Məhkəmə qərarları › İş №2(006)-334/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-334/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-334/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən əmlakına dəymiş zərərə görə 5600 manat məbləğində pulun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AC 878059 №-li, xx xxx 2017-ci il tarixli texniki pasporta əsasən, F14D3607761K №-li mühərrik, KL1SA697J8B097536 ban №li, 99LG023 dövlət nömrə nişanlı, Chevrolet Aveo minik markalı avtomaşın ona məxsusdur. xx.xx.2017-ci il tarixdə X12 verdiyi etibarnamə əsasında sonuncu X13 etibarnamə ilə idarəçiliyinə vermişdir. O, isə maşını taksi fəaliyyəti üçün istifadə etmişdir. xx.xx.2019-cu il tarixində X13 ona məxsus olan - etibarnamə əsasında etibar etdiyi Chevrolet Aveo markalı 99 LG023 dövlət qeydiyyat nişanlı avtomobilinə 3 nəfər qadın müştəri minmiş, avtomobili saatda 80-85 km sürətlə Bakı şəhəri, Nizamı rayonu, Heydər Əliyyev prospekti ilə üzü şəhər istiqamətində yolun hərəkət hissəsinin sol zolağında hərəkətdə olarkən qəflətən qarşısında hərəkət edən Renault Megani markalı avtomobil yolun əks istiqamətində hərəkətdə olan Təcili Tibbi yardım avtomobili ilə toqquşmuş, əyləci bassa da saxlaya bilmədiyindən onun avtomobili əvvəlcə Renault Megani markalı avtomobillə, daha sonra isə yolun kənarına çırpılmışdır. A.Həsənli Avtomobili idarə edərkən spirtli içki və ya psixotrop maddələrdən istifadə etməmiş, hadisə nəticəsində sürücü xəsarət almamış, avtomobildə cəmi 3 nəfər qadın sərnişin olmuşdur. Nizami Rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü X7 əməlində cinayət tərkibi olmadığından onun barəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İ.Məmmədovun barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tenbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göstərilən yol-nəqliyyat hadisəsi Təcili Tibbi yardım maşınını idarə edən X7 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması Nizami RPİ-nin materialında göstərilən izahatlarla təsdiq olunur. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X7 təqsiri tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun maşınına 5630 manat məbləğində zərər vurulmuşdur ki, bu “xxxx” ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda da öz əksini tapmışdır. Bundan əlavə qəzadan sonra həmin maşını istifadə edə bilmir. Maşın təmir belə olunmayıb. Yuxarıda qeyd edilən halları nəzərə alaraq cavabdehin təqsiri üzündən əmlakına dəymiş zərərə görə 5600 manat məbləğində pulun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Heydər Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyasından üzü şəhər istiqamətində hərəkətdə olan, üzərində 923 nömrəsi qeyd olunmuş «X22» markalı təcili tibbi yardım avtomobili «Bağırov Körpüsü» adlanan əraziyə bir qədər qalmış sayrışan işıqları yandırmaqla altı zolaqlı yolun hərəkət istiqamətini iki hissəyə ayıran qoşa xətti sola keçərək qarşı hərəkət istiqamətində çıxmış və qarşı tərəfdən gələn, sol kənar 3-cü zolaqla hərəkətdə olan «Renault-Megane» markalı avtomobil ilə toqquşmuşdur. Zərbədən «Renault-Megane» markalı avtomobil 90 dərəcə dönərək yolun ikinci hərəkət zolağında yola perpendikulyar vəziyyət almış, onun arxası ilə eyni zolaqda hərəkətdə olan «Chevrolet Aveo» markalı avtomobil təcili tibbi yardım avtomobilindən yayınaraq sağa, 2-ci zolağa keçir və «Renault-Megane» markalı avtomobilin sol tərəfindən ortadan çırpılmışdır. Toqquşmadan sonra hər iki avtomobil istiqamətlərini dəyişərək sağ tərəfə hərəkət edərək, sonunda yoldan çıxaraq divara çırpılmışdır. Eyni istiqamətdə sağ kənar zolaq ilə hərəkətdə olan «Mercedes-Benz-200» markalı avtomobil divara çırpılmış «Chevrolet Aveo» markalı avtomobili sağ arxa hissədən vurduqdan sonra həmin istiqamətdə ikinci zolaqla hərəkətdə olan «VAZ-21063» markalı avtomobilin sağ qabaq hissəsinə, sonradan isə «Renault- Megane» markalı avtomobilə çırpılmışdır. «TOYOTA» Əhmədli servis mərkəzinin 165 nömrəli arayışına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş YNH nəticəsində «Chevrolet Aveo» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın aradan qaldırılması üçün əvəz olunacaq ehtiyat hissələrinin və görüləcək işlərin ümumi dəyəri 10800 manat müəyyən edilmişdir. YNH-nin iştirakçıları olmuş «Mercedes Benz 200» markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15, «VAZ-21063» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abuşov Rövşən Əli oğlu, «Renault Megane» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X16 və «Chevrolet Aveo» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın aradan qaldırılması məqsədilə müvafiq sığorta şirkətinə və ya mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. AC seriyalı, 878059 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo MİNİK” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. ƏN-Vİ № 752158 nömrəli xx.xx.2019-cu il tarixli etibarnamə əsasında müəyyən edilmişdir ki, “Chevrolet Aveo MİNİK” markalı, ** LG *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyətçisi İddiaçıdur. Nəqliyyat vasitəsi idarə edilməsi üçün mülkiyyətçinin adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X18 tərəfindən X12 verilmişdir. Etibarnamədə qeyd edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər və etibarnamə xx.xx.2020-ci il tarixə qədər etibarlıdır. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2007-ci il buraxılışlı “Chevrolet Aveo” markalı avtomobilə dəymiş zərərin həcmi 5630 manat təşkil edir. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə 5630 manat zərər dəysə də, etibarnamə əsasında X12 2074,73 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X20 tərəfindən hüquqi yardım xidməti üçün X11 hesabına 50 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4066 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışİı “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4183,0 manat müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X19 2017-ci il tarixdən X10 X5 Tibbi Yardım Şöbəsində sürücü kimi «X22» markalı, xüsusi təyinatlı ** JX *** dövlət nömrə nişanlı təcili yardım avtomobilini idarə etmişdir. Çağırışla əlaqədar həkimi və tibb bacısı ilə birlikdə avtomobillə hərəkətdə olarkən «Renault-Megane» markalı avtomobil ilə toqquşmuşdur. Zərbədən «Renault-Megane» markalı avtomobil 90 dərəcə dönərək yolun ikinci hərəkət zolağında yola perpendikulyar vəziyyət almış, onun arxası ilə eyni zolaqda hərəkətdə olan «Chevrolet Aveo» markalı avtomobil təcili tibbi yardım avtomobilindən yayınaraq sağa, 2-ci zolağa keçərək «Renault-Megane» markalı avtomobilin sol tərəfindən ortadan çırpılmışdır. Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində X2 almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğundan, həmçinin X3 notarial qaydada ərizə təqdim edərək sürücü X19 ilə barışdığından, həmin sürücü tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən X7 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə uyğun olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Mercedes Benz 200» markalı **-TB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarəti almasını nəzərə alaraq X7 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci mədəsinin tərkibi olduğundan barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami rayon prokurorluğu vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçı qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər olaraq 5600 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Belə ki, Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X7 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, X19 yol-nəqliyyat hadisəsini törətdiyi vaxt nəqliyyat vasitəsini X10 X5 Tibbi Yardım Şöbəsinin sürücüsü kimi idarə etmiş, yola təcili tibbi yardıma edilən çağırışla əlaqədar çıxmış və hadisə onun əmək vəzifələrinin icrası zamanı baş vermişdir. MM-nin 1097.1-ci və 1099-cu maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bildiyindən və hüquqi şəxs (və ya fiziki şəxs) öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, Azərbaycan Tibb X1 işəgötürəni kimi onun vurduğu zərərə görə maddi məsuliyyət daşıyır. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2007-ci il buraxılışİı “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 4183,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə görə yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə əsasında idarə edən X12 2074,73 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2074,73 manatı “xxxx” ASC tərəfindən ödənildiyi müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4066 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş zərərin məbləği 2074,73 manat azaldılmalı, 2108,27 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə X14 50 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin 38%-i təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumunun məbləği və məhkəmə ekspertizasının tədqiqat dəyəri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2108,27 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 50 manat, cəmi 2169,27 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 62 manatı İddiaçı, 38 manatı isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 2108,27 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 50 manat, cəmi 2169,27 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 62 manatı İddiaçı, 38 manatı isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar