Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3126/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı'’ ASC-nin "Nərimanov’’ filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2016-cı il tarixli, 1-10-03- 2016-Eİ-AS nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25-də inşa edilən, 21 nömrəli mərzilin alınması üçün 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 299,268.00 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank “ASRA’’ Mənzil- Tikinti Kooperativi və Cavabdeh3 ilə 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 279526,75 AZN əsas, 45092,61 AZN faiz borcu olmaqla, cəmi 324619,36 AZN təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cvaabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı Kredit müqaviləsi üzrə ödənilməmiş qalan xeyrinə 279526,75 AZN əsas, 45092,61 AZN faiz borcu olmaqla, cəmi 324619,36 AZN məbləğində kredit borcunun və ödənilmiş 30 AZN dövlət rüsumunun, 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı Kredit müqaviləsi üzrə ödənilməmiş qalan xeyrinə 279526,75 AZN əsas, 55279,81 AZN faiz borcu olmaqla, cəmi 334806,56 AZN məbləğində kredit borcunun və ödənilmiş 30 AZN dövlət rüsumunun, 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi X3 ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddia tələbinin həcminin artırılması barədə ərizədə texniki səhv olaraq 31.08.2021-ci il əvəzinə 31.05.2021-ci il qeyd edilmiş, həmin tarixi 31.08.2021-ci il kimi qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8% olmaqla, 299268 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış 15.03.2016-cı il tarixli, 1-15-03-2016-Eİ-AR saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 MMC borclu Cavabdeh1 bank qarşısında 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 1771 saylı maliyyə arayışına əsasən Cavabdeh1 kredit razılaşması üzrə 16.03.2021-ci il tarixinə 279526,75 AZN əsas, 45092,61 AZN faiz borcu olmaqla, cəmi 324619,36 AZN borcu var. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31.08.2021-ci il tarixli, 2516 saylı maliyyə arayışına əsasən Cavabdeh1 kredit razılaşması üzrə 31.08.2021-ci il tarixinə 279526,75 AZN əsas, 55279,81 AZN faiz borcu olmaqla, cəmi 334806,56 AZN borcu var. İş materiallarında olan " İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 19 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 299268 AZN vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialından almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3646 saylı, 05 iyul 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan arayış məlumatları və 10.03.2016-cı il tarixli, 1-10-03-2016-Eİ-AS saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən edilir: 16 mart 2021-ci il tarixinə (iddia tarixinə): əsas borc üzrə - 280307,99 AZN, faiz borcu üzrə - 43790,34 AZN; 05 iyul 2021-ci il tarixinə (rəyin tərtib edildiyi tarixə): əsas borc üzrə - 280307,99 AZN, faiz borcu üzrə - 50580,02 AZN; Aparılmış tədqiqatın dəyəri 100 AZN müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 10.03.2016-cı il tarixində 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 299268 AZN məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2, Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 334806,56 AZN məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 280307,99 AZN, faiz borcu 50580,02 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 279526,75 AZN, faiz borcu kimi 55279,81 AZN məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 279526,75 AZN əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 31.08.2021-ci il tarixli, 2516 saylı maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə faiz borcunun 55279,81 AZN olması müəyyən edildiyindən, maliyyə arayışı sübut növü kimi qəbul edilməli və iddiaçı tərəfindən iddia ərizəsi üzrə iddia həcminin artırılması üzrə ərizə daxil olduğunda və faiz məbləği kredit müqaviləsi üzrə hesablamanın müqavilə münasibətlərinin davam etdiyindən irəli gələrək iddianın artırılması və maliyyə arayışı nəzərə alınmalıdır. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN (otuz manat) və 0,40 AZN (qırx qəpik) bank xidmət haqqı da tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 279526,75 AZN (iki yüz yetmiş doqquz min beş yüz iyirmi altı manat, yetmiş beş qəpik) kredit borcu, 55279,81 AZN (əlli beş min iki yüz yetmiş doqquz manat, səksən bir qəpik) faiz borcu, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu və 0,40 AZN (qırx qəpik) bank xidmət haqqı, cəmi 334836,96 AZN (üç yüz otuz dörd min səkkiz yüz otuz altı manat, doxsan altı qəpik) məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi təmin olunduğu üçün, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 279526,75 AZN (iki yüz yetmiş doqquz min beş yüz iyirmi altı manat, yetmiş beş qəpik) kredit borcu, 55279,81 AZN (əlli beş min iki yüz yetmiş doqquz manat, səksən bir qəpik) faiz borcu, həmçinin 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu və 0,40 AZN (qırx qəpik) bank xidmət haqqı, cəmi 334836,96 AZN (üç yüz otuz dörd min səkkiz yüz otuz altı manat, doxsan altı qəpik) məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3126/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3126/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver