Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3065/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 02.03.2020-ci il tarixində 3M-151 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 02.09.2020-ci il tarixə kimi borca aldığı 3000 manat məbləğində pulunu qaytarmalı idi. Lakin o, bu günə kimi borcunu qaytarmamışdır. Borcun qaytarılması barədə Cavabdeh ünvanına və mobil nömrəsinə dəfələrlə bildirişlər göndərsə də o, bu günə kimi borcunu ödəməmişdir, nəticədə iddiaçı ağır maddi duruma düşmüşdür. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 02.03.2020-ci il tarixində 3M-151 № ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 3000 min manat məbləğində pulun, 31 manat dövlət rüsumunun, əldən çıxmış fayda kimi 1000 manat məbləğində maddi zərərin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehə borc pul verdiyini, lakin hələdə qaytarılmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş bildiriş cavabdeh qeydiyyatda olduğu ünvanda evdə olmadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pulu borc vermiş, Cavabdeh isə həmin pul məbləğini 6 (altı) ay müddətinə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı pretenziya bildirişindən görünür ki, o, 3000 (üç min) manat pulun ödənilməsi ilə bağlı müraciət etmişdir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 min manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pulu borc vermiş, Cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilədə göstərilən müddətədək pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilərək, Cavabdeh 3000 min manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın digər hissəsi olan kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixili kredit müqaviləsi üzrə təyin edilmiş müddət bitdiyindən müqavilə avtomatik ləğv edilmişdir. Belə olan halda ləğv edilmiş qətnamənin yenidən ləğv edilməsinə zərurət qalmamışdır. Odur ki, iddia İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixili kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilə bilməz. İddianın əldən çıxmış fayda kimi maddi zərərə görə 1000 (bir min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsinə qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı iddianın bu hissəsinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Buna görə də iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3065/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3065/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver