Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3293/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6245/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 15 dekabr 2009-cu il təvəllüdlü X2 üçün 200 manat pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları 23 dekabr 2008-ci il tarixdə rəsmiləşdirilmiş və bu barədə X6 tərəfindən həmin tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından 15 dekabr 2009-cu il tarixdə X4 dünyaya gəlmişdir. Cavabdeh ilə aralarında olan 23 dekabr 2008-ci il tarixli nikah Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-6245/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşağın onun himayəsində saxlanılması və 21.06.2017-ci il tarixdən başlayaraq, 15 dekabr 2009-cu il təvəllüdlü X2 üçün hər ay 136.6 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. 136 manat aliment uşağın minimal tələblərini belə ödəməyə yetmir. Həmin məbləğ uşağın zəruri tələbatlarını qismən də olsa ödəməyə kifayət etmədiyi üçün bu hal azyaşlı övladının hüquqlarının pozulması ilə nəticələnir. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6245/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 15 dekabr 2009-cu il təvəllüdlü X2 üçün 200 manat pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.10.2017-ci il tarixli, 2(006)-6245/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 dekabr 2008-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1069 nömrə ilə qeydə alınmış nikahın pozuması, tərəflərin birgə nikahlarından olan 15 dekabr 2009-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 21.06.2017-ci il tarixdən başlayaraq, 15 dekabr 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 (bir yüz otuz altı manat altmış qəpik) məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 12.10.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 302283 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.10.2018-ci il tarixdə 316 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 25.12.2009-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 368873 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15.12.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25.12.2009-ci il tarixdə 2376 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən 30.04.2021-ci il tarixdə verilmiş **********9 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” Altsisteminə əsasən hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, uşağa 175 manat sabit pul məbləğində alimentin təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 15 dekabr 2009-cü il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmuşdur, 15 dekabr 2009-cü il təvəllüdlü X4 iddiaçının himayəsindədir. Nəsimi rayon məhkəməsinin 02.10.2017-ci il tarixli, 2(006)-6245/2017 saylı qətnaməsinə əsasən 21.06.2017-ci il tarixdən başlayaraq, 15 dekabr 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 (bir yüz otuz altı manat altmış qəpik) məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir, onun başqa nikahdan da uşağı olacaqdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən uşağına görə 175 manat sabit pul məbləğində alimentin təyin edilməsinə etiraz etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Belə ki, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6245/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 15 dekabr 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6245/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ilə 15 dekabr 2009-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 15 dekabr 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3293/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3293/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver