Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3129/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq hər ay sabit pul məbləğində alimentin artırılaraq 350 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 avqust 2016-cı il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3426/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən azyaşlı övladları X4 iddiaçının himayəsində qalmış və Cavabdeh uşağa hər ay əmək haqqının 25 %-i miqdarında aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişi bağlandıqdan sonra bazar qiymətləri artmış, uşaq xəstələnmiş və uzun müddətli davamlı müalicəyə ehtiyacı olduğundan uşağın saxlanılması xərcləri artmışdır. İddiaçı maddi cəhətdən çox əziyyət çəkir və uşağın xəstəliyi ilə əlaqədar hal-hazırda işləmir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, alimentin artırılması tələbinə dair iddia ərizəsində dəqiqləşdirmə apararaq onun alimentin təyin edilməsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddiaçının hər ay vaxtlı-vaxtında aliment ödədiyini bildirərək, hazırki iddiaya zərurət olmadığını qeyd etdi. İddianın təmin edildiyi təqdirdə isə qismən təmin edilməsini, yəni iddia tələbinə dəyişiklik edildiyi xx.xx.2023-cü il tarixdən 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 mart 2020-ci il tarixdə verilmiş doğum haqqında AZ-İV seriyalı 424259 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X5 qeyd edilmişdir. AA1970287 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər uşağın ananın yanında qalması, atanın uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və uşağın saxlanması üçün aliment barədə razılığa gəlmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3426/2022 saylı qətnaməsindən görünür ki:
1. Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 anası X2 yanında qalmasə və yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tərəfindən hər ay aylıq qazancının 25 %-i miqdarında alimentin X3 ödənilməsi barədə razılığa gəlmişlər.
2. İddianın təmin edilməsi, X5 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 647 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 435180 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh və X2 nikahı Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2022-ci il tarixində nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada “Mürsəlova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6496/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tələbi ilə Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi yalnız uşaqla ünsiyyət hissəsində təsdiq edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00421 nömrəli arayışından görünür ki, arayış İddiaçı və Cavabdeh arasında olan “alimentin artırılması” tələbinə dair “ailə” mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə 11:30-12:00-da Bakı şəhəri H.ünvan 1 ünvanında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh X2 hesabına “aliment ödənişi” təyinatı ilə 225 manat məbləğində pul ödəmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 71 №-li arayışından görünür ki, Cavabdeh aylıq vəzifə maaşı ştat cədvəlinə əsasən 560 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 05 avqust 2016-cı il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlayaraq, nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması, atası ilə isə ünsiyyət hüququnun olması, yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tərəfindən aylıq qazancının 25 %-i miqdarında alimentin İddiaçı ödənilməsi barədə razılığa gəlmiş, bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3426/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Aralarında olan barışıq sazişi Cavabdeh tələbi əsasında uşaqla ünsiyyət hissəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6496/2022 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Hazırda iddiaçı tərəf aralarında olan sazişə əsasən cavabdehin son 3 aydır 220 manat məbləğində aliment ödədiyini, lakin bunun kifayət etmədiyini, alimentin tutulması barədə məhkəmə qətnaməsi olmadığından 350 manat məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamənin qəbul edilməsinin zəruri olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə aralarında olan sazişə əsasən əmək haqqının 25 %nin ödənilməli olduğu halda, son 3 aydır 220 manat məbləğində aliment ödədiyini bildirərək, iddianın qismən təmin edilməsinə, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq 220 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla işlədiyini və aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin 220 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 2023-cü il üzrə 220 (iki yüz iyirmi) manat olmasını və Cavabdeh qazancı barədə iddiaçı tərəfindən əlavə sübutların təqdim edilmədiyini nəzərə alıb hesab edir ki, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğun və ədalətlidir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməsi” hissəsinə və cavabdeh tərəfin “alimentin iddia tələbinin dəyişdirilməsi barədə ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən tutulması” barədə dəlilinə münasibətdə qeyd edir ki, ailə qanunverciliyində qəti şəkildə müəyyən edilmişdir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ona görə də iddiaçının tələbi bu hissədə qismən təmin edilməli, aliment iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Cavabdeh tərəfin dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdə əsl niyyətinin cavabdehdən alimentin tutulmasının olması danılmazdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında aliment ödənilməsinə dair barışıq sazişi olmuş, iddiaçı barışıq sazişi üzrə cavabdeh tərəfindən ödənilən məbləğin kifayət etmədiyinə görə mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf iştirak etmədiyindən mediasiyada yeni barışıq əldə etmək mümkün olmamış, buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmaları zamanı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəyişdirilməsi mülki prosessual qanunvericiliklə iddiaçıya verilən hüquqdur, iddiaçının bu hüququndan istifadə etməsi, onu ailə qanunvericiliyi ilə müəyyənləşdirilmiş “məhkəməyə müraciət edən vaxtdan alimentin tutulması barədə” hüququnu məhdudlaşdırmamalıdır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olması nəzərə alınaraq, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova