Məhkəmə qərarları › İş №2(006)-3218/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3218/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3218/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Novruz qızının katibliyi, İddiaçı, cavabdehlər Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 və Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi və Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 və Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin nümayəndəsi Nümayəndə iddiaçının ərizəsinin geri qaytarılmasına və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdiyini və cavabdehlərin mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi və Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi və Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar