Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3243/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2685 (iki min altı yüz səksən beş) manat və ödənilmiş dövlət rüsumu 47 (qırx yeddi) manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 29 may 2023-cü il tarixdə saat 01:15 radələrində X2 etibarnamə ilə idarə etdiyi «Opel Vita» markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində hərəkətdə olan zaman onun idarə etdiyi «Toyota Carolla» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan «Toyota Carolla» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2025 (iki min iyirmi beş) manat maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı sığortacı "xxxx" ASC tərəfindən edilməmişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bu günədək avtomobilinə dəymiş maddi ziyanla bağlı cavabdeh tərəfindən süründürməçilik edilərək dəymiş zərər ödənilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsi ilə bağlı bütün sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 2025 (iki min iyirmi beş) manat, qüsur aktının tərtib edilməsi üçün servisə 100 manat xidmət haqqı, taksi xidmətindən istifadə etdiyindən 500 (beş yüz) manat, 60 manat dəbbə pulu təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və yazılı vəsatətlə məhkəməyə müraciət bildirmişdir ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonunun ərazisinə aid olduğundan mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonunun inzibati ərazisinə aid olduğundan, habelə iddianın çəkilmiş xərclərlə bağlı pul tələbi ilə əlaqədar olduğunu nəzərə alaraq mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3243/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3243/2023
01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver