Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3416/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ƏDV hissəsinin geri qaytarılmamasına görə dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ƏDV hissəsinin geri qaytarılmamasına görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin ödənilməsi ilə bərabər iddiaçının ərizə üçün ödədiyi dövlət rüsumu, həmçinin yekun məhkəmə qərarı çıxarılanədək inflyasiya dərəcəsi nəzərə alınaraq itirilmiş məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, məsələ onunla cavabdeh arasında barışıq yolu ilə həll edilmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, hazırki mülki iş üzrə icraata xitam verildiyindən iddia qaldırılması üçün ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı, qərardadın rüsumun geri qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ƏDV hissəsinin geri qaytarılmamasına görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ƏDV hissəsinin geri qaytarılmamasına görə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3416/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3416/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver