Məhkəmə qərarları › İş №2(006)-329/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-329/2022

17.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-329/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5A, mənzil 1-ə bitişik qanunsuz tikilmiş qarajın sökülməsi və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş RX seriyalı, ******* nömrəli, 12.12.2012-ci il tarixli çıxarışdan da göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5A, mənzil 1 iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, hazırda cavabdehə məxsus qaraj onun mülkiyyət hüququnu tam həyata keçirməyə mane olur. Həmin qaraj hazırda onun xüsusi mülkiyyətində olan mənzilə bitişikdir. Qaraj faktiki olaraq Cavabdeh istifadəsindədir. Həmin qaraj mənzilin pəncərələrinə maneə yaradır və sərbəst şəkildə pəncərənin açılmasına və həmin pəncərədən istifadə edilməsinə maneə yaradır. Eyni zamanda qarajın üzərinə tökülən sular mənzilə sızma vermək təhlükəsi yaradır. Xüsusilə qeyd olunur ki, cavabdehə məxsus qarajın sənədləri yoxdur. Mübahisəli qaraj hazırda onun mənzildən istifadə hüququnu məhdudlaşdırdığı üçün sökülməli və mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr aradan qaldırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabacadan lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir (AR MPM 185.5-ci maddə-Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır). Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1501 nömrəli reyestr kitabının 137021 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən verilən mənzilin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 33.8 m2, yaşayış sahəsi isə 17.2 m2-dir. İş materiallarında olan Mənzil-Tikinti Kooperativindən verilən 13 №-li, 03.08.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Mənzil-Tikinti Kooperativindən verilən 14 №-li, 03.08.2021-ci il tarixli Arayışdan isə görünür ki, Bakı şəhəri, Ə.İsgəndərov küçəsi, ev 5A, mənzil 1-ə bitişik qaraj mövcuddur. Həmin qarajın heç bir sənədi mövcud deyildir. Həmin qaraj faktiki olaraq Cavabdeh istifadəsindədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5629/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli, 10/6088 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın 1-çi sualının cavablandırılması tikinti ekspertinin səlahiyyətləri xariçində olduğundan həmin sual üzrə tədqiqat aparılmadı. 2-çi sual üzrə mülki iş materiallarında müvafiq icra orqanının mübahisə mübahisə predmeti olan qaraj tikilisinin tikintiyə içazə verilməsi barədə qərarın olmadığı nazara alaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləmsinin 75-çi maddəsinin müvafiq bəndlərinin tələblərinin pozuldluğu müəyyən edilir. 3-cü sual üzrə mübahisə predmeti olan qarajın tikilisinin giriş qapısına nisbətdə sol divarı ilə Nəsimi rayonu, Ə.İsgəndərov küçəsində yerləşən 5a saylı yaşayış binası faktiki olaraq bitişik vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinin tələblərinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5a, mənzil 01 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5A, mənzil 1 iddiaçının xüsusı mülkiyyətindədir. Cavabdehin qaraji iddiaçıya məxsus mənzilınə faktiki olaraq bitişik vəziyyətdə tikilmişdir. Qaraj faktiki olaraq Cavabdeh istifadəsindədir. Həmin qaraj mənzilin pəncərələrinə maneə yaradır və sərbəst şəkildə pəncərənin açılmasına və həmin pəncərədən istifadə edilməsinə imkan vermir. Eyni zamanda qarajın üzərinə tökülən sular mənzilə sızma vermək təhlükəsi yaradır. Cavabdehə məxsus qarajın sənədləri yoxdur. Mübahisəli qaraj hazırda iddiaçının mənzildən istifadə hüququnu məhdudlaşdırır, cavabdehə məxsus qaraj onun mülkiyyət hüququnu tam həyata keçirməyə mane olur. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus olan qeyd olunan mənzilin mübahisə predmeti olan qaraj tikilisinin giriş qapısına nisbətdə sol divarı ilə Nəsimi rayonu, Ə.İsgəndərov küçəsində yerləşən 5a saylı yaşayış binasına faktiki olaraq bitişik vəziyyətdə tikilməsi, qaraj tikilisinin tikintiyə icazə verilməsi barədə qərarın olmadığını və bununla da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin pozulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin faktiki istifadəsində olan ünvan 3 ünvanına bitişik qanunsuz tikilmiş qaraj sökülməli və maneə aradan qaldırılmalı, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehin faktiki istifadəsində olan ünvan 3 ünvanına bitişik qanunsuz tikilmiş qaraj sökülsün və maneə aradan qaldırılsın. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar