Məhkəmə qərarları › İş №2(006)-3198/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3198/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3198/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X27 oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü əkiz uşaqlar X4 və X2 üçün 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində, 01 yanvar 2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü əkiz övladları X8 və X9 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 22 oktyabr 2019-cu il tarixdən başlayaraq 31 dekabr 2019-cu il tarixədək hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat, 01 yanvar 2020-ci il tarixdən başlayaraq 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh bu günə qədər yığılan 9758 manat məbləğində aliment ödənişini ödəmir. “Yaşayış minimumu haqqında” hər il qəbul edilmiş müvafiq Qanunlara görə 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat, 2022-ci il üzrə 193 manat, 2023cü il üzrə isə 220 manat müəyyən edilmişdir. Hazırda uşaqlar böyüyür, onların xərcləri artmış, iddiaçı onların aylıq xərclərini ödəmək qabiliyyətində olmadığından uşaqların saxlanılması üçün Cavabdeh 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində, 01 yanvar 2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh İddiaçı qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə tutulan alimentin sabit olaraq deyil, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq, 2 uşaq üçün qazancının 1/3 hissəsi miqdarında tutulması barədə qərar verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası qərəzli və əsassızdır. Belə ki, nikah münasibətlərinə Yasamal Rayon Məhkəməsi tərəfindən xitam verilərkən Cavabdeh ailə vəziyyətinə görə məhkəmədə iştirak edə bilməməsi səbəbi ilə İddiaçı alimentin sabit hesablanmasını məhkəmədən xahiş etmiş və iddiası təmin olunmuşdur. İddiaçı Cavabdeh rəsmi iş yerinin olmamasını əsas gətirmiş və məhkəmə digər halları nəzərə almamışdır. Belə ki, İddiaçı birgə nikah dövründə əvvəlcədən yığılmış borclara görə aldıqları 13500 ABŞ dolları məbləğinin olmasını da Cavabdeh qoyduğundan sonuncu həmin borcu tək qaytarmağa məcbur olmuş və borc sahibi Cavabdeh qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və iddia təmin edilmişdir. Həmin iş üzrə icra sənədi hələ də Nəsimi rayon icra şöbəsinin icraatındadır. Bundan başqa, İddiaçı Cavabdeh ağır vəziyyətə salaraq sonuncunun borcları ödəyə bilməməsi ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə müraciət etmiş və nəticədə Cavabdeh 2 dəfə olaraq 10 (on) gün və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hal-hazırda Cavabdeh Yasamal rayon icra şöbəsi tərəfindən borcu ödəməyi halda cinayət işi açılacağı barədə sonuncu dəfə xəbərdar edilmişdir. İddiaçı niyyəti aliment miqdarının qalxması deyil, Cavabdeh tutdurmaqdır, bir il altı aydan çox müddətdə uşaqlarla ünsiyyəti müxtəlif bəhanələrlə icra olunmasına şərait yaratmır. Cavabdeh daimi işinin olmasını, gəlirlərinin dəyişkən olmadığını, himayəsində 2 azyaşlı övladlarının olması, İddiaçı ilə birgə nikahda götürdükləri 13500 ABŞ dolları (23000 AZN) borcun ödənilməsinin üzərinə düşməsi, əvvəlki yığılmış aliment borcunun təqribən 8000 AZN olmasını və ödəmə gücünün olmamasını və borcu ödəyə bilmədiyinə görə 2 dəfə inzibati qaydada həbsdə olmasını nəzərə alaraq, alimentin tutulma qaydasının dəyişdirilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz və mülahizələr təqdim edərək, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini, ilkin iddia ərizəsinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə etiraz və mülahizələrdə qeyd edilmişdir ki, ilkin iddia ərizəsində alimentin miqdarının artırılması həm qiymətlərin artım tempi, bazar qiymətləri ilə, həm də qüvvədə olan qanunvercilik aktlarının tələbləri ilə əsaslandırılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində borcunun olmasını, müxtəlif vaxtlarda barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini, birinci nikahdan olan iki uşağının onun himayəsində olması və daimi iş yerinin, gəlirlərinin dəyişkən olmaması ilə əsaslandırmışdır. Birincisi, Cavabdeh məhkəmənin icra sənədini qərəzli şəkildə icra etmədiyi üçün məhkəmə onun barəsində həbs qərarları çıxarmışdır. Eyni zamanda borcun ona aid olmaması ilə bağlı məhkəmənin icra sənədi mövcuddur. İkincisi, birinci nikahdan olan iki uşaq Cavabdeh himayəsində yaşamır. İddiaçı aliment məbləğinin artırılması ilə bağlı mediasiyaya müraciət etdikdən sonra, Cavabdeh xx.xx.2023-cü il tarixdə birinci nikahdan olan arvadı X13 ilə “Barışıq Sazişi” bağlamışdır ki, guya birinci nikahdan olan iki uşağın onun himayəsində qalmasına razılıq verir. Həmin Saziş məqsədli şəkildə bağlanmışdır ki, aliment məbləği artırılmasın. Cavabdeh qarşılıqlı iddia ərizəsində daimi iş yerinin olmasını, gəlirlərinin dəyişkən olmamasını və guya “bir manat da” əlavə gəlir əldə edə bilmədiyini göstərməklə əmək haqqının az olması barədə məhkəməyə rəsmi arayış da təqdim etmişdir. Cavabdeh gəlirlərini gizlədir, şəxsi biznesi olan və faktiki sahibkarlıqla məşğul olan şəxslərin bir qismi gəlirlərini gizlətməklə həm dövləti aldadırlar, həm də ailə-uşaq qarşısında vəzifələrini yerinə yetirməkdən yayınırlar. Hətta dövlət başçısı və s. səlahiyyətli şəxslər dəfələrlə belə hallara qarşı mübarizə aparılmasının vacibliyini qeyd etmişdir. Cavabdeh qeyri-səmimiliyi aydın görünür. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hətta yaşayış minimumundan da azdır. Cavabdeh hətta həmin məbləğin də azaldılmasını tələb edir. Göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə teleqram vuraraq (teleqram məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) qarşı tərəflə qarşılaşmaq istəmədiyini nəzərə alıb, iddia ərizəsinə əlavə etdiyi sənədlər əsasında bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini, qarşılıqlı iddia ərizəsinə etiraz və mülahizələri nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında AZ-İİİ seriyalı 542674 nömrəli şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında AZ-İİİ seriyalı 542675 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin olunması, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış və 726 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və X5 anaları İddiaçı himayəsində qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü əkiz uşaqları X4 və X1 üçün 22 oktyabr 2019-cu il tarixdən başlayaraq 31 dekabr 2019-cu il tarixədək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat, 01 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00165 nömrəli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan “aliment məbləğinin artırılması” tələbinə dair “ailə” mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə 17:00-19:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, onunla yaradılmış telefon əlaqəsi zamanı hal-hazırda işlədiyini, aylıq maaşının dəqiq şəkildə məlum olduğunu və buna əsasən maaşa görə aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı 248701 nömrəli şəhadətnamədən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X13 qeyd edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı 248702 nömrəli şəhadətnamədən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X13 qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X24 xx.xx.2020-ci il tarixədək qaytarmaq şərtilə Cavabdeh 13000 ABŞ dolları məbləğində faizsiz pul borc vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(006)-1217/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 13.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatının Cavabdeh tutularaq X18 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinmiş və ona 15 gün müddətində inzibati həbs tətbiq olunmuşdur. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2023-cü il tarixli xəbərdalığından görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qeyd edilən icra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdalığından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələb yerinə yetirilmədiyindən Cavabdeh müvafiq protokola əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunmuşdur. Qeyd edilən icra sənədi icra edilmədiyi təqdirdə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimatla müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X3 Sistemi”nin “X26”nin xx.xx.2023-cü il tarixli vakansiyaya göndərişindən görünür ki, Cavabdeh barədə məlumat Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal r-nu 54 nömrəli körpələr evi uşaq bağçasında gözətçi vəzifəsi üzrə vakansiyaya göndərilmişdir. Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki:

1. X7 övladları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X6 ata Cavabdeh himayəsində qalmasına razılıq verir.

2. Cavabdeh aliment almaqdan imtina edir. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışından görünür ki, Cavabdeh 16 iyun 2023-cü il tarixdən həmin MTK-da mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 360 (üç yüz altmış) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: İddiaçı “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsində “böyük mütəxəssis” vəzifəsində işləyir, əmək haqqı 2300.0 manat təşkil edir. Cavabdeh "xxxx" MTK-da “mühafizəçi” vəzifəsində işləyir, əmək haqqı 360.0 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü 2 əkiz uşaqları X10 və X8 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların İddiaçı himayəsində qalması müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-360/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının uşaqların tələbatını ödəməyə imkan verməməsini, uşaqların böyüməsi ilə xərclərinin artmasını bildirərək, 2021-ci il üzrə cəmi 350 manat, 2022-ci il üzrə cəmi 386 manat, 01 yanvar 2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daimi iş yeri və müntəzəm gəliri olduğundan, alimentin sabit pul məbləğində deyil, əmək haqqısının 1/3 hissəsi miqdarında tutulmasını, həmçinin, digər nikahdan olan uşaqlarının onun himayəsində olmasının, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ondan 13.000 ABŞ dollarının tutularaq üçüncü şəxsə ödənilməsinin qət edilməsinin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş alimenti ödəyə bilməməsi səbəbindən barəsində inzibati həbs tətbiq edilməsinin nəzərə alınmasını xahiş edərək ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz və mülahizələr təqdim edərək, hazırki tələb üzrə ilkin mediasiya sessiyasından sonra Cavabdeh qəsdən digər nikahdan olan uşaqları öz himayəsinə götürməsini, lakin uşaqların faktiki olaraq onunla yaşamadığını bildirmiş, istehlak qiymətlərinin artması səbəbindən alimentin artırılması barədə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə “alimentin artırılması” ilə əlaqədar ilkin iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 360/2020 nömrəli qətnaməsi qəbul edildikdən sonra hal-hazıradək istehlak qiymətlərinin qalxması, eyni zamanda, uşaqların böyüməsi ilə tələbatlarının artması mübahisəsizdir. Bununla yanaşı, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, qətnamə qəbul edildikdən hazıradək keçən dövr ərzində ilkin iddia üzrə Cavabdeh maddi vəziyyətini yaxşılaşdıran hallar olmamışdır. Belə ki, hazırda onun aylıq əmək haqqı 360 manat, İddiaçı aylıq əmək haqqı isə 2300 manat təşkil edir. Bu da onu qeyd etməyə əsas verir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə 2 uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğin (340 manat) 2023-cü il üzrə 2 uşaq üçün yaşayış minimumundan (440 manat) az olan hissəsi – 100 manat İddiaçı özü tərəfindən təmin edilə bilər. Məhkəmə uşaqların üstün mənafeyi baxımından hesab edir ki, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunun təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırki iş üzrə tərəflərin maddi vəziyyətinin müqayisəli təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, “alimentin artırılması” ilə bağlı ilkin iddia tələbinin təmin edilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, tələb təmin edilərsə, ilkin iddia üzrə cavabdehin maddi vəziyyəti həddən artıq pisləşəcək, belə qənaət isə ədalətli hesab oluna bilməz. Bununla yanaşı, tələb təmin edildiyi təqdirdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasının mümkünlüyü ağlabatan deyildir. Təbii ki, heç bir hal məhkəmə qətnaməsinin icra edilməməsinə və ya tam icra edilməməsinə əsas ola bilməz, lakin Cavabdeh İddiaçı kifayət qədər yüksək məbləğdə aliment borcunun olması, həmin borcu ödəyə bilmədiyinə görə barəsində inzibati həbs tətbiq edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş 340 manat məbləğində alimentin belə ödənilməsinin onun üçün çətin olmasının göstəricisidir. Buna görə də maddi cəhətdən hazırki vəziyyətdə olduğu halda alimentin artırılması barədə tələbin təmin edilməsi yalnız icrasız qalacaq əlavə bir məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnəcəkdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, “alimentin artırılması” ilə əlaqədar ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, ötən müddət ərzində təkcə uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə “alimentin tutulma qaydasının dəyişdirilməsi” ilə əlaqədar qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddiasına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-360/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 2 uşağa görə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilən zaman ailə vəziyyəti ilə əlaqədar həmin məhkəmədə iştirak edə bilməmiş, bu səbəbdən məhkəmə digər halları nəzərə almadan İddiaçı iddiasını təmin etmişdir. Qeyd edilməlidir ki, həmin qətnamə onun tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Cavabdeh hazırda 340 manat sabit pul məbləğində aliment əvəzinə əmək haqqının 1/3 hissəsinin tutulması tələbi ilə müraciət etməsi və bu tələbini “digər nikahdan olan 2 uşağının onunla yaşaması, kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yüksək məbləğdə borcunun olmasının təsdiq edilməsi, daimi iş yeri və müntəzəm gəlirinin olması” ilə əsaslandırmasına münasibətdə məhkəmə qeyd edir ki, bu dəlillər hazırki tələbin təmin edilməsinə əsas hesab edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, son illərdə gündəlik tələbat mallarının qiymətlərinin kəskin qalxması, eyni zamanda, uşaqların böyüməsi ilə tələbatlarının artması mübahisəsizdir. Uşaqların mənafeyi baxımından onlar üçün tutulan alimentin məbləğinin əvvəlki qətnamə ilə 340 manat, hazırki qətnamə ilə isə əmək haqqının 1/3-i, yəni 120 manat (360*1/3) müəyyən edilməsi ədalətli deyildir. “Digər nikahdan olan 2 uşağının A.Bəxtiyarın himayəsinə verilməsi” dəlili onun tərəfindən məhkəməyə təqdim edilən barışıq sazişi ilə təsdiq olunur, lakin eyni zamanda diqqətəlayiq məqamdır ki, həmin sazişə əsasən, o, uşaqların saxlanması üçün qarşı tərəfdən aliment tələb eləmir. Bu isə onu deməyə əsas verir ki, A.Bəxtiyar 340 manat məbləğində aliment ödəmək öhdəliyi olduğunu bildiyi halda, belə bir iradə ifadəsi ilə çıxış edibsə, deməli, həm həmin məbləği ödəyib, həm də digər nikahdan olan iki uşağını da təmin etmək iqtidarındadır. Əks halda, onun bu məzmunda barışıq sazişini bağlaması və məhkəməyə təqdim etməsi İddiaçı də iddia etdiyi kimi, məhz məhkəməni yanıltmaq məqsədi daşımış olardı. “Üçüncü şəxslərə borcunun olması” dəlili ilə əlaqədar qeyd edilməlidir ki, uşaqlarını saxlamaq Cavabdeh atalıq vəzifəsidir və bu dəlili onun həmin vəzifələrini icra etməkdən azad etməməlidir. “Daimi iş və müntəzəm gəlirinin olması” isə alimentin əmək haqqının 1/3 hissəsində müəyyən edilməsinin uşaqların mənafeyinə uyğun gəlmədiyi səbəbindən əsaslı dəlil hesab oluna bilməz. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, “alimentin tutulma qaydasının dəyişdirilməsi” ilə əlaqədar qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 2 uşağa görə - valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment məhkəmə tərəfindən tutulur. 78.1-78.2-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddialar təmin edilmədiyindən iddialar üzrə çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar