Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-31/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMM və Cavabdeh2 MTK-ya qarşı «qanunsuz hərəkətlərə son qoyulma, kommunal xidmətlərin göstərilməsinin bərpa edilməsi, fiziki və mənəvi zərərin əvəzinə görə 8.000 manat ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMM və Cavabdeh2 MTK-ya qarşı «qanunsuz hərəkətlərə son qoyulma, kommunal xidmətlərin göstərilməsinin bərpa edilməsi, fiziki və mənəvi zərərin əvəzinə görə 8.000 manat ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya qarşı edilən qanunsuz hərəkətlərə son qoyulması və yaşadığı mənzil üzrə bütün kommunal xidmətlərin göstərilməsinin bərpa edilməsi, onlar tərəfindən iddiaçıya vurulmuş fiziki və mənəvi zərərin əvəzinə 8.000 (səkkiz min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan – xx.xx.2022-ci il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə cavabdehlər "xxxx" MMM, "xxxx" MMC vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbinə əsasən icraatınızda 2(006)-3598/2022 saylı mülki iş vardır. Həmin iş üzrə İddiaçı Cavabdeh2 MTK-ya və digərlərinə qarşı iddia tələbi ilə çıxış edir. Halbuki, mübahisələndİrilən mənzilə dair İddiaçı Cavabdeh2 MTK-ya heç bir vəsait ödəməmişdir və Cavabdeh2 MTK Səbail rayon məhkəməsində həmin mənzilə dair iddia tələbi var. İddia tələbinə əsasən iddiaçı ilə cavabdeh arasında olan 20 mart 2004-cü il tarixli, MA-04/04 saylı maliyyə Arayışının, 07 aprel 2004-cü il tarixli müqavilənin və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 67 №-li sərəncamına əsasən Mənzil Kooperativ İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 004130 №-li orderin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda 1 girişli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,8 kv.m., təşkil edən 4 otaqlı 2 saylı mənzilin cavabdeh X1 və onun ailə üzvləri tərəfindən boşaldılması tələb edilir. Həmin iş e-2(009)-1865/2022 saylı nömrə ilə İlkin Rüstəmlinin icraatındadır. Göstərilənlərə əsasən hesab edirik ki, icraatınızda olan iş dayandırılmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3598/2022, xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdehlər Cavabdeh1 MMM və Cavabdeh2 MTK tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan e-2(009)- 1865/2022 saylı mülki iş üzrə müvafiq məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək, İddiaçı cavabdehlər Cavabdeh1 MMM və Cavabdeh2 MTK-ya qarşı «qanunsuz hərəkətlərə son qoyulma, kommunal xidmətlərin göstərilməsinin bərpa edilməsi, fiziki və mənəvi zərərin əvəzinə görə 8.000 manat ödənilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(006)-3598/2022 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. 23 aprel 2024-cü il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən məhkəməyə daxil olmuş, 15 aprel 2024-cü il tarixli məlumata əsasən, iddiaçı "Dəniz” MTKnın cavabdehlər İddiaçı və Bakı şəhər İcra Hakimiyyətinə qarşı "müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması" tələbinə dair e-2(009)-64/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. Həmin qətnamədən iddiaçı “Dəniz" MTK və cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1561/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "Dəniz” MTK-nın iddiadan imtinasına dair ərizəsi təmin edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində ərizə ilə müraciət edərək, iddia tələbinin məhkəmədən kənar həll edilməsi mümkün olduğundan, iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə İddiaçı tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMM və Cavabdeh2 MTK-ya qarşı «qanunsuz hərəkətlərə son qoyulma, kommunal xidmətlərin göstərilməsinin bərpa edilməsi, fiziki və mənəvi zərərin əvəzinə görə 8.000 manat ödənilməsi» tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-31/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-31/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver