Məhkəmə qərarları › İş №2(006)-3225/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3225/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3225/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X11 ilə cavabdeh Azərbaycan Beynalxalq Bankının (keçmiş “Azərbaycan Respubliksı Beynalxalq Bankı” SKB) nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Beynalxalq Bankının Müştərilərə Xidmət Departamenti arasında bağlanmış 05 aprel 2001ci il tarixli Depozit Müqaviləsi (Uşaqlar üçün məqsədli əmanət) əsasında illik 12% (faiz) ilə saxlamaq üçün verilmiş 500 (beş yüz) ABŞ dolları və 20 iyun 2002-ci il tarixli müqavilə üzrə illik 09% (faiz) ilə 10000 (on min) ABŞ dolları ümumi 10500 (on min beş yüz) ABŞ dolları əsas depozit məbləğinin və hər iki müqavilə üzrə hesablanmış 114500,0 (yüz on dörd min beş yüz) ABŞ dolları, ümumilikdə 125000,0 (yüz iyirmi beş min) ABŞ dolları (Uşaqlar üçün məqsədli əmanət) məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavbdehdən tutulub İddiaçı Müstafa oğluna ödənilməlisi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. X11 Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidmətləri Xidmət Departamentinin direktoru F.R.Abdullayevlə aralarında bağlanmış 05 aprel 2001-ci il tarixli Depozit Müqaviləsi (Uşaq üçün məqsədli əmanət) əsasında 05 aprel 2001-ci ildən 05 aprel 2002-ci il tarixədək olan 12 (on iki) ay müddətinə 12 % faizlə saxlamaq üçün 500 (beş yüz) ABŞ dolları vermişdir. (keçmiş “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB). Bundan sonra 20 iyun 2002-ci il tarixdə atası X11 “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB arasında bağlanmış Müddətli Əmanət (depozit) haqqında (Uşaqlar üçün məqsədli növü üzrə) müqavilə əsasında 20.06.2004-cü il tarixədək olan müddətə illik 09% (doqquz) faizlə 10000 (on min) ABŞ dolları vermişdir. İddiaçı 18 yaşı tamam olmuşdur. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı adına qoyulmuş hər iki müqavilə üzrə ümumi 10500 (on min beş yüz) ABŞ dolları və bu məbləğə uyğun hesablanmış faiz məbləğlərini cavabdehdən götürmək istəmiş, cavabdeh İddiaçı hesabında olan məbləğin cəminin 77086,63 (yetmiş yeddi min səksən altı dollar, altmış üç sent) ABŞ dolları olduğu barədə kompyuterdən çıxarış versə də həmin məbləği sonuncuya verməkdən imtina etmişdir. Cavabdeh 12.09.2019-cu ili tarixli, 16/6560 saylı məktubunda imtinanın faktiki əsası kimi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Banka ünvanlanmış ünvan 1sasən hesabda olan pul vəsaitinin üzərinə həbs qoyulması və halhazırda həbsin götürülməsinə dair heç bir məhkəmə qərarının banka təqdim edilməməsi qeyd edilmişdir. Qeyd olunan qərara diqqət yetirsək görərlər ki, qərarda X8 yaxın qohumları və ailə üzvlərinin (qardaşı X4, arvadı X1, oğlu X5, bacısının əri X2, qaynı X6, qaynatası İddiaçı) adlarına "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də olan hesablar və mövcud olan depozit qutuları üzrə maliyyə əməliyyatlarının dayandırılması qərara alınmışdır. İddiaçı hal-hazırda 20 (iyirmi) yaşı var və o, 21 yanvar 2013-cü il tarixli, 5(009)- 66/2013 saylı qərarda adı qeyd edilən X7 nə yaxın qohumu, nə ailə üzvü, nə də X7 qaynatası kimi qeyd edilən İddiaçı deyil. 20 (iyirmi) yaşlı cavan oğlanın X7 qaynatası olmaq ehtimalı yoxdur və bu heç bir əsasla mümkün deyil. Elşad Abdullayevin 60 (altmış) yaşı var. İddiaçı adına depozit hesabı açıb orada (Uşaqlar üçün məqsədli növü üzrə) cavabdehə aralarında bağlanmış müqavilə üzrə cəmi 10500 (on min beş yüz) ABŞ dolları vəsaiti saxlamaq üçün verən şəxs sonuncunun valideyni X9r. X11 1996-cı ildən 2017-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarədə, Azərbaycan Respublikası Hərbi ƏKS kəşfiyyat Xidmətində və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət etmiş və 2017-ci il tarixdə xidmətdə olmamın son yaş həddi ilə polkovnik rütbəsində ehtiyata buraxılmışdı. Müqavilələrin şərtlərinə görə Bank əmanəti qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. X11 tərəfindən oğlu İddiaçı adına banka qoyulmuş məbləğlər bu müddət ərzində geri götürülməmiş və illik faiz məbləğləri də qəbul edilməmişdir. Bağlanmış müqavilənin şərtlərinə görə müddət qurtaranda əmanətçi depozitə qoyduğu məbləği və faizləri götürülmədikdə hesablanmış faizlər depozitə qoyulmuş ilkin məbləğə qatılır və müqavilə əvvəlki vaxta uzadılmış sayılır. Bu halda hesablanmış faizlər ümumi məbləğdə hesablanır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X11 ilə Azərbaycan Beynəlxalq Bankının Müştərilərə Xidmət Departamentinin direktoru F.R.Abdullayevin arasında bağlanmış 05 aprel 2001-ci il tarixli Depozit Müqaviləsi (Uşaq üçün məqsədli əmanət) əsasında 05 aprel 2001-ci ildən 05 aprel 2002-ci il tarixədək olan 12 (on iki) ay müddətinə 12 % faizlə saxlamaq üçün 500 (beş yüz) ABŞ dolları vermişdir. 20 iyun 2002-ci il tarixdə X11 ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB arasında bağlanmış Müddətli Əmanət (depozit) haqqında (Uşaqlar üçün məqsədli növü üzrə) müqaviləsi əsasında 20.06.2004-cü il tarixədək olan müddətə illik 09% (doqquz) faizlə 10000 (on min) ABŞ dolları vermişdir. İddiaçı 07 aprel 2020-ci ildə vəfat etmişdir. "xxxx" ASC-nin Mərkəzi filialının 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına 12 mart 2013-cü il tarixində açılmış AZ14İBAZ******************** saylı hesabında 10 iyun 2021-ci il tarixinə qalığı 77086,63 USD təşkil edir (sənədlər iş materiallarına əlavə edilmişdir). Hal-hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Beynalxalq Bankının (keçmiş “Azərbaycan Respubliksı Beynalxalq Bankı” SKB) nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Beynalxalq Bankının Müştərilərə Xidmət Departamenti arasında bağlanmış 05 aprel 2001-ci il tarixli Depozit Müqaviləsi (Uşaqlar üçün məqsədli əmanət) əsasında illik 12% (faiz) ilə saxlamaq üçün verilmiş 500 (beş yüz) ABŞ dolları və 20 iyun 2002-ci il tarixli müqavilə üzrə illik 09% (faiz) ilə 10000 (on min) ABŞ dolları ümumi 10500 (on min beş yüz) ABŞ dolları əsas depozit məbləğinin və hər iki müqavilə üzrə hesablanmış 114500,0 (yüz on dörd min beş yüz) ABŞ dolları, ümumilikdə 125000,0 (yüz iyirmi beş min) ABŞ dolları (Uşaqlar üçün məqsədli əmanət) məbləğini cavabdehlərdən tələb edir. Məhkəmə qeyd edir ki, 105157 nömrəli cinayət işi maliyyə əməliyyatlarının dayandırılmasına dair Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralovun 18 yanvar 2013-cü il tarixli təqdimatına və Azərbaycan Respublikası Baş prokuroru nəzdində müstəqil istintaq-əməliyyat qrupunun rəhbəri, baş prokurorun böyük köməkçisi Elmar Camalovun vəsatəti əsasında Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı ilə X3, X1, X5, X2, X6, İddiaçı adlarına "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də olan hesablar və mövcud olan depozit qutuları üzrə maliyyə əməliyyatları dayandırlmışdır. Lakin iddiaçı həmin qərarı, yəni Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı mübahisələndirmək əvəzinə əsassız olaraq pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa iddiaçı özünə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir. Belə olduğu halda iddia təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar