Məhkəmə qərarları › İş №2(006)-314/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-314/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-314/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və yazılı qaydada üzr istənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 İddiaçı2 Cavabdeh qarşı müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi, zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 30000 AZN məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı1 (bundan sonra iddiaçı1) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Elektronika və avtomatika" kafedrasının müəllimi vəzifəsində çalışmışdır. Cavabdeh həmin kafedranın dosenti vəzifəsində çalışır. İddiaçı tələbə İddiaçı2 (bundan sonra iddiaçı2) və digər 4 tələbə ilə birlikdə 3 aydan çox müddət ərzində əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihazın layihəsi üzərində işləmişdir. Həmin Layihə 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması” yəni Texnofest müsabiqəsi üçün komanda adından hazırlanmış və təqdim olunmuşdur. İddiaçı1 layihənin mentoru olaraq daima tələbələrlə layihə barədə müzakirələr aparmış, cavabdeh bu müzakirələr vasitəsilə layihədən xəbər tutmuşdur. Cavabdeh 12 noyabr 2022-ci il tarixində Layihənin texniki əməkdaşı olan X12 Whatsapp şəbəkəsi vasitəsilə yazmış, layihənin elmi rəhbərinin adı dəyişdirilərək cavabdehin adının qeyd olunmasını və həmin layihənin cavabdehin adından 2023-cü ilin dekabr ayında ADNSU-da keçiriləcək “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmitexniki konfransına təqdim olunmasını təklif etmişdir. X16 cavabdehin bu təklifinə razı olmamış, cavabdeh sonralar dərs zamanı ona yaxınlaşmış, layihənin onun adından konfransa verilməsi üçün yenidən israrla təklif vermiş, sonunda X13 razı salmışdır. Cavabdeh X13 manipulyasiya etmiş, yanlış məlumatlar verməklə onu bu hərəkəti etməyə məcbur etmişdir. Konfransın qalibləri açıqlandıqdan sonra layihənin konfransdan çıxarılması və X1 məqsədilə cavabdeh tərəfindən onun bank hesabına 90 manat məbləğində pul köçürülmüş, baş verənlərin İddiaçı1-ə bildirilməməsi və ona şikayət etməməsi barədə təkid edilmişdir. X2 əməlindən peşman olmuş, izahatla ADNSU-nun direktoruna müraciət ünvanlamış, məsələ ilə bağlı müvafiq ölçünün götürülməsini xahiş etmişdir. Bildirirlir ki, cavabdehin əməlləri nəticəsində iddiaçıların müəlillik hüquqları kobud şəkildə pozulmuşdur və bu pozuntular nəticəsində dəymiş zərərin əvəzi ödənilməlidir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsasız olduğu üçün rədd olunmalı və bu qanunsuz iddia ərizəsi və İddiaçı1 Ələsgərovnanın uzun müddətdən bəri davam edən digər sistematik qanunsuz hərəkətləri səbəbilə mənəvi sarsıntı və iztirab keçirən, tibbi müalicə götürüb müalicə olunan Cavabdeh dəymiş mənəvi ziyan Xanməmmədovadan tutularaq, Mehdiyevaya ödənilməlidir. Belə ki, iddia ərizəsi qısa məzmunlu olsa da kifayət qədər ziddiyyətli məqamları əhatə edir. Bunlardan bəziləri aşağıdakılardır: 1) İddia ərizəsində bildirilir ki, ADNSU-nun “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransı 2023-cü ilin dekabr ayında keçirilib. Lakin iddia ərizəsinə əlavə edilmiş “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, həmin Konfrans 13-14 dekabr 2022-ci il tarixlərində keçirilmişdir. Bu iddiaçıların işə kifayət qədər əhəmiyyət vermədiyini təsdiq edir. Belə ki, plagiat işlərində tarixlər çox önəmlidir. X20 tezisi, iddiaçıların layihəsindən əvvəlki tarixlidirsə demək ki, layihə, tezisdən istifadə olunaraq hazırlanıb. İşə əlavə olunmuş “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, həmin Konfrans 13-14 dekabr 2022-ci il tarixlərində keçirilib və xx.xx.2024-cü il tarixində saat 14.00-da 1420 nömrəli auditoraiyada keçirilən 3-cü iclasda “X7 əzələ inkişafının təmin olunması” tezisi onun müəllifi Səlim Heydərov təqdim edib. İddia ərizəsindən görünür ki, iddiaçıların iddia etdikləri əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihazın Layihəsi, iddiaçı Seyidov və digər 4 tələbə birlikdə 3 aydan çox müddət ərzində hazırlanmış və həmin layihə xx.xx.2023-cü il -xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından göndərilmişdir. Göründüyü kimi, iddiaçıların iddia etdikləri Layihə, X14 göndərdiyi Tezisdən sonrakı tarixlidir. Əgər, bir plagiat varsa demək ki, layihə müəllifləri iddiaçı Seyidov və digərləri bunu Səlim Heydərovun tezisindən ediblər. 2) İddia ərizəsində yenə deyilir ki, layihə xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından göndərilmişdir. Lakin bununla bağlı da işdə heç bir sübut yoxdur. Əgər göndərilibsə demək ki, həmin yarışı keçirən rəsmi qurumun məktubu işdə olmalı idi. Lakin belə bir sübut yoxdur. Bu durum həm də Layihənin var olub olmadığını, əsər olub-olmadığını şübhə altına salmaqdadır. 3) Bundan başqa iddia ərizəsində də deyilir ki, həmin Layihənin texniki əməkdaşlarından, yəni Layihənin hazırlayanlardan biri də Səlim Heydərovdur. Əgər həmin Layihə bir əsərdisə və onun hazırlayanlar o cümlədən Səlim Heydərov onun müəllifidir. Müəllif öz əsərindən heç kimdən icazə almadan təbii ki, alıntı edə bilər. Belə durumlarda qanun pozuntusu yaranmır. 4) Bundan başqa, iddia ərizəsindən məlum olur ki, iddiaçıların iddia etdiyi Layihə, iddiaçı “Seyidov və digər 4 tələbə ilə birlikdə 3 aydan çox müddət ərzində hazırlanıb və xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından təqdim olunub. Göründüyü kimi, həmin Layihəni hazırlaynlar arasında İddiaçı1 yoxdur. Yəni həmin Layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ yoxdur. Hesab edir ki, olmayan hüquq pozula bilməz. Başqa bir ifadə ilə həmin Layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ olmadığı üçün onun bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Göründüyü kimi, İddiaçı1 məqsədi, bu yolla da Mehdiyevaya stres yaşatmaq, onu mənəvi olaraq sarsıtmaqdır. Məhz buna da nail oldu. Belə ki, bu iddia ərizəsi məhkəməyə veriləndən sonra Mehdiyeva mənəvi olaraq sarsıntı və iztirab keçirdi, xəstələndiyi üçün müalicə götürdü və hələ də müalicə olunur. 5) Daha sonra iddia ərizəsində deyilir ki, “guya Mehdiyeva onun adından tezisin Konfransa verilməsi üçün yenidən israrla təklif vermiş, sonunda Heydərov buna razı olmuşdur”. Lakin bunu da təsdiq edən işdə heç bir sübut yoxdur, ancaq fərziyyə xarakterli olub, tamamilə qarayaxmadır. 6) “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, xx.xx.2024-cü il tarixində saat 14.00-da 1420 nömrəli auditoraiyada keçirilən 3-cü iclasda “X7 əzələ inkişafının təmin olunması” tezisin müəllifi olaraq S.Heydərov göstərilir, yəni həmin tezisin müəllifi A.Məmmədov deyildir. Başqa bir ifadə ilə, iddiaçıların “bizim əsərimiz” olduğunu bildirdikləri tezisin müəllifi olaraq Konfrans Proqramında A. Mehdiyeva deyil, S.Heydərov göstərilib. Yəni həmin tezisin (əsərin) Cavabdeh, heç bir şəkildə özünə aid olduğunu, onun üzərində özünün müəllif hüquqları olduğunu bildirmir. Başqa bir ifadə ilə Mehdiyeva heç kimin müəllif hüququnu pozmayıb, əksinə o, öz sahəsində həm Respublikada, həm də Beynəlxalq aləmdə kifayət qədər yaxşı tanınan alimdir, onun həm Respublikada, həm də bir çox nüfuzlu-yüksək indeksli Beynəlxalq elmi jurnallarda əsərləri dərc olunub. Cavabdeh Xanməmmədovanın fikri Mehdiyevanın qarlamaq, onun bu tanınmışlığını indidə də bu yolla şübhə altına salmaqdır (A. Mehdiyevanın məqalələrindən bəziləri əlavə olunur). Məhz Xanməmmədovanın, Mehdiyevaya qarşı uzun müddətdən bəri sistematik qanunsuz hərəkətləri davam edir. 7) Bu iddia ərizəsi Xanməmmədovanın, Mehdiyevaya qarşı uzun müddətdən bəri sistematik qarayaxmaların, qanunsuz hərəkətlərinin davamıdır. Belə ki, Mehdiyeva bildirir ki, “onunla Xanməmmədova bir kafedrada işləyiblər. Xanməmmədovanın ADNSU ilə olan əmək müqaviləsinin müddəti 2024-cü ilin mart ayında başa çatdı və kafedra iclasında onun seçkisi keçirildi. İclasda iştirak edənlərdən 17 nəfəri onun əleyhinə, 3 nəfər isə lehinə səs verdiyi üçün yeni müddətinə seçilmədi. Kafedra iclasının həmin qərarı X23 üçün tövsiyə xarakteri daşıyır, əsas seçki X18 aparılır. ADNSU-nun İTİF-in X6 seçki məsələsi qoyulanda Xanməmmədova seçkiyə gəlmədi, Şuranın Elmi katibi ona zəng edib iclasa dəvət edəndə Xanməmmədova deyib ki, “Prezident aparatındayam gələ bilməyəcəm”. X22 üzvü olan bir professor “Kafedradan tövsiyə olunmayıb, bizi isə saymırsa biz niyə lehinə səs verməliyik?” deyib və 19 nəfərdən 17-si əleyhinə səs verib. Xanməmmədovanın ADNSU-da olan karyerasına həmin tarixdə son qoyulub. Həmin gündən Prezident aparatından başlayan Xanməmmədova azı 10-15 dəfə Təhsil nazirinə və s. qurumlara şikayət ərizəsi ilə müraciət edib, eyni mövzuları təkrar-təkrar yazıb. Kafedranın 13 müəllimi, fakültə dekanı, 2 prorektor və ADNSU rəhbərliyi haqda böhtan, təhqir xarakterli şikayətlər yazıb. Kafedrada dekanın məsləhəti ilə belə qərara gəlindi ki, reaksiya verilməsin. İndi onun (Mehdiyevanın) qarşılaşdığı bu hadisə də məhz iddia olunun 2022-ci, 2023-cü ildə deyil, niyə 2024-cü ildə gündəmə gəldiyi də aydın olur. Məhz o, ADNSU-dan işdən azad ediləndən sonra Mehdiyeva barəsində silsilə qarayaxmalarına davam edib”. Bundan başqa Mehdiyeva bildirir ki, 2022-ci il oktyabr ayında tələbə Heydərov Səlim ondan elmi məqalə və ya tezis yazmaq və nəşr etdirmək üçün kömək istədi. Magistraturanı xaricdə oxumaq istədiyini, bunun üçün 2 elmi işinin olmasının tələb olunduğunu bildirdi. Bir tezisi hazırlayıb 2 həmmüəlliflə ABŞ-ın Boston şəhərində keçirilən Konfransa göndərdilər. Həmin tezisdə də o həmmüəllif deyildi. İkinci tezis üçün Səlim özünün bir mövzu üzərində işlədiyini, texnofestə vermək istədiyini bildirdi. O, həmin mövzuya toxunmadan o işdə istifadə ediləcək qurğunun ölçmə dəqiqliyinin artırılması məsələsinin qoyulmasının mümkünlüyünü izah etmişdir. Səlim həmin tezisi hazırlayıb öz adından, müəllifi özü olduğunu göstərərək 2022-ci ildə keçirilən həmin Konfransa göndərdi. Səlim Heydərovun bu tezis ilə bağlı Konfransdakı çıxışından rektor professor Mustafa Babanlı çox razı qalmışdı, ona yer verilməyəndə isə, Komissiyanın sədri- Xanməmmədovanın həmfikri Rəşad müəllimə qarşı çox əsəbləşmişdi. İddiaçı1, Rəşad müəllimi Rektorun narazılığından qurtarmaq üçün onunla birləşdi, biçarə Səlimin beynini doldurdular və rektora ərizə yazdırdılar. O vaxt sonradan o, da rektorun qəbuluna getmək istəmişdir, rektorun köməkçisi dedi ki, Mustafa müəllim Tələbə Elmi Cəmiyyətinin sədrini də çağırdı, tezisi oxudu və orada heç bir plagiat olmadığına əmin olandan sonra onlar qəbula gələndə sualları çox sərt verdi, Səlim özünü itirdi və həqiqəti söylədi, onun günahsız olduğunuz bilindi (Səlim təlim-tərbiyə işləri üzrə prorektora da səhvini etiraf edib, yazılı izahat verib). İndi ona çox maraqlıdır, ona qarşı iddia ərizəsini hazırlayanda iddiaçılar bu tezisi görübmü? Axı ərizəyə əlavə edilən konfransın Proqramıdır. Proqramda tezisin ancaq adı göstərilir, ada baxaraq tezisdə nə olduğunu necə müəyyən etmək olar? Ona elə gəlir ki, bu tezisi nə Xanməmmədova, nə Cavidan görməyib. Elmi dərəcəsi olmayanda nə olar, Xanməmmədova heç olmasa tezisə baxsa idi, bəlkə də vəziyyəti başa düşərdi, axı o da texniki sahənin müəllimidir. İstənilən layihə (“Əqli mülkiyyət”) ya nəzəri tədqiqat, ya üsultexnologiya, ya da qurğu ola bilər. O, bu işdə nə üsulun, nə texnologiyanın, nə qurğunun nədən ibarət olduğunu bilməmişdir, bu gün də bilmir. X19 tezisini hazırlayanda o, təkcə elmi rəhbəri olaraq ona ölçmələrin-çevirmələrin dəqiqliyinə nəzarət etməyi tapşırıq kimi vermişdir. Onun təqdim etdiyi tezisi diqqətlə oxuyun, orada ideya haqda ümumi yanaşma var ki, elektrik siqnalı vasitəsi ilə əzələ inkişafının təmin edilməsinə baxmaq mümkündür. Necə, hansı üsulla və ya yeni qurğu ilə kimi mövzulara toxunulmur. Bildirilir ki, elektrik siqnalı ölçülməlidir, 50-60 il bundan əvvəl elmə məlum olan elektron voltmetrin sxemi verilir və müəllif - Səlim Heydərov konfransda izah etdi ki, siqnal bir qovşaqdan digərinə ötürüldükdə özü ilə apardığı küy-meyletmə növbəti qovşaqda daha da artır. Deməli, dəqiqlik mütləq təmin edilməlidir. İddiaçılardan heç birinin baxmadığı tezisdə təkcə bir qovşaqda – kod çeviricisində 3 növ küy (xəta) yarana bilir. O, dərsdə də Səlimgilə öyrətmişdir ki, ən elementar misala baxsınlar. Əgər elektrik siqnalının gücünü dolayı üsulla ölçdükdə cərəyan və gərginliyin hərəsində 2 vahid səhv etmiş olsalar, bu gücdə 2 dəfə artıq alınacaq. Səlimin tezisi bu məsələyə həsr edilib. X15 Babanlı tezisi tərifləyəndə də o da icazə alıb işin açıq izahını bir daha qeyd etmişdir. Səlimin təqdim etdiyi tezisdə nə üsul-texnologiya, nə qurğu haqda məlumat yoxdur, olsa idi deməli Səlim özü özündən elmi oğurluq etmiş sayılmalı idi. O, Səlimin tezisini heç yerdə istifadə etməmişdir, heç bir elmi işində onunla bağlı nə istinad, nə bir fraza yoxdur. Nəyi “oğurladığını” başa düşmür. Tezis Səlimindir, ancaq tezisdə onların müştərək layihəsindən heç nə yoxdur. Bir daha görünür ki, əmək müqaviləsinə xitam verilən Xanməmmədova 13 nəfər kafedra əməkdaşına, fakültə dekanına, 3 prorektora və ADNSU rəhbərliyinə qarşı silsilə qarayaxma kompaniyası ilə məşğuldur. Bəlkə bunun əvəzinə fikirləşəydi ki, nəyi səhv edib ki, bu qədər kollektiv onun əleyhinə səs verib?!” İddia ərizəsində yenə deyilir ki, Səlim Heydərovu susdurmaq üçün, Mehdiyeva ona 90 manat pul verib. Hesab edir ki, bu, qəbul edilməzdir və böhtandır. Belə ki, Mehdiyeva bununla bağı bildirir ki, “Konfransın sonunda Səlimin işinə yer verilmədi və ona mükafat verilmədi. O, Səlimə bu xəbəri deyəndə onun düşdüyü vəziyyəti izah edə bilmir… Onu bu vəziyyətdə görəndə onun elmi rəhbəri kimi ona kömək etmək qərarına gəldi, kart məlumatını istədi (imkanlı adam deyil, amma belə hallara laqeyd qala bilmir. Niyə 100 yox, məhz 90? Çünki Səlim dedi ki, təqaüd 90 manatdır. Mükafat təqaüd qədər veriləcəkdi). Həmin gün Səlimin yanında dostu da var idi. O deyəndə ki, bu işə patent almaq istəyirdilər və s. onun vəziyyətini nəzərə alıb hər şeydə dəstək olacağını da dedi. Ən əsası ona pul verdiyini heç kəsə deməməsini də tapşırdı. O belə məsələnin kimsənin bilməsini xoşlamır. Göründüyü kimi, İddiaçı1 məqsədi, bu yolla da Mehdiyevaya stres yaşatmaq, onu mənəvi olaraq sarsıtmaqdır. Məhz buna da nail oldu. Belə ki, bu iddia ərizəsi məhkəməyə veriləndən sonra Mehdiyeva mənəvi olaraq sarsıntı və iztirab keçirdi, xəstələndiyi üçün müalicə götürdü və hələ də müalicə olunur. Mehdiyeva, İddiaçı1 ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Bu məqsədlə Cavabdeh bu qarşılıqlı iddia ərizəsi ilə ilk iddia üzrə iddiaçıların iddia ərizəsinin rədd olunmasını və qarşılıqlı iddia ərizəsi təmin olunaraq İddiaçı1 Ələsgərovnadan vurduğu mənəvi ziyanın kompensasiya olunması üçün 30 000 manat pul tutularaq Cavabdeh ödənilməsi, İddiaçı2 vurduğu mənəvi ziyan səbəbi ilə Cavabdeh yazılı qaydada üzr istəməsi, 183 manat dövlət rüsumu, 300 manat hüquqi xidmət xərci, cəmi 483 manat məhkəmə xərci İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 17 il ADNSU-da işləmişdir. 2022-ci ildə tələbələri layihənin hazırlanmasında iştirak edib. Həmin ərəfədə elə olub ki, onun işini Almaz xanım kopyalayıb konfransda təqdim edib. Onlar isə artıq ondan 2 ay əvvəl “Youtube” kanalına da vermişdilər. Bununla bağlı dəfələrlə şikayət etmişdir. Rektora şikayət etdikdə, rektor bu layihəni konfransdan çıxardığını və bununla bağlı tədbir görəcəyini bildirmişdir. Rektor işdən çıxandan sonra prorektora müraciət etmişdir. Amma heç bir tədbir görülməmişdir, ona görə də məcbur olub, məhkəməyə müraciət etmişlər. Layihənin mahiyyəti odur ki, bədənin müəyyən hissəsinin funksiyası işləməyən şəxslərin bədənin həmin hissəsinə müəyyən enerji verilərək neyronlar hərəkətə gətirilir və nəticədə həmin işləməyən hissə hərəkətə gətirilir. Elə bir avadanlıq hələ ki yoxdur. Ona oxşar aparatlar var, amma fərqlidir. Bu, onların komandasının fikridir. Elmi rəhbər Almaz xanım olub, Səlim isə konfransda çıxış edib. Bu iş plagiat olunub, Almaz xanım bu işi öz işi kimi təqdim edib. Fikrincə, Əqli Mülkiyyət Agentliyinin sorğuya cavabı bu işin mütəxəssisi tərəfindən aparılmayıb. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı2 Azərbaycan Dillər Universitetində oxuyub. Bu işlərdən başı çıxmadığı üçün Səlimdən kömək istəyib. Səlim AZİ-nin tələbəsidir. Səlim deyib ki, bizdə bir müəllim var – Elmira, onun başı çıxar. Texniki bir cihaz hazırlanması nəzərdə tutulub. Səlim isə bu işin proqram təminatını hazırlayacaqdı. “Şuşa ili” plagiat olunub. 20 noyabr 2022-ci ilin layihə tam hazır olunaraq təqdim olunub. Teknofest 2023-cü ilin yazında keçirilib, amma müraciət 2022-ci ilin noyabr ayında olunub. İddiaçı2 bu işin texniki tərəfini bilmir, o ideyanın müəllifidir. Almaz xanım və Elmira xanım eyni otaqda oturublar, Səlim isə AZİ-nin tələbəsi olub, onlara kömək edib. Səlimə təklif olunub ki, gəl bərabər bu işi görək. Bu işlərin bilicisi Almaz xanım və Elmira xanımdır. Onlar eyni kafedranın müəllimləridir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, o, bu ideyanı fikirləşdi ki, belə bir şey yaratmaq olar. Layihədə nəzərdə tutulan cihaz həm inkişafdan qalmış əzələlər üçün, həm də limitli istifadə ilə normal insanlar da istifadə edə bilər. Bununla da biz əzələnin daha da inkişaf etdirilməsi və ömrün uzadılmasına yaxşı təsir edə bilərdi. Çünki cihaz bədənin sağlamlığını, qüvvəsini, dirəncini artırır. Əzələni aktivləşdirir. Venoz qan damar sistemi ətraf əzələlərin sayəsində hərəkət etdiyi üçün ümumi bədənin qan dövran sistemini yaxşılaşdırır. Bunu o özü fikirləşdi, sonra Səlim sayəsində Elmira xanımla tanış oldu. Onunla məsləhətləşdilər və bu layihəni Teknofestə təqdim etmək qərarına gəldilər. Elmira xanım onlara çox kömək etdi. Sonra ona məlumat çatdırıldı ki, “Şuşa” Konfransı olmuşdur. Konfransdan sonra layihənin plagiat olduğu elan olunmuşdur. Sonra demişdir ki, niyə ideya rəhbəri olaraq orada iştirak etməmişdir, bu doğru deyil. Sonra Elmira xanım ona məlumat verdi ki, işi plagiatlaşdırıblar, belə təqdim ediblər. Ona görə də, Rəşad bəy də bunu görüb, deyib ki, münsiflər heyətinin sədri olaraq bu işi qəbul edə bilməz. Bunu anlayandan sonra ilk öncə Universitetin sabiq rektoru Mustafa Babanlıya şikayət etdilər. Araşdırmalar gedirdi. Həmin ərəfədə Mustafa Babanlı işdən xaric olunduğu üçün araşdırmalar yarımçıq qaldı. Sonradan yeni rektora olan müraciətləri cavabsız qaldı. Qərara gəldilər ki, məhkəməyə müraciət etsinlər. İddiaçı2 suallara cavab olaraq bildirmişdir ki, sözügedən ideyanın fikir müəllifi özüdür. Aparatın ərsəyə gətirilməsi üçün isə yetərli bilgiləri yox idi. Bunun üçün isə aparatura mərhələsində Elmira xanıma müraciət etdilər və ona görə də, ideyanın həmmüəllifi Elmira xanım sayılır. Onlara tibbə aid şeyləri yoxlamaq üçün 2 tibb tələbəsi lazım idi. Proqlaşdırma işi üçün onlara Səlim Heydərov lazım olacaqdı. Tibb tələbələrini Səlimin sayəsində tanımışdır. Onlar dedilər ki, bu teorik mümkündür, amma hələki tam olaraq reallaşdırılmamışdır. Burda bəzi şeylər üçün tibbi bilən tələbələr lazım idi. Amma həmin tələbələr müəllif sayılmırlar. Burda plagiatlaşdırma olub. Onların icazəsi olmadan ideyaları başqa bir yerdə Səlim Heydərov tərəfindən səsləndirilib. Səlim bütün ideyanı götürüb. Aparatın nə olduğunu, nə üçün istifadə olunacaq. Fikirləşir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onu tibbi cəhətdən izah edə biləcək tələbə yoxdur. Bunun izahatı əvvəlcədən verilmişdi ki, aparat necə olacaq, necə işləyəcək, nə məqsəd görür, cihazlar tərəfindən nələr olacaq. Aparatın iş prinsipi var. Bu artıq aparatın tamamıdır. İdeyanı Səlim eynilə, sadəcə ifadə fərqi ilə səsləndirmişdir. Səlim tam olaraq müəllif sayılmır, bir komandaya daxildilər. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir. İddiaçı2 dostudur, Elmira xanım da həmin layihədə mentor idi, ona da bir smestr dərs keçmişdi, kafedranın müəllimi idi. Burada müəlliflik hüquqları pozulmuşdur. Belə ki, həmin layihə konfransa verilməmişdən əvvəl də “Teknofest” üçün hazırlanırdı. Həmin vaxt tarix noyabr ayının 12-si idi. Bu layihə hazırlananda Almaz xanımla Elmira xanım eyni otaqda idilər. Elmira xanımla layihəni müzakirə edən zaman Almaz xanım eşidirdi. Həmçinin Almaz xanım ona dərs keçirdi, o da kafedranın müəllimi idi, diplom işində ona köməyi dəyə biləcək şəxs idi. Almaz xanım ona bir neçə dəfə israr etdi. Əvvəl heç marağı yox idi. Sonra dedi “həm kafedra adına, kafedrada belə layihələr verə bilən biri yoxdur, gəl elə sizin layihəni burada tətbiq edək”. O da Elmira xanımla işlədiyini, layihənin müəllifi olmadığını bildirdi. Çünki iş hələ başlanğıc mərhələsində idi, onun işi isə daha sonrakı idi. O, komandanın bir üzvi idi, insanları cəlb edirdi. Yenə dəfələrlə israr etdi. Düşündü ki, gələcəkdə Almaz xanım ona diplom işində problem yarada bilər. Fikirləşdi ki, materialları versə, diplom işində ona köməyi dəyə bilər. Ondan layihə ilə bağlı bir çox materialları istədi, Almaz xanım nələri istəmişdisə göndərdi. Daha sonra materiallardan istifadə etdi və bu olanlar baş verdi. Almaz xanım orada yeni bir şey yazmayıb. Olanları istifadə edib. Almaz xanım bu layihə ilə bağlı heç bir araşdırma etməyib, necə yaza bilərdi? Layihə ilə bağlı bəzi məlumatlar özündə var idi, Almaz xanım onlardan istifadə etdi. Bu məlumatları əsas Cavidandan almışdır. Özü informasiya texnologiyaları üzrə bilir. Almaz xanım belə layihə hazırlayıb özünü daha aktiv müəllim kimi göstərmək istəyirdi. Almaz xanıma İddiaçı2 yazdığı materialları təqdim etmişdir. İddiaçı2 layihəsi daha geniş layihə idi. Belə layihələri iflic olan insanlar üzərində istifadə edirlər. Gələcəkdə bunu süni intelekt tərəfindən təkmilləşdirib, həkimlərin istifadəsinə vermək istəyirdilər. 2022-ci ilin dekabrın 14-də Şuşa konfransı oldu, orada çıxış etdi və ona kimsə nəsə demədi. Konfransı təşkil edən Rəşad Abbasov ona dedi ki, “qəti şəkildə heç kimə demə ki, “Teknofest” var, Elmira xanımla bir yerdə işləyirəm”. Amma təqdim etdiyi layihə uğursuz oldu, ona mükafat verilmədi. Almaz xanım dedi ki, sponsor tapıb, bunu mükafatlandıracaq. Kart hesabını istədi və ona pul göndərdi. Amma yenə tapşırdı ki, Rəşad müəllimə heç nə deməsin. “Şuşa” konfransında qalib gələnə pul mükafatı verilir. Bunu reallaşdırsaydılar, qazana bilərdilər. Həm də, universitetin adı üçün çox yaxşı idi. Hətta Mustafa müəllim demişdi ki, onlara labarotoriyada ayıracaq. Konfransa tezisi o verdiyi üçün proqramda müəllif kimi onun adı yazılmışdır. Orada sadəcə adı yazılıb, adının yazılmağı onun müəllif olduğunu təsdiq etmir. Layihənin plagiat olub-olmamasını Almaz xanım yoxlayırdı. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması”, yəni Texnofest müsabiqəsi üçün İddiaçı1 mentorluğu ilə əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi təqdim olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Elektronika və avtomatika kafedrasının sabah qrupları fakultəsinin tələbəsi X11 (Cavabdeh elmi rəhbərliyi ilə) X7 Əzələ İnkişafının təmin olunması yazısında göstərilmişdir ki, təqdim olunan işdə X7 əzələ inkişafının təmin olunması məsələsinə baxılmışdır. Məlumdur ki, dayaq-hərəkət aparat sinir sistemi vasitəsilə tənzimlənir. Tədqiqatın məqsədi əzələnin xarici təsir vasitəsilə elektrik siqnalları sayəsində süni yolla daha effektiv işləməsini təmin etməkdir. Elektrik siqnalları çox kiçik ölçüdə olur buna baxmayaraq insan bədəninə əks-təsir göstərməməsi üçün ölçülməsi, uyğun qiymətində tətbiq olunması vacibdir. Bunun üçün isə ölçü cihazı kimi voltmetr tələb olunur. Baxılan prosesdə ölçülən siqnalın gərginliyi çox kiçik diapazonda olduğu üçün gücləndirici voltmelrlərdən istifadə etmək məsləhətdir. Sabit və eləcə də dəyişən gərginliyin ölçülmə funksiyasını yerinə yetirmək üçün gücləndirici voltmetr sxemi şəkildə göstərilmişdir. Hal-hazırda gərginliyi ölçmək üçün istifadə edilən elektron voltmetrin geniş yayılmasına səbəb onların dəqiqliyinin yüksək olması, cəld işləmə qabiliyyəti, çox kiçik kəmiyyətlərin ölçülmə imkanı, nəticənin ekranda rəqəmsal şəkilidə görünməsidir. Elektron voltmetrlər təyinatına görə müxtəlif olurlar. Elektron voltmetrin giriş müqaviməti çox böyük (1015 Om civarında) olması onlara çox kiçik güclü elektrik dövrələrində də ölçmələr aparmaq imkanı verir. Elektron voltmetri elektromexaniki cihazlarla müqayisədə daha da yüksək həssaslığa (0.1 mkV-ə yaxın ölçüdə) malikdir. Elm və texnikanın müasir inkişaf mərhələsi bu sahədə də elektron cihazların istifadəsinin vacibliyini əsaslandırır. İstifadə edilməsi təklif edilən elektron voltmetrlərin struktur sxemləri şəkil 2-də göstərilibdir. Təklif edilən yanaşmada əzələ sisteminin X7 inkişafının təmin olunması məsələsinə baxılmışdır. 2022-ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmitexniki konfransının prorqamından görünür ki, Səlim Heydərov tərəfindən “X7 əzələ inkişafının təmin olunması” adlı layihə Konfransa təqdim edilmişdir. Azərbaycan Respublikasının Vəkillər X8 Göstərilməsi Haqqında EM-1234VK- 3537/24 nömrəli xx.xx.2024-cü il tarixli Müqavilə əsasən Cavabdeh hüquqlarının müdafisi üçün Vəkil2 ilə müqavilə bağlamış və 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-4/2- 3942024 saylı məktubuna əsasən İddiaçı1 və İddiaçı2 adlı şəxslər tərəfindən “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz” layihəsinə müəlliflik hüquqlarının rəsmiləşdirilməsi üçün Agentliyə müraciət daxil olmamış və göstərilən layihə müəlliflik hüququnun obyekti kimi qeydiyyatdan keçirilməmişdir. Həmçinin sözügedən layihənin patentləşdirilməsi barədə də iddia sənədi Agentliyə təqdim edilməmiş və Dövlət reyestrlərində qeydiyyata alınmamışdır. Nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" publik hüquqi şəxsin X3 ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarda göstərilmişdir ki, "Sizinlə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixində müsabiqənin keçiriləcəyi müddətdə Sizinlə 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. Siz müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, ərizəniz təmin olunmuş və müsabiqəyə buraxılmışdı. İlk olaraq, xx.xx.2024-cü il tarixində iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilmiş “Elektronika və avtomatika” kafedrasının iclasında (protokol №10) açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 4, əleyhinə - 17, bitərəf - 3 nəfər. Qaydalara əsasən kafedrada mənfi rəy bildirilmiş iddiaçı fakültə Şurasında seçkidə iştirak edə bilər. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixində baş tutmuş seçkidə Sizə iclasda iştirak edən 19 nəfərdən lehinə 2 səs, əleyhinə 17 səs verilmişdir. Bununla da, o, seçkidə müvəffəqiyyət qazana bilmədiyi üçün növbəti 5 il o iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Bu səbəbdən, Sizinlə ADNSU PHŞ arasında əmək münasibətləri başa çatmışdır." Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-4/2- 612/2024 saylı məktubuna əsasən Agentlik tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələblərinə uyğun olaraq “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi" ilə “Elektrik sınaqları vasitəsiləəzələ inkaşafının təmin olunması” adlı məqalə müqayisə olunmuşdur. Müqayisə nəticəsində müəyyən edilmişdir ki təqdim olunmuş layihənin və məqalənin məzmunu oxşarlıq təşkil etsə də, onların ifadə forması bir-birindən fərqlidir. Bildirilir ki, Qanunun 5-ci maddəsinə əsasən müəlliflik hüququ “təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir”. Bu da o deməkdir ki, müəlliflik hüququ əsərin məzmununu yox, onun ifadə formasını qoruyur. Layihədə və məqalədə təsvir olunan cihazın eyni olub-olmamasının müəyyən olunması sahə üzrə xüsusi biliklərə malik olan mütəxəssis tərəfindən qiymətləndirilə bilər. Odur ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq ixtisas bilikləri olan mütəxəsislər tərəfindən rəy bildirilməsi daha məqsədə uyğun olardı. Nəzərə alınması xahiş olunur. Azərbaycan Neft və Sənaye Universitetinin müraciəti əsasında AMEA İdarəetmə sistemləri İnstitutunun dosenti M.M.İsayevin verdiyi rəydən görünür ki, “Elektrik sınaqları vasitəsi ilə əzələ inkişafının təmin olunması” adlı tezisdə “elektron voltmetrin elektrik ölçmələri sahəsi üzrə məlum struktur və elektron voltmetr haqqında bilgilər verilib. “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz” Layihəsində, adından göründüyü kimi yeni bir cihaz təklif edilib. Təklif edilən layihə də yeni fikirdir – ideyadır. Heydərov Səlimin konfransa təqdim etdiyi materialda isə elektrik ölçmələri sahəsi üzrə elektron voltmetrin məlum strukturuna, ölçmə dəqiqliyi məsələsinə baxılmışdır. Heydər Səlimovun müəllifi olduğu “Elektrik sınaqları vasitəsi ilə əzələ inkişafının təmin olunması” adlı material göndərilmiş Layihə ilə tam fərqlidir. Təqdim olunan məqalə dos.Cavabdeh aid deyil, materialın müəllifi Heydərov Səlimdir. (Bu fakt Konfransın proqramından və materiallarından götürülüb. Azərbaycan Texniki Universitetinin «Mühəndis fizikası və elektronika» kafedrasının dossenti S.X.Xəlilovun rəyindən görünür ki, iddiaçı E.Ə.Xasməmmədovanın təklif etdiyi tibbi cihazla bağlı məlumatda cihazın sxemi, şəkil və ya onun nədən ibarət olması haqqında hec bir məlumat verilməmişdir. Cihazın sxemi və ya ideyası o vaxt mülkiyyət hesab oluna bilər ki, müəllifin ixtira hüququ haqqında sənədi olsun. Digər tərəfdən iddiaçının yazdığına əsasən onun təklif etdiyi ideya həyata keçirilərsə onda cihazın qoşulduğu yerdə əzələnin kütləsi artmalıdır. Onu da qeyd etmiş ki, bu təklifə razı deyil. Cavabdehin təqdim etdiyi konfrans materiallarında isə artıq məlum cihazın baxılan bloksxemdən yazılır və qeyd edilir ki,ondan istifadə etməklə süni yolla əzələnin daha effektiv işləməsini təmin etmək olar. Tezsidə yeni bir cihaz və ya ideya yoxdur. Ədəbiyyatda olan məlumatlardan istifadə edilib və xarici müəlliflərin 3 ədəbiyyatına istinadlar verilmişdir. Yekun rəy iddiaçının və cavabdehin verdikləri təkliflər fərqi məsələrə yönəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/73 rəyinə əsasən 1. Təqdim olunan “Əzələ inkişafında geri qalan fərdlər və ümumi bədən sağlamlığının yaxşılaşdırılması məqsədilə X4 təkmilləşdirilməsi” və “X7 əzələ inkişafının təmin olunması” adlı məqalələr məzmun baxımından bir-birinə uyğun deyil. Hər iki məqalədə təqdim edilən cihazlar həm texniki funksiyalarına, həm də layihələndirilmə məqsədlərinə görə fərqlənir. 2. Məqalələrdə irəli sürülən ideyalar, funksional istiqamətlər, yanaşmalar və hədəflər bir-birindən fərqlənir. Məqalələr arasında plagiatlıq əlamətləri aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 30 (2-ci hissə). Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir; Maddə 5 (1-ci hissə). Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur; Maddə 5 (2-ci hissə). Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.); həcmli — fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1ci hissəsində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır; Maddə 8 (1-ci hissə). Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. “Antiplagiat sistemi üzrə” Qaydaları Bənd 1. Bu Qaydalar Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 464№-li 2016-cı il 05 iyul tarixli əmri ilə tənzimlənir. 1.2. X17 X9 və ya onun bölmələrində (fakültələr, kafedralar, və s.) Antiplagiat Qaydalarının təmin olunmasını müəyyən edir. 1.3. Bu Qaydalar bakalavr, magistr, doktorluq və digər elmi işlərin (tədris metodiki vəsaitlər) yoxlanılmasını nəzərdə tutur. 1.4. Rektor tərəfindən təyin edilmiş “Antiplagiat Komissiya”nın müsbət rəyi bakalavr, magistr, doktorantların imtahana (diplom müdafiəsinə) buraxılması üçün əsasdır. Bənd 2. Antiplagiat sisteminin əsas məqsədi buraxılış işlərinin magistr və doktorluq dissertasiyalarının, həmçinin məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasını təşkil etməkdir; Bənd 3. Antiplagiat sistemi tərəfindən diplom və ya dissertasiya işinin yoxlanmasından öncə istifadəçi StrikePlagiarism Antiplagiat İnternet-Sistemində fərdi hesabını aktivləşdirir (bənd 3.3). Kompüter çap materialının mətni elektron variantının mətni ilə eyni olmalıdır (bənd 3.7). Antiplagiat sisteminə yüklənən mətnin bilərəkdən təhrif olunmasına, işin yüklənilməsi zamanı mətnin hər hansı bir hissəsinin buraxılmasına, şriftin bilərəkdən dəyişdirilməsinə, digər əlifba işarələrinin istifadə olunmasına, xüsusi işarələrin əlavə olunmasına, sözlərdə işarələrin sırasının dəyişdirilməsinə, mətndə olan bir sıra işarələrin buraxılmasına və s. görə istifadəçi bir başa intizam məsuliyyəti daşıyır (bənd 3.8). Müdafiəyə-imtahana buraxılmış bütün elmi işlər müdafiənin başlanılması tarixindən sonra 48 saat ərzində Administrator tərəfindən Strikeplagiarism.som X10 daxil edilir; Bənd 4.1. Diplom və dissertasiya işi antiplagiat sistemində yoxlanıldıqdan sonra kafedra nümayəndəsi 3 nüsxədə qısa hesabatı çap edir və bir nüsxəsini elmi rəhbərə çatdırmaq məsuliyyətini daşıyır (Hesabatın digər nüsxəsi isə elektron formada səlahiyyətli komissiya administrator tərəfindən olunur). Sonuncu nüsxə istifadəçidə qalır. Elmi rəhbər və komissiya sədrinin qərarı protokolu 1-dəki kimi aşadığakı qaydada rəsmiləşdirilir: iş orijinaldır və müdafiəyə qəbul edilmişdir; iş düzgün şəkildə formalaşdırılmayıb və yenidən işlənilməlidir; işdə plagiat faktları aşkar olunub, intizam tədbiri zəruridir (bənd 4.2). Sonra antiplagiat yoxlamasının nəticəsinin və protokolların baxılması üçün elmi rəhbərlər və komissiyanın üzvləri görüş keçirir. Elmi rəhbər və komissiya rəhbərinin qərarına uyğun olaraq imtahana (Müdafiəyə) buraxılmaq haqqında qərar qəbul edilir; Bənd 5. Yoxlanılmış elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir: Metodiki göstərişlər üzrə: İ Oxşarlıq Əmsalı 50%-dən çox İİ Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır; Məqalələr üzrə:- İ Oxşarlıq Əmsalı 50%-dən çox İİ Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması”, yəni Texnofest müsabiqəsi üçün xx.xx.2022-ci il tarixdə (səh.150) İddiaçı1 və İddiaçı2 “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi” təqdim olunmuşdur. 2022-ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransının prorqamında isə Səlim Heydərov tərəfindən “X7 əzələ inkişafının təmin olunması” adlı layihə Konfransa təqdim edilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 həmmüəllif kimi birlikdə Cavabdeh qarşı iddia qaldıraraq sonuncu tərəfindən müəlliflik hüquqlarının pozulması ilə əlaqədar zərərin ödənilməsi tələb edirlər və iddialarını onunla əsaslandırırlar ki, cavabdeh sözügedən layihənin texniki əməkdaşı olan X12 təsir göstərməklə layihənin məzmununu ələ keçirmiş və “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransında öz adından layihənin təqdim olunmasına nail olmuş, bununla da iddiaçıların müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh isə iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş edir və etirazını onunla əsaslandırır ki, iddiaçıların bəhs etdikləri layihəni hazırlayanlar arasında İddiaçı1 yoxdur, yəni, həmin layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ mövcud deyil, bu baxımdan layihə ilə bağlı İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, bundan başqa iddiaçıların onlara məxsus olduğunu iddia etdikləri tezisin müəllifi olaraq Konfrans Proqramında Cavabdeh deyil, S.Heydərov göstərilmişdir, yəni, həmin tezisin (əsərin) üzərində Cavabdeh özünün müəllif hüquqlarının olduğunu bildirmir, bu işdə nə üsulun, nə texnologiyanın, nə qurğunun nədən ibarət olduğundan məlumatı belə yoxdur, sadəcə X19 tezisini hazırlayanda o, təkcə elmi rəhbəri olaraq ona ölçmələrin-çevirmələrin dəqiqliyinə nəzarət etməyi tapşırıq kimi vermişdir. Cavabdeh eyni zamanda qarşılıqlı iddia verərək, İddiaçı1 tərəfindən ona qarşı müvafiq iddia qaldırıldıqdan sonra mənəvi olaraq sarsıntı və iztirab keçirdiyini, xəstələliyi ilə əlaqədar müalicələr aldığını bildirib, ona vurulmuş 30000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Texnofest müsabiqəsinə təqdim edilmiş layihə üzrə özlərini həmmüəllif hesab edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olsa da (Qeyd edilməlidir ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur, layihədə İddiaçı2 ideya müəllifi kimi göstərilsə də, o, izahatında İddiaçı1 da müvafiq layihə üzrə həmmüəllif olduğunu təsdiq etmişdir), müvafiq iddia, ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, 2022-ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransının prorqamında “X7 əzələ inkişafının təmin olunması” adlı layihənin hazırkı iş üzrə Cavabdeh tərəfindən deyil, X16 tərəfindən təqdim olunması müəyyən edilmişdir. Eyni zamanda cavabeh etirazında da özünün sözügedən layihənin müəllifi olmamasını israr edir. Habelə şahid qismində dindirilmiş Səlim Heydərov da Konfransda sözügedən layinəni özünün təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında MPM-in 14-cü maddəsinin tələbi baxımından iddiaçı tərəfdən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya X11 iş üzrə cavabdeh qismində cəlb edilməsi, ona qarşı iddia tələbi irəli sürüb-sürməyəcəyi müzakirə olunmuş, lakin iddiaçı tərəf cavabdehin əvəz edilməsinə razı olmamış, iddia tələbini düzgün olaraq Cavabdeh qarşı irəli sürdüklərini israr etmişlər. X11 iş üzrə cavabdeh qismində cəlb edilməsini istəməmiş və ona qarşı hazırda heç bir tələblərinin olmadığını bildirərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə qeyd edir ki, tələb üzrə iddiaya cavab verməli olan şəxs hazırkı iş üzrə Cavabdeh olmadığından, ona münasibətdə iddia rədd olunmalıdır. Məhkəmə iddianın mahiyyəti üzrə qeyd edir ki, (iddianın əsl cavabdehə qarşı qaldırıldığının qəbul edilməsi fərz edildiyi təqdirdə) müəlliflik və əlaqəli hüquqların müdafiəsi ilə bağlı mübahisələrə hüquqi qiymət verilməsi bilavasitə xüsusi bilik tələb edilən halların araşdırılması zərurətini yaratdığından mübahisəli məqalələrin (tezislərin) məzmunlarının eynilik təşkil edib-etməməsi barədə müvafiq rəy verilməsi üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edilmiş, Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-4/2-612/2024 saylı məktubunda göstərilmişdir ki, Agentlik tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələblərinə uyğun olaraq “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi" ilə “Elektrik sınaqları vasitəsiləəzələ inkaşafının təmin olunması” adlı məqalə müqayisə olunmuşdur. Müqayisə nəticəsində müəyyən edilmişdir ki təqdim olunmuş layihənin və məqalənin məzmunu oxşarlıq təşkil etsə də, onların ifadə forması bir-birindən fərqlidir. Bildirilir ki, Qanunun 5-ci maddəsinə əsasən müəlliflik hüququ “təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir”. Bu da o deməkdir ki, müəlliflik hüququ əsərin məzmununu yox, onun ifadə formasını qoruyur. Layihədə və məqalədə təsvir olunan cihazın eyni olub-olmamasının müəyyən olunması sahə üzrə xüsusi biliklərə malik olan mütəxəssis tərəfindən qiymətləndirilə bilər. Odur ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq ixtisas bilikləri olan mütəxəsislər tərəfindən rəy bildirilməsi daha məqsədə uyğun olardı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə AzTU-nun mütəxəssisləri cəlb edilməklə əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Texniki Universitetinin «Mühəndis fizikası və elektronika» kafedrasının dossenti S.X.Xəlilovun verdiyi rəydə müəyyən edilmişdir ki, iddiaçı E.Ə.Xasməmmədovanın təklif etdiyi tibbi cihazla bağlı məlumatda cihazın sxemi, şəkil və ya onun nədən ibarət olması haqqında hec bir məlumat verilməmişdir. Cihazın sxemi və ya ideyası o vaxt mülkiyyət heasb oluna bilər ki, müəllifin ixtira hüququ haqqında sənədi olsun. Digər tərəfdən iddiaçının yazdığına əsasən onun təklif etdiyi ideya həyata keçirilərsə onda cihazın qoşulduğu yerdə əzələnin kütləsi artmalıdır. Onu da qeyd edir ki, bu təklifə razı deyil. Cavabdehin təqdim etdiyi konfrans materiallarında isə artıq məlum cihazın baxılan blok-sxemdən yazılır və qeyd edilir ki,ondan istifadə etməklə süni yolla əzələnin daha effektiv işləməsini təmin etmək olar. Tezsidə yeni bir cihaz və ya ideya yoxdur. Ədəbiyyatda olan məlumatlardan istifadə edilib və xarici müəlliflərin 3 ədəbiyyatına istinadlar verilmişdir. Yekun rəy iddiaçının və cavabdehin verdikləri təkliflər fərqi məsələrə yönəlmişdir. Məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/73 nömrəli ekspert rəyinə əsasən təqdim olunan “Əzələ inkişafında geri qalan fərdlər və ümumi bədən sağlamlığının yaxşılaşdırılması məqsədilə X4 təkmilləşdirilməsi” və “X7 əzələ inkişafının təmin olunması” adlı məqalələr məzmun baxımından bir-birinə uyğun deyil. Hər iki məqalədə təqdim edilən cihazlar həm texniki funksiyalarına, həm də layihələndirilmə məqsədlərinə görə fərqlənir. Məqalələrdə irəli sürülən ideyalar, funksional istiqamətlər, yanaşmalar və hədəflər bir-birindən fərqlənir. Məqalələr arasında plagiatlıq əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi, işdə olan mütəxəssis və ekspert rəyləri ilə Şuşa konfransında təqdim olunmuş məqalənin iddiaçıların məqaləsi ilə məzmun baxımından eynilik təşkil etməməklə, fərqli istiqamətlərə yönəldiyi öz təsdiqini tapmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hüquqlarının pozulduğunu güman edərək məhkəməyə müraciət etmələri qarşı tərəfin mənəvi zərərlə üzləşməsinə əsas ola bilməz. Odur ki, hazırkı halda cavabdehin mənəzi zərərə məruz qalması istisna edildiyindən, 30000 manatın tutulması barədə qarşılıqlı iddia təmin edilə bilməz. Eyni zamanda qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə tələb rədd edildiyindən, həmin tələbdən irəli gələn digər qarşılıqlı iddia tələbləri də (yazılı qaydada üzr istənilməsi, məhkəmə xərclərinin iddiaçılardan tutulması) təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia tələbi rədd edildiyindən müvafiq iddiaların qaldırılması üçün ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar (qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və yazılı qaydada üzr istənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri həm ilkin iddia, həm də qarşılıqlı iddia üzrə müvafiq olaraq iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar