Məhkəmə qərarları › İş №2(006)-308/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-308/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-308/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızı katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İmran qızının iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Zeynalov Mahı̇ r Oktay oğlu və Cavabdeh2 Arı̇ f oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 09 oktyabr 2019-cu il il tarixli 134İK/091019 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 79.990,64 manat əsas, 22.534,55 manat vaxtı keçmiş faiz borcu, iddia ərizəsinə görə ödənilmiş 30,0 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 80 manat ödənişlərin Cavabdeh1 tutulması, tutmanın ilkin satış qiymətlərinin cəmi 139.000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1057 ha (10.57 sot) olan 1386 saylı mülkiyyət (torpaq sahəsi) və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0245 ha (2.45 sot) olan 1387 saylı mülkiyyət (torpaq sahəsi) qeyri-yaşayış sahələrinə yönəldilməsi, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında 09 oktyabr 2019-cu il tarixli, 134İK/091019 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən şəxsi istehlak məqsədi üçün 6 ay güzəşt müddəti verilməklə 12 ay müddətinə 150.000 manat məbləğində illik 17% faiz dərəcəsi istehlak krediti verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 09 oktyabr 2019-cu il tarixdə bağlanmış 06İ/091019 saylı İpoteka Müqaviləsinə əsasən, "xxxx" MMC-nin 04 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən likvid dəyəri 115.000 (bir yüz on beş min) manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1057 ha (10.57 sot) olan 1386 saylı mülkiyyət (torpaq sahəsi), likvid dəyəri 24.000 (iyirmi dörd min) manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bapkı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0245 ha (2.45 sot) olan 1387 saylı mülkiyyət (torpaq sahəsi) və likvid dəyəri 55.000 (əli beş min) manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha (5 sot) olan 2224Q saylı mülkiyyət (torpaq sahəsi) ipotekaya qoyulmuşdur. xx.xx.2020-ci il tarixində borcalanın rəsmi müraciətinə və onun tərəfindən kredit ödənişinin bir qisminin həyata keçirildiyinə əsaslanaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha (5 sot) olan 2224Q saylı mülkiyyət (torpaq sahəsi) “Naxçıvanbank" ASC-nin Bakı filialı tərəfindən girovdan azad edilmişdir. İpoteka qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1057 ha (10.57 sot) olan 1386 saylı mülkiyyət (torpaq sahəsi) "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı filialının girovu kimi dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 879 nömrəli reyestr kitabının 83297 nömrəli vərəqində (reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi **********) xx.xx.2019-cu il tarixdə qeydiyyatı aparılmışdır. İpoteka qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0245 ha (2.45 sot) olan 1387 saylı mülkiyyət (torpaq sahəsi) "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı filialının girovu kimi dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 868 nömrəli reyestr kitabının 82271 nömrəli vərəqində (reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi **********) xx.xx.2019-cu il tarixdə qeydiyyatı aparılmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 14 iyul 2021-ci il tarixə 79.990,64 (yetmiş doqquz min doqquz yüz doxsan manat altmış dörd qəpik) manat əsas, 22.534,55 (iyirmi iki min beş yüz otuz dörd manat əlli beş qəpik) manat vaxtı keçmiş faiz borcu ödənilməmiş qalmışdır. Həmin tarixə cavabdeh tərəfindən 70.009,36 (yetmiş min doqquz manat otuz altı qəpik) manat məbləğində əsas borc, 15.552,83 (on beş min beş yüz əlli iki manat səksən üç qəpik) manat məbləğində faiz borcu ödənilmişdir. Göründüyü kimi cavabdeh 09 oktyabr 2019-cu il il tarixli 134İK/091019 saylı Kredit Müqaviləsinin 3.4cü bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli 93 saylı xəbərdarlıq məktubu həmçinin xx.xx.2021-ci il tarixli 98 saylı bildirişlər də cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda Cavabdeh1 09 oktyabr 2019-cu il tarixli 134İK/091019 saylı Kredit Müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu cəmi 102.525,19 (bir yüz iki min beş yüz iyirmi beş manat on doqquz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyəni bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, müvafiq qətnamənin qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1387 ünvanında yerləşən 0,0245 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 868 nömrəli reyestr kitabının 82271 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1386 ünvanında yerləşən 0,1057 torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 879 nömrəli reyestr kitabının 83297 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC ilə X3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 134İK/091019 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 6 ay güzəşt müddəti verilməklə 12 ay müddətinə, illik 17% ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06İ/091019 ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 134İK/091019 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmasının təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1386 ünvanında yerləşən 0,1057 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 135.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1386 ünvanında yerləşən 0,1057 torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 879 nömrəli reyestr kitabının 83297 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07İ/091019 ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 134İK/091019 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmasının təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2ə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1387 ünvanında yerləşən 0,0245 ha (2.45 sot) torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1387 ünvanında yerləşən 0,0245 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 868 nömrəli reyestr kitabının 82271 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin X2 ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, o, banka borclu olmağı barədə xabərdar edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, ondan xx.xx.2019-cu il tarixli, 134İK/091019 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cəimələrin ödənilməsi tələb edilmiş, əks təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət edilcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 20 manat məbləğində dövlət rüsum ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli, 110 saylı maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə borcalan Cavabdeh1 Banka əsas borc üzrə 79.990,64 manat və faiz borcu üzrə 22.534,55 manat, cəmi 102.525,19 manat borcu mövcuddur. "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizələrindən görünür ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən, 25 iyun 2021-ci il tarixdə ipoteka qoyana qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/7766 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumtlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 134İK/091019 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə - 80.040,31 manat; faiz borcu üzrə 5.329,35 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/02-PLS saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1057 ha (10.57sot) olan 1386 saylı bağ sahəsinin hazırki likvid qiyməti 63.420 manat; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha (2.45 sot) olan 1387 saylı bağ sahəsinin hazırki likvid qiyməti 14.700 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 134İK/091019 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 6 ay güzəşt müddəti verilməklə 12 ay müddətinə, illik 17% ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri bağlanmış, Cavabdeh2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1387 ünvanında yerləşən 0,0245 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1386 ünvanında yerləşən 0,1057 torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, onun xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən banka 79.990,64 manat əsas borc və 22.534,55 manat faiz borcu olmaqla, cəmi 102.525,19 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Baxmayaraq ki, ekspert rəyi ilə müəyyən olunan əsas borc tələb olunan əsas borcdan yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, cavabdehdən əsas borc iddiaçının tələb etdiyi, yəni 79.990,64 manat məbləğində tutulmalıdır. Ekspert rəyi ilə cavabdehin faiz borcunun 22.534,55 manat deyil, 5.329,35 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1057 ha (10.57sot) olan 1386 saylı bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha (2.45 sot) olan 1387 saylı bağ sahəsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, 98 və 99 saylı bildirişlər cavabdehə göndərilmiş və xx.xx.2021-ci il tarixli, 107 və 108 saylı məktublarla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/02-PLS saylı mütəxəssis rəyindən də göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1057 ha (10.57sot) olan 1386 saylı bağ sahəsinin hazırki likvid qiyməti 63.420 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha (2.45 sot) olan 1387 saylı bağ sahəsinin hazırki likvid qiyməti 14.700 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 79.990,64 manat, faiz borcu üzrə 5.329,35 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı, cəmi 85.424,99 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1057 ha (10.57 sot) olan 1386 saylı bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha (2.45 sot) olan 1387 saylı bağ sahəsinə yönəldilməli, həmin əmlaklar ilkin satış qiyməti müvafiq olaraq 63.420 manat və 14.700 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 "xxxx" QSC-yə olan kredit borcu ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılmalıdır. Belə ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh2) qaytarılmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 79.990,64 manat, faiz borcu üzrə 5.329,35 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı, cəmi 85.424,99 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1057 ha (10.57 sot) olan 1386 saylı bağ sahəsi (torpaq sahəsi) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha (2.45 sot) olan 1387 saylı bağ sahəsinə (torpaq sahəsinə) yönəldilsin. Həmin əmlaklar ilkin satış qiyməti müvafiq olaraq 63.420 və 14.700 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 "xxxx" QSC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 8 manatı iddiaçı "xxxx" ASC-dən, 42 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar