Məhkəmə qərarları › İş №2(006)-332/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-332/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-332/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat pul məbləği və bu məbləğin 06.12.2018-ci il tarixindən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya verilməsi və 06.12.2018-ci il tarixindən etibarən hər ay üçün 900 manat olmaqla icarə haqqının Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m qeyri-yaşayış sahəsinin dəyəri cavabdeh tərəfindən ödənildiyi və ya əvəzinin naturada verildiyi günə qədər ödənilməsi və habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəminin alqı-satqısına dair Cavabdeh1 MTK ilə razılığa gəlinmişdir. Yarımzirzəmi faktiki olaraq bir sahədən ibarət olasa da, onun hissələrinə dair 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. Bu səbəblə yarımzirzəminin 70,7 kv.m-lik sahəsinin alqı-satqısı 06.12.2018-ci il tarixli beh müqaviləsinə əsasən həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən cavabdehin səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri, 13 saylı Notariat orqanına 28.800 manat məbləğində ödəniş edilmiş, geri qalan 299.200 manat maliyyə vəsaiti isə 24.01.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müqavilənin bağlandığı gün iddiaçıya ödənilmişdir. Lakin, yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair özgəninkiləşdirilmənin sənədləşdirilməsi həyata keçirilməmişdir. Buna səbəb həmin dövrdə sözügedən hissəyə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin faktiki olaraq itirilməsi olmuşdur. Cavadeh tərəf bunu əsas gətirərək ödənişi həmin sahə ilə bağlı sənədləşdirilmənin həyata keçirildiyi anda dərhal ödəniləcəyini bildirmişdir. Cavabdehlə öz aralarında Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəmini uçurulmasına yalnız geri qalan 85.0 kv.m sahənin alqı-satqısı edildikdən sonra həyata keçirilməsi barəsində şifahi razılığa gəlmişlər. Yarımzirzəminin qalan 85.0 kv.m sahəsinə dair 18.10.2008-ci il tarixdə qeydiyyata alınmış RX ******* saylı çıxarış çox qısa zaman ərzində iddiaçı tərəfindən əldə edilməsinə və cavabdehə təqdim edilməsinə baxmayaraq, bu hissəsinin alqı-satqısının aparılması cavabdeh tərəfindən əsassız səbəblərlə dəfələrlə təxirə salınmış və sonda isə ümumuiyyətlə imtina edilmişdir. Üstəlik, cavabdeh tərəf sözü gedən Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəmini bütövlükdə ona xəbərdarlıq və hətta heç məlumat vermədən uçurub aradan qaldırılmışdır. Mülkiyyətçi kimi ona (iddiaçıya) məxsus qeyri-yaşayış sahəsinin qeyri- qanuni şəkildə cavabdeh tərəfindən sökülməsinə dair etiraz xarakterli xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh bu xəbərdarlıqlara heç bir məhəl qoymamışdır. Bu səbəblə 85.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ölkədə formalaşmış işgüzar adətlərə və tərəflər arasında yaranmış qarşılıqlı praktikaya uyğun olaraq əmlakın adekvat dəyərinin və həmçinin söküntü işlərinin həyata keçirildiyi müddətdən etibarən icarə haqqının ödənilməsinə dair də cavabdehə müraciətlər edilmişdir. Beləliklə, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m sahəsi olan qeyriyaşayış sahəsinə münasibətdə əmlakın adekvat dəyəri olaraq 394.342 (üç yüz doxsan dörd min üç yüz qırx iki manat) manat məbləğində maddi zərərin və 06.12.2018-ci il tarixindən etibarən hər aya görə 900 manat icarə haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Bu tələbin hüquqi əsası ilə əlaqədar onu qeyd etməyi vacib hesab edirlər ki, əvvəla Bakı şəhərində başqalarının mülkiyyətində olan sahələrin yerində tikinti aparan hüquqi və fiziki şəxslər uçurduqları sahələrin əvəzində mülkiyyətçilərə həmin sahələrin həcmindən ən az 20% həcmində daha böyük sahə verməsi və sözü gedən sahənin hazır halda təhvil verilməsinə qədər keçən müddət üçün aylıq kirayə və ya icarə haqlarının ödənilməsi tam şəkildə bərqərar olmuş işgüzar adətdir. Həmçinin, tərəflər arasındakı bununla bağlı yaranmış praktika da tam buna uyğun şəkildə yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 21.12.2018-ci il tarixli “Razılaşma Müqaviləsi”nə əsasən həmin ərazidə, yəni Azadlıq prospekti, ev 42, mənzil 6 və 7 ünvanlarında yerləşən ümumi sahəsi 170 kv.m olan əmlak üçün bir aylıq 1800 manat olmaqla 24 ay ərzində cəmi 43200 manat dəyərində icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Bu icarə haqqı həmin mənzillərin sökülüb yenidən tikiləcəyi 24 aylıq müddət üçün mülkiyyətçiyə (yəni indiki iş üzrə iddiaçıya) məhrum qaldığı dövr üçün birdəfəlik ödəniş edilmişdir. Bu baxımdan mübahisəli obyektlərin yenidən sökülüb-tikilərək və bu müddət ərzində mülkiyyətçi olaraq iddiaçıya təhvil verməsi və təhvil verilənədək cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsi ədalətin, işgüzar adətin və hüququn birmənalı tələbidir. Bu məqsədlə qeyd edilməlidir ki, cavabdeh iddiaçıya eyni ərazidə 170 kv.m üçün aylıq 1800 azn ödəmişdir. İddiaçının məhrum edildiyi sahə isə bunun tam yarısı, yəni 85 kv.m. təşkil edir. Buna görə də, eyni ərazidə ancaq qeyri-yaşayış sahəsi olaraq sözü gedən 85.0 kv.m-lik yarımzirzəminin istifadəsindən məhrum qalman müddətin hər ayı üçün cavabdeh ən azı 900 manat məbləğində icarə pulu ödəməlidir. Beləliklə, cavabdeh, mülkiyyətçi olaraq iddiaçıya 06.12.2018-ci il tarixindən, yəni mülkiyyətçinin faktiki olaraq istifadə etmək imkanından məhrum qaldığı tarixdən etibarən hər ay üçün minimum 900 manat məbləğində icarə haqqı verilməlidir. Lakin, cavabdeh hər dəfəsində mülkiyyətinə qanunsuz müdaxilə nəticəsində yaranmış maddi zərər olaraq əmlakın adekvat dəyəri və icarə haqqı üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Sözügedən 85.0 kv.m qeyriyaşayış sahəsi 18.10.2008-ci il tarixli, ******* saylı AR ƏMDK yanında DƏDRX-in Çıxarışına əsasən hüquqi cəhətdən mövcud olsa belə, faktiki şəkildə qeyri-yaşayış sahəsi olaraq mövcud deyil, yalnız divarları sökülmüş boş bir sahədən ibarətdir və indiyə kimi yerində heç bir tikinti işləri həyata seçirilməmişdir. Beləliklə, işin mübahisəsiz olan halı kimi cavabdeh iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı qanuni əsas olmadan dağıdaraq tamamilə istifadə üçün yararsız hala gətirmiş və bugünədək bunun nəticələrini aradan qaldırmamşdır. Nəticədə mülkiyyətçiyə həm sözü gedən daşınmaz əmlakın dəyəri həcmində, həm də həmin daşınmaz əmlakın 06.12.2018-ci il tarixindən bəri istifadə olunmasından məhrum etmək şəklində maddi zərər vurmuşdur. İddiaçı 27.04.2022-ci il tarixdə məhkəməyə “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsinə düzəliş və əlavə təqdim edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, Cavabdeh1 MTK və Cavabdeh2 Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85 kv.m mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə dəyəri olan 394.342 manat pulun və 19.02.2019-cu il tarixindən etibarən həmin məbləğə görə hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı 19.05.2022-ci il tarixdə “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsini təqdim edərək, "xxxx" MMC ilə İddiaçı və X10 arasında notarial qaydada bağlanmış 21.12.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması; İddiaçı mülkiyyətində olan birgə nigah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın əvəzində əmlak sahəsi 170 kv metr olmaqla təmirli qeyri-yaşayış sahəsinin sökülmüş ünvan 2 saylı daşınmaz əmlakın yerində olmaqla "xxxx" MMC tərəfindən tikilərək təxirəsahnmadan iddiaçılara verilməsi; İddiaçı mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal İddiaçı ödənilmək şərti ilə mənzil təhvil verilən günə kimi aylıq 1200 manat kirayə haqqının cavabdeh tərəfindən İddiaçı ödənilməsi; ünvan 4 mənzilinin altında yerləşən, iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri- yaşayış sahəsinin) 85,0 kv metr hissəsinin dəyərinin, yəni 394 342 manat pul məbləğinin və bu məbləğin söküntü taixindən olmaqla, 19.02.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər "xxxx" MMC (hazırki adı "xxxx" MTK) və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; ünvan 4 mənzilinin altında yerləşən, İddiaçı mülkiyyətində olan reyestr nömrəsi **********20-05101-083002 olan 85 kv metrlik ümumi sahəsi olan iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri- yaşayış sahəsinin) 85 kv metrlik hissəsinin aylıq icarə haqqı 900 manat olduğundan iddiaçıların itirilmiş gəliri (əldən çıxmış fayda) olmaqla 06.12.2018- ci il tarixdən etibarən hər ay üçün 900 manat olmaqla cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dəqiqləşdirməni Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə notarial qaydada bağlanmış 21.12.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması; o cümlədən, onun mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın əvəzində 225.0 kv.metr sahəsi olan 2 ədəd təmirli mənzilin sökülmüş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın yerində olmaqla "xxxx" MMC tərəfindən tikilərək təxirəsalınmadan verilməsi; mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal ona ödənilmək şərtilə (hazırki vaxta 11 ay üzrə 19800 manat təşkil edir) mənzil təhvil verilən günə kimi aylıq 1800 manat kirayə haqqının cavabdeh tərəfindən X6 ödənilməsi; rüsum və vəkil orderi üçün ödənilmiş 200 manat məhkəmə xərcinin cavabdehdən alınaraq X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 40 saylı binada ümumi sahəsi 169.5 kv.metr olan, mənzil 18/20, arvadının İddiaçı birgə nikah dövründə əldə etdikləri mülkiyyətində olmuş Azadlıq prospekti 42, mənzil 6/7 ünvanda yerləşən mənzillər, eləcə də İddiaçı mülkiyyətində birgə nikah dövründə əldə etdikləri ünvan 4 mənzilinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.metr olan 2 yarımzirzəmini birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edildiyindən hər 4 əmlaka birgə mülkiyyət, istifadə, sahiblik hüquqları vardır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək həm nümayəndəsi olduğu İddiaçı iddia ərizəsinin, həm də öz iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələblərini müdafiə edərək onların təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələblərinə etiraz edərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövləttikintilayihə” DLİ05 iyul 2017-ci il tarixli, “ünvan 3 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında" Aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tamtəmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdeh1 MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. 20.04.2022-ci il tarixdə isə Cavabdeh1 MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə çevrilmiş, Cavabdeh1 MTK Cavabdeh1 MMC-nin hüquqi varisidir. Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən iddiaçı və onun əri X9 ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Cavabdeh1 MTK-nın son təklifi ünvan 2 ünvanında olan əmlakın altında yerləşən İddiaçı Məmmədəli qızının mülkiyyətində olan, faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 328.000 manat dəyərində satılması, İddiaçı Məmmədəli qızının mülkiytətində olan ünvan 4 əvəzinə həmin yerdə inşa edilmiş yeni binada 170 kv metr qeyri-yaşayış sahəsi, 24 ay müddətinə hər ay 1800 manat kirayə haqqı hesablanmaqla ümumilikdə 43200 manat (24*1800=43200) pul ödənilməsi, X4 mülkiyyətində olan ünvan 5 faktiki sahəsi 188,3 kv metr əvəzinə həmin yerdə inşa ediləcək binada ümumi sahəsi 226 kv metr olan mənzilin verilməsi və kirayə haqqı hər ay 1200 manat olmaqla 24 ay üçün 28800 manat birdəfəlik ödənilməsi razılaşdırılmışdır. 21 dekabr 2018-ci ildə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X10 arasında üçtərəfli 054 saylı Razəlaşma Müqaviləsi bağlanmışdır. X12 yuxanda sadalanan mənzillərin əvəzinə 170 kv metr qeyri-yaşayış sahəsinin və 226 kv metr yaşayış sahəsinin iddiaçıya və onun ərinə verilməsi və kirayə haqqların müəyyən edilməsi üçün müqavilələrin ayrı-ayrılıqda bağlanması öhdəlikləri müəyyən etmişdir. Həmin razılaşma müqaviləsində müəyyən edilən ümumi öhdəlikləri icra etmək məqsədilə, 21.12.2018-ci il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X10 ilə ayrı- ayrılıqda müqavilələr bağlanmışdır. İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ümumi faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 satılmasına dair 06.12.2018-ci il tarixdə Beh Müqaviləsi və 24.01.2019-cu il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmışdır. İddiaçı Məmmədəli qızının iddia tələbinə görə ilk olaraq Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X10 arasında notarial qaydada bağlanmış 21.12.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada Cavabdeh1 MTK-nin üzərinə qoyulmasını tələb edir. 21.12.2018-ci il tarixli 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “a” yarımbəndinə görə Cavabdeh1 MTK-nin öhdəliyi kimi göstərilir: “İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv metr olmaqla qeyri-yaşayış sahəsi kimi İddiaçı Məmmədəli qızına əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək.” Qeyd olunan öhdəlik Cavabdeh1 MTK tərəfindən icra edilmişdir. 21.12.2018-ci il tarixdə İddiaçı Məmmədəli qızı ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1 .-ci bəndinə görə İddiaçı Məmmədəli qızı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 170 kv metrdən ibarət yaşayış (faktiki qeyri-yaşayış) sahələrini sökülmək üçün Cavabdeh1 MTK-ə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada MTK tərəfindən həmin ərazidə yeni inşa ediləck çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüş, Cavabdeh1 MTK isə inşa etdiyi binada 170 kv metr qeyri-yaşayış sahəsini İddiaçı Məmmədəli qızının mülkiyyətinə verməyi və İddiaçı Məmmədəli qızının əmlakının sökməsini üzərinə götürmüşdir. Yəni, Cavabdeh1 MTK qeyd olunan müqaviləni bağlamaqla iddia tələbində olan 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “a" yarımbəndinin tələblərini icra etmişdir. 21.12.2018-ci il tarixli 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “b” yarımbəndinə görə Cavabdeh1 MTK-nin öhdəliyi kimi göstərilir: “İddiaçı Məmmədəli qızının mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətin vəsaitini ona 4320 manat birdəfəlik ödəmək.” İddiaçı Məmmədəli qızı ilə Cavabdeh1 MTK arasında 21.12.2018-ci il tarixdə Müqavilənin 1.2,-ci bəndinə əsasən Cavabdeh1 MTK tərəfindən İddiaçı Məmmədəli qızına 24 ay üçün, hər ay 1800 manat oalraq, 43200 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəmişdir. 21.12.2018-ci il tarixli 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “c" yarımbəndinə görə Cavabdeh1 MTK-nin öhdəliyi kimi göstərilir: “X4 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18,20 daşınmaz əmlakın əvəzində 226 kv metr sahəsi olan 2 ədəd təmirli mənzili X10 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək.” Əvvəla qeyd olunan iddia tələbini irəli sürən İddiaçı Məmmədəli qızı buna subyektiv hüquqi yoxdur. Belə ki, ünvan 5-nin mülkiyyətçisi X7r. Buna baxmayaraq bildiririk ki, Cavabdeh1 MTK Razılaşma Müqaviləsi 054-in bu yarımbəndini icra etmişdir. 21.12.2018-ci il tarixdə X10 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə görə X10 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 188,3 kv metrdən ibarət yaşayış sahələrini sökülmək üçün Cavabdeh1 MTK-ə təhvil verir. Müqavilənin 1.3,-cü bəndinə görə Cavabdeh1 MTK ünvan 5 ünvanında yerləşən X4 mülkiyyətində olan yaşayış sahələrinin sökülməsini və həmin ərazidə yeni şoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 226 kv met təmirli mənzili X4 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdir. Yəni, Cavabdeh1 MTK qeyd olunan müqaviləni bağlamaqla iddia tələbində olan 054 saylı Rzaılaşma Müqaviləsinin 1.1.-ci bəndinin “c” yarımbəndinin tələblərini icra etmişdir. 21.12.2018-ci il tarixli 054 saylı Razılaşma Müqaviləsinin 1.1. ci bəndinin “ç” yarımbəndinə görə Cavabdeh1 MTK-nin öhdəliyi kimi göstərilir: “X4 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətin vəsaitini ona 28800 manat bidəfəlik ğdəmək,” Əvvəla qeyd olunan iddia tələbini irəli sürən İddiaçı Məmmədəli qızı buna subyektiv hüquqi yoxdur. Belə ki, ünvan 5-nin mülkiyyətçisi X7r. Eyni zamanda bildiririk ki, 21.12.2018-ci il tarixdə X10 ilə Cavabdeh1 MTK arasında bağlanmış Müqavilənin 1.2,-ci bəndinə əsasən Cavabdeh1 MTK X6 24 ay üçün hər ay 1200 manat olaraq, 28800 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəmişdir. İddiaçının 2-ci tələbi: “X1 mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın əvəzində əmlak sahəsi 170 kv metr olmaqla təmirli qeyri- yaşayış sahəsinin sökülmüş ünvan 2 saylı daşınmaz əmlakın yerində olmaqla Cavabdeh1 MTK tərəfindən tikilərək təxirəsalınmadan iddiaçılara verilməsidir.” İddiaçı Məmmədəli qızına 170 kv metr qeyri-yaşayışı sahəsinin verilməsinə dair Cavabdeh1 MTK ilə bağlanan 21.12.2018-ci il tarixli Müqavilənin 1.1.2-ci bəndi ilə müəyyən edilmiş, Cavabdeh1 MTK iddiaçının sökülmüş mənzilinin yerində inşa edilən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının altında olan yerdən 170 kv metr qeyri-yaşayış sahəsi bina tam inşa edildikdən sonra təqdim ediləcəkdir. Həmin jinanın 8-ci mərtəbəsi inşa edilir. İlin sonunadək həmin sahə iddiaçıya təhvil veriləcəkdir. Həmin vaxtadək MTK iddiaçıya hər ay 1800 manat kirayə haqqı ödəyir. İddiaçı Məmmədəli qızının 3-cü idd tələbi: “İddiaçı Məmmədəli qızının mülkiyyətində olan həmin əmlkala bağlı hər ay kirayə haq< olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal İddiaçı Məmmədəli qızına ödənilmək şərti ilə mənzil təhvil verilən günə kimi aylıq 1200 manat kirayə haqqının cavabdeh tərəfindən İddiaçı Məmmədəli qızına ödənilməsi”dir. İddiaçı Məmmədəli qızı ilə “Azəri Tikinti Şirkəti" MTK arasında bağlanmış 21.12.2018-ci il tarixli Müqavilənin 1.2,-ci bəndinə görə MTK hər ay 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəməlidir. MTK 25.09.2021-ci il tarixədək 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəmişdir. Ödənişə dair bank çıxarışını mülki iş materiallarına əlavə edilmişdir. 01.10.2021-ci il tarixdən kirayə haqqının İddiaçı Məmmədəli qızına ödənilməməsinin səbəbi ünvan 2 ünvana dair əmlakın mülkiyyət hüququnun İddiaçı Məmmədəli qızına aid olmasına dair rəsmi sənədin əslini MTK verməməsidir. Lakin 21.12.2018-ci il tarixli, 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin a) yarımbəndinə görə İddiaçı Məmmədəli qızı və X10 mülkiyyətlərində olan ünvan 2 və ünvan 5 gələcəkdə 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırmalıdırlar. Lakin onlar əmlakları Bankda ipoteka ilə yüklü olmuş, Çıxarışları notariat orqanında saxlanılmışdır. İddiaçı həmin sənədlərin əslini MTK təhvil verməmişdir. Məhkəmədə də həmin səndələrin əsli tələb olunsada iddiaçı rəsmi sənədlərin (Çıxarışın) əslini məhkəməyə təqdim etməmişdir. İddiaçı Məmmədəli qızının 4-cü iddia tələbi: “ünvan 4 mənzilinin altında yerləşən iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155,7 kv metr olan yarımzirzəminin (qeyri-yaşayış sahəsinin) 85 kv metr hissəsinin dəyərinin, yəni 394 342 manat pul məbləğinin və bü məbləğiin söküntü tarixindən olmaqla, 19.02.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4,-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı Məmmədəli qızına ödənilməsT’dir Məhkəmə baxışında şahid qismində ifadə verən X8 bildirmişdir ki, İddiaçı Məmmədəli qızının ünvan 2-nin altında olan zirzəminin faktiki sahəsi 155 kv metr olmaqla nümayəndə qismində iştirak etdiyi arvadı Cavabdeh2 adına 328 000 manat dəyərində almış, zirzəminin bir giriş qapısı, ümumumi sahəsi 155 kv metr olmaqla vahid sahədən ibarət olmuş, İddiaçı Məmmədəli qızı və X10 həmin zirzəmini tamamilə faktiki sahəsi olan 155 kv metr tam satmışlar. Buna görə İddiaçı Məmmədəli qızı ilə Cavabdeh2 arasında 06.12.2018-ci il tarixdə beh müqaviləsi bağlanmış, həmin zirzəmiyə görə 28800 manat məbləğində beh verilmiş, əmlakın qiyməti 328 min manat müəyyən edilmiş, 24.01.2019-cu ildə isə həmin tərəflər arasında Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış zirzəmiyə görə Cavabdeh2 nümayəndəsi R.Əhmədov İddiaçı Məmmədəli qızına zirzəminin qalan dəyəri olan 299200 manat ödəmiş və 3499,65 manat vergi xərclərini İddiaçı Məmmədəli qızının əvəzindən ödəmişdir. Alqı-satqı günü İddiaçı Məmmədəli qızı zirzəmini tam olaraq 155 kv metr faktiki sahəsini Cavabdeh2 nümayəndəsi və əri Rüstəm Əhmədova təhvil vermişdir. 14.02.2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda olan qeyri-yaşayış sahəsinin (zirzəminin) Cavabdeh2 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. 19.02.2019-cu il tarxdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsaəsn Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən faktiki 155 kv metr zirzəmini sökülmək üçün MTK təhvil vermişdir. Həmin Müqavilənin 1.3,-cü bəndinə görə MTK Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan zirzəminin sökülməsini və həmin ərazidə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 155 kv metr qeyri-yaşayış sahəsini (zirzəmini) Cavabdeh2 mülkiyyətinə verir. Həmin tərtib edilmiş Əmlakın təhvil-təslim Aktı ilə Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədov Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən 155 kv metr zirzəmini Cavabdeh1 MTK-ə sökülmək üçün təhvil vermişdir. İddiaçı Məmmədəli qızı zirzəminin üstündəki mənzillərini və mənzilləri altında olan zirzəmini Cavabdeh2 qızma sataraq əmlaklarını: mənzillərini Cavabdeh1 MTK-a təhvil verir, zirzəmini isə tamamilə Cavabdeh2 təhvil verməklə çıxmışdır. Əmlak 2019-cu ilin fevral ayından sonra sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 kv metr zirzəminin 85 kv metr hissəsinin Çıxarışını bankdan alaraq məhkəməyə təqdim edərək 394342 manat məbləğində pul tələb edir. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv metr sahəsinin mülkiyyət sənədini itirməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv metr üçün 328000 manat almış, 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir. Bu ədalətsizlikdir. Cavabdeh2 əri və nümayəndəsi Rüstəm Əhmədov iddiaçıdan 328000 manat əmlakın dəyərini və 3500 manat ödədiyi verginin İddiaçı Məmmədə qızı tərəfindən qaytarıldığı təqdirdə MTK-n əvəzləşdirdiyi 155 kv.metr zirzəminin İddiaçı Məmmədəli qızına verməsi təklifini məhkəmədə səsləndirmişdir. İddiaçının sonuncu iddia tələbi: “ünvan 4 mənzilin altında yerləşən, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan reyestr nömrəsi **********20- 083002 olan 85 kv.metrlik ümumi sahəsi olan iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155,7 kv.metr olan yarızirzəminin (qeyriyaşayış sahəsinin) 85 h metrlik hissəsinin aylıq icarə haqqı 900 manat olduğundan iddiaçıların itirilmiş gəliri (əldən çıxmış fayda) olmaqla 06.12.2018-ci il tarixdən etibarən hər ay 900 manat olmaqla cavabdeh tərəfindən İddiaçı Məmmədəli qızına ödənilməsi”dir. İddiaçının bu tələbidə əsassız və qanunsuzdur. Məmmədhəsənova X3 Könül Cabbar qızına faktiki 155 kv metr sahəsi olan zirzəmini satmışdır. İddiaçı Məmmədəli qızı ünvan 2 MTK sökülməyə təqdim etmiş, mənzillərin altında olan 155 kv metr zirzəmini Cavabdeh2 sataraq təhvil verməklə Bal şəhəri, Azadlıq prospekti 42 binanı tam tərk etmişdir. 3 il müddətində zirzəminin guya satmadığı 85 kv metr sahəsini heç vaxt yoxlamadan, baş çəkmədən sonra məhkəmədə tələb etməkdə haqsızdır. Buna görə əldən çıxmış fayda tələb etməsi qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, sözügedən zirzəmi Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşir. Alqı-satqı müqaviləsi ilə bağlı 2018-ci ilin noyabr tarixində obyekti almağa getmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X10 da orda olmuşdur. Müqavilə notarial şəkildə bağlanmış, bağlandığı zaman onun etibarnaməsi olmuşdur. Naiq öz işçisi ilə onu aşağı mərtəbəyə göndərmiş, onlar 55.000 manata razılaşmış, ərazini ölçüsü 155 m2 olmuşdur. Həmin zirzəminin 70 m2 sahəsinin rəsmi sənədləri olmuşdur, 85 m2 sahəsinin isə sənədi yox idi. 155 m2 sahəyə 328.000 min manata razılaşmış, əvvəlcə 28.800 manat beh vermiş, qalan pulu 10-15 gün ərzində ödəmişlər. Alqı-satqıdan sonra 70 m2-in çıxarışını almış, daha sonra "xxxx" MMC ilə 155 m2 sahə ilə alqı-satqı müqaviləsi bağlamışlar. 85 m2 sahə ilə bağlı X4 hər hansı bir etirazı olmamışdır. Onunla "xxxx" MMC arasında təhvil-təslim aktı vardır. Zirzəmi ilə bağlı söküntü işləri 2019-cu ilin fevral ayında baş tutmuşdur. Mülki iş üzrə cəlb edilmiş çavabdeh Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2018-ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh2 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 05.05.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirilərək alqı-satqı müqaviləsi ilə bağlı verəcəyi 328.000 manat hissəsini beh olaraq, notariusun depozit hesabı vasitəsilə İddiaçı vermiş, qalan 299.200 manat hissəsini isə alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün ödəcəyini öz üzərinə götürmüşdür. İddiaçı isə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 05.05.2007ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirməkdən imtina edərsə və alqı-satqı müqaviləsi üçün lazımi sənədləri vaxtında təqdim edə bilməzsə, Cavabdeh2 behin iki misli məbləğini, yəni 57.600 manat pul məbləğini ödəyəcəkdir. Müqavilə üzrə vəzifə və öhdəliklər Cavabdeh2 təqsiri səbəbindən bağlanmazsa, 28800 manat beh məbləği İddiaçı qalacaqdır. İş materiallarında olan ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, MH seriyalı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.016287 ha torpaq sahəsində yerləşən 42 nömrəli binanın yarımzirzəmisində 70.7 kv.m ümumi, 59.9 kv.m əsas, 10.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1855 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 21.12.2018-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MTK İddiaçı qarşısında onların mülkiyyətində olan ünvan 7 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər:  İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi İddiaçı əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək;  İddiaçı mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətin vəsaitini ona 43200 manat birdəfəlik ödəmək;  X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili X10 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək;  X4 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 olmaqla 24 ay müddətin vəsaitini ona 28800 manatı birdəfəlik ödəmək. İş materiallarında olan 24.01.2019-cu il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən ümumi sahəsi 70.7 kv.m olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir, alıcı Cavabdeh2 satıcı İddiaçı satdığı hissəni (70.7 kv/m) ondan 32800 manat qiymətinə almış, alqı-satqı məbləğindən 28800 manat 06.12.2018-ci il tarixində Bakı şəhəri 13 saylı DNO tərəfindən təsdiq edilmiş 3-M-597 reyestr nömrəli beh müqaviləsi əsasında alıcı tərəfindən satıcıya notariusun depozit hesabı vasitəsilə ödənilib. Qalan 299200 manat isə hazırki müqavilə əsasında ödənilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-yə ünvanlanan 23.04.2021-ci il tarixli Bildiriş və 03.05.2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Azadlıq prospekti 40, mənzil 6- 7 üçün hər ayın icarə haqqının bundan sonrakı ayları üçün 1800 manat deyil, 3600 manat hesabı ilə hesablanmasını, Azadlıq prospekti 40, mənzil 18-20 ünvanları üçün bundan sonrakı icrarə haqqının artırılaraq birdəfəlik ödəməklə 1200 manat deyil, hər ay üçün 2400 manat hesablanılmasını və işgüzar nüfuzuna dəymiş 174374 manat maddi-mənəvi ziyanın da əlavə ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan 27.10.2021-ci il tarixli "xxxx" LTD Şirkətinə ünvanlanan məktubdan görünür ki, ünvan 8ında yerləşən 30 nömrəli mənzil və ünvan 9vanında yerləşən 18,20 nömrəli mənzil X6 məxsusdur. ünvan 10 ünvanında yerləşən 6/7 nömrəli mənzil İddiaçı məxsusdur. İş materiallarında olan ******* №-li, MA seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən 6/7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və 24.06.2010-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan ******* №-li, MA seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 8ında yerləşən 30 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X6 məxsusdur və 24.10.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı qeyri-yaşayış sahəsinin və bir neçə başqa əmlakın üzərinə həbs qoyulması, həmin əmlaklarla bağlı hər hansı hərəkətlərin cavabdehlərə qadağan edilməsi ilə bağlı iddianı təmin etmə tədbiri ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X4 “ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünə dair dövlət qeydiyyatının ləğvi” tələbinə dair mülki iş üzrə icra vərəqəsi üzrə ...ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ... Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı binanın zirzəmisində 85 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi kimi izah verilmişdir. İş materiallarında olan 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən ünvan 10 ünvanında yerləşən 70.7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu müqavilədə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh1 MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş əmlakı qəbul etməyi öhdəsinə götürür, Cavabdeh1 MMC əmlak mülkiyyətçisini qeyriyaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 550 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. İş materiallarında olan 19.02.2019-cu il tarixli Əmlakın Təhvil-Təslim aktından görünür ki, Cavabdeh2 məxsus ünvan 10 ünvanında yerləşən 70.7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil vermişdir. İş materiallarında olan Debit haqqında bildirişdən görünür ki, Cavabdeh1 MMC tərəfindən 01.10.2021-ci il tarixə qədər olan kirayə haqqı ödənilmişdir. İş materiallarında olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabtından görünür ki, ünvan 10 ünvanında yerləşən 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 27.07.2007-ci il vəziyyətinə 334.000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 426.1, 426.2 və 426.2.1-ci maddələri tələb edir ki, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə; 427-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 441.1 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449-cu maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin sahənin Cavabdeh1 MTK -yə satılmasına razılığa gəlmişdir. Yarımzirzəmi iki hissədən ibarət olmuşdur: 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. Bu səbəblə İddiaçı ilə Cavabdeh2 ilə yarımzirzəminin 70,7 kv.m-lik sahəsinin alqı-satqısı 06.12.2018-ci il tarixli beh müqaviləsinə əsasən həyata keçirilmişdir. Müqaviləyə əsasən 70 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdiriləcək alqı- satqı müqaviləsi ilə baclı veriləçəyi pul 328000 manat manatdan 28800 manat pul cavabdehin səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri, 13 saylı Notariat orqanına ödəniş edilmiş, geri qalan 299.200 manat maliyyə vəsaiti isə 24.01.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müqavilənin bağlandığı gün iddiaçıya ödənilmişdir. Daha sonra 21 dekabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında Razılaşma müqaviləsi bağlanılmış və müqaviləyə əsasən tərəflər öz üzərinə öhdəliklər götürmüşdür. Lakin, yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyriyaşayış sahəsinə dair sənədləşdirilməsi mümkün olmamış və sonradan cavabdeh iddiaçıya heç bir məlumat vermədən ərazidə söküntü işləri aparmışdır. Hazırda İddiaçı həmin 85.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat tələb edir və öz tələbini onunla əsaslandırır ki, həmin 85 kv.m. qeyri-yaşayış «Bank Standart» KB ilə mübahisə olan zaman bankda qirovda olmuş, həmin vaxtı həmin sahə qiymətləndirilmiş, daha sonra girovdan azad edilmiş, lakin Cavabdeh1 MTK ofisin ünvanı dəyişdirildiyindən, 85 kv.m. qeyri-yaşayış sahəsinin sənədləri MTK-ya təqdim etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyə zəruri hesab edir ki, çavabdeh Cavabdeh1 MTK öz etirazında İddiaçı Məmmədəli qızından faktiki olaraq 155 kv.m. sahəsinin 328000 manat manat dəyərində alınmasını qeyd etsədə, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Yalnız 14.02.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı təqdim etmiş və həmin Çıxarışda 70.7 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına qeydiyyata alınması göstərilmişdir. Bundan başqa, İddiaçı həmin sahəyə aid olan kirayə haqqının ödənilməsini tələb edir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X10 “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə işə qoşularaq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakla bağlı müəyyən məbləğdə kirayə haqqının ödənilməsini və s. tələb edir. Məhkəmə, iddiaçıların kirayə haqqının tutulması ilə bağlı qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2021ci ilin oktyabr ayından 2022-ci ilin may ayınadək İddiaçı 14.400 (on dprd min dörd yüz) manat, X6 isə 9600 (doqquz min altı yüz) manat ödənilməmiş kirayə haqqı təşkil edir. Bundan başqa iddianın qaldırılması üçün İddiaçı tərəfindən 30.40 (otuz manat, qırx qəpik) manat, X10 tərəfindən isə 150 (yüz əlli) manat və hüquqi xidmət haqqı kimi 50 (əlli) manat ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizələrində göstərilən həmin tələblər iş materialları ilə sübut olunduğuna görə, iddialar həmin hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərində cinayət tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib prokurora məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh1 MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 (on dörd min dörd yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutulmalı və İddiaçı xeyrinə ödənilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası qismən təmin edilməli, Cavabdeh1 MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 (doqquz min altı yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutulmalı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 xeyrinə ödənilməlidir. Qalan hissədə iddialar rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 (on dörd min dörd yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası qismən təmin edilsin. Cavabdeh1 MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 (doqquz min altı yüz) manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar