Məhkəmə qərarları › İş №2(006)-3169/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3169/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3169/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh ləğv edici təşkilat “Əmanətlərin Sığortalanma Fondu”na qarşı ləğv prosesində olan “xxxx” ASC-dən xarici valyutada olan 790794 Rus Rublu (AR Mərkəzi bankın məzənnəsinə uyğun olaraq, 18346 manat) pul məbləğinin vaxtında benefisiar “bank hesabına köçürülmə əməliyyatı başa çatdırılmadığı səbəbindən ona vurulmuş 18346 civarında ziyanın, öz bank hesabına yatırdığı 27075 manat və həmin pul məbləğinin vaxtında ona qaytarılmadığı səbəbindən 27075 manat civarında vurulmuş ziyan, pul məbləğinin tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh ləğv edici təşkilat “Əmanətlərin Sığortalanma Fondu”na qarşı ləğv prosesində olan “xxxx” ASC-dən xarici valyutada olan 790794 Rus Rublu (AR Mərkəzi bankın məzənnəsinə uyğun olaraq, 18346 manat) pul məbləğinin vaxtında benefisiar “bank hesabına köçürülmə əməliyyatı başa çatdırılmadığı səbəbindən ona vurulmuş 18346 civarında ziyanın, öz bank hesabına yatırdığı 27075 manat və həmin pul məbləğinin vaxtında ona qaytarılmadığı səbəbindən 27075 manat civarında vurulmuş ziyan, pul məbləğinin tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia Ərizəsnıi və ona əlavə edilmiş sənədləri nəzərdək keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı fərdi sahibkardır və hazırkı mübahisə kommersiya mübahisələrinə aiddir. İddiaçı ləğv edici təşkilat “Əmanətlərin Sığortalanma Fondu”na qarşı iddia ərizəsi ilə müvafiq Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsas ən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki işə Bakı Kommersiya Məhkəməsində baxlmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh ləğv edici təşkilat “Əmanətlərin Sığortalanma Fondu”na qarşı ləğv prosesində olan “xxxx” ASC-dən xarici valyutada olan 790794 Rus Rublu (AR Mərkəzi bankın məzənnəsinə uyğun olaraq, 18346 manat) pul məbləğinin vaxtında benefisiar “bank hesabına köçürülmə əməliyyatı başa çatdırılmadığı səbəbindən ona vurulmuş 18346 civarında ziyanın, öz bank hesabına yatırdığı 27075 manat və həmin pul məbləğinin vaxtında ona qaytarılmadığı səbəbindən 27075 manat civarında vurulmuş ziyan, pul məbləğinin tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəmə aidiyyəti üzrə müvafiq Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardadan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar