Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3306/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi və müalicə xərclərinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş 170 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay 193 manat məbləğində və Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 15 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 170 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində, X6 3 yaşa çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin və X5 cərrahiyyə əməliyyatına xərclənmiş 790 manat pul vəsaitinin yarı hissəsinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 yanvar 2018-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları - 27 sentyabr 2018-ci il təvəllüdlü X8 və 15 iyul 2020-ci il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3291/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2020-ci il tarixdən hesablamaqla Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, X8 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin zaman iddiaçı 2-ci uşaqlarına hamilə vəziyyətində olmuşdur. Cavabdeh həmişə ailəyə baxımsızlıq göstərmiş, öz istədiyi kimi yaşamağa qərar vermişdir. İkinci övladları doğulandan sonra, yenidən məhkəmə qaydasında mübahisələri davam etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4258/2020-ci il tarixli qətnaməsi ilə 15 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 avqust 2020-ci il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, X6 3 yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-696/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən nikahları pozulmuş, 27 sentyabr 2018-ci il təvəllüdlü X8 və 15 iyul 2020-ci il təvəllüdlü X6 iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Cavabdeh kifayət qədər qazanc əldə edir, onun maddi durumunda dəyişiklik baş verməsinə baxmayaraq o yalnız məhkəmə qərarı ilə kəsilmiş aliment pulunu ödəyəcəyini bildirməkdə davam edir. Məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləği isə hazırkı durumda yetərli deyildir. Milli qanunvericilik nəzərə alınmaqla uşaqların normal şəkildə qayğılarını təmin etmək üçün Respublikada hər il yaşayış minimumu dəyişməkdə davam edir. Ehtiyac meyarı bir uşaq üçün 2022-ci ilə görə 193 manat müəyyən edilmişdir. Cavabdeh uşaqların problemlərini həll etmək, onların qayğılarını təmin etmək üçün könüllü olaraq maddi dəstək göstərmir. O isə çətinliklərlə rastlaşır, uşaqların ehtiyaclarını lazımi səviyyədə təmin edə bilmir. Hər iki uşaq körpədir, gündən-günə isə problemlər artmaqda davam edir. İkinci övladları X9 qüsurlu doğulduğundan, daima tibbi dərmanlara ehtiyac duyulur. Qızları Günəşin sağlamlıq durumu kəskinləşmiş, burun-boğaz nahiyəsində cərrahiyyə əməliyyatı keçirilmişdir. Bunun üçün 750 manat və analizlərin verilməsi üçün əlavə 40 manat pul xərclənmişdir. Bu məbləğləri isə təkbaşına o ödəmək iqtidarında deyildir. Cavabdeh isə bildirir ki, aliment ödəyir, başqa xərcləri ödəməyə borclu deyildir. Məhkəməyə qədər mediasiya təşkilatına müraciət olunmuşdur. Cavabdeh mediasiya iclasında da iştirak etməmiş, mediasiya xərcini iddiaçı ödəmişdir. Məhkəmədən kənar şəkildə aliment və uşaqlara görə sair xərclərin ödənilməsinə dair aralarında razılaşma baş tutmamış və saziş bağlanmamışdır. Cavabdeh məhkəmədən kənar şəkildə aliment miqdarının artırılmasına və uşaqlara görə əlavə xərclərin ödənilməsinə razı olmamışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, “aliment məbləğinin azaldılması” tələbinə dair məhkəməyə müraciət etmiş, hazırda Nəsimi Rayon Məhkəməsində başqa hakimin icraatında “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş vardır. O, əvvəlki məhkəmə aktları əsasında təyin edilmiş 390 (üç yüz doxsan) manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, onun aylıq əmək haqqı 300 (üç yüz) manat məbləğindədir. Əlavə olaraq, o, Xızı rayonunda yaşayır. İşə gəlib getmək üçün isə əlavə xərc tələb olunur. Hazırda iddia tələbi təmin olunacağı təqdirdə, göstərilən aliment məbləğlərini ödəmək onun üçün çox çətin olacaqdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(006)-3158/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 aprel 2019-cu ildən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)-3291/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 may 2020-ci ildən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2018-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli, 2(006)-4258/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 avqust 2020-ci ildən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması, uşaq doğularkən keçirilən qeysəriyyə əməliyyatına görə ödənilmiş pul vəsaitinin yarısı-620 manat pul vəsaitinin Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(006)-6961/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X7 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları X2 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli, AZ-İ № 411704 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikaha 24 yanvar 2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17 fevral 2022-ci il tarixdə 56 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Nəbiyev”, qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV № 185080 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 5650 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Nəbiyeva (Hüseynova) Vəfa Xudaverdi qızıdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV № 421970 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 133 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Nəbiyeva (Hüseynova) Vəfa Xudaverdi qızıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 05 may 2022-ci il tarixində 12:30-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: E.Şükürov). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Kəpəz Hospital tərəfindən verilən sənəddən görünür ki, tərəflərin birgə nikahından doğulmuş X8 cərrahiyyə əməliyyatı olunmuş, əməliyyatın məbləği 750 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3086/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “aliment məbləğinin artırılması və müalicə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, onun hal-hazırda aylıq əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 27 sentyabr 2018-ci il təvəllüdlü X8 və 15 iyul 2020-ci il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)-3291/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 may 2020-ci ildən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2018-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(006)-4258/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 avqust 2020-ci ildən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması, uşaq doğularkən keçirilən qeysəriyyə əməliyyatına görə ödənilmiş pul vəsaitinin yarısı-620 manat pul vəsaitinin Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnamələrin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə iddiaçının “X5 cərrahiyyə əməliyyatına xərclənmiş 790 manat pul vəsaitinin yarı hissəsinin cavabdehdən xeyrinə tutulması barədə” tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin olunmalıdır. Belə ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə cəlb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 27 sentyabr 2018-ci il təvəllüdlü X1 cərrahiyə əməliyyatına xərclənmiş 790 manat pul vəsaitinin yarısı cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin fəhlə vəzifəsində çalışması, onun aylıq əmək haqqı 300 manat olması valideynləri hər bir uşağın maddi tələbatının ödənilməsi, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması vəzifəsindən azad etmir. Uşaqların saxlanılması vəzifəsinə təkcə maddi tələbatlarının ödənilməsi daxil deyildir. Hazırda tərəflərin birgə nikahdan olan uşaqlar iddiaçının himayəsindədir, onların bütün qayğıları ilə iddiaçı məşğul olur. Uşağların maddi ehtiyaclarının da iddiaçının (ananın) üzərinə qoyulması ədalətli olmazdı. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağların ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli və 10 sentyabr 2020-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 27 sentyabr 2018-ci il təvəllüdlü X5 və 15 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməlidir. Məhkəmə iddiaçının “...X6 3 yaşa çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment...” tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdi ki, Cavabdeh fəhlə vəzifəsində çalışır, onun aylıq əmək haqqı 300 manat təşkil edir, özünün dediyinə görə Xızı rayonunda yaşayır və oradan işə gəlib-gedir. Belə olan halda, cavabdehdən X6 3 yaşa çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmə məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 cərrahiyə əməliyyatına xərclənmiş 790 manat pul vəsaitinin yarısı, yəni 395 (üç yüz doxsan beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalı, iddia tələbi X6 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 cərrahiyə əməliyyatına xərclənmiş 790 manat pul vəsaitinin yarısı, yəni 395 (üç yüz doxsan beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi X6 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3306/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3306/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver