Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3124/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının X1, Cavabdeh iştirakı ilə, iddiaçı LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının X1 izahatında bildirmişdir ki, “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10 noyabr 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən “Mercedes Benz C 180” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8800 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X2 mülkiyyətində olan “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 10.11.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********254 saylı 03.11.2020-ci il tarixli bildiriş məktubundan göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh X2 11 noyabr 2020-ci il tarixə kredit üzrə borcu cəmi 8815.19 manat təşkil edir. Bundan 5146 manat əsas borc, 1858.69 faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.11.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1810.50 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Faktiki olaraq etiraza əlavə etdiyi aktdan görünür ki, hələ 13 yanvar 2015-ci il tarixdə akta əsasən avtomobil Bank işçilərinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Bundan sonra hansısa faiz hesablanması məntiqsizdir və hesablana bilməz. Bundan sonra hansısa faiz hesablanması məntiqsizdir və hesablana bilməz. Bundan əlavə iddia müddəti baxımdan da müddətlər keçmişdir. əgər müqavilənin bağlanması 2011-ci il tarixdədirsə və müddəti də 24 ay nəzərdə tutulmuşsa bu müddətlərin keçməsi normasına gətirib çıxarır. Ona görə də Cavabdeh iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10 noyabr 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsindən görünür ki, “Mercedes Benz C 180” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8800 manat kredit verilmişdir. İş materiallarında olan iddiaçı “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10.11.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh X2 mülkiyyətində olan “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya ilə qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh X2 11 noyabr 2020-ci il tarixə kredit üzrə borcu cəmi 8815.19 manat təşkil edir. Bundan 5146 manat əsas borc, 1858.69 faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.11.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1810.50 manat faiz borcu təşkil edir. Cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında müəyyən edildi ki, “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10 noyabr 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsindən göründüyü kimi “Mercedes Benz C 180” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8800 manat kredit verilmişdir. İddiaçı “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10.11.2011-ci il tarixli ipoteka müqaviləsindən göründüyü kimi cavabdeh X2 mülkiyyətində olan “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya ilə qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən 2011-ci il tarixdə imzalanmış və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 ildən artıq müddət keçdikdən sonra 30 mart 2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqaviləsinin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3124/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3124/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver