Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3073/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.12.2018-ci il tarixli, 2(006)-5337/2018 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan övladları 20.06.2016-cı il təvəllüdlü X3 və 20.06.2016-cı il təvəllüdlü X4 3 yaşlarına çatanadək Cavabdeh Heydər oğlundan iddiaçının xeyrinə hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin alınaraq iddiaçıya verilməsi, cavabdehdən 08.08.2018-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(103)-14362/2019 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.12.2018-ci il tarixli, 2(006)- 5337/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016- cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01.07.2019-cu il tarixdən başlayaraq Cavabdeh Heydər oğlundan hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 20 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda qeyd olunan qətnamə ilə iddiaçıya cavabdeh tərəfindən iki uşağa görə hər ay cəmi 255 manat aliment ödənilir. Yəni hər bir uşaq üçün 122,5 manat aliment düşür. Cavabdehin rəsmi əmək haqqından əlavə də gəlirləri mövcuddur. Mövcud aliment yaşayış minimumundan aşağı olduğundan uşaqların marağını əhəmiyyətli dərəcədə pozur. Hazırda uşaqların istehlak, təlim və tərbiyəsinə xərclənən vəsait ödənilən aliment olduqca artıqdır. İddiaçı özü də işləmədiyi və evdə uşaqlara baxdığı üçün onların aylıq xərclərini ödəməkdə çətinlik çəkir. Odur ki, alimentin artırılaraq sabit məbləğdə tutulmasına ehtiyac yaranmışdır. Göstərilənlərə əsasən tərəflərin birgə nikahdan olan övladları 20.06.2016-cı il təvəllüdlü X3 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına qədər saxlanılmaları üçün aliment məbləğinin dəyişdirilərək Cavabdeh Heydər oğlundan hər ay, hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09.07.2016-ci il tarixdə verilmiş AZ-İİİ № 805943 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 20 iyun 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09.07.2016-ci il tarixdə verilmiş AZ-İİİ № 805944 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 20 iyun 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14362/2019 saylı qətnaməsi ilə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 17.12.2018-ci il tarixli, 2(006)-5337/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 01.07.2019-cu il tarixdən başlayaraq, Cavabdeh Heydər oğlundan hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 20 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 01.12.2017-ci il tarixdən hal-hazırki tarixədək Cəmiyyətin Bakı şəhər 8-ci satış şöbəsində Satış üzrə ekspeditor vəzifəsində işləyir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14362/2019 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 17.12.2018-ci il tarixli, 2(006)-5337/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 01.07.2019-cu il tarixdən başlayaraq, Cavabdeh Heydər oğlundan hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 20 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Belə olan halda məhkəmə uşaqların mənafelərini, cavabdehin işlədiyini və aldığı əmək haqqını nəzərə alaraq, habelə uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması və aliment məbləğinin yaşayış minimumu həddinə çatdırmaq məqsədilə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay, hər uşağa görə 54 (əlli dörd) manat olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat aliment alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay, hər uşağa görə 54 (əlli dörd) manat sabit məbləğ olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 20.06.2016-cı il təvəllüdlü X6 və 20.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay, hər uşağa görə 54 (əlli dörd) manat sabit məbləğ olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3073/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3073/2021
23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver