Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3129/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.482,42 (on dörd min dörd yüz səksən iki manat qırx iki qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 133,45 (bir yüz otuz üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus “Toyota Highlander” markalı, buraxılış ili 2006-cı il olan, **-MU-*** dövlət qeydiyyat nömrəli avtomobili saz vəziyyətdə xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh istifadəsinə vermişdir. Qeyd edilən avtomobil cavabdehin istifadəsində olan zaman yol hərəkəti qaydaları pozulduğuna görə 124,60 (bir yüz iyirmi dörd manat altmış qəpik) manat cərimə hesablanmışdır. Göstərilən cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda, avtomobil cavabdehin istifadəsində olduğu vaxtda sonuncu tərəfindən etinasız davranılmaqla əmlak yararsız vəziyyətə salınmışdır. “Toyota Highlander” markalı, buraxılış ili 2006-cı il olan, **-MU-*** dövlət qeydiyyat nömrəli avtomobilin işlək və saz vəziyyətə gətirilməsi üçün iddiaçı tərəfindən 2485,42 (iki min dörd yüz səksən beş manat qırx iki qəpik) manat pul, eyni zamanda əlavə olaraq armaturçu işi üçün 400 (dörd yüz) manat, dəmirçi işi üçün 800 (səkkiz yüz) manat, rəngsaz işi üçün 2200 (iki min iki yüz) manat olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat pul vəsaiti xərclənmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən ona məxsus avtomobil üçün mühərrik alınması və zəruri detalllara (ön faralar, arxa stop işıqları və s.), eyni zamanda cərimələrin ödənilməsi, sığorta ödənişlərinə, avtomobilin dayanacaqdan götürülməsinə 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat pul vəsaiti xərclənmişdir. Bununla yanaşı, avtomobil etibarnamə əsasında cavabdehə verildiyi zaman onun dəyəri 18000 (on səkkiz min) manat məbləğində qiymətləndirilmiş, əlavə olaraq razılıq əldə edilmişdir ki, cavabdeh hər ay 600 (altı yüz) manat olmaqla, 30 (otuz) ay ərzində pulunu ödədikdən sonra avtomobil onun adına keçiriləcək. Lakin, cavabdeh bu öhdəliyini icra etməmiş, avtomobili iddiaçıya qaytarmamaqla özündə saxlamış və 6 (altı) ay ödəniş etməmişdir. Hazırda cavabdehin 6 (altı) ay üzrə ödəməli olduğu və ödəmədiyi məbləğ 3600 (üç min altı yüz) manat təşkil edir. Cavabdehin bu cür qanunsuz hərəkətləri iddiaçının əmlak hüquqlarının kobud şəkildə pozulmasıdır və qeyd edilən cəmi məbləğ 14.482,42 (on dörd min dörd yüz səksən iki manat qırx iki qəpik) manat cavabdehdən tam şəkildə tutularaq iddiaçıya ödənilməlidir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, iddiasını müdafiə etdiyini, məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram vuraraq iddia tələbini tam şəkildə qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini və mülki işə onun iştirakı olmadan baxılaraq qətnamənin qət edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə 17 iyul 2025-ci il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin teleqramını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006-cı il olan “Toyota Highlander” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur (qeydiyyat tarixi: xx.xx.2017).
7. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli “Servis kartı”ndan görünür ki, 2006-cı il buraxılışlı “Toyota Highlander” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyat hissələrinə görə 878,12 manat, göstərilmiş xidmətlərə görə 1607,31 manat olmaqla, avtomobilə dəymiş zərərin məbləği cəmi 2485,42 manat təşkil edir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 584 nömrəli satış çekindən görünür ki, həmin MMC-yə 2.367,00 manat ödəniş edilmişdir.
9. Sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, “Toyota Highlander” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin müxtəlif maddələri üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş və həmin qərarlara əsasən ümumilikdə 124.6 manat cərimə edilmişdir.
10. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış “pul vəsaitinin könüllü ödənilməsinə dair” bildirişdən görünür ki, Cavabdeh tərəfindən idarə edilməsi zamanı nəqliyyat vasitəsinə (avtomobilin təmiri, saz vəziyyətə gətirilməsi, cərimələrin ödənilməsi, sığorta ödənişləri və s.) görə ümumi olaraq ödənilmiş 10882.42 manat məbləğində pulun 1 (bir) həftə ərzində tam şəkildə ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”na əlavə edilmiş “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh “Toyota Highlander” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair xx.xx.2021-ci il tarixli etibarnamə verilmiş və etibarlılıq müddəti xx.xx.2024-cü ilə qədərdir.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot baza məlumatlarına əsasən “Toyota Highlander” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə mülkiyyətçisi dəyişdirilmədən nəqliyyat vasitəsinə yeni **-MU-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Toyota Highlander” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhkəmə orqanları tərəfindən məhdudiyyətin qoyulması barədə BDYPİ Qeydiyyat-imtahan İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Qeyd olunan nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı özünə məxsus avtomobili etibarnamə əsasında idarə edilməsi üçün cavabdehin istifadəsinə vermişdir. İddiaçı ona məxsus avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə sonuncu tərəfindən yol hərəkəti qaydaları pozulduğuna görə hesablanmış cərimənin ödənilməsinə, avtomobilin yararsız vəziyyətə salındığından işlək və saz vəziyyətə gətirilməsinə, avtomobillə bağlı armatur, dəmirçi və rəngsaz işlərinin görülməsinə, avtomobil mühərrikinin alınması və digər zəruri detalların alınmasına, sığorta ödənişlərinə, avtomobilin dayanacaqdan götürülməsinə görə ümumilikdə 10,882 manat xərc çəkmiş, avtomobilin cavabdehdə olmasına görə cavabdehin 3600 manat borcu yaranmışdır.
16. İddiaçı tərəfindən müvafiq borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh avtomobilə dair çəkilmiş xərcləri ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
17. Hazırda iddiaçı 14.482,42 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir; cavabdeh də öz növbəsində iddiaçının iddia tələbini tam şəkildə qəbul edir, iddiaçı tərəfindən tələb edilən ziyan məbləğini mübahisələndirmir, iddianın təmin edilməsinə etiraz etmir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
20. Məhkəmənin iddia tələbindən kənara çıxması yolverilməzdir. İddia ərizəsinə iddia tələbi həcmində baxılır. Hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən tam etiraf edilir və cavabdeh iddianın təmin edilməsinə etiraz etmədiyini bildirir.
21. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
22. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.
23. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.
24. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olduğundan onun səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbəni idarə etmək hüququna dair etibarnamə üzrə idarə edən cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.
25. Beləliklə, iddia tələbini iş materiallarında olan sübutlar və iddiaçı tərəfin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə teleqram göndərərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinin heç bir dəlili cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş və məhkəmə mülki işə qiyabi icraat qaydasında baxılması barədə qərardad elan etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdə keçirir və hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyinə görə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi halında qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsinin göstərilməsinin kifayət etdiyini müəyyən edir. Bundan başqa, iddia tələbi etiraf edildikdə məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14.482,42 (on dörd min dörd yüz səksən iki manat qırx iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.482,42 (on dörd min dörd yüz səksən iki manat qırx iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
29. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş və iddiaçı tərəfindən tələb edilən 133,45 (bir yüz otuz üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 14.482,42 (on dörd min dörd yüz səksən iki manat qırx iki qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 133,45 (bir yüz otuz üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova