Məhkəmə qərarları › İş №2(006)-3248/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3248/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3248/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "avtomobilin girovdan azad edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "avtomobilin girovdan azad edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan 24.08.2012-ci il tarixli 1049/12/PB №-li ipoteka(girov) müqaviləsi üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-də ipotekaya qoyulmuş “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı “kredit müqaviləsi yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2016cı il tarixli qətnaməsi ilə 24.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4502,38 ABŞ dolları əsas, 156,80 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə, cəmi 9659,18 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməklə açıq hərracda satılması, avtomobilin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, avtomobilin satışından artıq qalan vəsaitin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2016-cı il tarixli qətnaməsi ilə ödənilməli olan 5000 ABŞ dolları cərimənin 450 ABŞ dolları müəyyən edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilməməsi qət edilmişdir. İddiaçı icra vərəqəsinə əsasən Cavabdeh BOKT ASC-nə 5100 ABŞ dolları ödəniş etmiş, Nəsimi icra və probasiya şöbəsinin hesabına 7% ödəniş etmişdir. Lakin Cavabdeh BOKT ASC tərəfindən İddiaçı 24.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması və mülkiyyətində olan avtomobilin girovdan azad edilməsi barədə hər hansı bir sənəd təqdim edilmir. “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovda qalması İddiaçı avtomobilə dair mükiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək mülkiyyətində olan 24.08.2012-ci il tarixli 1049/12/PB №-li ipoteka(girov) müqaviləsi üzrə Cavabdeh BOKT ASC-də ipotekaya qoyulmuş “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka yüklülüyündən azad edilməsi, Cavabdeh BOKT ASC-nın hesabına ödənilmiş 3086,06 (üç min səksən altı manat altı qəpik) manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, Bakı Apellyasiya Məhkəməsinin 05.05.2017ci il tarixli qətnaməsində qeyd edilən 9,18 ABŞ dolları qalıq borcunu (əslində 10 ABŞ dolları) ödədiyini, ipotekaya qoyulmuş “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı vaxtı ilə ona düşən kompensasiyadan 3086,06 manat pulun qeyd edilən avtomobilin ödənişindən tutulduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında 24.08.2012-ci il tarixdə bağlanmış 1049/12/PB saylı ipoteka (girov) müqaviləsindən görünür ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında 24.08.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. Mülki işin materiallarında olan Cavabdeh BOKT ASC-nin İddiaçı ünvanladığı 04.12.2015-ci il tarixli borcun tələbi haqqında bildirişdən görünür ki, 24.08.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələb edilmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2016-cı il tarixli qətnaməsi ilə 24.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4502,38 ABŞ dolları əsas, 156,80 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə, cəmi 9659,18 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməklə açıq hərracda satılması, avtomobilin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, avtomobilin satışından artıq qalan vəsaitin İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(013)-4544/2017 saylı 05.05.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında 24.08.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 450 ABŞ dolları (qətnamənin icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərmaycan manatı ilə) məbləğində pulun İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi, Nəsimi Rayon Məhkəməsinin 07.11.2016-cı il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədilə 4502,38 (dörd min beş yüz iki ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları əsas, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədilə 156 (yüz əlli altı) ABŞ dolları 80 (səksən) sent məbləğində pulun (qətnamənin icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərmaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun İddiaçı tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 07.11.2016-cı il tarixli qətnaməsinin qaan hissəsinin, yəni Cavabdeh BOKT ASC ilə İddiaçı arasında 24.08.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış kredit borcun ödənilməsi məqsədilə ipoteka predmeti olan “BMW 540” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsinin, avtomobilin satışından artıq qalan vəsaitin İddiaçı qaytarılması hissəsinin hazırki apellyasiya baxışının predmetinin olmaması müəyyən edilmişdir. Mülki işin materiallarında olan 02.04.2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh BOKT ASC-yə 5100 (beş min yüz) ABŞ dolları pul ödənilmişdir. Mülki işin materiallarında olan Nəsimi icra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərovun 21.05.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(013)- 4544/2017 saylı 05.05.2017-ci il tarixli icra sənədi üzrə icraata (02.04.2018-ci il tarixli qəbzə əsasən icra sənədinin icrası təmin edilmişdir) xitam verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh BOKT ASC-nin Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanladığı məktubundan görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(013)- 4544/2017 saylı 05.05.2017-ci il tarixli icra sənədi üzrə 9,18 ABŞ dolları qalıq borcu qalmış və hazırda “BMW 540” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili girovdadır. Mülki işin materiallarında olan 07.05.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh BOKT ASC-yə 10 (on) ABŞ dolları pul ödənilmişdir. Mülki işin materiallarında olan Cavabdeh BOKT ASC-nin hesabdan çıxarışından görünür ki, İddiaçı 27.08.2012-ci il tarixli (25.000,00 ABŞ dolları məbləğində) kredit müqaviləsi üzrə 3086,06 manat kompensasiya məbləği ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasına ünvanladığı 01.04.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-dən 3086,06 manat pulun geri alınıb “xxxx” QSC-yə olan borcuna yönəldilməsi, ona məxsus ipoteka ilə yüklü edilmiş “BMW 540” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsi və borcunun tam ödənilməsi barədə məktub verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 22.05.2021-ci il tarixli məktubundan görünür ki, “BMW 540” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında Cavabdeh” BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. Mülki işin materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğu vasitəsilə daxil olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 09.06.2021-ci il tarixli 16-01918-2021 №-li məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh BOKT arasında bağlanmış 27.08.2012-ci il tarixli (25.000,00 ABŞ dolları məbləğində) kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş, həmn müqavilə üzrə İddiaçı cəmi 6304,81 manat kompensasiya məbləği hesablanmışdır. İddiaçı Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixə bu müqavilə yanaşı ləğv prosesində olan “Bank Standard” KB ilə bağlanılmış digər kredit müqaviləsi üzrə də ödəniş müddəti keçmiş kredit borcu mövcud olduğundan, hesablanmış kompensasiya İddiaçı sərəncamına verilməmiş, Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada hər iki borcun ödənilməsinə yönəldilmişdir. Nəticədə 6304,81 manat kompensasiyanın 3086,06 manat hissədə Cavabdeh BOKT ASC-d ə olan 27.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun azaldılmasına, qalan hissəsi isə “Bank Standard” KB-də olan kredit borcunun azaldılmasına hesablanmışdır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 10 (on) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Mülki Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aCavabdehn dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Belə ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, iddiaçı cavabdeh bank ilə bağladığı 24.08.2012-ci il kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 36 ay müddətinə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan “BMW 540” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda göstərilən kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Belə ki, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(013)-4544/2017 saylı 05.05.2017-ci il tarixli icra sənədinə əsasən 24.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh BOKT ASC-yə borclu olduğu 5100 (beş min yüz) ABŞ dolları pul ödənilmiş, Nəsimi icra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərovun 21.05.2018-ci il tarixli qərarına əsasən həmin icra sənədi üzrə icraata xitam verilmiş, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayət verilməmişdir. İddiaçı mülkiyyətində olan avtombilin ipoteka yüklülüyündən azad edilməsi və 3086,06 manat kompensasiya məbləğinin qaytarılması barədə banka və Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasına müraciət etmişdir. Cavabdeh BOKT ASC tərəfindən isə Bakı Apellyasiya Məhkəməsinin 2(013)-4544/2017 saylı 05.05.2017-ci il tarixli icra sənədi üzrə 9,18 ABŞ dolları qalıq borcun qalması göstrilərək borc öhdəliklərinin olduğu bildirilmişdir. Bundan sonra 24.08.2012-ci il tarixli kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş, həmin müqavilə üzrə İddiaçı 3086,06 manat kompensasiya məbləği hesablanmışdır. Bununla belə 07.05.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh BOKT ASC-yə 10 (on) ABŞ dolları pul ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Apellyasiya Məhkəməsinin 2(013)-4544/2017 saylı 05.05.2017-ci il tarixli qətnaməsinə əsasən təmin edilmiş pul tələbi iddiaçı (borclu) tərəfindən tam icra edilərək 5110 (beş min yüz on) ABŞ dolları məbləğində pul ödənilmiş və icra sənədi üzrə icraata 21.05.2018-ci il tarixdə xitam verilmişdir. Bundan sonra isə yani 19.04.2019-cu il tarixində İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh BOKT arasında bağlanmış 24.08.2012-ci il tarixli (25.000,00 ABŞ dolları məbləğində) kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşdüyündən banka yenidən 3086,06 manat məbləğində kompensasiya ödənilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan 24.08.2012-ci il tarixli 1049/12/PB №-li ipoteka(girov) müqaviləsi üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-də ipotekaya qoyulmuş “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka yüklülüyündən azad edilməli, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dən 3086,06 (üç min səksən altı manat altı qəpik) manat pul və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsində göstərilmişdir ki, iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizəsinin verilməsinə görə 500 (beş yüz) manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia tələbi üzrə iddiaçı həmçinin 3086,06 (üç min səksən altı manat altı qəpik) manat pulun geri qaytarılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsinin verilməsinə görə isə 10 (on) manat dövlət rüsumu ödəmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iş üzrə iddia təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı, qalan 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 24.08.2012-ci il tarixli 1049/12/PB №-li ipoteka(girov) müqaviləsi üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-də ipotekaya qoyulmuş “BMW 540” markalı, Ban-WBANB11020CL39259 nömrəli, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka yüklülüyündən azad edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dən 3086,06 (üç min səksən altı manat altı qəpik) manat pul və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar