Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3308/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-ya q̇arşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna q̇arşı "borcun silinməsi, kompensasiya məbləğinin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə İddiaçı şahid qismində ifadə vermiş və bildirmişdir ki, 2010-cu ilin əvvəlində kredit almaq üçün Cavabdeh1 ASC-nin Gəncə filialına müraciət etmişdir. Cavabdeh1 ASC-nin “Gəncə” filialı ilə iddiaçı arasında bağlanan 7000 AZN kreditin ayrılmasına dair xx.xx.2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsi, ipoteka müqaviləsi, 70000 manatın məxaricinə dair 08 yanvar 2010-cu il tarixli xəzinə məxaric orderi iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı həmin öhdəlik üzrə ayrılmış 7000 manatı Anar Tağıyevdən almışdır. Sənədləri imzalayarkən 7000 AZN əvəzinə məxaric orderində 70000 yazılmasına diqqət yetirməmişdir. İddiaçı 7000 AZN kredit almaq üçün müraciət etdiyindən elə hesab etmişdir ki, sənədlərdə 7000 AZN yazılıb. Məhkəmə prosesində iddiaçı tərəfindən götürülmüş 7000 AZN üzrə Cavabdeh1 ASC qarşısında olan öhdəlik tam icra olunmuşdur. Yalnız bir neçə il sonra Cavabdeh1 ASC-nin fəaliyyəti ilə bağlı cinayət işi açılan zaman iddiaçının adında 63000 AZN əsas kredit borcu və hesablanmış faizlərin olmağını öyrənmişdir. Məhkəmə hökmünün qanuni qüvvəyə minməsindən 8 ilə yaxın müddətin keçməsinə baxmayaraq, iddiaçının adına qanunsuz olaraq rəsmiləşdirilmiş kredit borcu ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməmişdir. Həmin borc məbləği iddiaçının adında Mərkəzləşdirilmiş Kredit Reyestrində də gecikmə günləri qeyd olunmaqla görsənir. Göstərilənlərə əsasən Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanan xx.xx.2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsinin ləğv edilməsi, bu müqavilə əsasında qanunsuz olaraq iddiaçının adında olan borc məbləğinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun olaraq silinməsi, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, hesablanan kompensasiya məbləğinin iddiaçıya qaytarılması və MKR-də müvafiq düzəlişlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna q̇arşı "kompensasiya tələbi"nə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə 60.004,87 manat əsas, 14.935,85 manat faiz borcu vardır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)- 114/2014 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X6 cəzaçəkmə müddətinin başlanğıcının onun həbsə alındığı xx.xx.2013-cü il tarixdən hesablanması, X6 cəzasının ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X6 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alandək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən görünür ki, Anar Tağıyev Cavabdeh1 ASC-nin «Gəncə» filialının müdiri vəzifəsində işləyərkən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün Cavabdeh1 ASC-nin hesabına köçürülmüş özgə əmlakı olan külli miqdarda pul vəsaitlərini rəhbərlik etdiyi filialda kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə yaxın adamlarının adlarına sənədləşdirib həmin şəxslərə verməyərək talama məqsədilə filialın xəzinədarı X8 və qeyriləri ilə qabaqcadan əlbir olmuş Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən xx.xx.2009-cu il tarixli Cavabdeh1 ASC-nə daxil olmuş 70000 manatdan «Gəncə» filialına ayrılmış 70000 manatı xx.xx.2010-cu X15 Ərazi İdarəsindən alaraq filialın xəzinəsinə mədaxil etmiş, həmin pul vəsaitindən şəhər sakini X2 adına kənd təsərrüfatının inkişafı üçün illik 7 % dərəcəsi ilə 60 ay müddətinə 70000 manat kreditin ayrılmasına dair xx.xx.2010-cu il tarixli 7894 saylı kredit müqaviləsini, sonuncuya 70000 manat kredit pulunun nağd ödənişinə dair xx.xx.2010-cu il tarixli 02 saylı məxaric orderini və sənədləri imzalatdırıb yuxarıda qeyd olunan 70000 manat kredit pulundan 7000 manatını Kəmalə Əhmədovaya vermiş, qalan 63000 manatını sonuncuya verməyərək filialın xəzinəsindən qanunsuz olaraq götürməklə qabaqcadan əlbir olan bir qrup şəxslə, təkrar törədilməklə, qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını, yəni banka məxsus pulu Cavabdeh1 ASC-nə külli miqdarda ziyan vurmaqla X8 və qeyriləri ilə birlikdə mənimsəyərək talamışdır. Hökmdən görünür ki, kredit qovluğundakı sənədlərdən görünür ki, Cavabdeh1 ASC-nin «Gəncə» filialının müdiri işləmiş X9 ilə X7 arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X2 adına illik 7 % dərəcəsi ilə 60 ay müddətinə 70000 manat kredit ayrılması, Goranboy rayon, Goranlı kəndində X3 məxsus 8,143303 ha torpaq sahəsinin girov qoyulmasına dair 25 may 2010-cu il tarixli, 7894 saylı ipoteka müqaviləsi, həmin kredit müqaviləsi üzrə 70000 manatın X4 08 yanvar 2010-cu il tarixli 02 saylı xəzinə məxaric orderi ilə nağd qaydada ödənilməsi rəsmiləşdirilmiş, Cavabdeh1 ASC-nin «Gəncə» filialına X2 adından Cavabdeh1 ASC-nin «Gəncə» filialına 1102,50 manatın mədaxilinə dair 07 iyul 2011-ci il tarixli 35 saylı, 1102,50 manatın mədaxilinə dair 04 may 2011-ci il tarixli 62 saylı, 1102,50 manatın mədaxilinə dair 29 dekabr 2010-cu il tarixli 43 saylı, 1102,50 manatın mədaxilinə dair 06 oktyabr 2010-cu il tarixli xəzinə mədaxil orderləri tərtib olunmuşdur. Kreditin əsas borcu üzrə ödəniş olmayıb, xx.xx.2010-xx.xx.2011-ci il tarixlərdə 5 halda 5512,50 manat faiz ödənişləri həyata keçirilmişdir. xx.xx.2013-cü il tarixə ödənilməmiş əsas borc 70000 manat, faiz borcu isə 5275,10 manat təşkil edir. İnspeksiya haqqında hesabatda göstərilmişdir ki, kreditin mənbəyini KTN-nin İcraçı Kredit Agentliyindən xx.xx.2009-cu il tarixdə ayrılmış 70000 manat vəsait təşkil edir. xx.xx.2010-cu il tarixdə bankın baş ofisindən «Gəncə» filialına resurs ayrılmış və filialın müxbir hesabına 70000 manat vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixdə həmin vəsait filialın müxbir hesabından «müxbir hesabdan nağd vəsaitin alınması» təyinatı ilə baş ofisin «ödənilməkdə olan məbləğlər» hesabına köçürülmüşdür. Həmin gün filialın xəzinədarı X8 tərəfindən filialın xəzinəsinə 70000 manat mədaxil edilmişdir. Vəsaitin ərazi idarəsindən alınmasına dair isə heç bir sənəd aşkarlanmadı. xx.xx.2010-cu il tarixdə sahibkar X4 70000 manat kredit rəsmiləşdirilmişdir Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi hökm ilə müəyyən faktın preyudisiallığı yalnız hökmün çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi Cavabdeh1 ASC-nin işçisi X6 İddiaçı adına 70.000 manat kredit rəsmiləşdirməsi, müqabilində 7000 manat kredit verməsi, qalan 63.000 manat pulu filialın xəzinəsindən qanunsuz olaraq götürməklə qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını, yəni banka məxsus pulu mənimsəyərək talaması faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsi üzrə götürmüş olduğu 7000 manat kredit borcu tam şəkildə banka ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsi ləğv edilməli, bu müqavilə əsasında qanunsuz olaraq İddiaçı adında olan borc məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun olaraq silinməli, bununla bağlı "xxxx" MMC-nin kredit reyestrində müvafiq düzəlişlər aparılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 7894 saylı kredit müqaviləsi ləğv edilsin. Bu müqavilə əsasında qanunsuz olaraq İddiaçı adında olan borc məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun olaraq silinsin. Bununla bağlı "xxxx" MMC-nin kredit reyestrində müvafiq düzəlişlər aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gpündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3308/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3308/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver