Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3066/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X4»nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.03.2021-ci il tarixə 54.340 manat 49 qəpik kredit borcu, 7.906 manat 13 qəpik faiz olmaqla, cəmi 62.246 manat 62 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada iddiaçı «X4»ın Bakı filialının xeyrinə tutulması; tələbin kreditin qaytarılmasının təminatı kimi ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilinə yönəldilməsi; mənzilin açıq hərrac vasitəsi ilə satılması; mənzilin qiymətləndirilməsi; mənzilin hərrac vasitəsi ilə satıldıqdan sonra «X4»ın Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı «X4» Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 54.340 manat 49 qəpik kredit borcu, 14.588 manat 52 qəpik faiz olmaqla, cəmi 68.929 manat 01 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumunun və mənzilin qiymətləndirilməsi ilə əlaqədar ödəniləcək rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada iddiaçı «X4»ın Bakı filialının xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada iddiaçı «X4»ın Bakı filialının xeyrinə tutulması; tələbin kreditin qaytarılmasının təminatı kimi ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilinə yönəldilməsi; mənzilin açıq hərrac vasitəsi ilə satılması; mənzilin qiymətləndirilməsi; mənzilin hərrac vasitəsi ilə satıldıqdan sonra «X4»ın Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X4» iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X4»ın Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 05 avqust 2019-cu il tarixli 71 saylı kredit müqaviləsinə əsasən illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə 36 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4»ın Bakı filialı ilə Zamin ilə imzalanmış 05 avqust 2019-cu il tarixli 367 saylı zaminlik müqaviləsi, Cavabdeh2 arasında 05 avqust 2019-cu il tarixli 366 saylı zaminlik müqaviləsi və 71 saylı ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borc alan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcu və ssuda borcuna hesablanmış faizlər də daxil olmaqla, 2.565 manat 92 qəpik kredit ödəməli idi. Müqavilənin 4.2-ci bəndinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas borc alanın ssuda və / və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsinin hər-hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin şərtlərinə uyğun olaraq, borc alan cədvəl üzrə 18.03.2021-ci il tarixədək banka kredit borcu üzrə ödəniş olaraq 43.620 manat 64 qəpik ödəniş etməli idi. Lakin bu günə kimi borc alan tərəfindən banka olan borcundan 26.234 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borc alana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borc alan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borc alan banka illik 29 % ödəməlidir. 18 mart 2021-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 62.246 manat təşkil edir. Həmin məbləğdən 54.340 manat 49 qəpik əsas kredit borcu, 7.906 manat 13 qəpik faiz təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 ilə bağlanmış 05 avqust 2019-cu il tarixli 71 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təminatı kimi Cavabdeh2 (ipoteka qoyan) özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilini ipoteka olaraq təqdim etmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Məhz bu şəxslərin ipoteka qoyulmuş mənzildə qeydiyyatda olduqlarına görə onların cavabdeh qismində işə cəlb olunması vacibdir. İpoteka saxlayan «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində tutmanın əmlaka yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Bu müqavilənin 4.4-cü bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə ipoteka saxlayanın ödənişi ipoteka predmetinə və həmin bəndin 3-cü hissəsinin tələblərinə görə, müqavilənin 4.1-cü bəndinin 3 və 4 abzaslarında göstərilmiş öhdəliklər yerinə yetirilmədikdə girov ilə təmin olunmuş öhdəliklərin müddətindən asılı olmayaraq ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır, borcalan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, iptoteka saxlayanın alış qiymətinə bu müqavilənin 3.1-cü bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil elməklə ipoteka predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ vardır. Həmçinin müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq ipoteka saxlayanın ipoteka predmetini öz adına keçirərkən alış qiymətinin müəyyən edilməsi zamanı bu əqdin həyata keçirilməsi gününə müəyyən edilmiş qiymətdən çıxış edilir. Mülki Məcəllənin aidiyyatı maddi hüquq normalarına istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə 08 iyun 2021-ci il tarixdə mənzilin qiymətləndirilməsi məqsədi ilə 2(006)-3066/2021 saylı qərardad çıxarmış və qiymətin müəyyən edilməsi "xxxx" MMC-yə tapşırılmışdır. İş üzrə icraat dayandırılmışdır. Bu müddət ərzində faizlər hesablanmış və iddia tələbi artmışdır. Eyni zamanda, 18 mart 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək cavabdehlər tərəfindən borc ilə əlaqədar heç bir ödəniş edilməmişdir. Bu səbəbdən, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim olunmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «X4» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli 71 saylı kredit müqaviləsindən görünür ki, «X4» Bakı filialı Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000 manat məbləğində kredit vermişdir. Məhkəməyə təqdim olunmuş son maliyyə arayışından görünür ki, 11 noyabr 2021-ci il tarixə yaranmış borc 68.929 manat 01 qəpik təşkil edir. Həmin məbləğdən 54.340 manat 49 qəpik əsas borc, 14.588 manat 52 qəpik faiz təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 «X4» Bakı filialından kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 05.08.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Zamin kredit müqaviləsi üzrə Cavabdeh1 «X4» Bakı filialı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 05.08.2019-cu il tarixli 71 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən həmin mənzil 190.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli H/07-PLS nömrəli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilinin hazırkı dövrdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 270.000 manat, likvid qiyməti 240.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, «X4» Bakı filialı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan «X4» ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 54.340 manat 49 qəpik əsas kredit borcu, 14.588 manat 52 qəpik faiz olmaqla, cəmi 68.929 manat 01 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada tutularaq iddiaçı «X4»ın Bakı filialına ödənilməli; tələb üzrə tutma Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği «X4»ın Bakı filialına ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra boşaldılmalı; qiymətləndirmə xərci olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 54.340 manat 49 qəpik əsas kredit borcu, 14.588 manat 52 qəpik faiz olmaqla, cəmi 68.929 manat 01 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada tutularaq iddiaçı «X4»ın Bakı filialına ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 71 saylı evin 7 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği «X4»ın Bakı filialına ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra boşaldılsın. Qiymətləndirmə xərci olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamin müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3066/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3066/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver