Məhkəmə qərarları › İş №2(006)-330/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-330/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-330/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh2 ASC-nin hesabına artıq ödənilmiş 517 (beş yüz on yeddi) manat pul vəsaiti cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC-nin İmişli filialından 07 dekabr 2012-ci il tarixdə 15000 manat kredit götürmüşdür. Krediti hissə-hissə ödəyirdi. İmişli Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan və zaminlərdən 13947,67 manat Cavabdeh2 ASC-nin xeyrinə ödəməkləri qət edilmişdir. Bundan sonra 14 mart 2018-ci ilədək 14464,72 manat pulu ödəmişdir. O, cavabdehə qarşı ipotekaya xitam verilməsi, yaşayış evinin ipotekaya yüklülüyündən azad edilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi vermişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Cavabdeh apellyasiya və kassasiya şikayəti versə də onun şikayətləri rədd edilmişdir. Cavabdehin təqsirindən ondan 517 manat artıq pul tutulmuşdur. Bu fakt apellyasiya və kassasiya Məhkəmələrinin qərarlarında təsdiq olunmuşdur. Belə ki, ərizəyə əlavə etdiyi məhkəmə qərarında göstərilir ki, o, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin hesabına 517 manat artıq ödəmişdir. Ona görə qanuna əsasən artıq ödənilmiş pul ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. Borcluya yalnız öhdəliyə götürdüyü məbləğdə məsuliyyət daşıyır. Belə halda kreditora ödənilmiş artıq pul geri qaytarılmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC-nin İmişli filialından 07 dekabr 2012-ci il tarixdə 15000 manat kredit götürmüşdür. 14 mart 2018-ci ilədək 14464,72 manat pulu ödəmişdir. Cavabdehin təqsirindən iddiaçıdan 517 manat artıq pul tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. Borcluya yalnız öhdəliyə götürdüyü məbləğdə məsuliyyət daşıyır. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 ASC-nin hesabına artıq ödənilmiş 517 (beş yüz on yeddi) manat pul vəsaiti cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh2 ASC-nin hesabına artıq ödənilmiş 517 (beş yüz on yeddi) manat pul vəsaiti cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar