yüz doxsan yeddi manat), faiz borcu, 1756.26 (min yeddi yüz əlli altı manat iyirmi altı qəpik), cərimə 3342 87 (üç min üç yüz qırx iki manat səksən yeddi qəpik), cəmi 8396.13 (səkkiz min üç yüz doxsan altı manat on üç qəpik), - xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc: 9150 (doqquz min yüz əlli manat), faiz borcu 724.5 (yeddi yüz iyirmi dörd manat əlli qəpik) cərimə: 82.92 (səksən iki manat doxsan iki qəpik), cəmi 9957.42 (doqquz min doqquz yüz əlli yeddi manat qırx iki qəpik) borcu olmaqla, ümumilikdə 28468,9 (iyirmi səkkiz min dörd yüz altımış səkkiz manat, 9 qəpik) manat və 175,41 AZN məbləğində dövlət rüsumunun tutulub Cavabdeh BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı ilə Finex Kredit BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2055/19 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 34% dərəcəsi ilə, 7410 manat məbləğində xx.xx.2019-cu il tarixli 2126/19 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 34% dərəcəsi ilə, 3630 manat məbləğində, xx.xx.2020-ci il tarixli 164/94 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 38% dərəcəsi ilə, 9150 manat müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş cədvəli üzrə İddiaçıya ödənilməli idi. Kredit müqaviləsinin təminatı kimi bu tarixli və saylı girov müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsinə bu öhdəliyi bilərək imza etmişdir. Qeyd olunan kredit məbləği İddiaçı verilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı araşdırılma aparılmış və aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh tərəfindən bağlanmış kredit müqavilələrinə əsasən borc məbləğləri ödənilmədiyindən cavabdehə məxsus qızıl zinət əşyalarının satışı barədə 17 dekabr 2021 -ci il tarixli akt tərtib edilərək satış keçirilmiş və müxtəlif kredit müqavilələri üzrə ödənişlərə yönəldilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin faizlərinin ödənilməsini gecikdirmiş, ödənişləri tamamilə dayandırmışdır. Cavabdeh İddiaçı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdeh İddiaçı borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə şifahi və yazılı xəbərdarlıqlar göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Odur ki, göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməsi xahiş olunmuşdur. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: İddiaçı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddia tələbindən imtina edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" ASC-nin tələbi İddiaçı - xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 6493 manat, faiz borcu 3563,91 manat, cərimə 58,44 manat, cəmi 10115,35 manat; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 3297 manat, faiz borcu 1756,26 manat, cərimə 3342,87 manat, cəmi 8396,13 manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 9150 manat, faiz borcu 724,5 manat, cərimə 82,92 manat, cəmi 9957,42 manat borcu olmaqla ümumilikdə 28468,9 manat və 175,41 AZN məbləğində dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. İddia tələbini "xxxx" ASC iddiaçı ilə bağlanılmış kredit müqavilələri üzrə şərtlərin onun tərəfindən pozulması ilə, müqavilə şərtləri ilə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448 və 449-cu maddələrinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, "xxxx" ASC-nin ona qarşı hazırkı tələbinin birinci və ikinci hissələri xx.xx.2019-cu ilə və xx.xx.2019-cu il tarixli kredit müqavilələrinə aid olan kredit müqavilələri münasibətlərilə bağlıdır. Həmin müqavilə üzrə müddət 24 ay müddətinə müəyyən olunmuşdu. Belə olan halda iddiaçının həmin tələblərini əsassız hesab edir və bildirir ki, həmin tələb əsassızdır və təmin oluna bilməz. İddia ərizəsində göstərildiyi kimi, onunla ASC arasında müqavilə münasibətləri olmuşdur. Ancaq həmin vaxtdan ötən 3 ildən artıq müddət ərzində bu münasibətlər qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Mülki iş üzrə iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin tətbiqi və bu kimi məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-384-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il müəyyən edilmişdir. Göstərilən hüquqi normaların tələblərinə görə qarşlıqlı iddia üzrə iddiaçı "xxxx" ASC ona qarşı iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətini bir neçə dəfə ötürmüşdür və belə olan hal iddiaçının iddia tələbindən imtina edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır. Həmçinin göstərir ki, xx.xx.2020-ci uil tarixli müqavilə "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmamışdır və hesab edir ki, belə bir müqavilə olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndə və vəkilləri Nümayəndə2, Nümayəndə1 Hikmət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh BOKT ASC-nin nümayəndəsi X3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh BOKT ASCnin İddiaçı ünvanladığı 132/4 saylı xx.xx.2020-ci il tarixli bildirişə əsasən xx.xx.2020-ci il tarixə olan hesablamalara görə onun 40383.19 (qırx min üç yüz səksən üç manat 19 qəpik) AZN məbləğində vaxtı keçmiş əsas borcunun, 16709.38 (on altı min yeddi yüz doqquz manat 38 qəpik) AZN məbləğində vaxtı keçmiş faiz borcunun, 38909.18 (otuz səkki/ min doqquz yüz doqquz manat 18 qəpik) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 95998.75 (doxsan beş min doqquz yüz doxsan səkkiz manat 75 qəpik) AZN məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mərkəzi Bankın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 26-13718-2021 saylı məktubuna əsasən kredit təşkilatı tərəfindən 30 iyul 2021-ci il tarixindən bugünədək kredit müqaviləsinə əsasən mövcud olan borc üzrə ödəniş edilmədiyi bildirilmişdir. Həmçinin kredit təşkilatı tərəfindən təqdim edilmiş cavab məktubunda təşkilatın bir qrup əməkdaşları barəsində hal-hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətlərinin davam etdirildiyi bildirilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 14500 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən 20715 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli girov müqaviləsinə 1 saylı əlavəyə əsasən 4 ədəd sep 583 əyar 63,82 qram, 1 ədəd kulon 583 əyar 12,57 qram, 1 ədəd üzük 583 əyar 8,9 qram, 6 ədəd qolbaq 750 əyar 106,7 qram, 6 ədəd sep 750 əyar 12,02 qram, 6 ədəd dəsd 750 saylı əyar 31,7 qram, 3 ədəd kulon 750 əyar 16,92 qram, 2 ədəd üzük 750 saylı əyar 16,5 qram, 2 ədəd sırğa 750 saylı əyar 11,9 qram qızıl girov qoyulmuşdur. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 1815 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 2593 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 1 saylı əlavəyə əsasən (6 ədəd sep 585 əyar 36,19 qram, 2 ədəd kulon 585 əyar 6,50 qram, 1 ədəd qolbaq 585 əyar 3,11 qram, 1 ədəd sırğa 585 əyar 0,95 qram, 1 ədəd sırğa 585 saylı əyar 3,54 qram qızıl girov qoyulmuşdur. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 2200 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 3143 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 2080 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 2972 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 2600 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 3714 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən bank İddiaçı 2250 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinə əsasən 3215 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən bank İddiaçı 2100 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən 3000 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən bank İddiaçı 7410 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən 10588 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən bank İddiaçı 3630 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən 5186 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən bank İddiaçı 4250 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasnda bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən 6071 manat dəyərində qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 9104.00 manat pul verilmişdir. xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 2090.00 manat pul verilmişdir. xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 2239.00 manat pul verilmişdir. xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 2587.00 manat pul verilmişdir. xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 2069.00 manat pul verilmişdir. xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 2189.00 manat pul verilmişdir. xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 3980.00 manat pul verilmişdir. xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinə əsasən İddiaçı 14427.50 manat pul verilmişdir. 22907 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 2533.10 manat ödəniş etmişdir. 22908 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 1919.03 manat ödəniş etmişdir. 22914 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 5921.07 manat ödəniş etmişdir. 22905 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 9706.45 manat ödəniş etmişdir. 22906 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 2718.06 manat ödəniş etmişdir. 22915 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 2736.90 manat ödəniş etmişdir. 22917 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 2416.00 manat ödəniş etmişdir. 22916 saylı xx.xx.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə 3042.70 manat ödəniş etmişdir. Cavabdeh BOKT ASC-nin 0264/24 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6493 manat əsas, 3563.91 manat faiz borcu, 58.44 manat cərimə borcu, cəmi 10115.35 manat borcu vardır, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3297 manat əsas borc, 1756.26 manat faiz borcu, 3342,87 manat cərimə borcu, cəmi 8396.13 manat borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9150 manat əsas, 724.5 manat faiz borc, 82.92 manat cərimə borcu, cəmi olaraq 9957,42 manat vardır. Cavabdeh BOKT ASC-nin İddiaçı ünvanladığı 1248 saylı xx.xx.2020-ci il tarixli bildirişinə əsasən İddiaçı Cavabdeh BOKT ASC-yə xx.xx.2020-ci il tarixə olan hesablamalara görə 4285.81 (dörd min iki yüz səksəm beş) manat 81 qəpik məbləğində vaxtı keçmiş əsas borcu, 2133.90 (iki min yüz otuz üç) manat 90 qəpik məbləğində vaxtı keçmiş faiz borcu, 14394.34 (on dörd min üç yüz doxsan dörd) manat 34 qəpik məbləğində dəbbə pulu borcu, ümumilikdə 20814.05 (iyirmi min səkkiz yüz on dörd) manat 05 qəpik məbləğində vaxtı keçmiş borcun ödənilməsi, ödəmədiyi təqdirdə borcun girov qoyduğu əmlaklara yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh BOKT ASC-nin İddiaçı ünvanladığı 2216 saylı xx.xx.2020-ci il tarixli bildirişinə xx.xx.2020-ci il tarixinə 40383.19 (qırx min üç yüz səksən üç ımınat 19 qəpik) AZN əsas borc, 16709.38 (on altı min yeddi yüz doqquz manat 38 qəpik) faiz borcu, 38909,18 (otuz səkkiz min doqquz yüz doqquz manat 18 qəpik) cərimə olmaqla cəmi 96001.75 (doxsan altı min bir manat 75 qəpik) AZN məbləğinə gecikdirilmiş borcu vardır. Onun xx.xx.2020-ci il tarixə ümumi borcu: əsas borc 40383.19 (qırx min üç yüz səksən üç manat 19 qəpik) AZN faiz borcu 16709.38 (on altı min yeddi yüz doqquz manat 38 qəpik) AZN cərimə 38909.18 (üç yüz səksən min doqquz yüz doqquz manat 18 qəpik) cərimə olmaqla cəmi 96001.75 (doxsan altı min bir manat 75 qəpik) AZN məbləğində gecikdirilmiş borcunun ödənilməsi ödəmədiyi təqdirdə borcun girov qoyduğu əmlaklara yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9813 nömrəli ekspert rəyinə əsasən: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişlər üzrə çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməli olan əsas və faiz borcunun məbləği (əsas və faiz borcu ayrı-ayrılıqda göstərilməklə) aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixli 0752/17/G saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2018-ci il tarixli 1750/18G saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı Cavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2018-ci il tarixli 1784/18/G saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2018-ci il tarixli 1828/18 saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2018-ci il tarixli 1910/18/G saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2019-cu il tarixli 1965/19 saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2019-cu il tarixli 2055/19 saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməli olan borcu əsas borc üzrə 6493,0 manat, faiz borcu üzrə isə 5487,20 manat məbləğində olduğu müəyyən edilir. xx.xx.2019-cu il tarixli 2240/19/G saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə əsas və faiz borcu müəyyən edilmir. xx.xx.2019-cu il tarixli 2126/19 saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə ödənilməli olan borcu əsas borc üzrə 3297,0 manat, faiz borcu üzrə isə 2491,53 manat məbləğində olduğu müəyyən edilir. xx.xx.2020-ci il tarixli 164/94 saylı kredit müqaviləsi üzrə ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə İddiaçıCavabdeh BOKT ASC-yə ödənilməli olan borcu əsas borc üzrə 9150,0 manat, faiz borcu üzrə isə 724,0 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2394 nömrəli ekspert rəyinə əsasən, kredit müqavilələrinin təminatı olaraq qoyulmuş qızıl-zinət əşyalarının xx.xx.2021-ci il tarixli akta əsasən satışından əldə olunan pul vəsaitinin həmin kredit müqavilələri üzrə borcların silinməsinə sərf olunduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Maddə 299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protocol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya) Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15.2. Borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Maddə 17.1. Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Maddə 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Maddə 17.4. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Maddə 17.5. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. Maddə 17.6. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır” Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında xx.xx.2017-ci il tarixli 0752/17/G saylı, xx.xx.2018-ci il tarixli 1712/18/G saylı, xx.xx.2018-ci il tarixli 1750/18/G saylı, xx.xx.2018-ci il tarixli 1784/18/G saylı, xx.xx.2018-ci il tarixli 1828/18 saylı, xx.xx.2018-ci il tarixli 1910/18/G saylı, xx.xx.2019-cu il tarixli 1965/19 saylı, xx.xx.2019-cu il tarixli 2055/19 saylı, xx.xx.2019-cu il tarixli 2126/19 saylı, xx.xx.2019-cu il tarixli 2240/19/G saylı və xx.xx.2020-ci il tarixli 164/94 saylı kredit müqavilələri bağlanmış, qeyd edilmiş 3 müqavilə istisna olmaqla, digər kredit müqavilələrinin təminatı kimi İddiaçı məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur. İddiaçı tərəfindən müqavilələr üzrə borcların ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun girov qoyulmuş əmlaklara yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Hazırda İddiaçı iş materiallarının 83-86-cı səhifələrində olan, iddiaçının bildirdiyinə görə cavabdeh təşkilata etdiyi ödənişləri özündə əks etdirən cədvəlləri məhkəməyə təqdim etməklə, kredit müqavilələri üzrə borcunun tam şəkildə ödədiyinin təsdiq edildiyini, həmin müqavilələrin təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarının onun məlumatı olmadan satışa çıxarıldığını, borcunu tam şəkildə ödəməsinə baxmayaraq cavabdeh tərəfindən girov predmetlərinin əsassız satıldığını bildirərək, həmin əşyaların geri qaytarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh BOKT ASC isə İddiaçı tərəfindən bağlanmış kredit müqavilələrinə əsasən borc məbləğləri ödənilmədiyindən ona məxsus qızıl zinət əşyalarının satışı barədə 17 dekabr 2021-ci il tarixli akt tərtib edilərək satış keçirildiyini, staışdan əldə olunan vəsaitlərin müxtəlif kredit müqavilələri üzrə ödənişlərə yönəldildiyini, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə isə borcların ödənilmədiyini bildirərək, həmin müqavilələr üzrə yaranmış əsas, faiz və cərimə borclarının ödənilməsini xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, Cavabdeh BOKT ASC kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, İddiaçı kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə İddiaçı Cavabdeh BOKT ASC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən müqavilələr üzrə yaranmış borcların ödənilməsi tam təmin edilmədiyindən Cavabdeh BOKT ASC tərəfindən İddiaçı kredit müqavilələrində qeyd edilmiş ünvanına (ünvan 1dirdə borcun girov qoyduğu əmlaklara yönəldiləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, İddiaçı götürdüyü kredit müqavilələri üzrə öhdəliklərini pozmuşdur. Ona görə də, Cavabdeh BOKT ASC tərəfindən həm xx.xx.2020-ci il tarixdə bildiriş, həm də “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1 və 17.2-ci maddələrinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi (səh.4) xx.xx.2020-ci il tarixli bildirişdə də, onun borcunu ödəmədiyi təqdirdə pul tələbinin girov müqavilələrinin şərtlərinə uyğun olaraq girov predmetlərinə yönəldiləcəyi bildirilmişdir. Lakin İddiaçı nə kredit öhdəliklərini icra etmiş, nə də ki üstünlük hüququndan istifadə etmişdir. İddiaçı təqdim etdiyi, iş materiallarının 83-86-cı səhifələrində olan cədvələ münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin cədvəlin Cavabdeh BOKT ASC tərəfindən ona təqdim edildiyini, orada ASC-yə olan borcunu tam şəkildə bağladığının əks olunduğunu bildirərək, hər hansı borcunun qalmadığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin cədvəl Cavabdeh BOKT ASC-nin rekvizitlərini, möhür və səlahiyyətli şəxsin imzasını özündə əks etdirmir, eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi də həmin cədvəlin təmsil etdiyi təşkilat tərəfindən verildiyini qəbul etməmişdir ki, bu da həmin cədvəlin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı girov əmlakların qaytarılması tələbinə dair iddiası iddiası təmin edilməməlidir. Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı kredit müqavilələri üzrə borc tələbinə dair qarşılıqlı iddiasına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı müvafiq olaraq 7410 manat, 3630 manat və 9104.00 manat kredit verilmişdir. İddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinə münasibətdə iddia müddətinin ötürüldüyünə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin isə ASC tərəfindən təqdim edilməməsinə əsaslanmaqla, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Müəyyən edilmişdir ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrin müddəti müvafiq olaraq xx.xx.2021 və xx.xx.2021-ci ildə bitmişdir. Qarşılıqlı iddiaçı kredit müqavilələrinin müddətinin bitdiyi xx.xx.2021 və xx.xx.2021-ci il tarixdən üç illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək malik olmuşdur. Cavabdeh BOKT ASC İddiaçı qarşı sözügedən müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək malik olsa da, hazırkı qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, Cavabdeh BOKT ASC tərəfindən qarşılıqlı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış (xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə) və cavabdeh İddiaçı tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da qarşılıqlı iddianın həmin hissələrdə rədd edilməsi üçün əsasdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin müqavilə iş materiallarına əlavə edilməsə də, iddiaçının özü tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli xəzinə məxaric orderində (səh.97) İddiaçı həmin krediti götürməsi öz təsdiqini tapmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəmənin sualına cavab olaraq, həmin müqavilə üzrə 9150 manat kreditin tərəfindən götürüldüyünü etiraf etmiş, lakin həmin kredit məbləğinin 4000 manatının Cavabdeh BOKT ASC-nin əməkdaşı olan kredit mütəxəssisinə - hazırda barəsində cinayət işi aparılan Müslüm Fəziyevə verdiyini və qərar qəbul edilərkən bu halın nəzərə alınaraq, həmin məbləğin ondan tutulmamalı olmasını bildirmişdir. Qarşılıqlı iddia ərizəsində xx.xx.2020-ci il tarixli müqavilə üzrə 9150 (doqquz min yüz əlli manat), faiz borcu 724.5 (yeddi yüz iyirmi dörd manat əlli qəpik) cərimə: 82.92 (səksən iki manat doxsan iki qəpik), cəmi 9957.42 (doqquz min doqquz yüz əlli yeddi manat qırx iki qəpik) borcun ödənilməsi tələb edilir. Məhkəməyə təqdim edilmiş ekspert rəyində də İddiaçı 9150,0 manat əsas, 724,0 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin (xx.xx.2020-ci il tarixli müqavilə üzrə) cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 82.92 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 9150,0 manat əsas, 724,0 manat faiz borcu, 10 manat cərimə, ümumilikdə 9884 manat borc Cavabdeh BOKT ASC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı girov əmlakların qaytarılması tələbinə dair iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 175.41 manat dövlət rüsumu tərəflər arasında münasib surətdə bölüşdürülərək 61 manat hissəsi İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməli, qalan hissəsi ASC-nin özünə aid edilməlidir. Ekspertiza xərclərinə dair bildirişlərə əsasın aparılmış tədqiqatın dəyəri 100 və 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə xərci kimi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı Cavabdeh BOKT ASC-dən, 75 manatı İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı girov əmlakların qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc: 9150 (doqquz min yüz əlli manat), faiz borcu 724 (yeddi yüz iyirmi dörd manat) cərimə: 10 (on), cəmi 9884 (doqquz min səkkiz yüz səksən dörd manat) manat və ödənilmiş dövlət rüsumunun 61 manat hissəsi tutularaq Cavabdeh BOKT ASC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı Cavabdeh BOKT ASC-dən, 75 manatı İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-304/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-304/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver