Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3382/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxxxxx" KB X3rşı "kredit borcunun restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB X3rşı "kredit borcunun restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "X6" ASC arasında xx.xx.2013cü il tarixində bağlanmış 134078sBank/13 saylı müqaviləyə əsasən iddiaçıya illik faiz dərəcəsi 34% olmaqla, 24 ay müddətinə 500 manat limiti olan platinium kart verildi. Sonradan birtərəfli qaydada bank tərəfindən kartın limiti artırıldı və bankın əməkdaşları tərəfindən bildirildiyinə görə 2000 manat müəyyən edildi. İddiaçı bir müddət kartdan istifadə etdi. Bu bankdan əlavə iddiaçının digər banklarda dollarla krediti və kredit kartları var idi. Məlum devalvasiyadan sonra iddiaçı kredit borclarını ödəyə bilmədi və ödənişlərində gecikmələr oldu. Sonradan borcun yarıdan çox hissəsini ödədi. Cənab prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından sonra iddiaçıya “xxxxxxxxxxxxxxx” ASC tərəfindən kompensasiya qaytarıldı və adında olan bütün kreditlər bağlandı və həmçinin “xxxxxxx” KB ASC -yə olan borcuda bağlandı və MKR-də “xxxxxxx” ASC-nin adı "Borcalanın bağlanmış öhdəlikləri"sırasına düşdü. Cənab prezidentin müvafiq fərmanına əsasən borclunun Mərkəzi Kredit Reyestrində olan məlumatları dəqiqləşdirildikdən sonra qaytarılan kompensasiya ilk növbədə borclunun aktiv borclarına yönəldilir və borc bitdikdən sonra qalan hissə borcluya qaytarılırdı. Fərmandan sonra həmin borc bağlı görsənir. Həmin vaxtdan bu günə kimi bankın əməkdaşları iddiaçını axtarıb borc barədə heç bir məlumat verməyiblər və ya iddiaçını kredit borcunun restrukturizasiya olunması üçün banka dəvət etməyiblər. Halbuki, cənab prezidentin məlum fərmanında fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi Mərkəzi banka tövsiyə olunmuşdur.2020-ci ilin fevral ayında Ucar Rayon İcra və Probasiya şöbəsi iddiaçının iş yerinə icra sənədi göndərərək onun “xxxxxxx” KB ASC-yə 655,52 manat borcu olduğunu və onun əmək haqqından tutulmasını bildirmişlər. İddiaçı dərhal bu məsələnin araşdırılması üçün Mərkəzi Banka müraciət etmişdir. Eyni zamanda, icra sənədinin icrasına möhlət verilməsi üçün Ucar Rayon Məhkəməsinə müraciət etdi. Mərkəzi Bankın xx xxxx 2020-ci il tarixli cavab məktubunda iddiaçının müraciətinin araşdırılması üçün “xxxxxxx” KB ASC-yə göndərildiyi və 5 iş günü ərzində ona cavab verilməli olduğu bildirildi. “xxxxxxx” KB ASC tərəfindən məktubun cavabı gecikdiyi üçün bir neçə dəfə “xxxxxxx” KB ASC-yə onlayn və telefon vasitəsilə müraciət edib məktubunun cavabın istədikdən sonra ona nəhayətki, xx.xx.2020-ci il tarixində cavab göndərildi. Cavab məktubunda bildirildi ki, kreditin gecikmə günlərinin sayı 360+ olmasına baxmayaraq, Banka təqdim olunan restrukturizasiya olunacaq kreditlər siyahısında mövcud deyil. Mövcud kredit borcunun restrukturizasiya edilməsi, həmçinin kredit müqaviləsi üzrə digər mübahisəli məsələlərin araşdırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olundu. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. xxxxxxxxxxxxxxxxxxxxxxxxndan xx.xx.2019-cu il tarixində çıxarış çıxarıldıqda borcalanın bağlanmış öhdəliklərində “xxxxxxx” KB ASC-nin adı bağlanmış kredit kimi görsənirdi və bağlanmış kredit 1 (bir) manat məbləğində görsənir. “xxxxxxx” KB ASC MKR-ə səhv məlumat göndərib və bu səbəbdən belə qarışıqlıq olub. Bu bankın səhvidir. Göstərilənlərə əsasən iddiaçı ilə "xxxxxxx" KB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 134078sBank/13 saylı kredit müqaviləsinə əsasən 519,23 manat əsas borc, 134,73 manat faiz və 1,56 manat cərimə borcu olmaqla, cəmi 655,52 manat kredit borcunun restrukturizasiya olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxxxxx" KB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 134078sBANK/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 34% olmaqla, 36 ay müddətinə 7000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxxxxx" KB ASC-yə gecikdirilmiş borcu yoxdur. İşin materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində 134078sBANK/13 saylı kreditin gecikmə günlərinin 360 olmasına baxmayaraq, Banka təqdim olunan restrukturizasiya olunacaq kreditlər siyahısında mövcud deyil. Mövcud kredit borcunun restrukturizasiya edilməsi, həmçinin kredit müqaviləsi üzrə digər mübahisəli məsələlərin araşdırılması üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunur. İşin materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı «xxxxxxx» KB ASC-yə əsas borc üzrə 655,52 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxxxxx" KB ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı həmin kredit müqaviləsinin restrukturizasiya edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxx" KB X3rşı "kredit borcunun restrukturizasiya edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB X3rşı "kredit borcunun restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3382/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3382/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver