Məhkəmə qərarları › İş №2(006)-3062/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3062/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3062/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, iddiaçının nümayəndisi X1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı QSC “xxxx” KB-nın (ləğv prosesindədir) cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC “xxxx” KB (ləğv prosesindədir) iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 60000 (altmış min) ABŞ dolları məbləğində əsas borc, 1756.99 (min yeddi yüz əlli altı. 99 sent) ABŞ dolları məbləğində faiz borcu, 28558.08 (iyirmi səkkiz min beş yüz əlli səkkiz. 08 sent) ABŞ dolları məbləğində cərimə borcu, 8679.86 (səkkiz min altı yüz yetmiş doqquz. 86 sent) ABŞ dolları AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 98994.93 (doxsan səkkiz min doqquz yüz doxsan dörd, 93 sent) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun hesablanmaqla müştərək qaydada, “xxxx” MMC-dən və Cavabdeh2 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(004)-69/2020 saylı qərardadı ilə iİddiaçı ləğv prosesində olan “xxxx” KB QSC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı boc tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2015-ci il tarixində “xxxx” MMC Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 200000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı onun “Korporativ” filialı vasitəsi ilə, “xxxx” MMC ilə xx xxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 (on yeddi) faiz ödənilməsi şərti ilə 3 (üç) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 19 mart 2015-ci il tarixli 1xx/xx/3602/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxxxxx 2018-ci il tarixinə Banka 60000 (altmış min) ABŞ dolları məbləğində əsas borc, 1756.99 (min yeddi yüz əlli altı. 99 sent) ABŞ dolları məbləğində faiz borcu, 28558.08 (iyirmi səkkiz min beş yüz əlli səkkiz. 08 sent) ABŞ dolları məbləğində cərimə borcu, 8679.86 (səkkiz min altı yüz yetmiş doqquz. 86 sent) ABŞ dolları AR MM-nin 445.7ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 98994.93 (doxsan səkkiz min doqquz yüz doxsan dörd. 93 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehlərdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 məhkəmədə iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək izahatında göstərdi ki, ləğv prosesində olan “xxxx” KB Ləğv edicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən 60.000 (altmış min) ABŞ dolları əsas, 1 756.99 (bir min yeddi yüz əlli altı,99 sent) ABŞ dolları faiz, 28 558.08 (iyirmi səkkiz min beş yüz əlli səkkiz,08 sent) ABŞ dolları məbləğində cərimə borcu, 8 679.86 (səkkiz min altı yüz yetmiş doqquz,86 sent) ABŞ dolları AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 98 994.93 (doxsan səkkiz min doqquz yüz doxsan dörd, 93 sent) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun hesablanmaqla müştərək qaydada, “xxxx” MMC-dən və Cavabdeh2 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Sonradan tərəflərindən vəsatət verilmiş iddianın aidiyyatı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilmişdir. Həmin iddia ərizəsi əsassız olduğundan və qanunla nəzərdə tutulmuş iddia müddəti keçirildiyinə görə ləğv edilməlidir. Belə ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə “xxxx” MMC arasında xx xxxx 2015-ci il tarixdə 3 (üç) ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 200 000 (iki yüz min) ABŞ dolları kredit müqaviləsinə dair kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər edilmiş üzərlərinə düşən öhdəliklər tərəflərindən yerinə yetirilmişdir. Bu müddət ərzində öhdəliyin icrası ilə bağlı “xxxx” MMC-yə və zamin Cavabdeh2 qarşı heç bir tələb irəli sürülməmişdir. “xxxx” MMC ilə Bank arasında bağlanılmış kredit müqaviləsinin icra müddəti xx xxxx 2015-ci il tarixdə bitmiş və həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti xx xxxx 2018-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Sonda cavabdeh “xxxx” MMCnin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Qeyd olunur ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Həmin məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə qənaətə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı onun “Korporativ” filialı vasitəsi ilə, “xxxx” MMC ilə xx xxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 faiz ödənilməsi şərti ilə 3 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə olan halda müqavilənin müddəti xx xxxx 2015-cu ildə bitdiyi halda, iddiaçı məhkəməyə xx xxxxxx 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü ki, kredit üzrə müqavilə müddəti bitməyib və məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, “xxxx” MMC sonuncu ödənişini xx xxxxxx 2016-cı il tarixində etmişdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi mümkün deyil. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx xxxx 2015-ci il tarixində “xxxx” MMC Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 200000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı onun “Korporativ” filialı vasitəsi ilə, “xxxx” MMC ilə xx xxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 faiz ödənilməsi şərti ilə 3 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 19 mart 2015-ci il tarixli 1xx/xx/3602/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan “xxxx” QSC KB-nın xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışıdan görünür ki, cavabdehlərin xx xxxxxx 2018-ci il tarixinə yaranmış tələb: 60000 ABŞ dolları müqavilə üzrə əsas borc, 1756.99 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 28558.08 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə borcu, 8679.86 ABŞ dolları AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, 98994.93 ABŞ dolları müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 11715 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, “Borcalan” “xxxx” MMC tərəfindən QSC “xxxx” KB-dən istifadə edilmiş kredit vəsaiti üzrə xx xxxxxx 2016-cı il tarixədək (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu 55.510,77 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 54.305,49 ABŞ dolları; faiz borcu üzrə 1.205,28 ABŞ dolları. Ekspert qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi “xxxx” MMC- tərəfindən xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrdə 10.000,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 6.569,70 ABŞ dolları əsas borcdan, 3.430,30 ABŞ dollarının isə faiz borcundan silinməsi müəyyən edilir. Belə olan halda, yəni xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla “xxxx” MMC-nin xx xxxx 2015-ci il tarixli, 1xx/xx/3602/15 saylı kredit müqaviləsi üzrə QSC “xxxx” KB-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 47.735,78 ABŞ dolları; faiz borcu üzrə 17.627,76 ABŞ dolları”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh “xxxx” MMC-nin üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 28558.08 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 ABŞ dolları məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 47735,78 ABŞ dolları əsas borc, 1756,99 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği 3040,45 ABŞ dolları, ümumilikdə isə 53033,22 ABŞ dolları pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nın xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər xxxx” MMC-dən və Cavabdeh2 tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 47735,78 ABŞ dolları əsas borc, 1756,99 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği 3040,45 ABŞ dolları, ümumilikdə isə 53033,22 ABŞ dolları pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nın xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər xxxx” MMC-dən və Cavabdeh2 tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar