Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-327/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı vəkili-nümayəndəsi, Cavabdeh3 vəkili Vəkil, Cavabdeh-iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi və s.”, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 119842-1-11437 nömrəli baş krediti razılaşması və xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə İddiaçı, həmin müqavilələrin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 127040-7-7393 nömrəli zaminlik müqaviləsi və xx.xx.2014-cü il tarixli, 121721-NEDVİJ-2334 nömrəli daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh3 aktiv öhdəliklərinin olmasına dair Cavabdeh2 mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın həmin Cəmiyyətin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, həmin məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli baş kredit razılaşmasına əsasən, bank tərəfindən iddiaçıya 10 il müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə əsasında iddiaçının bankla bağladığı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən, iddiaçı Cavabdeh1 ASC-dən 48 ay müddətinə qaytarılmaq şərtilə 19 faiz dərəcəsi ilə 127000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçının atası Cavabdeh3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsinin bağlanmasından bir müddət sonra kredit borcunu qaytara bilməmiş, buna görə də Cavabdeh1 ASC “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 114555,78 ABŞ dolları məbləğində borcun və digər məhkəmə xərclərinin hazırki iş üzrə iddiaçı və atası Cavabdeh3 tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin 305000 manat ilkin satış qiyməti müəyyən edilməklə hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bundan sonra əmlakla bağlı ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti banka təklif olunmuş, bank təklifi qəbul etmiş və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanılmaqla ipoteka predmeti 227750 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Daha sonra hazırki iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 375000 manat müəyən edilməsi qərara alınmışdır. Həmçinin, “icrada geri dönüş edilməsi barədə” ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-11976/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi, 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılması üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti barədə ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, əmlak 281250 manat qiymətlə banka təklif olunmuş və bank təklifi qəbul etmişdir. Bununla da icra sənədi tam icra olunmuş, ipoteka predmetinin hərracdan realizə edilməsi nəticəsində banka olan bütün borc bağlanmış, qalan məbləğ, yəni 72815,63 manat isə ipoteka qoyan – hazırki iş üzrə iddiaçının atası Cavabdeh3 bankda açılmış hesabına köçürülməklə ona qaytarılmışdır. Beləliklə, xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən iddiaçının Cavabdeh1 ASC qarşısında ödənilməmiş borcu qalmamışdır. Buna baxmayaraq, hal-hazırda Azərbaycan Kredit Bürosunun mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında mövcud olan aktiv öhdəlikləri barəsində məlumatlar mövcuddur. İddiaçı bu barədə şifahi, daha sonra yazılı qaydada Cavabdeh1 ASC-yə müraciət edərək, sözügedən aktiv öhdəliklər barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi barədə müvafiq göstərişlər verilməsini xahiş etmiş, lakin həmin müraciətlərə bank tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “...İddiaçı bank qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunmaması səbəbindən müraciətdə qeyd olunan məsələnin həyata keçirilməsi bank tərəfindən mümkün deyildir...”. Bankın mövqeyi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərdən də görünür ki, iddiaçının atası Cavabdeh3 məxsus fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması nəticəsində xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə borc tam şəkildə ödənilmiş, icra haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, qalıq məbləğ ipoteka qoyana geri qaytarılmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Əgər kredit müqaviləsi üzrə borc tam şəkildə bağlanmamış olsa idi, 72815,63 manat pul ipoteka qoyan Cavabdeh3 qaytarıla bilməzdi. Beləliklə, iddiaçı hesab edir ki, kredit borcu tam şəkildə ödənildiyinə görə xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə onun öhdəliklərinə avtomatik xitam verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərə, həmin öhdəliklərin icrasının təminatı olan zaminliyə və ipotekaya xitam verildiyi təqdirdə, bu müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair Cavabdeh2 MMC-nin mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatlar da çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (оn doqquz min üç yüz оn yeddi dollar 22 sent) АВŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiiyi tаriхdən, уəni xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 (otuz bir min yeddi yüz səksən bеş dollar 86 sent) ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 252,11 (iki yüz əlli iki manat 11 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının əvəzinin cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq "Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”nə əsasən bank tərəfindən istehlak məqsədləri üçün 48 ay müddətinə 127000 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı isə həmin krediti qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19 % ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş kreditin təminatı kimi 121721-NEDVİJ-2334 nömrəli, xx.xx.2014-cü il tarixli “daşınmaz əmlak ipoteka müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, “Kоmmеrsiуа krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 ilə 121721-7-7414 nömrəli xx.xx.2014-cü il tаriхli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əladəar olaraq Cavabdeh1 ASC tərəfindən İddiaçı və Cavabdeh3 pretenziya məktubları və bildirişlər göndərilmiş, lakin öhdəliklər icra edilməmişdir. Bu səbəbdən bank tərəfindən İddiaçı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə ödənilməmiş 101.669,54 ABŞ dolları əsas borc, 12.860,24 ABŞ dolları faiz borcu, 26,00 ABŞ dolları cərimə olmaqla, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58.80 manat məhkəmə xərclərinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi və evin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tаriхli, 119842-1-11437 saylı baş kredit razılaşması və xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 98 faizi, yəni 294 manatın cavabdehlər İddiaçı və Cavabdeh3, 2 faizi, yəni 6 manatın Cavabdeh1 ASC-yə aid edilməklə onlardan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11976/2019 nömrəli 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 169/2020 nömrəli 21 yanvar 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11976/2019 nömrəli 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11976/2019 nömrəli 01 oktyabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələbin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) icra sənədində göstərilmiş tələbləri könüllü icra etməmişlər. Bu səbəbdən Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11976/2019 nömrəli 01 oktyabr 2019cu il tarixli icra vərəqəsinin icra edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satılması üçün 44728/2020-5 R nömrəli xx.xx.2020-ci il tarixli sifariş verilmiş və həmin sifarişə əsasən "xxxx" MMC tərəfindən hərrac təşkil edilərək keçirilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə 10 dekabr 2020-ci il tarixli 54/01-03 nömrəli protokolundan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlak 281.250 AZN-ə ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Bununla da Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11976/2019 nömrəli 01 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi borcun tutulması hissəsində, yəni xx.xx.2014cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş borcun tutulması hissəsində icra olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş borc tutulmuş, lakin həmin qətnamə ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə icra edilmişdir. xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsinin müddəti isə xx.xx.2018-cil il tarixdə bitmişdir. Bu səbəbdən qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2018-cil il tarixə kimi müqavilə şərtlərinə əsasən 19317.22 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Bundan başqa, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2018-cil il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək illik 5 faiz hesabı ilə 12468.64 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Tərəflər arasında bağlanmış 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”nin 2.1-ci bəndinə əsasən ... “kredit alan” kreditdən istifadəyə görə “bank”a illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən kredit 48 ay müddətinə verilmişdir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “bank”a tam icra olunduğu andan qüvvədən düşür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsi ləğv edilsə də, məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-169/2020 nömrəli 21 yanvar 2020-ci il tarixli qərarının qəbul edilməsi ilə qanuni qüvvəsini almışdır. Həmçinin, zaminlərin də mülki məsuliyyəti vardır. Belə ki, zamin “kredit müqaviləsi” üzrə zamin olduğundan, kredit məbləğinin və həmin məbləğə hesablanmış faizlərin (istifadə haqqının), zərərin və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, tərəflər arasındakı müqavilə münasibətləri kredit müqaviləsi imzalandığı tarixdə yaranmış və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunduğu ana qədər davam etmişdir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində faizlərin (istifadə haqqının) və vurulmuş zərərin əvəzi olaraq illik 5% hesabı ilə faizlərin hesablanması əsaslıdır və bank həmin faizləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən cavabdehlərə pretenziya məktubları göndərilərək, müqaviləyə əsasən hesablanmış faizlərin 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə isə qanunvericiliyə uyğun bank tərəfindən müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, lakin bu heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən, 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə şərtlərinə əsasən 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2018-cil il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək illik 5 faiz hesabı ilə 12468.64 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 31785.86 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalıdır. Cavabdehlər İddiaçı və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə təqdim edərək, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbində bank xx.xx.2014-cü il tаriхli kоmmеrsiуа krediti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tаriхdən ipoteka predmetinin açıq hərracdan bankın mülkiyyətinə verildiyi (borcun ödənildiyi) xx.xx.2020-ci il tarixədək 5 faiz hesablamaqla 12.468,64 ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulmasını tələb etmiş və bu barədə mövqeyini MM-nin 445.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır. İşin hallarından görünür ki, iddiaçının 5 faiz hesablama aparıldığı müddət (xx.xx.2018-xx.xx.2020-ci il tarixləri) kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinin təmin edilməsi məqsədilə hərracların keçirildiyi dövrdür. Belə ki, Cavabdeh1 ASC iddia tələbində ipoteka predmetinin 183.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmasını tələb etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 305.000 manat müəyyən edilmiş, bu qiymətlə ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti 227.750 manat qiyməti ilə xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilmiş, lakin sonradan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilkin satış qiyməti hissəsində mübahisələndirmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 375.000 manat müəyyən edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-11976/2019 saylı qərardadı ilə icrada dönüş edilməsi nəticəsində xx.xx.2018-ci il tarixli hərrac protokolu və müqavilə ləğv edilmiş, ipoteka predmeti Cavabdeh3 mülkiyyətinə qaytarılmış, bundan sonra ipoteka predmeti 375.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılmış, hərraclar baş tutmamış və ipoteka predmeti 281.250 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Göründüyü kimi, bankın 5 faiz hesablamaqla 12.468,64 ABŞ dolları tələb etdiyi müddət üzrə pulun ödənilməsinin gecikdirilməsinin səbəbi Cavabdeh1 ASC-nin ipoteka predmetinin ilkin satış qiymətinin həddindən aşağı, yəni 183.000 manat müəyyən edilməsini tələb etməsi, birinci instansiya məhkəməsinin qətnaməsi əsasında ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi (305000) və həmin ilkin satış qiyməti əsasında da qanunsuz hərracların keçirilməsi, bu hərracların icrada geri dönüş qərardadı ilə ləğv edilib yenidən hərracların keçirilməsi olmuşdur. Başqa sözlə, borcun vaxtında ödənilməməsi bankın ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı irəli sürdüyü əsassız tələblərlə bağlı olmuşdur. Göründüyü kimi, bu müddətdə gedən proseslərdə cavabdehlərin təqsirli hərəkəti olmamış, bu gecikmə onların iradəsindən asılı olmayan hallardan baş vermişdir. Qanunvericiliyin tələbinə əsasən isə bu hal borcun gecikdirilməsi sayılmır. Bununla yanaşı, iddia həm də ona görə rədd edilməlidir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Tərəflər arasında bağlanmış kоmmеrsiуа krediti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Bank iddiasında xx.xx.2016-cı il tarixdən müqavilə bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19.317,22 ABŞ dolları pulu və bu məbləğdən törəyən digər faizləri tələb edir. Halbuki, müqavilə müddətinin bitməsindən (xx.xx.2018-ci il) 4 il 5 ay keçdikdən sonra iddiaçı cavabdehlərə qarşı bir tələb irəli sürməklə iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” ilə bağlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4442/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair 2(005)-4442/2022 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair 2(006)- 4748/2022 saylı mülki işin birləşdirilmələri, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(006)- 4748/2022 nömrəsinin verilməsi, mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı vəkili-nümayəndəsi, Cavabdeh3 vəkili Vəkil iddia ərizəsinə etiraza əlavə təqdim edərək, Cavabdeh1 ASC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, hər iki tələb əsassızdır. Belə ki, tərəflər arasında müqavilənin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz tələbi iddia müddəti ötürülməklə verildiyindən həmin tələb rədd edilməlidir. İkinci tələblə bağlı isə nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitmədən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı açıq hərrac keçirilmiş və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanılmaqla ipoteka predmeti 227750 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsindən sonrakı digər hərəkətlər, yəni məhkəmə qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və bunun əsasında icrada dönüş edilərək müəyyən edilmiş yeni qiymət əsasında yeni hərracın keçirilməsi İddiaçı və Cavabdeh3 hər hansı təqsirli hərəkətindən baş verməmişdir. Məhkəmə baxış iclasında iddiaçı-cavabdeh İddiaçı vəkili-nümayəndəsi, Cavabdeh3 vəkili Vəkil bildirdi ki, tərəflər arasında olan müqavilə üzrə kredit istehlak məqsədilə verilmişdir. İddiaçı iddiasını müdafiə edib, həmin iddianın təmin, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiasına etiraz edib, həmin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh-iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə da bildirdi ki, tərəflər arasında olan müqavilə üzrə kredit istehlak məqsədilə verilmiş, lakin yanlışlıq olaraq müqavilənin adı kommersiya krediti müqaviləsi göstərilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiasını müdafiə edib, iddianın təmin edilməsini, İddiaçı iddiasının isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tаriхli, 119842-1-11437 №-li baş kredit razılaşmasından görünür ki, bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Cavabdeh1 ASC İddiaçı ******* (bir milyon) dollar (və ya AZN ekvivalenti) məbləğində kredit xətti açır. Bu razılaşma bankın kredit alana kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kredit(lər) bu razılaşma əsasında tərəflər arasında “kredit müqaviləsi” və “bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında verilir. Bank bu razılaşma və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx.xx.2014-cü il tаriхindən xx.xx.2024-cü il tarixinədək açır və kredit alan yalnız yuxarıda qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər. Bu kredit xətti bankın məqbul hesab etdiyi girov/ipoteka və digər təminat ilə kredit alan və/və ya üçüncü şəxslər tərəfindən təmin edilir. Kredit alan bankın verdiyi kreditlərdən yalnız müvafiq kredit müqaviləsi(ləri)ndə göstərilmiş məqsəd üçün istifadə etməyi öz öhdəsinə götürür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kommersiya krediti müqaviləsindən görünür ki, bu müqaviləyə görə, Cavabdeh1 ASC İddiaçı istehlak məqsədilə 48 ay müddətinə, 127.000 (bir yüz iyirmi yeddi min) ABŞ dolları məbləğində kredit verməyi, İddiaçı isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Cavabdeh1 ASC-yə illik 19 % (on doqquz faiz) ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş 101.669,554 ABŞ dolları əsas borc, 12.860,24 ABŞ dolları faiz borcu, 26,00 ABŞ dolları cərimə olmaqla, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58.80 manat məhkəmə xərclərinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi və evin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış sahəsi, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tаriхli, 119842-1-11437 saylı baş kredit razılaşması və xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 98 faizi, yəni 294 manatın İddiaçı və Cavabdeh3, 2 faizi, yəni 6 manatın Cavabdeh1 ASC-yə aid edilməklə onlardan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan “X2” MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 29/1 nömrəli protokolundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli icra vərəqəsinin və Yasamal rayon İcra Şöbəsinin 7/72-295628-xx/xx- 3125 saylı, xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin hərrac qiyməti 305 000 (üç yüz beş min) manat müəyyən edilmiş, Cavabdeh1 ASC-nin xx.xx.2018-ci il tarixli 2067 saylı məktubuna əsasən ipoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 228750 (iki yüz iyirmi səkkiz min yeddi yüz əlli) manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşlıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. Mülki işin materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən 228750 manata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 27 mart 2018-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsində düzəliş edilərək, nəticə hissəsində 3-cü abzasın “tutma ipotekaya qoyulmuş, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305000 (üç yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satışı yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin” kimi oxunması qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı mülki iş üzrə qəbul etdiyi 31 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(102)-169/2020 saylı qərarı ilə qüvvəyə minmişdir. Mülki işin materiallarında olan “A” formatlı 44728/5 nömrəli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11976/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Cavabdeh3 hesabına 72815,63 manat məbləğində vəsait köçürülmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 yanvar 2020ci il tarixli, 2(102)-169/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375 000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 11976/2019 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə icraya dönüş və yeni icra vərəqəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 11976/2019 saylı qərardadından görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyətinin bərpa edilərək Cavabdeh3 mülkiyyətinə qaytarılması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 38/02 nömrəli Protokolundan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin ilkin qiymətlə, yəni 375000 (üç yüz yetmiş beş min) manata olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən elan dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 54/01-03 nömrəli protokolundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11976/2019 saylı 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsinin və Yasamal rayon İcra Şöbəsinin 44728/2020-5 R saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun, Cavabdeh1 ASC-nin 5305 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən ipoteka predmetinin (fərdi yaşayış evinin) ilkin satış qiyməti 375000 (üç yüz yetmiş beş min) manat və təkrar hərracdakı satış qiyməti 375000 (üç yüz yetmiş beş min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan qiyməti 281250 (iki yüz səksən bir min iki yüz əlli) manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi. Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SF-13750 nömrəli çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh1 ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə (kreditin məbləği: 127000 ABŞ dolları) 19317.22 manat məbləğində faiz borcu vardır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış və banka xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, Cavabdeh3 icra sənədi tam şəkildə icra olunduğundan və qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişlər onun tərəfindən təmin edildiyindən, hesablanmış qanunsuz faiz borcunun silinməsi və bu barədə Cavabdeh2na məlumat verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2022-ci il tarixli 2814 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı bank qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunmaması səbəbindən müraciətdə qeyd edilən məsələnin həyata keçirilməsi bank tərəfindən mümkün deyildir. Bank qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunduğu təqdirdə, qeyd edilən məsələnin həyata keçirilməsi mümkün olacaqdır. Müştəri tərəfindən borc öhdəliyi tam icra edilmədiyi təqdirdə isə Bank tərəfindən Azərbaycan Respublikasının Qanunverciliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. Mülki işin materiallarında olan Cavabdeh1 ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş arayışdan görünür ki, İddiaçı Cavabdeh1 ASC-yə 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kommersiya kredit müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixə olan əsas borcu 101669.54 USD, faiz borcu 12860.24 USD və cərimə borcu 2726.00 USD olmaqla, cəmi 117255.78 USD; müqavilə bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə olan əsas borcu 101669.54 USD, faiz borcu 32177.46 USD və cərimə borcu 2726.00 USD olmaqla, cəmi 136573.00 USD; qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən əsas borcu 101669.54 USD, faiz borcu 12860.24 USD və cərimə borcu 26.00 USD olmaqla, cəmi 114555.78 USD olmuşdur. xx.xx.2020-ci il tarixli 54/01-03 nömrəli Hərrac Təşkilatının hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmeti Bank tərəfindən əldə edilmiş və qətnamə icra edilmişdir. İddiaçı Cavabdeh1 ASC-yə 119842-1-11437/1 №-li xx.xx.2014cü il tаriхli “Kommersiya kredit müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixdən müqavilə müddəti bitdiyi tarixə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi hesablanmış faiz borcu 19317.22 USD təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdiyi tаriхdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək illik 5 (beş) faiz hesabı hesablanmış faiz 12468.64 USD təşkil edir. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ödənilməli olan pul məbləği: xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müqavilə faizi hesablanmış faiz 19317.22 USD, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 (beş) faiz hesabı hesablanmış faiz 12468.64 USD, cəmi 31785.86 USD təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh1 ilə İddiaçı və Cavabdeh3 arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə sonuncular tərəfindən xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (оn doqquz min üç yüz оn yeddi dollar 22 sent) АВŞ dolları məbləğində faiz borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaən müqavilə müddəti bitdiyi tаriхdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 (otuz bir min yeddi yüz səksən bеş dollar 86 sent) ABŞ dolları məbləğində pulun 3 (üç) iş günü ərzində İddiaçı və Cavabdeh3 tərəfindən ödənilməsi tələb olunmuş, əgər göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə, bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədilə pul tələblərinin ödənilməsi üçün qanunverciliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2022-ci il tarixində 697333 saylı qaimə ilə ünvan 1 ünvanında yaşayan İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. İddiaçı qeyd olunan ünvanda aşkar olunmamış və göstərilən ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamış, ***-***-**-** saylı telefon nömrəsi başqa şəxsə aid olduğundan məktub ünvana geri qaytarılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2022-ci il tarixində 697334 saylı qaimə ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh3 məktubun göndərilməsi sifariş edilmişdir. Cavabdeh3 qeyd olunan ünvanda aşkar olunmamış və göstərilən ***-***-**-** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamış, ***-***-**-** saylı telefon nömrəsi başqa şəxsə aid olduğundan məktub ünvana geri qaytarılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2022-ci il tarixində 697335 saylı qaimə ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh3 məktubun göndərilməsi sifariş edilmişdir. Cavabdeh3 qeyd olunan ünvanda aşkar olunmamış və göstərilən ***-***-**-** saylı telefon nömrəsi başqa şəxsə aid olduğundan məktub ünvana geri qaytarılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı icra sənədinin Suraxanı rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Mülki işin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclular İddiaçı və Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-11976/2019 saylı icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə Cavabdeh1 ASC tərəfindən 252.11 (iki yüz əlli iki manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh1 ilə İddiaçı və Cavabdeh3 arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə sonuncular tərəfindən xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (оn doqquz min üç yüz оn yeddi dollar 22 sent) АВŞ dolları məbləğində faiz borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaən müqavilə müddəti bitdiyi tаriхdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 (otuz bir min yeddi yüz səksən bеş dollar 86 sent) ABŞ dolları məbləğində pulun 3 (üç) iş günü ərzində İddiaçı və Cavabdeh3 tərəfindən ödənilməsi tələb olunmuş, əgər göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə, bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədilə pul tələblərinin ödənilməsi üçün qanunverciliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət edəiləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2022-ci il tarixində 719111 saylı qaimə ilə ünvan 3 ünvanında yaşayan İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Qeyd olunan ***-***-**-** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamış və ünvan aşkarlanmadığından məktub ünvana geri qaytarılmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 4a nömrəli fərdi yaşayış evi boşaldılaraq tələbkar Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 təhvil verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 ASC tərəfindən Yasamal rayon icra şöbəsinə, Suraxanı rayon icra şöbəsinə və Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı və qeyrisi tərəfindən bankın onlara qarşı olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə tələbi tam icra edilmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsinə əsasən qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Suraxanı rayon icra şöbəsinin b/icra məmuru Teymur Bayramovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-11976/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı «iddiaçının aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın təqdim edilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmış, iddiaçıya izah edilmişdir ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Eyni zamanda, qərardaddan şikayət vermə müddəti və qaydası göstərilmişdir. Qərardad üzrə verilmiş icra sənədi əsasında xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində pulun iddiaçıya geri qaytarılması təmin olunmuşdur. İddiaçı vəkili-nümayəndəsi Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4748/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı «iddiaçının aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın təqdim edilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi və s.» tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, işin məhkəmədə baxılmağa hazırlanmasının vaxtı təyin edilmiş, cavabdehlərə iş üzrə mülahizə və etirazlarını, onları təsdiq edən sənədləri təqdim etmək təklif olunmuş, qərardaddan şikayət verilməsinin nəzərdə tutulmaması tərəflərin diqqətinə çatdırılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə baş kredit razılaşması bağlanaraq, bank tərəfindən Ş.İbrahimə ******* ABŞ dolları (və ya AZN ekvivalenti) məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə əsasında tərəflər arasında həmin tarixdə kommersiya krediti müqaviləsi bağlanaraq, bank tərəfindən Ş.İbrahimə illik 19 faiz ödəmək və 48 ay müddətində geri qaytarmaq şərtilə istehlak məqsədilə 127000 ABŞ dolları məbləğində kredit verilmiş, bu müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 ilə bank arasında zaminlik və ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklər tam icra edilmədiyindən tərəflər arasında yaranmış məhkəmə mübahisəsi nəticəsində qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmetinə iddia tələbi həddində tutma yönəldilmiş, artıq qalan məbləğ isə ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi Ş.Akifin hesabına köçürülmüş, bankın icra şöbəsinə ünvanladığı icra sənədi üzrə tələbin tam təmin edilməsi səbəbindən icraata xitam verilməsi barədə ərizəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş kredit razılaşması və kommersiya krediti müqaviləsi üzrə onun, zaminlik və ipoteka müqavilələri üzrə isə atası Cavabdeh3 mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəsinin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 ASC isə müvafiq iddia ərizəsi ilə müraciət edərək, kommersiya krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində məhkəməyə müraciət edildiyi xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 ABŞ dolları məbləğində pulun İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq "Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə İddiaçı iddia tələbinin “baş kredit razılaşması və kommersiya krediti müqaviləsi üzrə mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəsinin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmaları nəticəsində tələbin qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli SF-13750 nömrəli çıxarışından məlum olur ki, İddiaçı Cavabdeh1 ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə (kreditin məbləği: 127000 ABŞ dolları) aktiv öhdəliyi vardır. Yuxarıda da qeyd edildiyi kimi, həmin müqavilə üzrə yaranmış məhkəmə mübahisəsi nəticəsində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələb tam təmin edildiyindən bankın öz ərizəsi əsasında icra məmurunun müvafiq qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhz həmin müqavilə üzrə Ş.İbrahimin aktiv öhdəliyinin mövcud olmadığı nəticəsinə gələrək məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2014cü il tarixli, 119842-1-11437/1 nömrəli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların (təsdiqləyici hesabatın) Cavabdeh2nə verilməsinə dair öhdəlik Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd edilən tələbin təmin edilməyən “xx.xx.2014-cü il tarixli baş kredit razılaşması ilə əlaqədar məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan sübutlardan (mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan, bankın maliyyə arayışından və s.) həmin razılaşma üzrə Ş.İbrahimin aktiv öhdəliyinin olması müşahidə edilmir. İddiaçı bu tələbini əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda qeyd edilən tələbin təmin edilməyən “məlumatların reyestrdən çıxarılması vəzifəsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, hazırki qətnamə qanuni qüvvəsini alıb icra edildikdən, yəni bank tərəfindən kommersiya krediti müqaviləsi üzrə aktiv öhdəliyin olmamasına dair müvafiq məlumatlar Büroya təqdim edildikdən sonra həmin məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi Büro tərəfindən həyata keçirilməlidir. Əgər həmin vaxt Büro qeyd edilən məlumatları reyestrə daxil etməkdən imtina edərsə, bu zaman iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Lakin hazırda belə bir mübahisə olmadığından, tələbin təmin edilməsinə də zərurət yoxdur. Cavabdeh2 MMC-nin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş «Cavabdeh2na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları»nın 4.2-ci bəndinə görə, Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İddia tələbinin “zaminlik və ipoteka müqavilələri üzrə Cavabdeh3 mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəsinin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, göründüyü kimi, hazırki tələblə iddiaçı qismində yalnız İddiaçı müraciət etmişdir. Lakin qeyd edilməlidir ki, onun qeyd edilən tələbə subyektiv hüququ yoxdur. Belə ki, bu məsələ üzrə tələb hüququ məhz Ş.Akifin özünə məxsus olan hüquqdur və həmin tələblə məhz Ş.Akifin özü məhkəməyə müraciət etməlidir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş hazırlıq iclaslarında Ş.Akifin nə özü, nə də vəkili (həm də digər İddiaçı vəkili-nümayəndəsi) Y.Araz iştirak etmədiyindən (ərizə təqdim edərək, iştirakları olmadan baxılmasını xahiş etmişdir), məhkəmə tərəfindən Ş.Akifin iddiaçı qismində işə cəlb olunması tərəfə təklif edilə bilməmişdir. Hazırki baxış iclasında isə başqa iddiaçının cəlb edilməsinə prosessual qanunvericiliyin tələbləri imkan vermir. Qeyd edilənlərə əsasən və İddiaçı hazırki tələbə subyektiv hüququ olmadığından məhkəmə hesab edir ki, tələb təmin edilməməlidir. Eyni zamanda, tərəflərin diqqətinə çatdırılır ki, Cavabdeh3 qeyd edilən tələblə zaminlik və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair sübutları iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmək hüququ vardır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların (təsdiqləyici hesabatın) Cavabdeh2nə verilməsinə dair öhdəlik Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin “kommersiya krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində məhkəməyə müraciət edildiyi xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı)” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin “vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faiz” hissəsinə münasibətdə qeyd edir ki, tələb əsassızdır. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq, tələbin əsaslı olması üçün borclu təqsirli olaraq icranı gecikdirməlidir. Lakin məhkəmə tərəfindən bankın iddia tələbinin dəlilləri və 2(103)-11976/2019 saylı mülki işin materialları müvafiq qaydada araşdırılan zaman məlum olmuşdur ki, cavabdehlər İddiaçı və Cavabdeh3 İbrahim oğlunun bankın iddia etdiyi kimi həmin məhkəmə qətnaməsinin icrasının gecikməsində təqsirləri olmamışdır. Gecikdirmənin təqsirli olması həm də borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi və faydalanmasını şərtləndirmiş olur. Ona görə mülki qanunvericiliyin məqsədi də borclunun kreditora verməli olduğu vəsaitdən təqsirli olaraq qanunsuz şəkildə istifadə etməsinin və faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Əks halda borclunun da həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5-ci maddəsinə görə, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1-445.2-ci, 445.7-ci maddələrinə müvafiq olaraq, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 448.1-448.2-ci maddələrinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göründüyü kimi, mülki qanunvericilik mülki hüquq subyektləri arasında müqavilə üzrə öhdəliklərin pozulmasından irəli gələn zərərin ödənilməsi üçün belə zərərin yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində vurulmuş olmasını, borclunun öz öhdəliklərinin məhz təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıdığını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-ci il tarixli qərarına əsasən: Qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bu qərarda formalaşan hüquqi mövqeyə görə, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Lakin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası əsassız olduğundan, həmin iddia üzrə cavabdeh tərəfin (Ş.Akifin vəkili, Ş.İbrahimin vəkili-nümayəndəsi) vermiş olduğu iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən təmin edildiyindən, onun tərəfindən iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, qalan 50 (əlli) manat hissəsi İddiaçı aid edilməli, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilmədiyindən, həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 ASCnin özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların (təsdiqləyici hesabatın) Cavabdeh2nə verilməsinə dair öhdəlik Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı iddiası üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 50 (əlli) manat hissəsi İddiaçı aid edilsin. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-327/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-327/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver