Məhkəmə qərarları › İş №2(006)-3258/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3258/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3258/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMCyə (üçüncü şəxs qismində “Azərbaycan Kredit Bürosu» MMC cəlb edilməklə) qarşı «kredit müqaviləsi üzrə borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2014-cü il tarixli Baku3-4981-3583 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC tərəfindən bağışlanmış 10.623,31 ABŞ dolları məbləğində kredit borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı iddia ərizəsinə diqiqləşdirmə verərərək 25 sentyabr 2014-cü il tarixli Baku3-4981-3583 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC tərəfindən bağışlanmış 10.623,31 ABŞ dolları məbləğində kredit borcunun silinməsi və borcun olmaması barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə göndərilməsi öhdəliyinin "xxxx" BOKT MMCnin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli 2(003)-3216/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT Məhdıd Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X7ma, X2 və onoa qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiasının qismən təmin edilərək, "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli Baku3-4981-3583 saylı kredit müqaviləsinin ləğv edilməsi; X4, X1 və ondan "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 26482,13 ABŞ dolları əsas borc, 2448,24 ABŞ folları faiz, cərimə üzrə 150 ABŞ dolları olmaqla, cəmi 29080,37 (iyirmi doqquz min səksən dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla və 20 manat məbləğində notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, iddia ərizəsi üçün ödənilmiş 33 manat dövlət rüsumunun tutulması; tələbin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2147, 3 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, evin ilkin satış qiymətinin 27200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunan vəsait hesabına onun "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun ödənilməsi; ev satıldıqdan bir ay sonra onun və X5 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2147, 3 saylı evin 58 saylı mənzilindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. "xxxx" BOKT MMC tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 1131HO/OUT №-li məktubda bildirilmişdir ki, «İddiaçı verilmiş 32.000 ABŞ dolları kreditin təminatı kimi ipotekaya qoyulmuş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2147 ünvanında yerləşən 3 saylı evin 58 saylı mənzilinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5786/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən tutma yönəldilmişdir. Qeyd edilən icra sənədində ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən 27.200 (iyirmi yeddi min iki yüz) ABŞ dolları müəyyənləşdirilmiş və hərracın iştirakçısı olmadığına görə «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sonda 17.340 (on yeddi min üç yüz qırx) ABŞ dollarına ipoteka saxlayana təklif edilmiş və ipoteka saxlayan öz hüququndan istifadə edərək mənzili balansa qəbul etmişdir. Qeyd edilən icra sənədi Xəzər rayon İcra Şöbəsi tərəfindən mənzildən çıxarılma hissəsində tam icra edilmişdir. Hal-hazırda icra sənədi üzrə 11.740,37 ABŞ dolları kredit borcu mövcuddur». O, qalıq borcun silinməsi İlə bağlı müxtəlif vaxtlarda "xxxx" BOKT MMC-yə müraciət etmişdir. Müraciətlərinə cavab olaraq "xxxx" BOKT MMC tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 1511HO/OUT №-li məktubda bildirilmişdir ki, «"xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti bununla bəyan edir ki, İddiaçı ilə bağlanmış 25 sentyabr 2014-cü il tarixli BAKU3-4981-3583 saylı kredit müqaviləsi üzrə qalıq borcla bağlı İddiaçı qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də heç bir tələb irəli sürməyəcək. Bundan başqa, "xxxx" BOKT MMC tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 1971HO/OUT №-li məktubda bildirilmişdir ki, «İddiaçı 07 iyun 2021-ci il tarixli məktubuna əlavə olunmuş müraciətinə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən baxılmış və müvafiq araşdırma aparılmışdır. Borcalan İddiaçı "xxxx" BOKT MMC tərəfindən 25 sentyabr 2014-cü il tarixli BAKU3-4981-3583 saylı müqavilə əsasında 34.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 iyun 2021-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən İddiaçı qalıq borcla bağlı heç bir iddianın olmaması və gələcəkdə də olmayacağı barədə rəsmi məktub təqdim edilmişdir. İddiaçı faktiki borcu 10.623,31 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunan borcun İddiaçı tələb olunmayacağına baxmayaraq, MKR-də aktiv qalacaq. Eyni zamanda, pozulmuş hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət edə bilərsiniz». Qeyd olunan məktublardan göründüyü kimi, "xxxx" BOKT MMC 10.623,31 ABŞ dolları məbləğində borcunu bağışlamışdır. Hazırda "xxxx" BOKT MMC qarşısında icra edilməmiş heç bir öhdəliyi yoxdur. Lakin bağışlanmış borc "xxxx" BOKT MMC tərəfindən sistemdə silinmədiyindən Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) onun adına aktiv kredit borcu görünür. Bu səbəbindən başqa kredit təşkilatlarından kredit ala bilmir. Belə ki, kredit təşkilatlarına kredit almaq üçün müraciət etdikdə bildirilir ki, MKR-də adına ödənilməmiş kredit borcu görünür. Odur ki, ona yeni kredit vermirlər. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" BOKT MMC məhkəməyə 06 iyul 2022-ci il tarixli 1968/HO-OUT saylı məktub göndərərək, iddianı qəbul etdikləri və iddianın təmin olunmasına etiraz etmədikləri bildirilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan və cavabdeh "xxxx" BOKT MMC tərəfindən iddia etiraf edildiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 1511HO/OUT №-li məktubundan göründüyü kimi, "xxxx" BOKT MMC-nin İddiaçı ilə bağlanmış 25 sentyabr 2014-cü il tarixli BAKU3-4981-3583 saylı kredit müqaviləsi üzrə qalıq borcla bağlı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də heç bir tələb irəli sürməyəcək. "xxxx" BOKT MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 1971HO/OUT №-li məktubundan göründüyü kimi, İddiaçı 07 iyun 2021-ci il tarixli məktubuna əlavə olunmuş müraciətinə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətində baxılmış, müvafiq araşdırma aparılmış və bildirilmişdir ki, borcalan İddiaçı "xxxx" BOKT MMC tərəfindən 25 sentyabr 2014-cü il tarixli BAKU3-4981-3583 saylı müqavilə əsasında 34.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 iyun 2021-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən İddiaçı qalıq borcla bağlı heç bir iddianın olmaması və gələcəkdə də olmayacağı barədə rəsmi məktub təqdim edilmişdir. İddiaçı faktiki borcu 10.623,31 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunan borcun İddiaçı tələb olunmayacağına baxmayaraq, MKR-də aktiv qalacaq. Eyni zamanda, iddiaçıya pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, iddiaçının yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə qalıq borcu Bank Olmayan Kredit Təşkilatı tərəfindən faktiki olaraq iddiaçıya güzəşt edilmişdir (bağışlanmışdır). Lakin Mərkəzləşdirilmiş Kredit Reyestrində həmin borc qalığı aktiv qalır. Bu, iddiaçının eyni BOKT, digər BOKT və yaxud banklardan kredit almasına maneə yaradır. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddia tələbi əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan, həmçinin cavabdeh tərəfindən iddia etiraf edildiyindən təmin edilməli, 25 sentyabr 2014-cü il tarixli Baku3-4981-3583 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC tərəfindən bağışlanmış 10.623,31 ABŞ dolları məbləğində kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı adından silinməli və borcun olmaması barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə göndərilməsi öhdəliyinin "xxxx" BOKT MMCnin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25 sentyabr 2014-cü il tarixli Baku3-4981-3583 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC tərəfindən bağışlanmış 10.623,31 ABŞ dolları məbləğində kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı adından silinsin və və borcun olmaması barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə göndərilməsi öhdəliyinin "xxxx" BOKT MMCnin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar