Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-313/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Qax rayon İcra şöbəsi, Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 may 2018-ci il tarixli 56330 nömrəli qərarı ilə təsdiqlənmiş dövlətin hakimiyyət orqanlarının və vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində öz işindən kənarlaşdırıldığına görə, sonra da “İcra haqqında” Qanunun 71-ci maddəsinin tələbləri pozularaq 165 buraxılmış ay üçün əmək haqqı – maddi zərər ödənilmədiyi üçün Əmək Məcəlləsinin 291-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdeh dövlətin Maliyyə Nazirliyi tərəfindən iddiaçıya dəymiş 287.760 (iki yüz səksən yeddi min yeddi yüz altmış) manat pulun maddi zərər kimi ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir.
2. Sonradan Qax rayon İcra şöbəsi, Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək Məcəlləsinin 291-ci maddəsinin tətbiqinin yaranmasını onunla sübut edir ki, o 2010-cu il tarixdə İnsan X9 Məhkəməsinə Qax Rayon Məhkəməsinin qərarının icra olunmaması ilə bağlı əlaqəli dövlət hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində öz işindən kənarlaşdırılmasına görə şikayət vermişdir. Əmək Məcəlləsinin 291-ci maddəsinin 2-ci bəndində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydasının müvafiq qanunla müəyyən edilməsi qeyd edilmişdir. İddiaçının işində də eyni ilə 2009-cu ildə işinə bərpa qərarını verən Qax Rayon Məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən çıxardığı 13 noyabr 2009-cu il tarixli, 2(024)-188 nömrəli qətnaməsinin icrasına özü nəzarət etməmişdir. Belə ki, həmin qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 2010-cu il tarixdən Qax Rayon Məhkəməsinin qərarının icra olunmaması və dövlət hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində öz işindən kənarlaşdırılmasına görə verdiyi şikayət üzrə İnsan X9 Məhkəməsinə müraciət etmişdir. İnsan X9 Məhkəməsi 2015-ci il tarixdə 5 il 3 ay iddiaçının öz işindən kənarlaşdırıldığını təsdiq edən və qarşılıqlı razılaşma yolu ilə işin həllini təklif edən qərar qəbul etmişdir. Azərbaycan dövlətinin hakimiyyət orqanları və vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində 2015-ci ildə iddiaçının işi ilə bağlı verilmiş İnsan X9 Məhkəməsinin qərarına yenə də əməl olunmamışdır. İnsan X9 Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun həmin məhkəməyə yazdığı 26 yanvar 2016-cı il tarixli, 16/2-137 nömrəli məktubunda bir neçə şikayətlərə dövlətin verdiyi cavabı bildirib, məktubun 9-cu nömrəsi iddiaçının işindən bəhs olunur. Orada qeyd olunur ki, iddiaçı xx.xx.2010-cu ildən Qax rayon İdman məktəbinə öz işinə bərpa olunmuşdur. İddiaçı isə bildirmişdir ki, onun işində Əmək Məcəlləsinin 291-ci maddəsinin tərkibi yaranıb, yəni o Qax Məhkəməsinin və digər dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində öz işindən məcburən kənarlaşdırılmışdır. xx.xx.2018-ci il tarixdə Avropa Məhkəməsi 56330/10 nömrəli iş üzrə son qərarını verdi. İddiaçının təqdim etdiyi sənəd və sübutlar əsasında Avropa Məhkəməsi qərarında qeyd edir ki, 7 il 8 ay 24 gün qanunlara riayət olunmayıb. Yəni Dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində iddiaçı işindən kənarlaşdırıldığını Avropa Məhkəməsi öz qərarında təsdiq etmişdir. Qərarda 7 il 8 ay 24 gün açıqlaması odur ki, X4 X9 Məhkəməsinə yazdığı iddiaçının işinə bərpa olunmasını təsdiq edən 26 yanvar 2016-cı il tarixli, 16/2-137 nömrəli məktubunda yazdığı tarixdən, yəni 23 avqust 2010-cu il tarixdən 3 may 2018-ci il tarixə kimi Avropa Məhkəməsi iddiaçının işinə qərar verdiyi günə qədər olan müddət, yəni dövlət hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində iddiaçının öz işindən kənarlaşdırıldığı müddətdir. İddiaçının öz işinə bərpa olunmasını təsdiqləyən iş Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)-188 nömrəli qətnaməsi ilə qəbul edilməli iş olsa da həmin qətnamə bu günə kimi icra olunmayıb. İnsan X9 Məhkəməsi qərarında 3 ay öz qərarının icrasına müddət vermişdir. 2018-ci ildə Avropa Məhkəməsi qərar verdikdən sonra bu günə qədər qərarın icra olunması üçün iddiaçı Ədliyyə Nazirliyinə etdiyi müraciətlərlə paralel hər 2-3 aydan bir Azərbaycan Respublikasının Prezident Administrasiyasında bir neçə dəfə qəbulda olur, eyni zamanda, 2-3 aydan bir Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə yazaraq həmin məhkəməyə təqdim etmiş və ona 10 may 2024-cü il tarixli cavab məktubu gəlmişdir. Bundan sonra o, cavabdehlər tərəfindən “İcra haqqında” Qanunun 1.2-ci maddəsinin tələblərinin pozulmasını əminliklə bilmişdir. İnsan X9 Məhkəməsinin qərarını icra etmək əvəzinə yerli qərarı icra etmiş kimi yalan və saxta icra manevri edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə icraya dair Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir. Həmin maddəyə əsasən Qax Rayon Məhkəməsinin yox, İnsan X9 Məhkəməsinin qərarı icra olunmalıdır. Çünki, İnsan X9 Məhkəməsinin qərarı Qax Rayon Məhkəməsinin qərarından fərqlidir. Fərq odur ki, Qax Rayon Məhkəməsinin 2009-cu il tarixli qərarında buraxılmış müddət göstərilməyib, lakin İnsan X9 Məhkəməsinin qərarında isə 7 il 8 ay buraxılmış müddət, yəni qanunlara riayət etməmə müddəti kimi qeyd edilmişdir. Bu fərqli qərarlardan “İcra haqqında” Qanunun 1.2-ci maddəsini tətbiq etməklə İnsan X9 Məhkəməsinin qərarı icra olunmalıdır. Həm də bugünə qədər işində tətbiq olunmayan “İcra haqqında” Qanunun 71-ci maddəsi tətbiq olunmaqla. Həmin qanunun 71-ci maddəsinə görə işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Qeyd edilən maddəyə əsasən iddiaçının işində, yəni 2009-cu ildə verilmiş Qax Rayon Məhkəməsinin qərarı 2022-ci və 2023-cü illərdə icra olunsa da buraxılmış 15 il müddət üçün əmək haqlarının ödənilmədən icrası qeyri-mümkündür. Ali Məhkəmə tərəfindən iddiaçıya 29 gün əvvəl ünvanlanmış məktubda Qax Rayon Məhkəməsinin 2009-cu il tarixli qərarına 2022-ci ildə xitam verilməklə işinə bərpa əmrinin verildiyini qeyd etmiş, amma “İcra haqqında” Qanunun 71-ci maddəsindən bəhs edilməmişdir. Çünki, həmin maddə tətbiq olunmayıb. İddiaçı öz ixtisası üzrə sonuncu dəfə 2006-cı ildə fəaliyyət göstərmiş, 2022-ci ilə qədər də bu müddətdən 16 il keçmişdir ki, o artıq ixtisası üzrə işləyə bilməz. Çunki, hər şeyi unudub. Dövlət hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində öz işindən kənarlaşdırılmasına görə iddiaçı öz işində kənarlaşdırılmasına görə işsiz qaldığı 15 il müddətdə keçirdiyi əsəb-stresdən hər şeyi unutmuşdur. 2022-ci ildə iddiaçının əmrinin unutduğu ixtisas üzrə verilməsi bir cinayətdir. Təqribən 1 il əvvəl Sumqayıt şəhərində 1 nəfər məşqçinin öz ixtisasını bilmədiyi üçün məşq zamanı 1 azyaşlı uşağı öldürməsinə dair cinayət işinin görüntüləri televiziya vasitəsilə yayımlandığında baxanların hamısı həmin o məşqçinin yoxlanılmadan işə götürən cavabdeh olan şəxsləri kəskin şəkildə tənqid edirdilər. İddiaçı ümid edir ki, ona unutduğu ixtisas üzrə əmr verilib get işlə deyən cavabdeh olmayacaq, çünki onun unutduğu ixtisas üzrə işə məcbur olunsa Sumqayıtda baş verən cinayət təkrarlana bilər. Elm və təhsil Nazirliyi Sumqayıtdakı dəqiq və birmənalı müəyyən etməlidir. Sumqayıtdakı hadisədən sonra işləyən müəllimləri hər 3 ildən bir sertifikasiya edir və yoxlayır. 30 baldan aşağı bal toplayan müəllimə bir il müddət verilir, yenidən həmin baldan aşağı topladıqda işdən azad edilir. İddiaçı açıq bildirir ki, o ixtisasını 16 ildir işləməməsi səbəbindən unutmuşdur. Ona görə də iddiaçı onun işlə təmin olunmaq məsələsinin Nəsimi Rayon Məhkəməsində heç araşdırılmamasını istəyir, çünki bu məsələyə görə başqa qurumlara müraciət etmişdir. Həm də bu vəziyyətdə iddiaçını işə götürmək Əmək Məcəlləsinin 57.1-ci maddəsinin tələbini pozmaq deməkdir. Həmin maddəyə görə işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş Qax Rayon Məhkəməsinin 2009-cu il tarixli qərarına 2022-ci ildə xitam verilməklə işinə bərpa əmrinin verildiyinin qeyd edilməsi dövlətin gələcəyi olan uşaqları ölümə tərk etməklə yanaşı, Əmək Məcəlləsinin 301-ci və 313-cü maddələrinin icrasını istəmiş, həmin Məcəllənin 291-ci maddəsi üzrə tələb olduğunu sübut edərək bu işdə dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulan ziyanın ödənilməsinin qaçılmaz bir hərəkət olduğunu təsdiq etdi. 2024-cü ilin aprel ayında həm Azərbaycan Respublikasının Prezident Administrasiyası vasitəsilə, həm də iddiaçının şəxsən Azərbaycan Respublikası Ali Məhkəməsinə yazdığı ərizəsi ilə həmin məhkəmə tərəfindən 10 may 2024-cü il tarixli cavab məktub oxunduqda dövlətin hakimiyyət orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində “İcra haqqında” Qanunun 71-ci maddəsinin tələblərinin yenidən pozulduğuna görə iddiaçı həmin tarixdən bir ay keçməmiş Əmək Məcəlləsinin 291-ci maddəsini tətbiq edərək cavabdehin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə dövlətdən İnsan X9 Məhkəməsinin qərarında öz təsdiqini tapmış işindən kənarlaşdırıldığına görə ona dəymiş maddi zərər kimi buraxılmış əmək haqqlarını alsın. Əmək Məcəlləsinin 299-cu maddəsinə görə fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. “İcra haqqında” Qanunun 71-ci maddəsinə görə əmək haqqının tarixə görə fərqi hesablanmalıdır, yəni 2009-cu ildə verilmiş qərar bu gün icra olunduğu günün maaşı ilə hesablanmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi Elm və Təhsil Nazirliyinin rəsmi saytında 2024-cü il üçün maaş hesablama cədvəlində iddiaçı kimi dünya çempionları ayda 2565 manat əmək haqqı alır. İddiaçı da sərbəst güləş üzrə dünya çempionu olmasına baxmayaraq məhkəməyə təqdim edilən cədvəldə göstərilən aylıq vəzifə maaşı olan 785 manat dövlətə bağışlayır. Cədvəldə göstərilən ümumi dərs yükünə görə 1 aylıq əmək haqqı məbləği olan 1744 manat pulu tələb edir. Bu o deməkdir ki, Elm və Təhsil Nazirliyinin iddiaçıya təqdim etdiyi rəsmi cədvəlində müəllimin bu gün üçün (2024-cü ildə) 1 aylıq əmək haqqı 1744 manat edir. Bu günə qədər icra olunmamış müddət 3 may 2018-ci il tarixli 56330/10 nömrəli qərarı İnsan X9 Məhkəməsinin qərarında iddiaçının işindən kənarlaşdırıldığı müddət, yəni icra olunmamış yerli qərarın müddəti olan 7 il 8 ay göstərilib. İnsan X9 Məhkəməsi tərəfindən qərar verilmiş tarixdən də yəni, 3 may 2018-ci ildən bu günə qədər 6 il 1 ay müddət keçməklə, cəmi müddət 13 il 9 ay (7 il 8 ay + 6 il 1 ay) edir ki, toplam 165 ay iddiaçının öz işindən kənarlaşdırıldığı müddətdir. Bu müddət üçün də İcra haqqında” Qanunun 71-ci və Əmək Məcəlləsinin 291-ci maddələrinə əsasən iddiaçıya bu müddət üçün buraxılmış əmək haqları ödənilməlidir. Elm və Təhsil Nazirliyinin rəsmi cədvəlində göstərilən hesablamalar üzrə 165 ay ərzində hər ay 1744 manat olmaqla hesablanmış məbləğ 287.760 manat təşkil edir ki, bu məbləğ dövlət tərəfindən qanunla nəzərdə tutulmuş ödənilməli olan və İnsan X9 Məhkəməsinin qərarı ilə təsdiqlənmiş müddət üzrə maddi zərər məbləğidir.
4. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə yazılı etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Etiraz belə əsaslandırılmışdır ki, ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından Maliyyə Nazirliyinin cavabdeh şəxs qismində işə cəlb edilməsi yanlışdır və qeyri-obyektivdir. Belə ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və ictimai büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İddia ərizəsində qeyd edilmiş bəzi hallarla bağlı vacib məqamların Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddia tələbi Qax şəhər X11 məktəbində müəllim vəzifəsinə bərpa edilməsi ilə bağlı hissədə təmin edilsə də, əmək haqqının və mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə təmin edilməməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2024-cü il tarixli məktubundan görünür ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Ramixanov və digərləri Azərbaycana qarşı” işi üzrə qəbul edilmiş qərarın iddiaçıya aid hissəsində kompensasiya məbləği ödənilməklə icra edilmiş, həmçinin Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin 27 may 2022-ci il tarixli 04 nömrəli əmri ilə iddiaçı əvvəllər çalışdığı vəzifəyə bərpa edilmişdir. Sözügedən məktubdan aydın olur ki, Qax rayon İcra və Probasiya Şöbəsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində göstərilmiş əsasa uyğun olaraq Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli icra vərəqəsi üzrə icraata xitam verilmişsdir. İddia tələbində qeyd edilən 287.760 manat məbləğində kompensasiyanın ödənilməsi ilə əlaqədar araşdırılan məhkəmə mübahisəsi Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli qətnaməsinin icrası ilə bağlı olduğundan və həmin mübahisə üzrə Maliyyə Nazirliyi tərəf olmadığından iddia tələbinin həmin Nazirliyə yönəldilməsinin hüquqi əsası mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanuvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən Plenun izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə işə mahiyyəti üzrə baxarkən Maliyyə Nazirliyinə hər hansı orqan və ya məhkəmə tərəfindən iddiaçıya kompensasiya ödənilməsi ilə əlaqədar icra sənədinin göndərilmədiyini, həmçinin iddia tələbi ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə olmamasını nəzərdə saxlamalıdır. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 76-cı maddəsində qeyd edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki- Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir.
7. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçı xx.xx.2004-cü il tarixdə Qax rayon UGİM-də məşqçi-müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. xx.xx.2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırıldığına görə onunla bağlanmış əmək müqaviləsinə iş yeri və vəzifəsi saxlanılmaqla xitam verilmişdir. Hərbi xidmətdən buraxıldıqdan sonra İddiaçı tərəfindən sözügedən müəssisəyə tutduğu məşqçimüəllim vəzifəsinə qayıtması barədə heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. İş üçün əhəmiyyət kəsb edən zəruri amillər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinin tələblərinə məhəl qoymadan Qax rayon Əmək Məşğulluq İdarəsində “işsiz” kimi qeydiyyatdan keçərək müvafiq müavinət almışdır. Prosedur qaydalara görə müavinətin verilmə müddəti başa çatdıqdan sonra isə vətəndaş iş iddiası ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunaraq İddiaçı Qax rayon UGİM-də məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnaməyə əsasən İddiaçı məktəb direktorunun 23.08..2010-cu il tarixli 23 nömrəli əmri ilə həmin tarixdən Qax rayon UGİM-də məşqçi-müəllim vəzifəsinə işə bərpa edilmişdir. Bununla belə, İddiaçı sonrakı vaxtlarda qulluq funksiyalarına uyğun olaraq öz üzərinə düşən işlərin (məşq saatlarının və qrupların bölgüsündə iştirak, qrupların komplekləşdirilməsi və formalaşması, məşq jurnallarının əldə edilməsi və s.) heç birini yerinə yetirməmişdir. Edilən müraciət və dəvətlərə baxmayaraq, İddiaçı faktiki olaraq bir gün belə işə çıxmamışdır. Belə vəziyyət noyabr ayının sonunadək davam etmiş və məktəb Həmkarlar təşkilatının 06 oktyabr 2010-cu il tarixli yığıncağının qərarı nəzərə alınaraq, məktəb direktorunun 29 noyabr tarixli 37 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. 19 may 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsindən İddiaçı məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi ilə əlaqədar daxil olmuş 17 may 2022-ci il tarixli 959/1 nömrəli məktubda Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)188/2009 nömrəli qətnaməsinə əsasən İddiaçı Qax rayon Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi tapşırılmışdır. Qax Rayon İcra və Probasiya Şöbəsinin həmin məktubu nəzərə alınaraq, Qax rayon X11-Şahmat Məktəbinin direktorunun 27 may 2022-ci il tarixli 4 nömrəli əmrinə əsasən İddiaçı məktəbdə məşqçi-müəllim vəzifəsinə bərpa edilmişdir. Bununla bağlı, İddiaçı 02 iyun 2022-ci il tarixli bilidirişli məktubla, İcra və Probasiya Şöbəsinə isə birbaşa yazılı məlumat verilmişdir. Bundan əlavə, 01 iyun 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ilə telefonla, 03 iyun 2022-ci il tarixdə isə əyani olaraq söhbət aparılmış, o bir daha müvafiq əmrlə məlumatlandırılmış və işə başlamaq üçün Qax rayon UGİŞM-lə təmas saxlanılması tövsiyyə olunmuşdur. Qax rayon UGİŞM-nin rəhbərliyi tərəfindən İddiaçı 02 iyun, 08 iyun, 16 iyun, 20 sentyabr 2022-ci il tarixli bildirişli məktublarla müvafiq məlumat verilmiş və ondan işə başlamaq üçün zəruri prosedurların həyata keçirilməsi məqsədilə məktəblə təmas saxlaması israrla istənilmişdir. Lakin, bu müraciətlərin hamısı cavabsız qalmış, İddiaçı məktəb rəhbərliyi ilə nə yazılı, nə telefon vasitəsilə, nə də əyani olaraq heç bir əlaqə saxlamamışdır. İddiaçı 2010-2023-cü illər ərzində işə qəbul ilə əlaqədar zəruri olan prosedurları (müvafiq əmək müqaviləsinin bağlanması, tarifləşmə, komplekləşmə və s.) həyata keçirmədiyi və faktiki olaraq bir gün belə işə çıxmadığı üçün ona heç bir əmək haqqı hesablanmamışdır.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsi məhkəməyə “iddia müddətinin tətbiq olunmasına dair” ərizə təqdim olunaraq iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Ərizə belə əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(024)-188/2009 nömrəli qətnaməsinə görə İddiaçı iddia tələbinin onun Qax şəhər X11 məktəbində müəllim vəzifəsinə bərpa edilməsi ilə bağlı hissədə təmin edilməsi, əmək haqqının və mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 20 aprel tarixli məktubundan görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Rəmixanov və digərləri Azərbaycana qarşı" işi üzrə qəbul edilmiş qərarının iddiaçıya aid hissəsində kompensasiya məbləği ödənilməklə icra edilmiş, həmçinin Qax rayon X3 məktəbinin 2022-ci il 27 may tarixli 04 nömrəli ilə əmri ilə iddiaçı əvvəllər çalışdığı vəzifəyə bərpa edilmişdir. Sözügedən məktubdan aydın olur ki, Qax rayon İcra və Probasiya Şöbəsinin 2022-ci il 03 iyun tarixli qərarı ilə "icra haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsində göstərilmiş əsasa uyğun olaraq Qax Rayon Məhkəməsinin 2009-cü il 13 noyabr tarixli 2(024)-188/2009 nömrəli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İddiaçı xx.xx.2004-cü ildə Qax rayon UGİM-də məşqçi müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. xx.xx.2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırıldığına görə onunla bağlanmış əmək müqaviləsinə iş yeri və vəzifəsi saxlanılmaqla xitam verilmişdir. Hərbi xidmətdən buraxıldıqdan sonra İddiaçı tərəfindən sözügedən müəssisəyə tutduğu məşqçi-müəllim vəzifəsinə qayıtması barədə heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. İş üçün əhəmiyyət kəsb edən zəruri amillər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinin tələblərinə məhəl qoymadan Qax rayon Əmək Məşğulluq İdarəsində “işsiz” kimi qeydiyyatdan keçərək müvafiq qaydada müavinət almışdır. Prosedur qaydalara görə müavinətin verilmə müddəti başa çatdıqdan sonra isə İddiaçı iş iddiası ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Qax Rayon Məhkəməsində İddiaçı iddia tələbi təmin olunmuş və məhkəmənin 2(024)-188/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Qax UGİM-də məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən məktəb direktorunun xx.xx.2010-cu il tarixli 23 nömrəli əmrilə Qax UGİM-də məşqçi müəllim vəzifəsinə işə bərpa edilmişdir. Bununla belə, İddiaçı sonrakı vaxtlarda qulluq funksiyalarına uyğun olaraq öz üzərinə düşən işlərin (məşq saatlarının və qrupların bölgüsündə iştirak, qrupların komplektləşməsi və formalaşması, məşq jurnallarının əldə edilməsi və s.) heç birini yerinə yetirməmişdir. Edilən müraciət və dəvətlərə baxmayaraq İddiaçı faktiki olaraq bir gün belə işə çıxmamışdır. Belə vəziyyət noyabr ayının sonunadək davam etmiş və məktəb Həmkarlar təşkilatının 06 oktyabr 2010-cu il tarixli yığıncağının qərarı nəzərə alınaraq məktəb direktorunun 29 noyabr 2010-cu il tarixli 37 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. 19 may 2022-ci il tarixdə Qax rayon İcra və Probasiya şöbəsindən İddiaçı məşqçi-müəllim vəzifəsinə bərpa olunması ilə əlaqədar 17 may 2022-ci tarixli 959/1 nömrəli məktub daxil olmuş, məktubda Qax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(024)- 188/2009 nömrəli qətnaməsinə əsasən İddiaçı Rafik oğlunun Qax rayon UşaqGənclər İdman məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi tapşırılmışdır. Qax rayon İcra və Probasiya şöbəsinin məktubu nəzərə alınaraq, Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktorunun 27 may 2022-ci il tarixli 4 nömrəli əmrinə əsasən İddiaçı həmin tarixdən məktəbdə məşqçi-müəllim vəzifəsinə bərpa edilmişdir. Bununla bağlı İddiaçı 02 iyun 2022-ci il tarixli bildirişli məktubla, İcra və Probasiya şöbəsinə isə birbaşa yazılı məlumat verilmişdir. Bundan əlavə, 01 iyun 2022-ci tarixdə Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçıla telefonla, 03 iyun 2022-ci il tarixdə isə əyani olaraq söhbət aparılmış və bir daha müvafiq əmrlə məlumatlandırılmış, işə başlamaq üçün Qax rayon UGİŞM-lə təmas saxlanılması tövsiyyə olunmuşdur. Qax rayon UGİŞM-nin rəhbərliyi tərəfindən İddiaçı 02 iyun, 08 iyun, 16 iyun, 20 sentyabr 2022-ci il tarixli bildirişli məktublarla müvafiq məlumat verilmiş və ondan işə başlamaq üçün zəruri prosedurların həyata keçirilməsi məqsədi ilə məktəblə təmas saxlaması israrla istənmişdir. Lakin, bu müraciətlərin hamısı cavabsız qalmış, İddiaçı məktəb rəhbərliyi ilə nə yazılı, nə telefon vasitəsi ilə, nə də əyani olaraq heç bir əlaqə saxlamamışdır. Bu məsələ ilə əlaqədar İddiaçı davranış səbəblərini öyrənmək cəhdləri isə heç bir nəticə verməmişdir. İddiaçı 2010-2023-cü illər ərzində işə qəbul ilə əlaqədar zəruri olan prosedurları (müvafiq əmək müqaviləsinin bağlanması, taarifləşmə, komplektləşmə və s.) həyata keçirmədiyi və faktiki olaraq bir gün belə işə çıxmadığı üçün ona heç bir əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsində qeyd edilir ki, bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, cavabdehin etirazının, üçüncü şəxsin etirazının və ərizəsinin əsassız olduğunu bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qax rayon İcra şöbəsi və Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
12. Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)-188/2009 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Qax şəhər X11 məktəbinə qarşı əvvəllər işlədiyi məşqçi müəllim vəzifəsinə bərpa edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və özünə dəyən 10000 (on min) manat mənəvi ziyanın alınıb ona verilməsi barədə iddiası qismən təmin edilmiş, iddiaçı Qax şəhər X11 məktəbində məşqçi müəllim vəzifəsinə bərpa edilmiş, iddia əmək haqqı və mənəvi ziyan tələbinə dair hissəsi təmin edilməmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 fevral 2010-cu il tarixli, 2(107)-106/2010 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 29 iyun 2010-cu il tarixli, 2(102)-1932/2010 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə 16 fevral 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rəmixanov və digərlərinin Azərbaycana qarşı” işi üzrə 2018-ci il tarixli 3 may tarixli qərarından görünür ki, Azərbaycan vətəndaşı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 56330 nömrəli ərizəsi üzrə qəbul edilmiş cavabdeh dövlət müvafiq vasitələrlə, üç ay ərzində əlavə olunan cədvəldə istinad edilən tamamlanmamış yerli qərarların icrasının təmin edilməli olduğunu bildirir. Cavabdeh dövlət ərizəçinin nümayəndəsinin bank hesabına ödənilməli olan xərclər və ödənişlər istisna olmaqla, üç ay ərzində ərizəçilərə ödəniş etməlidir, əlavə olunan cədvəldə qeyd olunan bu məbləğlər hesablaşma tarixinə olan müvafiq məzənnəyə uyğun olaraq, Yeni Azərbaycan Manatına çevrilməlidir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin İddiaçı ünvanladığı müraciətə baxılmasına dair xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qax Rayon Məhkəməsi xx.xx.2009-cu il tarixdə onun Qax Şəhər X11 məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsini qət etmişdir. Qətnamə əsasında verilmiş xx.xx.2010-cu il tarixli icra sənədi əsasında Qax rayon icra qurumunda icraata başlanılmış, borclu təşkilatın İddiaçı həmin vəzifəyə təyin edilməsi barədə xx.xx.2010-cu il tarixli əmri əsas tutularaq icraata xitam verilməsi üçün təqdimatla məhkəməyə müraciət edilmiş, Qax Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qərardadı ilə təqdimatı təmin edərək icra sənədi üzrə icraata xitam vermişdir. İHAM xx.xx.2018-ci il tarixli “Ramixanov və qeyriləri Azərbaycana qarşı” qərarında İddiaçı tərəf olduğu yerli məhkəmə qərarının icra olunmadığı qənaətinə gəlmişdir. Müraciətə baxılması zamanı İddiaçı ilə əlaqə saxlanılmış, Qax Rayon Məhkəməsi tərəfindən xitam verildiyi üçün icra sənədinin yenidən icraya yönəldilməsi məsələsində icra qurmunun səlahiyyətli olmadığı bildirilmiş, aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
17. Məhkəmə sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş: - Qax rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 959/1 nömrəli məktubdan görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsinə əsasən tələbkar İddiaçı Qax şəhər X11 məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməlidir. İcra sənədinə əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan icra vərəqəsi 19 avqust 2010-cu il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin (Qax rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupuna) icraatına daxil olmuş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qax rayon Təhsil Şöbəsi X11 Məktəbinin 23 avqust 2010-cu il tarixli, 30 saylı əmrdən çıxarışından görünür ki, tələbkar həmin məktəbə məşqçi-müəllim vəzifəsinə təyin edilmişdir. Tələbkar İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Qax rayon Təhsil Şöbəsi X11 Məktəbinə məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi səbəbindən, icra sənədi üzrə icraata xitam verilməsi üçün Qax Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Həmin məhkəmənin 22 dekabr 2015-ci il tarixli, 8(024)-333 nömrəli qərardadına əsasən icra vərəqəsi tam icra olunduğundan icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İcra işinə əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qax rayon Təhsil Şöbəsi X11 Məktəbinin 29 noyabr 2010-cu il tarixli, 37 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. Avropa Məhkəməsi 03 may 2018-ci il tarixli “Rəmixanov və qeyriləri Azərbaycana qarşı” qərarında İddiaçı tərəf olduğu yeri məhkəmə qərarının icra olunmadığı qənaətinə gəlmiş, həmin qərarın icra olunması öhdəliyi müəyyən edilmiş, həmçinin şikayətçiyə 3.600 avro ödənilməsi qərara alınmışdır. Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsinin yenidən icraya yönəldilməsi məsələsinə baxılması üçün həmin məhkəməyə təqdimat verilmiş və qeyd edilən icra vərəqəsi yenidən icra edilməsi üçün həmin şöbəyə göndərilmişdir. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsi üzrə tələbkar İddiaçı Qax rayon Təhsil Şöbəsi X11 Məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi və nəticəsi haqqında Qax Rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunur. - Qax Rayon Təhsil Şöbəsi tərəfindən Qax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi barədə xx.xx.2022-ci il tarixli, 959/1 nömrəli məktubun icrası ilə əlaqədər olaraq, Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsi əsas götürülərək məktəbin sabiq məşqçi-müəllimi İddiaçı əvvəlki vəzifəsinə bərpası təmin edilmişdir. - Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əvvəlki vəzifəsinə bərpası ilə bağlı İddiaçı məlumatın verildiyini nəzərə alaraq, bərpa prosesi ilə bağlı zəruri tədbirlərin görülməsi, işə götürülmə prosedurunun qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi üçün 15 sentyabr 2022-ci il tarixdə məktəbdə idman qruplarının kompləşdirilməsi zamanı ona ibtidai hazırlıq qrupu ayrılmışdır. Məşq prosesinə başlamaq üçün İddiaçı məktəbə gəlməsinin vacib olduğu, əks təqdirdə isə müvafiq əmək haqqının hesablanmasının mümkün olmayacağı qeyd edilmişdir.
18. Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin “Məşqçi-müəllim vəzifəsinə bərpa haqqında” xx.xx.2022-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndi və Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra sənədi rəhbər tutularaq İddiaçı həmin məktəbin sabiq məşqçi-müəllimi qeyd edilən məhkəmə qərarına əsasən 01 iyun 2022-ci il tarixdən əvvəlki vəzifəsinə bərpa edilmişdir.
19. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16-00369 nömrəli arayışdan görünür ki, Elm və Təhsil Nazirliyinin nümayəndəsi X8 oğlu mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 50 manat mediasiya rüsumu, 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
20. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 20 aprel 2024-cü il tarixli, 1-8/2-M-25xx-xx-3327/2024 nömrəli məktubdan görünür ki, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbləri yerli məhkəmələr tərəfindən edilmiş, yalnız işə bərpa tələbi təmin edilmişdir. İnsan X9 Məhkəməsinə göndərdiyi şikayət əsasında həmin məhkəmə tərəfindən işə bərpa tələbinin təmin edilməsi barədə qətnamənin icra edilməməsi ilə bağlı kompensasiya məbləği müəyyən edilmiş və cavabdeh dövlət qarşısında 3 aylıq icra müddəti müəyyən edilmişdir. İnsan X9 Məhkəməsinin “Rəmixanov və digərləri Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2018-ci il tarixli 3 may tarixli qərarı kompensasiya məbləği ödənilməklə icra edilmiş, həmçinin Qax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 2022-ci il 27 may tarixli 4 nömrəli əmrinə əsasən əvvəlki vəzifəsinə bərpa edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin 2022-ci il 3 iyun tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Bundan əlavə, İddiaçı 2023-cü ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş işə bərpa olunmalı olduğu barədə qətnamənin icra edilməməsi ilə bağlı İnsan X9 Məhkəməsinin “Rəmixanov və digərləri Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2018-ci il tarixli 3 may tarixli qərarı icra edildiyindən onun şikayət əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yeni hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktına baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
21. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsinə əsasən tələbkar İddiaçı Qax şəhər X11 məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməlidir. Qeyd olunan icra vərəqəsi ilk dəfə 19 avqust 2010-cu il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin (Qax rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun) icraatına daxil olmuş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qax rayon Təhsil şöbəsi Uşaq-Gənclər İdman Məktəbinin 23 avqust 2010-cu il tarixli, 30 saylı əmrdən çıxarışdan görünür ki, tələbkar həmin məktəbə məşqçi-müəllim təyin edilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi üçün Qax Rayon Məhkəməsinə təqdimat göndərilmiş, həmin məhkəmənin 22 dekabr 2015-ci il tarixli, 8(024)-333 saylı qərardadına əsasən, icra vərəqəsinin icra olunması qənaətinə gələrək icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Avropa Məhkəməsi xx.xx.2018-ci il tarixli “Ramixanov və qeyriləri Azərbaycana qarşı” qərarında İddiaçı tərəf olduğu yerli məhkəmə qərarının icra olunmadığı qənaətinə gəlmiş, həmin qərarın icra olunması öhdəliyi müəyyən edilmiş, həmçinin şikayətçiyə mənəvi zərərə görə 3.600 avro ödənilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsi tərəfindən həmin məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(024)-188 nömrəli icra vərəqəsi icra edilməsi üçün təkrarən 17 may 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vərəqəsi həmin şöbənin icraatına qeyd olunan tarixdə daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icraata başlanılmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)188 nömrəli icra vərəqəsinə əsasən tələbkar İddiaçı Qax şəhər X11 məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi və nəticələri haqqında Qax Rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verilməsi üçün Qax rayon X11-Şahmat Məktəbinə müraciət edilmiş, cavab məktubuna Təhsil Nazirliyinin 25 fevral 2022-ci il tarixli, F-99 saylı əmrinə əsasən müvafiq sənədlərin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə göndərilməsi bildirilmişdir. Məsələ ilə əlaqədar əməli köməklik göstərilməsi üçün, şöbə tərəfindən əlavə olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinə getməklə müraciət edilmiş, Qax rayon X11-Şahmat Məktəbinin 27 may 2022-ci il tarixli, 4 nömrəli əmrinə əsasən tələbkar İddiaçı 01 iyun 2022-ci il tarixdən əvvəlki vəzifəsinə bərpa edilmişdir. İddiaçı 01 iyun 2022-ci il tarixdən işə bərpa olunmasına dair əmrdən çıxarış Qax rayon X11-Şahmat Məktəbi tərəfindən 27 may 2022-ci il tarixli, 5 saylı məktubla Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 31 may 2022ci il tarixdə İddiaçı istifadəsində olan ********** mobil nömrə ilə saat 16:43-dən, 2 dəqiqə 08 saniyə aparılan danışıq müddətində həmin əmrin verildiyi, əmrlə tanış olması və 01 iyun 2022-ci il tarixdən işə bərpa edildiyi haqqında ətraflı məlumat verilmiş, onun tərəfindən həmin vaxt Bakı şəhərində olduğu bildirilməklə, “işə bərpa məsələsinə sonra qayıdacağı” deyə qeyd etmiş və göstərilənlər barədə şöbə əməkdaşlarının iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. 03 iyun 2022-ci il tarixdə, yəni 3 gün sonra İddiaçı saat 10:00-dan 10:35-dək müddətdə Qax Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və şöbə tərəfindən o əyani şəkildə Qax rayon X11-Şahmat Məktəbinin 01 iyun 2022-ci il tarixdən işə bərpa olunmasına dair əmrdən çıxarışı ilə tanış edilmiş, əmr ona oxunmuş, icra vərəqəsinin tələbilə bərpa edildiyi işə başlamasının vacibliyi ona açıqlanmış, Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsinin icrasının tam yekunlaşdığı bildirilməklə, qeyd olunanlara münasibət bildirməsi xahiş edilmişdir. İddiaçı hər hansı sənədlərin rəsmi qaydada qəbul və ya imza etməkdən imtina etdiyini bildirmiş, göstərilənlər barədə şöbə əməkdaşlarının iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Yuxarıda qeyd olunan bütün xüsusatlar Qax Rayon İcra və Probasiya Şöbəsinin təhlükəsizlik kamerasında qeyd olunduğundan arxiv sənədləri kimi icra işinə əlavə edilmişdir. 1-ci dəfə Qax rayon X11-Şahmat Məktəbinin 02 iyun 2022-ci il tarixli, 5 saylı məktubla İddiaçı işə bərpa edilməsinə dair məktub ünvanlanmış, məktubun çatdırılmasına dair xəbərnamə əlavə edilməklə həmin məktubun digər nüsxəsi Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 2-ci dəfə Qax rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin 08 iyun 2022-ci il tarixli, 13 saylı məktubla İddiaçı işə bərpa edilməsinə, bərpa prosesi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə məktəbə gəlməsinə dair məktub ünvanlanmış, məktubun çatdırılmasına dair xəbərnamə əlavə edilməklə həmin məktubun digər nüsxəsi Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 3-cü dəfə Qax rayon X11-Şahmat Məktəbinin 16 iyun 2022-ci il tarixli, 19 saylı məktubla İddiaçı işə bərpa edilməsinə, bərpa prosesi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə məktəbə gəlməsinə dair məktuba münasibət bildirmədiyi, heç bir cavab vermədiyi, bütün bunların Əmək Məcəlləsinin müvafiq maddələri ilə ziddiyyət təşkil etdiyi, əks halda qanunvericiliyə uyğun tədbir görmək məcburiyyətində qalacaqları haqqında məktub ünvanlanmış, məktubun çatdırılmasına dair xəbərnamə əlavə edilməklə həmin məktubun digər nüsxəsi Qax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beləliklə, Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanundan irəli gələn vəzifələrə riayət edilmiş, işəgötürən tərəfindən onun əmək hüquqlarının icrasına şərait yaradılmışdır. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)188/2009 nömrəli icra vərəqəsinin icrası tam şəkildə icra edildiyindən Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra vərəqəsi üzrə icraata 03 iyun 2022-ci il tarixdə xitam verilmiş, adıçəkilən qərarın surəti tələbkara xəbərnamə ilə, borcluya və məhkəməyə göndərilmiş, icra vərəqəsi Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərarın rəsmi qaydada kimə verilməsi ilə bağlı rəsmi göndərilmiş sorğuya, "xxxx" MMC-nin X5 Filialının 22 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, həmin xəbərnaməli məktub 20 iyun 2022-ci il tarixdə tələbkarın atası Rafiq Mənəfova verilmişdir. “Yaşayış yeri və olduğu üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndində yaşayış yerini müəyyən edən sənədlərdən biri kimi, Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İcra vərəqəsindən və “Elektron İcra” sistemindən görünür ki, tələbkar İddiaçı tam ünvanı Qax rayonu, Qaşqaçay kəndidir. İddiaçı Qax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarın ləğv edilməsinə dair müraciəti Qax Rayon Məhkəməsinin 31 may 2004-cü il tarixli, 8(024)- 53/2024 nömrəli qərardadı ilə baxılmadan tələbkara geri qaytarılmışdır.
22. Məhkəmə sorğusuna cavab olaraq Qax rayon X11-Şahmat Məktəbinin xx.xx.2024-cü il tarixli 23 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Rafiq oğlu xx.xx.2004-cü il tarixdə Qax rayon UGİM-də məşqçi-müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. xx.xx.2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırıldığına görə onunla bağlanmış əmək müqaviləsinə iş yeri və vəzifəsi saxlanılmaqla xitam verilmişdir. Hərbi xidmətdən buraxıldıqdan sonra vətəndaş tərəfindən sözügedən müəssisəyə tutduğu məşqçi-müəllim vəzifəsinə qayıtması barədə heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. İş üçün əhəmiyyət kəsb edən zəruri amillər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinin tələblərinə məhəl qoymadan Qax rayon Əmək Məşğulluq İdarəsində “işsiz” kimi qeydiyyatdan keçərək müvafiq müavinətdə almışdır. Prosedur qaydalara görə müavinətin verilmə müddəti başa çatdıqdan sonra isə vətəndaş iş iddiası ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə vətəndaşın müraciətinə baxılmış və onun məşqçi-müəllim kimi fəaliyyətini davam etdirməsi məqsədəmüvafiq hesab edilmişdir. Lakin, əldə olan sənədlərdən görünür ki, İddiaçı bu təyinatdan sonra gərəkli olan prosedurlardan (məşq saatlarının və qrupların bölgüsündə iştirak, qrupların komplekləşdirilməsi və formalaşması, məşq jurnallarının əldə edilməsi və s.) heç birini yerinə yetirməmişdir. Edilən müraciət və dəvətlərə baxmayaraq, İddiaçı faktiki olaraq bir gün belə işə çıxmamışdır. Belə vəziyyət noyabr ayının sonunadək davam etmiş və məktəb Həmkarlar təşkilatının 06 oktyabr 2010-cu il tarixli yığıncağının qərarı nəzərə alınaraq, məktəb direktorunun 29 noyabr tarixli 37 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası təhsil nazirinin 02 avqust 2017-ci il tarixli müvafiq əmri ilə Qax rayon Uşaq-Gənclər İdman və Qax rayon Uşaq-Gənclər Şahmat məktəbləri ləğv edilmiş, həmin məktəblərin bazasında yeni tədris müəssisəsi - Qax rayon X11-Şahmat Məktəbi yaradılmış və X1 məktəbin direktoru təyin edilmişdir (xx.xx.2023-cü il tarixdən çalışmanın yaş həddi səbəbi ilə vəzifəsindən azad edilmişdir). 19 may 2022-ci il tarixdə qeyd edilən məktəbə Qax Rayon İcra və Probasiya Şöbəsindən İddiaçı məşqçimüəllim vəzifəsinə bərpa edilməsi ilə əlaqədar daxil olmuş 17 may 2022-ci il tarixli 959/1 nömrəli məktubda Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)188/2009 nömrəli icra vərəqəsinə əsasən İddiaçı Qax rayon X11-Şahmat Məktəbində məşqçi-müəllim vəzifəsinə bərpa edilməsi tövsiyyə olunmuşdur. Qax Rayon İcra və Probasiya Şöbəsinin məktubu nəzərə alınaraq, Qax rayon X11- Şahmat Məktəbinin direktorunun 27 may 2022-ci il tarixli 4 nömrəli əmrinə əsasən İddiaçı məktəbdə məşqçi-müəllim vəzifəsinə bərpa edilmiş, bu haqda ona 02 iyun 2022-ci il tarixli bilidirişli məktubla, Qax Rayon İcra və Probasiya Şöbəsinə isə birbaşa yazılı məlumat verilmişdir. Bundan əlavə, 01 iyun 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ilə telefonla, 03 iyun 2022-ci il tarixdə isə əyani olaraq söhbət aparılmış, o bir daha müvafiq əmrlə məlumatlandırılmış və işə başlamaq üçün Qax rayon UGİŞM-lə təmas saxlanılması tövsiyə olunmuşdur. Qax rayon UGİŞM-nin rəhbərliyi tərəfindən İddiaçı 02 iyun, 08 iyun, 16 iyun, 20 sentyabr 2022-ci il tarixli bildirişli məktublarla müvafiq məlumat verilmiş və ondan işə başlamaq üçün zəruri prosedurların həyata keçirilməsi məqsədilə məktəblə təmas saxlaması israrla istənilmişdir. Lakin, bu müraciətlərin hamısı cavabsız qalmış, İddiaçı məktəb rəhbərliyi ilə nə yazılı, nə telefon vasitəsilə, nə də əyani olaraq heç bir əlaqə saxlamamışdır. Bu məsələ ilə əlaqədar İddiaçı davranış səbəblərini öyrənmək cəhdləri isə heç nəticə verməmişdir. Əməyin qiymətləndirilməsilə bağlı isə qeyd edilməlidir ki, İddiaçı 2010-2023-cü illər ərzində işə qəbul ilə əlaqədar zəruri olan prosedurları (müvafiq əmək müqaviləsinin bağlanması, tarifləşmə, komplekləşmə və s.) həyata keçirmədiyi və faktiki olaraq bir gün belə işə çıxmadığı üçün heç bir əmək haqqı hesablanmamışdır.
23. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/2-8190/2024 nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazalarına əsasən müraciətdə adı qeyd olunan İddiaçı hər hansı növ müavinət, əmək pensiyası və ya Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməmişdir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli, 9/442 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və iş materiallarında mövcud olan (xx.xx.2025-ci il tarixdə mərkəzə təqdim edilən) Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təqdim olunan xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində məşqçi-müəllim vəzifəsinin orta iş yükü nəzərə alınaraq, qeyd olunan dövrlərə orta iş yükü nəzərə alınaraq ödənilməli olan əmək haqqı barədə məlumata əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində məşqçi-müəllim vəzifəsinin orta iş yükü nəzərə alınaraq, qeyd olunan dövrlərə münasibətdə illər üzrə ayrı-ayrılıqda həmin vəzifədə işləyən müəllimə ödənilməli olan əmək haqqının cəmi məbləği 29.616,86 manat məbləğində müəyyən edilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
25. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(024)-188/2009 nömrəli qətnaməsi ilə İddiaçı Qax şəhər X11 məktəbində məşqçi müəllim vəzifəsinə bərpa edilmiş, iddia əmək haqqı və mənəvi ziyan tələbinə dair hissəsi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti və kassasiya şikayəti verilmiş və şikayətlər təmin edilməyərək qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmiş və məhkəmə iddiaçının hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Daha sonra Qax rayon X11-Şahmat Məktəbinin direktorunun 27 may 2022-ci il tarixli 4 nömrəli əmrinə əsasən iddiaçı məktəbdə məşqçi-müəllim vəzifəsinə bərpa edilmişdir. İddiaçı hazırda cavabdeh Maliyyə Nazirliyi tərəfindən ona dəymiş 287.760 (iki yüz səksən yeddi min yeddi yüz altmış) manat pulun maddi zərər kimi ödənilməsi barədə qərar verilməsini, cavabdeh Maliyyə Nazirliyi isə iddiaçının heç bir hüququnu pozmadığını, əsl cavabdeh olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
c) Məhkəmənin mövqeyi:
26. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
27. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh Maliyyə Nazirliyi tərəfindən hər hansı maddi zərər vurulmamışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsində cavabdeh qismində Qax şəhər X11 məktəbi cəlb edilmişdir. Məlum olduğu kimi məktəb ayrıca müstəqil əmlaka malik olan hüquqi şəxs deyil. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Şəki-Zaqatala Regional Təhsil İdarəsinə qarşı yönəlməlidir.
28. Şəki-Zaqatala Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməyinə baxmayaraq iş üzrə etirazını və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə münasibət bildirməyi zəruri hesab edir ki, iddia müddəti cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən tətbiq edə bilər. Hazırkı halda cavabdeh tərəfindən belə bir ərizə məhkəməyə daxil olmadığına görə bu məsələyə məhkəmənin münasibət bildirməsi yolverilməzdir.
29. Məhkəmə tərəfindən iddiaçıya iki dəfə (ayrı-ayrı məhkəmə iclaslarında) cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə təklif edilsə də iddiaçı cavabdehin Maliyyə Nazirliyinin olmalı olduğunu və dəyişməyəcəyini bildirmişdir. İddiaçı öz iddiasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 291-ci maddəsi və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsi ilə əsaslandırsa da məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh Maliyyə Nazirliyi əsl cavabdeh deyil. Belə ki, iddiaçının iddia etdiyi müvafiq zərər dövlət orqanı olan Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabe olan məktəbin hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranmışdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsi inzibati orqan olmaqla yanaşı ayrıca hüquqi şəxsdir. Hüquqi şəxs mülkiyyətində ayrıca əmlakı olmaqla öz öhdəlikləri üçün bu əmlakla cavabdeh şəxsdir. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak etməklə Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
30. Məhkəmə hesab edir ki, bir halda ki, birbaşa zərər Azərbaycan Respublikası tərəfindən deyil, müvafiq hüquqi şəxs olan orqan tərəfindən vurulmuşdur və mübahisə orqanın birbaşa inzibati icraat çərçivəsində səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Həmçinin, həmin orqan ayrıca müstəqil balansa, əmlaka malik hüquqi şəxsdir. Bu zaman elə həmin orqan cavabdeh olmalıdır. Buna görə də iddiaçı tərəfindən cəlb edilmiş cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin əsl cavabdeh qismində tanına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə məhkəmənin təklifinə razılıq verməməsi və iddiaçı tərəfindən cəlb edilən cavabdehin əsl cavabdeh olmaması səbəbindən iddia təmin edilməməlidir.
31. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında zərəri vuran və ya zərərin vurulmasına görə öhdəlik daşıyan şəxsdən tutulmalıdır.
32. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 291, 1. hissə. Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
Nəticə:
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova