Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3242/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə - Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Kijəbə qəsəbəsi ərazisində İddiaçı fərdi yaşayış evinin yaxınlığında elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı vurulmuş 5000 (beş min) manat məbləğində ziyan və 70 (yetmiş) manat dövlət rüsumu "xxxx" ASC-nin tərəfindən Astara rayonun Kijəbə qəsəbə sakini İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Astara rayonun Kijəbə qəsəbəsində yaşayır. Fərdi təssərüfatında mal-qara saxlayaraq ailəsinin maddi dolanışığını təmin edir. Astara rayonunun Kijəbə qəsəbə ərazisində fərdi yaşayış eviminin yaxınlığında keçən yol kənarında olan elektrik dirəyinin yanında 19.04 2023-cü il tarixdə bir baş sağmal inəyi elektrik naqilinin nasazlığı nəticəsində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. İnəyin elektrik vurması elektrik naqilinin düzgün bağlanmaması nəticəsində elektrik dirəyində elektrik cərəyanının olması ilə bağlı olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın tərtibində iştirak etmiş şəxslər bir baş inəyin elektrik cərəyanın vurması nəticəsində ölməsini təsdiq etmişlər. Bir baş inəyim elektrik cərəyanı vurması nəticəsində ölməsini 19 aprel 2023-cü il tarixli yarma protokolu ilə də təsdiq edilir. Həmin protokolun 24-cü bəndində patoloji anatomik diaqnoz elektrik cərəyanın vurulması. 25-ci bəndində rəy: anamnez, kliniki və pataloji anatomik məlumatlar əsasən heyvanın ölümü elektrik cərəyanın vurulması səbəbindən heyvan ölmüşdür və bunlarda bir baş inəyim elektrik cərəyanı vurması nəticəsində ölməsini təsdiq edir. Bir baş inəyin elektrik cərəyanı vurulması ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmişdir. Belə ki, "xxxx" MMC-nin Astara rayon elektrik şəbəkəsinə müraciət edilmiş və bu barədə iddiaçıya cavab verilməmişdir. Müraciət edilməni təsdiq edən poçt sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Müraciətə cavab verilmədiyindən “Azərişıq" MMC-nin Astara rayon şəbəkəsinin səlahiyyətli şəxslərə şifahi qaydada müraciətlər edilmiş, onlar müraciətlərimə cavab verilməsindən imtina etmiş, bunları məktubuma cavab verilməsinə səlahiyyətləri olmadığı ilə izaha etmişlər. İnəyin elektrik cərəyanı nəticəsində ölməsi ilə bağlı Astara rayon İcra Hakimiyyəti başçısına da müraciət edilmiş və 25 may 2023-cü il tarixli, 332 nömrəli məktubla cavab verilmişdir. Astara rayon İcra Hakimiyyəti Kijəbə icra nümayəndəliyinə və Astara rayonu Kijəbə bələdiyyəsinə məktubla müraciətlər edilmişdir. Vurulmuş ziyan 5000 (beş min) manat təşkil edir və buraya bir baş inəyin diri çəkisinə görə qiyməti və əldən çıxmış fayda daxildir. İnəyin qiyməti çəkisinə (Truxanovski üsulu və laktasiya dövründə sağalan südü ilə) gündəlik sağalan südü ilə müəyyən edilmişdir. İddiaçının bir baş inəyi sağmal olmuş, gündəlik 20-24 litr süd verirdi və əldən çıxmış faydanın da ona ödənilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyətinin Kijəbə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin özəl baytar məntəqsi tərəfindən verilmiş, xx.xx.2023cü il tarixli yarma protokoluna və eyni tarixli akta əsasən, İddiaçı məxsus qara-ala cinsli, 7 yaşda olan inək elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Astara rayon İcra Hakimiyyəti Kijəbə qəsəbəsi üzrə Astara özəl baytar mütəxəsissi E.Q.Eynullayev tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı məxsus bir baş sağmal heyvan xx.xx.2023-cü il tarixdə axşam saat 16:30 radələrində elektrik xəttinin dəmir dirəyinə toxunaraq elektrik cərəyanı vuraraq ölmüşdür. Cənub RETSİ X4 tərəfindən xx.xx.2023-cü il tarixdə, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə, verilmiş arayışa əsasən, Astara rayonu, Kijəbə qəsəbəsində İddiaçı qonşusunun X3 məxsus 0,4 kv-luq hava xəttində xəttə yaxın ağaclrın budanması nəticəsində xətti zədələyərək dəmir dayaqda gərginlik yaranması nəticəsində İddiaçı məxsus iribuynuzlu inək örüşdən qayıdan zaman həmin dayaqda gərginliyə düşərək tələf olmuşdur. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyətinin Kijəbə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş 14 sentyabr 2023cü il tarixli, 154№ məlumata əsasən, İddiaçı məxsus bir baş iribuynuzlu mal-qarası Kijəbə qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixində elektrik cərəyanə vurması nəticəsində tələf olmuşdur. Heyvanın tələf olmasına səbə olmuş elektrik naqilləri (elektrik dirəyi) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikası Bərdə şəhər "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 22 sentyabr 2023-cü il tarixli, №16 məlumatda qeyd edilir ki, qara-ala cinsdən olan 7 yaşı 400-500 kq çəkili sağmal inəyin bazar dəyəri 4000-4500 manat təşkil edir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tələbində iddiaçı ona dəymiş maddi ziyana görə 5000 manat pulun tutulmasını tələb etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Bərdə şəhər "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, qara-ala cinsdən olan 7 yaşı 400-500 kq çəkili sağmal inəyin bazar dəyəri 4000-4500 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya 4000 manat məbləğində maddi ziyan dəymişdir və yüksək gərginlikli elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş qaydaların tələblərinə riayət olunmasını və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının təhlükəsizliyini və həmin zonaya kənar müdaxilələrin məhdudlaşdırılmasını təmin etmədiyindən 4000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci- maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziyana görə cavabdeh "xxxx" ASC-dən 4000 (dörd min) manat pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3242/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3242/2023
18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver