Məhkəmə qərarları › İş №2(006)-3085/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3085/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3085/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s. tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla, 18 ay müddətinə 1430 manat məbləğində cavabdehə kredit verilmişdir. 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları olan qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585) saxlanc girovunun qiymətləndirilməsinə dair İddiaçı ASC-nin "Sahil” filialına saxlanca verilmişdir. Tərəflər arasında bağlanmış 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır”. Göstərilənlərə əsasən Cavabdeh 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsi üzrə əsas borca görə 844,39 manat, faiz borcuna görə 95,49 manat olmaqla, cəmi 939,88 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585) olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsi üzrə cəmi 939,88 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh istehlak məqsədilə 18 ay müddətinə illik 30 faiz olmaqla, 1430 manat məbləğində kredit vermişdir. İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli saxlanc girovu haqqında müqaviləyə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını (qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585)) 03.12.2019-cu il tarixli qiymətləndirmə aktı əsasında dəyəri 2389,23 manat müəyyən edilməklə ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, bank borclunu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq etmişdir. İddiaçı ASC tərəfindən verilmiş 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 09.03.2021-ci il tarixə banka 844,39 manat əsas borc, 95,49 manat faiz borcu olmaqla, cəmi 939,88 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə 18 ay müddətinə illik 30 faiz olmaqla, 1430 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını (qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585)) banka girov kimi təqdim etmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borca görə 844,39 (səkkiz yüz qırx dörd manat, otuz doqquz qəpik) manat, faiz borcuna görə 95,49 (doxsan beş manat, qırx doqquz qəpik) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 969,88 (doqquz yüz altmış doqquz manat, səksən səkkiz qəpik) manat alınaraq İddiaçı ASC-yə verilməli, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh məxsus olan banka girov qoyulmuş qızıl-zinət əşyalarına (qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585)) yönəldilməli və həmin qızıl əşyaları açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borc ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılmalı, satışdan əldə edilmiş vəsait qeyd olunan 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh digər əmlakına yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borca görə 844,39 (səkkiz yüz qırx dörd manat, otuz doqquz qəpik) manat, faiz borcuna görə 95,49 (doxsan beş manat, qırx doqquz qəpik) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 969,88 (doqquz yüz altmış doqquz manat, səksən səkkiz qəpik) manat alınaraq İddiaçı ASC-yə verilsin. Cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh məxsus olan banka girov qoyulmuş qızılzinət əşyalarına (qolbaq (1 ədəd, çəkisi 6,3 qr., əyarı 750), komplekt (1 ədəd, çəkisi 16,2 qr., əyarı 585), üzük (qaş yoxdur, 3 ədəd, çəkisi 16 qr., əyarı 585)) yönəldilsin və həmin qızıl əşyaları açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Satışdan əldə edilmiş vəsait qeyd olunan 03.12.2019-cu il tarixli, SHLMB-6244 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh digər əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar