Məhkəmə qərarları › İş №2(006)-3200/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3200/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3200/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili - X3, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2011-ci il təvəllüdlü X1 və 05 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5275/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 30 yanvar 2011-ci il təvəllüdlü X1 və 05 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 220 manat, ümumilikdə 440 manat məbləğində müəyyən edilərək Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-366/2022 saylı qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahlarından 30 yanvar 2011-ci il təvəllüdlü olan övladı - X4 və 05 fevral 2015-ci İl təvəllüdlü X5 anadan olmuşdurlar. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-366/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulduqdan sonra Aysun və Fərid adlı övladımız mənimlə saxlanıİmışdır. Nəsimi Rayon məhkəməsinin xx.xx.2021-ci tarixli 2(006)-5275/2021 saylı qətnaməyə əsasən cavabdehdən övladlarımızın saxlanılması üçün hər ay,hər biri üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Övladları xeyli böyümüşdürlər və onlannda xərcləri artmışdır. Hər iki övladı təhsillə bağlı hazırlıq kurslarına gedirlər. İkinci övladı 2022-ci il tarixdə birinci sinifə getmişdir. Bundan başqa 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müvafiq qanunla müəyyən edilmişdir. Belə olan halda Cavabdeh övladlarının saxlanılması üçün tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili - X7 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdiyini, tələbin təmin edilməsini xahiş etdi və iddianın tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh - Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-366/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 28 dekabr 2014-cü il tarixində 1 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2952 saylı qeyd edilmiş nikah pozulması, tərəflərin övladları xx.xx.2011cİ il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-5275/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı iddiası təmin edilmiş, tərəflərin birgə nikahdan olan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və 05 fevral 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilmişdir. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 625619 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X6, atası Cavabdehdur. 1 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ 511718 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. Mediasiya Şurası Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/18/2023-00769 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2023-cü il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(2(006)-5275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 175 olmaqla cəmi 350 manat məbləğində müəyyən edilmiş aliment məbləğini dəyişərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 175 olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar