Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3345/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 1.280 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 33 manat dövlət rüsumunun, ümumilikdə 1.313 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müştəri kimi tanıdığı və bir neçə dəfə ondan təyyarə bileti almış Cavabdeh 2024-cü ilin tevral ayında ona müraciət edərək tanışı X1 adına Bakı-İstanbul-Vaşinqton təyyarə bileti yazmasını və həmin təyyarə biletininin pulunu Cavabdeh özünün ödəyəcəyini bildirmişdir. Bildirmişdir ki, Jalə Əliyevanı o, tanımır və həmin xanıma bilet Çingizə inandığı üçün yazılmışdır. Artıq Cavabdeh etibar etdiyi üçün onun Jalə Əliyevanın adına olan sənədlərə və dediyi tarixə uyğun olaraq, onun tərəfindən adı çəkilən xanımın adına 22 fevral 2024-cü il tarixə Bakı-İstanbul-Vaşinqton təyyarə bileti yazılmış, Cavabdeh həmin təyyarə biletinin məbləği olan 1.280 manatın 2024-cü ilin fevral ayının axırına kimi ödəniləcəyini bildirmişdir. Bütün bunları təsdiq edən Cavabdeh "WhatsApp" tətbiqi vasitəsilə ona göndərdiyi səs yazıları da təsdiq edir. Məhkəməyə bir ədəd diskdə təqdim edilmiş həmin səs yazılarından görünür ki, Cavabdeh adı çəkilən xanıma zamin olduğunu, pulun həmin xanım tərəfindən ödənilmədiyi halda onun özünün ödəyəcəyini bildirmişdir. Lakin, keçən müddət ərzində dəfələrlə Cavabdeh pulun ödənilməsi barədə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmış və ona maddi ziyan dəyişmirdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh sadəcə vasitəçi olmuşdur. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslə əlaqəsinin kəsildiyini, bilərəkdən zərər vurmadığını bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı tərəfindən onun adına xx.xx.2024-cü il tarixdə Bakı-İstanbul- Vaşinqton təyyarə bileti yazılmış və həmin bilet məbləği olan 1280 manat onun tərəfindən Cavabdeh vasitəsi ilə almış, pulu tam şəkildə Çingizə ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Carlton Travel tərəfindən Jalə Əliyevanın adına xx.xx.2017-ci il tarixə Bakı-İstanbul-Vaşinqton uçuş bileti verilmişdir. İş materiallarında olan agent “X2” MMC ilə subagent "xxxx" MMC-nin baş direktoru İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “agentə sərnişin aviadaşımaların satışı hüququnun verilməsi” barədə 065№li müqavilədən görünür ki, həmin müqavilə subagentin agentin təqdim etdiyi biletlərin satışının təmin edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş məlumata əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Jalə Əliyevanın uçuş bileti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə qeyd edir ki, üçüncü şəxs öz ərizəsində 1280 manatın Cavabdeh verməsini göstərmiş, iddiaçını isə tanımağını qeyd etmişdir. Məhkəmə iclasında dinlənilmiş səs yazısında da cavabdeh iddiaçıya üçüncü şəxsin adına biletin yazılması və ödənişin onun tərəfindən ediləcəyi vədi öz əksini tapmışdır. Beləliklə, cavabdeh həmin 1280 manatı özündə saxlamaqla əsassız varlandığından, iddiaçı ödədiyi biletin pulunu geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən ödənilmiş 33 manat dövlət rüsumu da cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1280 manat və ödənilmiş dövlət rüsumuna görə 33 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə biler. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3345/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3345/2025
23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver